Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə63/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   207

135

 

 



üzüm  üçün  əlverişli  olur.  Temperaturun  aşağı  enməsi  yamacın  istiqamətindən 

xeyli  dərəcədə  asılıdır.  Hər  bir  istiqamətin  özünə  məxsus  iqlimi  və  radiasiyası 

vardır: 1) şimal yamacı (temperatur ən çox aşağı enir), şərq yamacı, qərb yamacı, 

cənub yamacı ( temperatur ən az aşağı enir). 

Yüksəklikdə yerləşən üzümlük gündüz az isti olur. Aydın küləksiz havada da 

az soyuyur. Yaz , payız və qış radiasiya şaxtalarının gecə və gündüz fərqi az olur. 

Yüksəklikdə  yerləşən  üzümlükdə  küləyin  təsiri  çoxdur.  Sutkalıq  temperaturu 

aşağı, ancaq güclü soyuq küləkli yerlərdə üzüm bitkisinin oyanması, böyümə və 

çiçəkləmə  ləngiyir.  Gilənin  böyüməsi  və  yetişməsinə  qalan  vaxt  məhdudlaşır. 

Daha çox yüksəkliklər kasıb torpağı və az günəş radiasiyası olan yerlərdə üzüm 

bitkisinə  əlverişsiz  şərait  yaradır.  Tropik  zonada  2000  metr  hündürlüyünədək 

üzüm  bitkisi  bitir  və  məhsul  verir.  Özbəkistan  və  Tacikistanda  1500  metr 

hündürlükdə mədəni  üzüm  becərilir. Yüksək dağ  yerlərdə üzüm  becərmək üçün 

şaxtaya nisbətən davamlı sortlar, çox tez və tezyetişən sortlar seçilməlidir. Cənub 

rayonlarının  yüksək  dağlıq  rayonlarının  iqlim  şəraiti  şimal  düzənlik  yerlərindən 

yaxşıdır.  Dağ  yerlərinin  illik  istilik  rejimi  dəniz  kənar  istilik  rejiminə  bənzəyir. 

Yüksək  yerlərdə  günəş  radiasiyasının  intensivliyi  bir  qədər  artır.  Ancaq  digər 

əlverişsiz şəraitlərin mənfi təsirini kompensasiya edə bilmir. Kifayət qədər istiliyi 

olmayan  yerlərdə  üzümlüklərin  dağ  və  yüksəkliklərin  yamaclarında  salınması 

daha  səmərəli  fayfa  verir.  Xüsusilə  şimal-qərb  küləklərindən  qorunan  cənub  və 

cənub-qərb yamacları əlverişli sayılır. Belə yamaclarda üzüm kolları gec yaz və 

tez  payız  şaxtalarının  təsirinə  məruz  qalmır,  üzüm  tez  yetişir  və  şəkər  çox 

toplanır. 

Aşağı  yerlər-dərə  və  çökəkliklər  üzüm  becərilməsi  üçün  əlverişli  sayılmır. 

Ona  görə  də  relyefli  yerlərdə  üzümlük  üçün  yamaclar  seçilməlidir.Dünya 

üzümlüklərinin  əksəriyyəti  dəniz  səviyyəsindən  400-600  metr  yuxarıda  və 

ümumiyyətlə  relyefli  ərazilərdə  yerləşir.  Cənub,  cənub-şərq  və  cənub  qərb 

yamaclarında  üzüm  kolları  bir-birini  az  kölgələndirir  və  nəticədə  yarpaqlarda 

üzvi maddələr çox toplanır. Yamaclarda üzüm bitkisi şaxtaların, xüsusilə də yaz 

şaxtalarının mənfi  təsirinə az məruz qalır. Göbələk xəstəliklərinə vadi  və düzən 

yerlərdəkindən az tutulur. Yamaclarda ən çox yüngül daşlı torpaqlara rast gəlinir. 

Belə torpaqlarda məhsulun nisbətən az olmasına baxmayaraq yüksək keyfiyyətli 

şərablar alınır.  

Külək.  Daimi  güclü  küləklər  üzüm  bitkisinə  çoxlu  mexaniki  zədələr  vurur. 

Digər tərəfdən yağışdan və səhər şehindən sonra külək oranı tezliklə qurutduğuna 

görə  göbələk  xəstəliklərinin  təhlükəsi  azalır,  ancaq  üzümlüyün  istilik  rejiminə 

əlverişsiz təsir göstərir. 

Yuxarıda  qeyd  edildiyi  kimi  üzümlüyə  düşən  günəş  radiasiyasının  çoxu 

torpaq  və  yarpaq  səthində  istiliyə  çevrilir.  Küləksiz  vaxtlarda  üzümlükdə  cərgə 




136

 

 



aralarında bu səbəbdən kənarlara nisbətən istilik çox olur, ancaq külək bu istiliyi 

qovub dağıdır və beləliklə də həmin üzümlükdə xüsusi mikroiqlim yaranır. Günəş 

şüası  düşən  yarpaq  səthinin  temperaturu  10°C  qədər  havanın  temperaturundan 

çox  ola  bilər.  Ancaq  bu  əlverişli  şərait  külək  tərəfindən  pozulur.  Üzümlüyün 

nəmli  və  isti  havası  küləyin  gətirdiyi  soyuq  hava  ilə  qarışır.  Bu  baxımdan  yeni 

üzümlük  saldıqda  şərqdən  qərbə  əsən  küləklər  üstünlük  təşkil  edirsə  onda 

cərgələrin  istiqaməti  onun  tərsinə  şimaldan-cənuba  doğru  yönəldilməlidir. 

Üzümlüyün  xüsusi  mikroiqlimi  günəşli  havalar  da  olur.  Şimaldan  cənuba 

yönəldilən  cərgələr  də  kolun  şərq  tərəfi  günortaya  qədər,  qərb  tərəfi  isə 

günortadan sonra kifayət qədər şüalanır. 



Yaz Ģaxtaları  və soyuq havanın yıgılması. Buludsuz havada torpagın səthi 

istiliyi havaya buraxıldığından burada soyuma baş verir. Torpağın səthində soyuq 

hava əmələ gəlir və nisbətən ağır çəkili olduğundan küləksiz havada çökəkliklərə 

axır. Ona görə də buludsuz və küləksiz gecələrdə üzümlüyün ən aşağı yeri ilə ən 

yuxarı  yeri  arasında  5-10  °C  fərq  olur.  Soyuq  hava  hündürlüklərdən  və 

yamaclardan  dərənin  və  vadinin  dibinə  çökür.  Günəşə  doğru  yaxşı  səmti  olan 

yerlərin  nəinki  günəşli  günlərdə,  eləcə  də  aydın  küləksiz  gecələrdə  də  üstün 

cəhətləri  olur.  Daha  aşağı  yerlərdə-çökəkliklərdə  istiliyin  havaya  uçması 

nəticəsində  gecə  ilə  gündüz  temperaturları  arasında  müəyyən  amplituda  olur. 

Burada  yaz,  payız  və  qışda  radiasiya  adlanan  şaxtalar  üzümlüyə  xeyli  ziyan 

vurur. Gec yaz şaxtaları cavan zoğları zədələyir və bu zədə məhsula xeyli ziyan 

vurur. Tez payız şaxtaları vegetasiya başa çatmamış yarpaqları sıradan çıxarır və 

bununla  da  salxım  və  oduncaq  yetişmir.  Çökəkliklərdə  həmişə  üzümlük  üçün 

qorxu  törədən  radiasiya  şaxtalarından  çox  az  hallarda  baş  verən,  adventiv 

şaxtaları fərqləndirmək lazımdır. Bu şaxtalar soyuq arktik küləklərin əraziyə daxil 

olması ilə baş verir. 



Dolu. Geniş  yayılmış təbii fəlakətlərdən biridir. Dolu ən çox çay vadilərində 

olur.  Ancaq  dağ,  dağətəyi  və  düzən  yerlərdə  də  dolu  təhlükəsi  həmişə  vardir. 

Dolu 2-6 km və 40-100 m enində zolaqla hərəkət edir. Dolu ən çox Gürcüstanın 

Kaxetiya  və  Azərbaycanın  Şamaxı  rayonlarında  tez-tez  düşür.  Ancaq  elə  illər 

olmur ki, rayonların hamısının bu və ya digər mikro bölgəsində dolu  yağmamış 

olsun. 


Dolu  ilin  isti  vaxtlarında  əsasən  günorta  saatlarındadüşür  (ancaq  axşamüstü 

və  gecə  yağan  vaxtları  da  olur).  Dolu  ilə  zədələnmənin  dərəcəsi  vegetasiya 

fazalarından,  gücündən  və  davam  etmə  müddətindən  asılıdır.  Yaşıl  zoğlara 

dolunun vurduğu zədə ikinci, üçüncü və dördüncü fazalarda olur. Ancaq dolunun 

iriliyi və sürəti artdıqca nəinki birillik zoğlar, hətta tənəyin bütün yerüstü hissəsi 

məhv ola bilər. Dolu nə qədər erkən düşsə (söhbət ikinci fazadan sonraya aiddir) 

bir o qədər də bütöv kolun və onun ayrı-ayrı orqanlarının bərpa olunma ehtimalı 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə