Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə66/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   207

141

 

 



torpaqda  10  q,  gillicəli  torpaqda  35  q,  gilli  torpaqda  50  qrama  qədər  su  olur. 

Torpaqdakı  suyun  hamısı  üzümün  kökü  tərəfindən  mənimsənilmir.  Suyun  bir 

qismi  torpağa  elə  bərk  yapışır  ki,  kök  onu  uda  bilmir.  Torpaqla  bərk  yaışan  su 

pərdə  suyu  adlanır.  Ümumi  su  ilə  (bunun  çoxu  bitki  tərəfindən  mənimsənilir) 

pərdə  suyu  arasındakı  torpağın  xeyirli  su  tutumu  qabiliyyəti  adlanır.  Gillicəli 

torpaqlarda  pərdə  suyunun  miqdarı  çox  olur.  Məlum  olduğu  kimi  gillicəli 

torpaqların xeyirli su tutumu yüksək olur. Torpaqda suyun miqdarı artdıqca onun 

qızdırılmasına daha çox istilik lazım olur. Əksinə, üzüm bitkisinin su rejimi üçün 

bitki tərəfindən mənimsənilə bilən su daha vacibdir. 

Üzüm  bitkisinin  ixtiyarında  nə  qədər  suyun  olması  üç  amildən  asılıdır: 

yağıntıların  ümumi  miqdarından  və  onun  mövsüm  üzrə  paylanması,  torpağın 

xeyirli su tutumundan və köklərin yerləşdiyi torpağın həcmindən. Çox nəmli, pis 

havalanan və əhəngi çox olan torpaqlarda üzüm bitkisi tez-tez xloroz xəstəliyinə 

tutulur. 

Torpaqdakı  ən  axırıncı  su  ehtiyatından  istifadə  etdiyinə  görə  üzüm  bitkisi 

təəccüblü xüsusiyyətə malikdir. Üzüm kökünün sorma qüvvəsi o qədər güclüdür 

ki, həmin qüvvə ilə suyu 100 m hündürlüyə qaldıra bilir. Torpağın saxladığı su o 

qədər möhkəm yapışır ki, göstərilən sorma qüvvəsi ilə köklər onu torpaqdan uda 

bilmir. 

Torpağın  qida  maddələri  Torpaqda  xırda  dənəvərlik  və  gillicəli-çürüntülü 

maddələr artdıqca torpaqlarda kalium möhkəm yapışıqlı olduğundan köklər onun 

bir  qismini  uda  bilmir.  Çox  yüngül  və  az  tutumlu  torpaqlarda  mineral  azot  tez 

yuyulur.  İsti və  yaxşı havalanan torpaqların bioloji fəallığı artıq olur. Çürüntülü 

maddələr  torpaq  mikroorqanizmləri  tərəfindən  tezliklə  parçalanır  və  çürüntüdən 

alınan  qida  maddələri  bitkinin  mənimsəyə  biləcəyi  formaya  düşür.  Nəm  və  pis 

havalanan əhəngli torpaqlar xloroz xəstəliyi üçün əlverişlidir. 

Torpağın turş və qələvi mühiti torpaqdakı qida maddələrinin üzümün kökləri 

vasitəsilə  udulmasına  və  mənimsənilməsinə  şərait  yaradır.  Soyuq  və  sıxılmış 

torpaqlar  torpaq  mikroorqanizmlərinin  inkişafına  və  çürüntü  maddələrinin 

parçalanmasına maneçilik törədir. Çox turş torpaqlarda zoğun aşağı yarpaqlarının 

kənarları  qonurlaşır.  Calaqaltılar  seçilərkən  torpağın  tipi  və  onun  əhəngi  nəzərə 

alınmalıdır. 

Torpaq  mikroorqanizmləri.  Torpaqda  bakteriyalara  kiflərə  və  göbələklərə 

aid  müxtəlif  mikroorqanizmlər  vardır.  Onların  arasında  bitki  üçün  zərərli  və 

xeyirliləri  vardır.  Mikroorqanizmlər  həyat  tərzinə  görə  fərqlənirlər:  onlardan 

bəziləri  havanın  oksigeni  olmadan  sərbəst  yaşayır,  bəziləri  isə  normal  həyat 

fəaliyyəti  üçün  oksigenin  olması  vacibdir.  Mikroorqanizmlərin  xüsusi  qrupu 

vardır ki, oksigenli və oksigensiz mühitdə yaşaya bilirlər. 

Xeyirli mikroorqanizmlər bitki həyatında mühüm rol oynayır. Fasiləsiz olaraq 



142

 

 



onlar  heyvanların  və  bitkilərin  üzvi  maddələrini  parçalayıb  mineral  maddələrə 

çevirirlər.  Üzvi  maddələrin  parçalanmasından  alınan  azot,  fosfor,  kalium, 

maqnezium və dəmirlə torpaq zənginləşdirilir. Torpaq mikroorqanizmləri nəinki 

torpağı  mineral  maddələri  ilə  zənginləşdirir,  həm  də  torpağın  fiziki 

xüsusiyyətlərini  yaxşılaşdıraraq  onun  torpağın  strukturunun  əmələ  gəlməsində 

iştirak  edir.  Mikroorqanizmlərin  miqdarı  nə  qədər  çox  olarsa  bir  o  qədər  də 

torpaq məhsuldar olar. Xeyirli mikroorqanizmlər ən çox kök sisteminin yayıldığı 

zonada-rizostera adlanan yerdə inkişaf edir.  

Mikroorqanizmlərin  xeyirli  forması  ilə  yanaşı  qida  maddələrinin  ehtiyyatını 

azaldan zərərli mikroorqanizmlər də vardır ki bunlar torpaqda azotu parçalatır və 

kök sistemini sirayətləndirir. 

Mikroorqanizm  inkişafının  fəallığı  torpaqdakı  üzvi  qalıqların  olmasından, 

torpağın temperaturu və nəmliyindən, havanın oksigenindən və başqa amillərdən 

asılıdır. 

Torpaqların  hamısında  böyük  miqdar  mikroorqanizmlər  olmur.  Bəzi 

torpaqlarda  mikroorqanizmlərin  miqdarı  o  qədər  azdır  ki,  məhsuldarlığın 

artırılması  üçün  bakterial  gübrələrdən-azobakterial,  fosforobakterin  və  silikat 

bakteriyalarından istifadə olunur. Azotobakterin kök sistemi zonasında yaşayaraq 

havadan  azotu  alır  və  torpağı  onunla  zənginləşdirir.  Fosforobakterində  olan 

bakteriyalar çətin həll olan bakteriyalar fosfor alır. Silikat bakteriyaları kaliumun 

torpaqdan yaxşı udulmasına kömək edir. 

Bitkilərin  qidalanmasında  mikroorqanizmlərin  böyük  rolunu  nəzərə  alaraq 

torpaqda  elə  süni  şərait  yaratmaq  lazımdır  ki,  həmin  mikroorqanizmlərin 

çoxalmasını təmin edə bilsin. 



Üzümlük  torpaqları  və  onların  xüsusiyyətləri.  Üzüm  bitkisinin  böyümə 

gücü  və  inkişaf  xarakteri,  alınan  məhsulun  keyfiyyət  və  kəmiyyəti  torpaq 

şəraitindən çox asılıdır. Bir çox çoxillik bitkilərdən fərqli olaraq üzüm bitkisinin 

kökləri  bir  neçə  metr  dərinə  gedə  bilən,  torpağın  dərin  qatlarından  (horizontlar) 

nəmlik və qida maddələri toplaya bilən kök sisteminə malikdir. Bu xüsusiyyətlər 

üzüm  bitkisinin  ən  müxtəlif  torpaq  şəraitində  becərilməsinə  imkan  verir.  Bu 

məsələdə duzlu  və bataqlıq torpaqları,  eləcə də  yeraltı  suları  üzdə ( 1m-dən az) 

torpaqlar  istisna  olunur.  Yüksək  keyfiyyətli  bol  məhsul  alınması  üçün  hər  bir 

üzüm sortu müəyyən torpaq tipi tələb edir. 

Nəzərə  alınsa  ki,  üzüm  bitkisi  bir  üzümlükdə  60-80  il  bitir,  yeni  üzümlük 

üçün  torpaq  sahələri  düşünülərək  seçilməlidir.  Çox  əsrlik  becərilmə 

təcrübəsindən  məlumdur  ki,  üzüm  bitkisinin  yaxşı  böyüməsi,  bol  və  yüksək 

keyfiyyətli  məhsulu  üçün  sortların  hamısı  çox  qida  maddəli  yüngül  torpaqlar 

tələb  edir.  Bu  torpaqlarda  kök  sistemi  tənəffüs  üçün  lazımı  mineral  maddələrin 

toplanmasını  təmin  edir.  Süxurların  parçalanmasından  əmələ  gəlmiş  bütün 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə