Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə67/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   207

143

 

 



torpaqlar iri və xırda hissələrdən ibarətdir. 

Üzüm  bitkisinin  torpaq  şəraitinə  uyğunlaşması  onun  quruluşu,  mexaniki 

tərkibi, istilik, su, hava rejimi, kimyəvi və fiziki-kimyəvi xüsusiyyətləri, eləcə də 

mikroorqanizmlərin fəaliyyəti ilə əlaqədardır. 



Torpağın mexaniki tərkibi. Mexaniki tərkib üzüm bitkisinin böyüməsinə və 

məhsuldarlığına  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  nəmlik  və  hava 

xüsusiyyətlərini  müəyyən  edir.  İri  mexaniki  elementlərlə  xarakterizə  olunan 

torpaq  az  su  saxlayandır.  Daşlı  torpaqlar  (şiferli,  dəniz,  çınqıllı,  qranitli  və  s.) 

yüksək münbitliyi olmayan torpaqlar olub üzüm bitkisinin normal böyüməsinə və 

yüksək keyfiyyətli şərab olmasına əlverişli şərait yaradır. Kaxetiyanın, Krasnodar 

diyarının  Qara  dəniz  sahillərinin,Krımın  Cənub  sahillərinin,  Fransa  və 

Almaniyanın  Burqund,  Şato,  Reyn,  Azərbaycanda  Kiçik  Qafqazın  ətəklərində 

istehsal  olunan  yüksək  keyfiyyətli  süfrə,  çərəz  və  bərk  şərabları  daşlı-çınqıllı 

torpaqlarda becərilən üzümlərdən alınır. 

Fransanın  Bordo  rayonunda  üzümlüklərin  torpağının  55-70  %  daşlardan 

ibarətdir, Şampanda 55-60% çaxmaq daşı və əhəng daşı, Burqundiyada 30-50% 

dağ  cinslərinin  aşınmasının  qalıqlarıdır.  Ağır  torpaqlarda  skelet  köklərinin 

uzunluğu  və  çəkisi  çox  olur.  Bu  onunla  izah  olunur  ki,  ağır  mexaniki  tərkibli 

torpaqlarda  torpağın  mexaniki  müqavimətini  qırmaq  üçün  üzüm  bitkisi  yoğun 

köklər əmələ gətirir. Torpaqda iri daşların olması isinməsini, su hava keçirməsini 

yaxşılaşdırır  və  alaqların  artması  məhdudlaşdırır.  Bundan  başqa  daş,  çınqıl  və 

torpağın başqa skelet hissələri aşınma nəticəsində (xüsusilə mədəni üzümlüklərdə 

torpağın becərilməsi) daimi olaraq üzüm bitkisi nadir qida elementləri alır.  

Daşlı və iriskeletli torpaqlarda üzüm tez yetişir, gilədə şəkər artır və şərabda 

xoşa  gələn  dad  və  aromat  yaranır.  Sıx  (bərk)  gilli  torpaqlar  yüngül  qumlu 

fraksiyaların  az  olması  ilə  xarakterizə  olunur  və  bu  xüsusiyyət  torpağın  su 

rejimini və qaz mübadiləsini pisləşdirir. Bu torpaqlarda üzümün kolu zəif olur və 

alınan məhsul aşağı keyfiyyətli olur.  

Üzüm  bitkisi  üçün  orta  və  yüngül  gillicəli  torpaqlar  çox  yararlıdır  və 

seyrəkliyi və yaxşı su – hava rejimi ilə səciyyələnir. Qumlu torpaqlarda becərilən 

üzüm tez yetişir, gilli və gillicəli torpaqlara müqayisədə gilədə şəkər çox toplanır. 

Torpağın  fiziki  xüsusiyyətləri  onun  su,  hava  və  istilik  rejimləri  ilə 

səciyyələnir.  

Torpağın  rəngi.  Üzüm  bitkisinə  təsirinə  görə  də  torpağın  rənginin 

əhəmiyyəti  vardır.  Qəbul  olunmuşdur  ki,  qırmızı  torpaqlar  üzümün  qırmızı 

sortları üçün, ağ rəngli torpaqlar üçün açıq rəngli sortlar yararlı hesab edilir. 

Fransanın Burqundiya rayonunda ən yaxşı şərab verən üzümlüklər tünd- boz 

fonda  qırmızı  torpaqlarda  becərilir.  Böyük  miqdar  dəmiri  olan  bu  torpaqlar 

yamacın yuxarı hissələrində yerləşir. 




144

 

 



Respublikamızda  mövcud  olan  az  miqdar  qırmızı  torpaqlarda  üzümlük 

yoxdur.  Kiçik  Qafqazın  Qazaxdan  tutmuş  Ağdama  qədər  dağətəyi  hissələrində 

olan ağ torpaqlar ( əsasən gəc ) üzüm bitkisi üçün əlverişli hesab edilir. Quba və 

Xaçmaz boz – çəmən torpaqları, eləcə də Göyçayın boz torpaqları süfrə üzümləri 

üçün yararlıdır. Quba – Xaçmaz rayonlarında şərablar lazımı keyfiyyətə çatmır. 

Aqrotexniki  tədbirlər.  Yabanı  üzüm  seçilməklə  və  aqrotexniki  tədbirlərlə 

mədəniləşdirilmişdir.  Zaman  keçdikçə  insan  üzüm  bitkisinin  idarə  olunmasını 

təkmilləşdirərək  gətirib  bu  günə  çıxarmışdır.  Ekoloji  amillərin  üzüm  bitkisinin, 

böyüməsinə,  inkişafına,  məhsuldarlığına  və  məhsulun  keyfiyyətinə  təsiri  yolları 

öyrənə  bilərək  onun  potensial  imkanları  üzə  çıxarılmışdır.  Üzüm  bitkisinə  təsir 

edilməsi  vasitələrindən  vacibi  aqrotexniki  tədbirlərdir  ki  ,  bununla  üzüm 

bitkisinin  həyat  tərzi  öyrənilir.  Üzümlük  salınmazdan  əvvəl  dərin  şumun 

aparılması,  üzvi  və  mineral  kübrələrdən  istifadə  olunması,  üzümlükdə  torpağın 

becərilməsi, üzüm bitkisinin suya olan tələbinin ödənilməsi və alaq otlarına qarşı 

mübarizə, torpağın strukturunun yaxşılaşdırılması aqrotexnik tədbirlər silsiləsinə 

daxil olan məsələlərdir. 

Təbii  şəraitinə  təsirindən  başqa  üzüm  bitkisinin  bilavasitə  özünə  təsir 

göstərilməklə  onun  təbiətinin  dəyişdirilməsi  mümkün  olmuşdur.  Aqrotexniki 

tədbirlərlə  üzüm  bitkisinin  təbiətinin  dəyişdirilməsi  müvəqqəti  xarakter  daşıyır, 

belə ki, üzümlükdə ikən ona təsir göstərilir, hər hansı səbəbdən üzümlüyə qulluq 

işləri  dayandırıldıqda  üzüm  bitkisi  əvvəlki  idarə  olunmaz  vəziyyətinə  qayıdır. 

Üzüm  bitkisinin  bilavasitə  özünə  təsiri  üsullarından  biri  onun  kəsilməsi  və 

bağlanmasıdır.  Kəsməklə  üzüm  bitkisinin  təbiəti  dəyişdirilir,  onun  gücündən 

səmərəli  istifadə  edərək  böyüməsi,  məhsuldarlığı  və  məhsulun  keyfiyyəti  idarə 

olunur. Üzüm bitkisinin idarə olunmasında təkcə quru kəsmə kifayət etmir, yaşıl 

əməliyyata  daxil  olan  sonrakı  işlərin  təsiri  daha  çox  əhəmiyyət  kəsb  edir.  Yaşıl 

əməliyyata  daxil  olan  işlər  təqribən  4  ay  davam  edir,  yəni  üzüm  bitkisi 

böyüdükcə  onda  yeni  orqanlar  əmələ  gəlir  və  bu  orqanların  nizamlanması  ilə 

onun  gücündən  səmərəi  istifadə,  havalandırılması  və  günəş  şüasından  səmərəli 

istifadə  təmin  edilir.  Yaşıl  əməliyyata  daxil  olan  işlər  vaxtında  və  düzgün 

aparılmadıqda quru kəsmə müəyyən qədər öz əhəmiyyətini itirmiş olur. 

Torpağa  üzvi  və  mineral  qida  maddələri  verməklə  nəinki  məhsuldarlığı 

artırmaq,  həm  də  məhsulun  keyfiyyəti  və  yetişmənin  tezləşdirilməsinə  nail 

olunur.  

Üzüm  bitkisinin  xəstəlik  və  zərərvericilərinə  qarşı  mübarizə  də  insanın  fəal 

münasibətidir. Qeyd etmək lazımdır ki, üzüm bitkisinin bitdiyi təbii şəraitinə və 

bilavasitə onun özünə  göstərilən təsir  yerli şəraitin  və bitkinin özünün xarakteri 

ilə uzlaşdırılmalıdır. 

Ümumiyyətlə  üzüm  bitkisinin  istismar  müddətinin  uzadılması,  alınan 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə