Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə60/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   207

129

 

 



məhsulunun  keyfiyyət  və  kəmiyyətinə  müsbət  təsir  göstərir.  Üzüm  bitkisinin 

kökü 4-6 m  və daha çox torpağın  dərinliyinə işləyə bilir. Torpağın  o qatı üzüm 

bitkisi üçün xeyirlidir ki, kökün əsas kütləsi, yəni 30-80 %-i həmin qatda yerləşir. 

Kök  sisteminin  əsas  kütləsinin  yerləşdiyi  torpaq  qatının  fiziki-kimyəvi 

xüsusiyyətləri köklərin inkişafı üçün əlverişli olmalıdır. 

Tipindən,  fiziki  –kimyəvi  xüsusiyyətindən  və  tərkibindəki  qida 

maddələrindən  asılı  olaraq  torpaq  üzüm  bitkisinin  ömrünə,  bioloji 

xüsusiyyətlərinə məhsulun keyfiyyət və kəmiyyətinə təsir göstərir. Bununla belə 

tənəyin kök sisteminin çox hissəsi yerləşən qata daha çox diqqət yetirilməlidir. 

Üzüm bitkisinin kök sisteminin yayılma xarakteri imkan verir ki, üzüm bitkisi 

bir çox tarla bitkilərinin becərildiyi münbit və çox yararlı torpaqlarda yox, onlar 

üçün  yaramayan  çay  və  dəniz  sahili  qumlu,  qumsal  (Abşeron  rayonu),  dağ 

rayonlarının  iri  skeletli  torpaqları  (Krımın  cənub  sahili),  əhəng  törəmələri 

üzərindəki daşlı torpaqlar (Şimali Qafqazın Gəlincik və Novorossiysk rayonları) 

bitir  və  normal  məhsul  verir.  Bu  torpaqların  hərəsi  üzümə  bir  keyfiyyət  verir. 

Üzüm  bitkisi  bataqlıq  və  duzlu  torpaqlarda  bitmir.  Əlbəttə,  heç  də  belə  nəticə 

çıxarmaq  düzgün  olmaz  ki,  üzüm  bitkisindən  çox  və  keyfiyyətli  məhsul  almaq, 

onun ömrünün uzadılmasını və kolların güclü böyüməsini təmin etmək məqsədi 

ilə  torpaq  tipləri  seçilməlidir.  Üzüm  bitkisinin  böyüməsinə  və  inkişafına  lazım 

olan maddələr qida maddələri adlanır. Bu elementlərin biri olmadıqda və yaxud 

bir  element  kifayət  qədər  çatışmadıqda  vegetativ  və  generativ  orqanların 

böyüməsində və inkişafında nöqsanlı cəhətlərə rast gəlinir. 

Bitkidəki  qida  maddələrinin  miqdarına  görə  onlar  əsas  qida  maddələri  və 

mikroelementlərdir,  üzüm  bitkisində  onların  sayı  çoxdur.  Mikroelementlər  isə 

cüzi miqdarda olur. Buradan belə çıxır ki, bitkinin makroelementlərə tələbatı çox, 

mikroelementlərə azdır.  

Əsas  qida  elementləri  və  mikroelementlər  torpaqdan  köklər  vasitəsilə  ilə 

alınır. Oksigen və hidrogen torpaqdan su halında alınır, ancaq yarpaqlar vasitəsilə 

də  alınır.  Demək  olar  ki,  əsas  qida  elementləri  və  mikroelementlər  köklər 

vasitəsilə  torpaqdan  alınır.  Quru  maddənin  44,5  %-i  təşkil  edən  karbon  qazı 

yarpağın  ağızcıqları  vasitəsilə  havadan  alınır.  Kolun  tənəffüsünə  lazım  olan 

oksigen bütün orqanları vasitəsilə, o cümlədən kökləri ilə alır. Yarpaqlar havadan 

karbon  qazını  aldığı  kimi  əksər  qida  maddələrini  də  havadan  ala  bilir,  ancaq 

havanın azotundan istifadə edə bilmir. 

Yarpaqlar  vasitəsilə  udula  bilməyən  qida  maddələri  köklər  vasitəsilə 

torpaqdan udulur. Ötürücü yollar vasitəsilə onlar maddələr və boy nöqtəsi əmələ 

gələn yerə - yarpağa çatdırılır. Beləliklə torpağı əsas qida maddələrinin daşıyıcısı 

və  saxlayıcısı  kimi  heasb  etmək  lazımdır.  Köklər  nə  qədər  torpağın  əhatəli 

sahələrinə gedə bilirsə bir o qədər də artıq qida maddələri toplaya bilir. Bu proses 



130

 

 



torpağın normal nəmliyində daha intensiv gedir.  

Torpaqda  qida  maddələrinin  ehtiyatının  yaradılması  heç  də  hər  yerdə  eyni 

deyildir.  Bu  məsələdə  torpağın  hansı  dağ  cinsindən  və  yaxud  hansı  geoloji 

formasiyadan əmələ gəlməsi məlum olmalıdır. Kübrə adı altında o maddələr başa 

düşülməlidir  ki,  onlar  bitkiyə  lazımdır,  ancaq  miqdarı  torpaqda  kifayət  qədər 

deyildir.  



Torpağın kimyəvi tərkibi 

 

Aşağıda ayrı-ayrı qida maddələri haqqında məlumat verilir. 



Azot  (N).  Bitkinin  elə  inşaat  materialıdır  ki,  bitki  orqanizmasının  çox 

hissəsini  təşkil  edir.  Azot  zülal  və  zülali  maddələrin  əsas  komponentidir. 

Torpaqda  olan  azotun  bir  hissəsi  üzvi  birləşmələr  şəklindədir  (torpağın  üzvi 

maddələri)  vəbelə  əlaqəli  formada  bitki  tərəfindən  mənimsənilə  bilmir. 

Mikroorqanizmlər tərəfindən parçalandıqdan sonra bitki tərəfindən mənimsənilən 

formaya  keçir.  Üzüm  bitksinin  kökləri  tərəfindən  azot  nitrat  formasında  olduğu 

kimi  amonium  formasında  da  mənimsənilir,  ancaq  onlaradan  hansını  çox, 

hansının  az  mənimsənilməsi  torpağın  pH-dan  və  digər  amillərdən  asılıdır.  Azot 

birləşmələrinin  nitrat  formasına  çevrilməsi  hissə-hissə  oksidləşmə  prosesi, 

müəyyən  hissəsi  ilə  torpağın  mikroorqanizmləri  (nitrifikasiya  bakteriyaları) 

vasitəsilə  baş  verir.Nitrat  kübrələri  tez  təsir  etmə  qabiliyyətli  olduğu  halda 

amonium  kübrələri  yavaş,  yəni  uzun  müdətli  təsirlidir.  Bu  baxımdan  azot 

kübrələri qarışıq düzəldilir. 

Yuyulma nəticəsində azot itkisi torpaqdakı çürüntünün (humus) miqdarından, 

verilmiş  azotun  miqdarından  və  yağıntının  miqdarından  asılıdır.  Tamamilə 

qumdan ibarət  olan torpaqda  yuyulmuş azot  bir ildə bir hektardan 60-70 kq ola 

bilər. Ancaq gil ilə zəngin və yağıntı az olan torpaqlarda bu rəqəm 5-10 kq-dır. 

Azot  gübrəsinin  dozası  müəyyən  edilərkən  bu  qanunauyğunluq  nəzərə 

alınmalıdır. 

Yüksək  məhsuldar  (100-150  s∕ha)  və  4000  kolu  olan  üzümlüyün  bir 

hektarından kolun bütün orqanları (salxımı, yarpaq və oduncaq) vasitəsilə 70-115 

kq  azot  çıxarılır.  Normal  məhsuldarlığı  olan  üzümlükdə  göstərilən  miqdar  azot 

torpaqdan  hər  il  çıxarılır.  Azotun  udulması  maddələrin  əmələ  gəlməsini 

qabaqlayır. 

Azotun  normadan  çox  verilməsi  kolda  sulu  zoğların  çoxalmasına  gətirib 

çıxarır,  nəmli  havalarda  salxımlar  tez  xəstələnir  və  oduncağın  yetişməsini 

ləngidir. 

Yarpağın analizi ilə onda azotun miqdarı təyin edilir. Bu sahədə mövcud olan 

normativlərə  və  yarpaqdakı  azotun  miqdarı  ilə  müəyyən  etmək  olar  ki,  azot 

gübrəsi çox verilib, yoxsa az. 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə