Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə68/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   207

145

 

 



məhsulun  keyfiyyət  və  kəmiyyətinin  yaxşılaşdırılmasında  nəzəri  bilikdən  başqa 

əməli vərdişlərin də olması vacibdir. 



Torpaq tipləri. Üzüm bitkisi müxtəlif tərkibli torpaqlarda yaxşı bitir. Yüksək 

məhsulu və keyfiyyəti üzüm bitkisi yüngül, yaxşı isinən, artıq nəmlik saxlamayan 

və  qida  maddələri  ilə  zəngin  torpaqlarda  verir.  Müxtəlif  tip  və  xüsusiyyətli 

torpaqların üzüm və üzüm məhsullarına təsiri müxtəlifdir. 



Daşlı və iri skeletli torpaqlara dağ ətəklərində, dağlarda, dağ çayı vadilərində 

və  hündürlüklərdə  rast  gəlinir.  Aşınma  prosesində  torpağın  iri  hissələrinin  bir 

qismi xırdalanır, digər qismi daş və çınqıl formasında qalır. Daşlı və iri skeletli 

torpaqlarda  yüksək keyfiyyətli  məhsul alınır. Daşlı torpaqların  üst  qatında xırda 

dənəvərlilik 20-30% olduqda və bu miqdar əsas köklər yerləşən qatda 50-80 % -ə 

çatdıqda üzüm bitkisinə yaxşı təsir edir. 



İri qum dənəli torpaqların skeleti dağ süxurlarının 3-5 mm ölçülü hissələridir. 

Bu tip torpaqlar dağ yamaclarının ətəklərində, dağ çaylarının aşağı axarını əhatə 

edən vadilərdə olur. Bunlar qida maddələri ilə zəngindir və su saxlama qabiliyyəti 

yüksəkdir.  İri  qum  dənəli  torpaqlar  üzüm  bitkisinin  güclü  böyüməsinə  təsir 

göstərir, daşlı torpaqlara nisbətən məhsuldarlığı artır, ancaq məhsulun keyfiyyəti 

çox  yüksəlmir.  Bu  torpaqlarda  süfrə  üzümləri  yüksək  məhsul  verir,  məhsulun 

saxlanma və nəqliyyata davamlılığı yüksək olur.  

Qumlu  torpaqların  tərkibində  qum  və  fiziki  gil  10%-dən  çoxdur.  Qumlu 

torpaqlar  asan  becərilir.  Atmosfer  çöküntülərinin  demək  olar  ki,  hamısını 

mənimsəyir  və  suyu  az  buxarlandırır.  Fillokseranın  kök  forması  qumda  hərəkət 

edə  bilmir.  Qumlu  torpaqların  nöqsanı  az  su  tutumlu  və  qida  maddələrindən 

kasıblığıdır.  Qış  şaxtalarından  onların  dərin  qatları  donur  və  tənəyin  kökləri  tez 

sıradan çıxır. 

Qumlu  torpaqlar  üzüm  bitkisi  üçün  çox  əlverişlidir.  Bütün  hallarda  bu 

torpaqda  yüksək  və  keyfiyyətli  məhsul  alınır.  Süfrə  üzümlərinin  gilələri  yüksək 

dad keyfiyyətli, uzun müddət saxlamağa və nəqliyyata davamlıdır. 

Xırda hissəcikli torpaqlarda hissəciklər arasında bağlılıq orta dərəcədədir, az 

su  keçirimlidir,  çətinliklə  qızındırır.  Bu  torpaqlar  qida  maddələri  ilə  zəngindir. 

Mexaniki  tərkibinə  görə  onlar,  gilli,  ağır-orta  yüngül  gillicəlidir.  Onlar  sıx  və 

seyrək, strukturlu və skruksuz ola bilir. 

Sıx  gilli  torpaqlarda  üzüm  bitkisi  zəif,  az  ömürlü,  məhsulu  isə  aşağı 

keyfiyyətlidir. Alınan şərablar da aşağı keyfiyyətli olur. 

Gilli  strukturlu  torpaqlarda  üzüm  yaxşı  bitir,  yüksək  və  sabit  məhsul  verir. 

Üzümlükləri uzun ömürlüdür. 

Üzümlük  üçün  ən  qiymətli  torpaq  orta  və  yüngül  gillicəli  torpaqlar  hesab 

edilir. Bu torpaqlar az su tutumlu və qida maddələrindən kasıbdır. Onlar asalıqla 

becərilir.  Kök  sistemi  çox  güclü  və  torpağın  dərin  qatlarına  gedə  bilir. 



146

 

 



Üzümlükləri uzunömürlü, ildən ilə məhsuldarlığı yüksək və sabitdir. 

Qara  torpaqlar.  Üzümlük  üçün  böyük  əhəmiyyət  kəsb  edir  və  qələvili,  adi, 

cənub  və  Qafqaz  torpaqlarından  ibarətdir.  İstər  bizim  ölkədə,  istərsə  də  bir  çox 

xarici ölkələrdə üzümlüklərin bir qismi qara torpaqlardadır. 

Gillicəli  mexaniki  tərkibli  qələvili  qara  torpaqlarda  yüksək  keyfiyyətli 

şampan  materialı  alınır.  Yüngül  və  orta  gillicəli  qara  torpaqlar  yaxşı  mexaniki 

tərkibli hesab edilir.  

Adi qara torpaqlarda çürüntülü qatın (horizont) qalınlığı 80-90 sm, humusun 

miqdarı  4-9%  olur.  Bu  torpaqlarda  azot  və  kaliumun  miqdarı  nisbətən  çox, 

fosforun miqdarı azdır. Üzümün məhsuldarlığı qələvili torpağa nisbətən adi qara 

torpaqda  az  olur.  Belə  torpaqlarda  yüksək  keyfiyyətli  süfrə,  şampan  şərab 

materialı və yüksək təravətli çərəz və bərk şərablar alınır. 

Adi qara torpaqlarda süfrə üzümlərini müvəffəqiyyətlə becərmək olur. Cənub 

və  Qafqaz  qara  torpaqlarında  humusun  miqdarı  6  %-ə  qədər,  üzümün 

məhsuldarlığı yüksək, şərabları yaxşı keyfiyyətli olur. 



Şabalıdı  torpaqlar-  tünd-şabalıdı,  şabalıdı  və  açıq  –şabalıdı  torpaqlara 

bölünür.  Bu  torpaqlarda  üzümün  məhsulu  yüksək  olsa  da  yüksək  keyfiyyət 

göstəricilərini  ala  bilmir.  Məsələn,  süfrə  üzümlərinin  daha  yaxşı  rəngli  və 

saxlanmağa daha davamlı olur. 



Boz  torpaqlar  -üzüm  becərilməsi  üçün  daha  yaxşı  torpaq  hesab  edilir.  Təzə 

halda istifadə üçün qurutmaq və çərəz şərablara yararlı üzüm becərilir. 



Qonur meşə torpaqlarında Qərbi Avropa ölkələrində, o cümlədən Fransada, 

Almaniyada,  Macarıstanda,  Bolqarıstanda,  Rumıniyada,  Slovakiyada,  Qafqazda, 

Krımda  və  Moldovada  geniş  üzümlüklər  vardır.  Bu  torpaqlar  digər  təbii 

şəraitlərlə  birlikdə  Almaniyada  dünya  şöhrətli  Reyn  rislinqləri,  Macarıstanda 

Tokay şərabları, Fransada qırmızı burqund şərabları, Gürcüstanda qırmızı Kaxet 

şərabları Azərbaycanda qırmızı süfrə və Kaqor şərabları istehsalına yararlı klassik 

üzüm sortları becərilir. Cənubi Krımda ağ və çəhrayı muskatlardan çərəz və likör 

tipli şərablar alınır. 



Çürüntülü-karbonatlı  torpaqlar  Krasnodar  diyarında,  Krımda  Şərqi 

Gürcüstanda  və  Azərbaycanın  Şamaxı,  İsmayıllı,  Zaqatala,  Balakən  və  Qax 

rayonlarında  geniş  miqyaslı  üzümlüklər  vardır  və  bu  torpaqlarda  ağ  giləli 

üzümlərdən yüksək keyfiyyətli şərablar hazırlanır. 

 

 

 

Torpağın kimyəvi tərkibi 

Üzüm bitkisinin normal böyüməsi və məhsul verməsi üçün torpaqda müəyyən 

miqdar  üzvi  və  mineral  maddələr  olmalıdır.  Üzüm  bitkisindən  alınan  məhsulun 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə