Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə65/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   207

139

 

 



nisbətən  sabit,  nəmlik  bir  qədər  artıq  olur.  Bundan  başqa  su  hövzəsinin  əks 

etdirdiyi günəş şüası yamaclarda əlavə istilik yaradır. Çay və göllərin ətrafındakı 

üzümlüklə  şaxtalardan  az  təhlükə  gözləyir.  Bu  yerlərdə  olan  üzümlüklər  həm 

şaxtalardan az 

 ziyan çəkir, həm də yüksək keyfiyyətli şərablar verir. 

İri qurğular və sıx evlər yanındakı üzümlüklərin havası həmişə mülayim olur. 

Yaşayış  məntəqələri  yaxınlığındakı  üzmlüklərdə  temperatura  əhatəsiz 

üzümlüklərdəkindən  yüksək  olur.  Qayalıqlar  və  təpələrlə  əhatə  olunmuş 

üzümlüklərdə  də  şaxta  qorxusu  olmur.  Ancaq  Fransanın  Paris  şəhərinin  hündür 

təpəlikləri olan məhəlləsində binalarla əhatə olunmuş kiçik bir sahədəki (təqribən 

800-900  m

2

)  üzümlüyü  misal  göstərmək  olar.  Ümumiyyətlə  iqlim  şəraitinin 



əlverişliyindən  Parisdə  və  onun  ətrafında  üzümlüklər  yoxdur.  Bu  üzümlük  bir 

muzey eksponatı kimi nümayiş etdirilir. 

Üzümlüyə yaxın meşələr temperaturlar arasındakı amplitudanı azaldır. Meşə 

havanın  nəmliyini  artırır,  küləkdən  qoruyur,  ancaq  səhər  və  axşam  tərəfi 

üzümlüyün müəyyən hissəsini kölgələndirir. 

İqlimin üzümlüyə ümumi təsirindən başqa ilin müəyyən vaxtlarının da təsiri 

vardır. Yüksək keyfiyyətli şərablar soyuq rayonların isti illərində, isti rayonların 

isə soyuq illərində alınır. 

 

Üzümlüklərin torpağı və onların xüsusiyyətləri 

 

Üzüm  bitkisi  müxtəlif  torpaqlarda  və  geoloji  mənsəblərdə  yaxşı  bitir.  Nəm 

(bataqlıq), çox turş və duzlu torpaqlarda bitmir və yaxud bitsə də tezliklə sıradan 

çıxır.  Ekoloji  amil  kimi  üzüm  bitkisinin  ömrü,  məhsulunun  keyfiyyət  və 

kəmiyyəti torpaqdan çox asılıdır. 

Əksər çoxillik bitkilərdən fərqli olaraq üzüm bitkisi güclü kök sistemi əmələ 

gətirir.  Köklər  dərinə  (4-6m)  və  daha  çox  dərinə  gedərək  torpağın  aşağı 

qatlarındakı  nəmlik  və  qida  maddələrindən  istifadə  edir.  Üzüm  bitkisinin  bu 

xüsusiyyəti  ən  müxtəlif  torpaqlarda  onun  becərilməsini  təmin  edir.  Bir  çox 

üzümlüklərin  torpağını  insan  çox  dəyişib.  Qədim  vaxtlardan  bəri  üzümlük 

torpaqları  becərilməklə,  suvarılmaqla  və  gübrələməklə  bir  çox  göstəricilər  üzrə 

hazırda da dəyişməkdə davam edir. 

Torpağın  tipi  torpaq  materialının  geoloji  mənşələri  şərabın  tipini  (sortlar 

nəzərə  alınmaqla)  və  dadını  formalaşdırır.  Dağ  cinslərinin  aşınmasından  əmələ 

gəlmiş torpaqlarda çınqıl və iri hissəciklərin çox olması incə və turşməzə şərablar 

üçün  keyfiyyətli  torpaq  hesab  edilir.  Ağır  torpaqlarda  gecyetişən  sortlar  turş 

şərablar  verir.  Bu  şərablar  gec  formalaşır  və  butulkada  da  gec  yetişir.  Quraqlıq 

illərdə  yüksək  su  saxlama  qabiliyyətinə  görə  ağır  torpaqlar  xeyirli  hesab  edilir. 




140

 

 



Bir  qayda  olaraq  belə  torpaqlarda  məhsul  çox  olur.  Quraqlıq  illərində  quru 

torpaqlarda  olan  üzümlüklər  suyun  çatışmamazlığından  əziyyət  çəkir.  Üzüm 

bitkisinin  böyüməsində  müxtəlif  təsirlərə  malik  torpağın  vacib  xüsusiyyətlərinə 

aşağıdakılar  daxildir:  mexaniki  tərkibi,  qatların  sıxlığı,  gücü,  rəngi,  əhəngliliyi, 

humus  və  gida  elementləri.  Torpağın  yaxşı  xüsusiyyətlərindən  biri  də  üzüm 

bitkisinin  yaxşı  böyüməsini  təmin  edən  aşağıdakı  müxtəlif  təsirlərə  malik 

olmasıdır; mexaniki tərkib, qatların sıxlığı, gücü, rəngi və humusun miqdarı, qida 

maddələri və torpağın reaksiyası. 

Günəş  şüasının  çox  düşməsi  torpaq  səthinin  tez  qızmasını  təmin  edir.  Tünd 

rəngli torpaqlar daxil olan günəş şüasının çox hissəsini istiliyə çevirir, açıq rəngli 

torpaqlar isə günəş şüasının az hissəsini istiliyə çevirir. Ona görə də tünd rəngli 

torpaqlar tez və güclü qızır. Torpağın qızması eyni zamanda onun istilik keçirmə 

və istilik saxlama qabiliyyətindən asılıdır. 

Torpaqla müqayisədə su istiliyi 30 dəfə artıq keçirir. Qızmış torpagın istiliyi 

tezliklə aşağı qatlara ötürülür. Quru və yumşaq torpaqlar istiliyi az və zəif keçirir. 

Torpaq səthi istiliyi üzümlüyə ötürür. Nəm torpaqların qızması üçün sərf olunan 

istilik  quru  və  yumşaq  torpaqlara  nisbətən  çox  tələb  olunur.  Belə  torpaqlar 

xüsusilə ilk yazda gec qızdığına görə orada vegetasiya dövrü gec başlayır. Nəm 

torpaqların istilik saxlama qabiliyyəti çoxdur, bütövlükdə isə ağır nəm torpaqlar 

soyuq torpaqlar adlanır. Belə torpaqda suyun çoxluğu onun gec qızmasına səbəb 

olur.  Yumşaq,  ancaq  az  nəmli  torpaqlarda  üzüm  bitkisi  üçün  həyat  şəraiti  daha 

əlverişli hesab olunur. 

Ən  yaxşı  istilik  şəraiti  dağ  cinslərinin  aşınmasından  əmələ  gələn  skeletli 

torpaqlardır.  Bu  torpaqda  daş  çox  olduğuna  və  az  su  saxladığına  görə  tez  qızır. 

Yağış  suları  tezliklə  aşağı  qatlara  gedir  və  səthdə  su  qalmadığına  görə 

buxarlanma da az olur və torpağın səthi soyumur. 

Günəşli  günlərdə  torpaq  tərəfindən  alınan  istilik  gecələr  də  üzümlüyə 

ötürülür.  Bu  istilik  kolların  inkişafına  və  gilələrin  yetişməsinə  xidmət  edir.  Bu 

istiliyin verilməsi gec yaz və tez payız şaxtalarının təsir gücünü azaldır. Müəyyən 

mənada onların qarşısını alır, şaxtalı gecələrdə və bərk torpaqlarda istiliyin altdan 

üzə  çıxmasını  təmin  edir.  Torpağın  altındakı  istiliyin  səthə  çıxmasını 

məhdudlaşdırmaq üçün şaxta gözlənilən gecə torpağın səthi yumşaldılmalıdır.

 

Torpağın səthinə çəkilən müxtəlif materiallardan olan mulça da istiliyin səthə 



çıxmasının qarşısını alır. 

Torpağın  suyu  və  havası.  Su  və  hava  torpaqda  sıxı  sürətdə  bir-biri  ilə 

bağlıdır. Torpaqda suyun artması oradan havanın sıxlaşdırıb çıxarılmasına gətirib  

çıxarır.  Çox  quru  torpaqlarda  əksinə  bütün  məsamələr  hava  ilə  dolu  olur. 

Torpaqda  xırda  dənəvərlik  və  humus  çox  olduqca  onun  kəltənliyi  artır.  Gilli  və 

gillicəli  ağır  torpaqlarda  nəmlik  qumlu  torpaqlardan  çoxdur.  100  sm

2

  qumlu 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə