Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə62/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   207

133

 

 



dəmir beton dirəklər başqa materialla əvəz edilməlidir. 

Sink  (Zn).  Bu  elementin  bitkidə  çatışmazlığı  ilk  dəfə  1960-cı  ildə 

Almaniyanın  Mozel  əyalətində  Gertel  müşahidə  etmişdir.  Sink  çatışmazlığı 

torpaqda  fosfatların  artıqlığından  əmələ  gəlir.  Sink  çatışmazlığından  salxımın 

böyüməsində  pozğuntuluq  yaradır,  payızda  isə  daraqda  iflic  əmələ  gətirir. 

Çiçəklərin  mayalanmasında  da  sink  çatışmazlığının  mənfi  təsiri  üzə  çıxır. 

Salxımın  darağı  kifayət  qədər  oduncaqlaşmır,  maddələr  mübadiləsində 

oksidləşmə prosesi güclənir, boy maddələrinin balansı pozulur. Köklər vasitəsi ilə 

udulan  sinkin  miqdarı  torpağın  PH-dan  asılıdır.  Neytral  və  əhənglə  zəngin 

torpaqlarda sinkin udulması prosesi zəifləyir. 

Marqanis  (Mn  ).  İkinci elementdir ki,  xlorofil sintezində iştirak edir, ancaq 

onun  tərkibinə  daxil  deyildir.  Marqans  oksidləşmə  reaksiyasında  dehidraza  və 

karboksilaza  fermentlərinin  bərpasında  və  fəallaşmasında  iştirak  edir,  eləcə  də 

nitratların  üzvi  formalarına  qədər  bərpasında  iştirak  edir.  Udulan  vaxtı  marqans 

özünü sink kimi aparır, əhənglə zəngin torpaqlarda onun udulması zəifləyir. pH-1 

7,0-dən  çox  olan  əhəngli  torpaqlarda  marqansın  artıqlığı  tez  his  olunur. 

Marqansın  çatışmazlığından  əmələ  gələn  nöqsanları  marqans  duzu  çiləməklə 

aradan qaldırmaq mümkündür. Xəstəlik və zərərvericilərə qarşı işlədilən dərman 

preparatlarının  işçi  məhluluna  marqans  duzu  əlavə  etməklə  marqansla  bağlı 

çatışmazlıqlara qarşı profilaktiki tədbiri aparmaq olar. 



Mis  (Cu).  Üzüm  bitkisinin  orqanlarının  quru  maddəsinin  tərkibinə  daxildir. 

Bitkidə  misin  çox  olması  çiçəklərdə  mayalanmanın  keyfiyyətini  pisləşdirir. 

Bitkinin böyüməsinə toksik təsirinə görə ağır metallar içərisində mis birinci yerdə 

durur. Onun funqisid təsirinə görə uzun müddət onunla əlaqəli zəhərli maddələr 

hazırlanmayıb. Səbəbi ondan ibarət olmuşdur ki, uzun müddət bu preparatlardan 

istifadə  olunması  üzümçülük  torpağında  misin  normadan  artıq  toplanması  ilə 

nəticələnir.  Məlumdur  ki,  qeyri-zülali  maddələrin  oksidləşdirici  fermentlərinin 

tərkibinə daxildir. Mis tərkibli dərman preparatlarının uzun müddətli tətbiqindən 

torpaqda  artıqlıq  edən  mis  üzümdən  alınan  şərabların  keyfiyyətinə  mənfi  təsir 

göstərir.  Bitki  tərəfindən  misin  çox  udulması  yarpaqların  saralmasına  gətirib 

çıxarır.  Yüksək  mis  tərkibli  torpaqlarda  tərəvəz  kələmi  tezliklə  zədələnir.  Buna 

görə  tərəvəz  kələmindən  misi  yüksək  olan  torpaqlarda  indiqator  kimi  istifadə 

olunur. Üzümlük üçün qaldırılan dərin şumdan sonra torpaq analiz edilir. Əgər 1 

kq  torpaqda  4  mq  mis  olarsa,  bir  hektara  25-30  kq  mis  sulfat  verilməlidir. 

Üzümlük torpağının hər kiloqramında 4 mq-dan az mis olarsa, onda üzüm bitkisi 

mis çatışmazlığından əziyyət çəkər.  

 

 

 



134

 

 



8.1.

 

Üzüm bitkisinin becərilməsində mühit Ģəraiti 

 

Üzümlüyün  yerləĢdiyi  Ģərait.  Üzümlüyün  keyfiyyətini  müəyyən  edən 

amillər  əsasən  iqlim,  torpaq  və  üzümlüyün  yerləşdiyi  yerin  şəraiti  hesab  edilir. 

Üzümlüyün  ―yerləşdiyi  yer‖  anlayışı  təkcə  böyük  iqlimin  içərisindəki  kiçik 

iqlimlər  (bir  ərazidə  mövcud  olan  məsələn,  mülayim  iqlimli  ərazidə  relyefdən, 

meşə zolağından və su hövzələrindən, mikroiqlimdən asılı olaraq az da olsa bir-

birindən fərqli iqlimlər ola bilər)yox, torpaq şəraiti də nəzərdə tutulmalıdır. Ona 

görə  də  yerləşmə  şəraitini  mikroiqlim  və  torpaqla  müəyyən  edilən  üzüm 

bitkisinin bitdiyi yer başa düşülməlidir. 

Mikroiqlim və torpaq üzümlüklərdə məhsulun keyfiyyət və kəmiyyətini, eləcə 

də  istehsal  olunan  şərabın  tipini  və  xarakterini  müəyyən  edir.  Mikroiqlim  hər 

şeydən  əvvəl  məhsula  və  şirənin  qatılığına  təsir  göstərir.  Torpaq  şərablara  əsas 

olaraq dad xüsusiyyəti verir. Mikroiqlim və torpaq bir-biri ilə sıx əlaqədə olaraq 

şərabların  müxtəlifliyini  və  istiqamətini  müəyyən  edir.  Mikroiqlim,  torpaq  və 

uyğun sort düzgün əlaqələndirildikdə eyni yerdə həmişə eyni keyfiyyətdə məhsul 

almaq mümkündür. 

Miqroiqlim  və  torpaqla  müəyyən  edilən  yerləşmə  şəraiti  calaqaltının 

seçilməsini  və  becərilmə  sistemini  müəyyən  edir.  Nəhayət,  istehsalat  xərcləri, 

məhsulun  keyfiyyət  və  kəmiyyəti,  eləcə  də  onlardan  asılı  olaraq  rentabellik 

səviyyəsi yerləşmə yerinin forması, mailliliyi və keyfiyyəti ilə müəyyən edir. 

 

YerləĢmə yerinin iqlimi. 



 

GünəĢ  radiasiyası.  Üzümlüyün  mikroiqliminə  onun  istiqamətinin 

(oriyentasiyası)  təsiri  vardır.  Günəş  şüasından  gələn  birbaşa  və  dağınıq 

radiasiyasının  çox  qismi  torpaq  və  yarpaq  səthində  enerjiyə  çevrilir.  Günəş 

şüasının az qismi isə fəzaya buraxılır. Açıq rəngli torpaqlar, məsələn, nəm lyös və 

açıq  rəngli  qum  tünd  rəngli  torpaqlara  nisbətən  şüanı  daha  çox  qaytarır.  Tünd 

rəngli torpaqlar aldığı radiasiyanın hamısını istilik enerjisinə çevrilir. 

Alınan günəş istiliyinin bir qismi torpaq səthindəki havanı qızdırır, bir qismi 

isə  torpağa  keçir.  Toplanmış  istilik  gecələr  üzümlük  torpağını  isidir.  Birbaşa 

düşən  günəş  şüaları  şaquli  vəziyyətə  gəldikcə  onun  istilik  yaratma  qabiliyyəti 

artır.  Şüanın  düşmə  bucağı  yamacın  maillilik  dərəcəsi  ilə  müəyyən  olunur. 

Birbaşa düşən günəş şüaları ən çox 25-30 ° mailliyi olan yamaclardır. Müəyyən 

olunmuşdur  ki,  30°  mailliyi  olan  cənub  yamacı  həmin  maillilikdə  olan  şimal 

yamacı ilə müqayisədə daha çox radiasiya qəbul edir. 

Hündürlük  və  relyef.  Dəniz  səviyyəsindən  yuxarı  qalxdıqca  orta  illik 

temperatur  0,5-0,6°  C  azalır.  Dəniz  səviyyəsindən  aşağı  düşdükcə  iqlim  şəraiti 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə