Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə69/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   207

147

 

 



keyfiyyət  və  kəmiyyəti  torpağın  kimyəvi  tərkibindən  çox  asılıdır.  Torpağın 

kimyəvi  tərkibindəki  mineral  və üzvi  maddələrlə, mikroorqanizmlərin fəaliyyəti 

və  insanın  torpağa  fəal  təsiri  ilə  müəyyən  edilir.  Kimyəvi  elementlərin  miqdar 

nisbətlərindən  və  onların  digər  maddələrlə  birləşməsindən  asılı  olaraq  bitkinin 

qidalanma şəraiti dəyişir. 

 

 



 

 

 



 

 

 



 

 

 



ÜZÜM BİTKİSİNİN ÇOXALDILMASI 

 

Üzüm bitkisi generativ və vegetativ yolla çoxaldılır. Generativ yolla aşağıdakı 



məqsədlərlə  çoxaldılır.  Eyni  sortun  toxumları  ilə  artırılan  kollar  bir-birindən 

kəskin  fərqlənir.  Bunların  əksəriyyəti  C.  Uinklerin  yazdığına  görə  bütün 

göstəriciləri  valideyn  kollardan  geri  qalır.  Bu  baxımdan  təsərrüfatda  toxumla 

çoxalmadan istifadə edilir. 

Toxumla çoxaldılan bitkinin irsiyyətində haçalanma gedir: Sort əlamətlərində 

müxtəliflik yaranır, çoxlu miqdarda formalar yaranır ki, bunlar gələcək seleksiya 

işinin başlanğıc materialı kimi qəbul edilir. 

Bundan  başqa,  toxmacarların  prof.  K.  V.  Smirnovun  dediyinə  görə  ontoge 

nezinin  yeniyetməlik dövrü uzun çəkir, 4-7-ci  ili  və daha çox müddətdə növbər 

məhsul  verir.Çətin  kök  atan  növlərin  də  çoxaldılmasında  toxumdan  istifadə 

müsbət  nəticə  verir.  Çətin  kök  atan  növlərin  də  çoxaldılmasında  toxumdan 

istifadə müsbət nəticə verir. 

Toxum  almaq  üçün  gilələr  fizioloji  yetişməyə  çatmalıdır.Yığılmış  məhsul 

əvvəlcə  hava  buraxan  kisələrdə  saxlanır,  sonra  onların  toxumu  çıxarılıb  suya 

tökülür. Suda yetişməmiş toxumlar üzə çıxır, altda sağlam toxumlar qalır. Sağlam 

toxumlar səpin üçün seçilir. 

Toxumlar müxtəlif üsullarla səpinə hazırlanır. 

Vegetativ  üsulla  çoxalma. Üzüm  bitkisinin  qələmlə, çubuqla, basmalarla və 

calaqla çoxalma üsulları vegetativ çoxalma adlanır. 



Qələmlə çoxalmadan istehsalatda istifadə edilir, ancaq digər üsullara nisbətən 


148

 

 



bu üsul geniş yayılmamışdır. Çox qiymətli üzüm sortlarının sürətlə çoxaldılması 

lazım gəldikdə qələmlərdən istifadə edilir. Qələmlər bir və iki gözcüklü ola bilər, 

bunlar  həm  calaqda  istifadə  edilə  bilər,  həm  də  torpağa  əkilə  bilər.Qələmlər 

yetişmiş  və  yaşıl  zoğlardan  ola  bilər.Yetişmiş  zoğlardan  hazırlanan  qələmlər 

örtülü  və  açıq  şəraitdə  əkilir,  ancan  örtülü  şəraitdə  daha  səmərəli  olur.  Yaşıl 

qələmlər isə ancaq örtülü şəraitdə faydalı olur. Qələmlər birbaşa torpağa və yaxud 

qida  qarışığından  olan  dibçəklərdə  əkilir.  Qələmlər  əkilən  sahə  tez-tez 

suvarılmalıdır. Örtülü şəraitdə nəmlik bir qədər qorunub saxlana bilir, ancaq açıq 

şəraitdə nəmliyin qorunub saxlanması çox diqqət tələb edir. Ting becərilməsində 

iki gözdən ibarət  qələmlərdən də istifadə bu məqsədləedilir. Buğumaraları uzun 

olan zoğlar daha əlverişlidir. Açıq şəraitdə bir gözlü qələmlər əlverişli deyildir. 

Örtülü  şəraitdə  qələmlə  daha  sıx  əkinlər  keçirilir,  elə  hallar  olur  ki,  bir 

hektarda bir milyon qələm yerləşdirilir. 

Çubuqla  çoxaltmada  standart  çubuqlardan  istifadə  edilir.Tədarük  edilən 

çubuqların uzunluğu 40-50 sm, buğumaraları 8-13 sm, diametri (yuxarıdan) 6-12 

mm olmalıdır. İstər qələm istərsə də çubuq aşağıdakı tələblərə cavab verməlidir: 

1.uc tərəfdəki iki gözcük (qələmdəki cəmi 1-2 gözcük) sağlam olmalıdır; 

2.ehtiyat qida maddələri ilə zəngin olmalıdır; 

3.kök əmələ gətirmə qabiliyyəti yüksək olmalıdır; 

4.xəstəliklərin əlamətləri və mexaniki zədə olmamalıdır; 

5.əkin vaxtı qələm və çubuq normal nəmlikdə olmalıdır. 



Əkin  materialının  tədarükü.  Qələm  və  çubuqlar  təmiz  sortlu  anaclıqlardan 

yaxud  aprobasiya  və  seleksiya  aparılmış  üzümlüklərdən  tədarük  edilməlidir. 

Bunlar  olmadıqda  I  qrup,  II  qrup,III  qrup  üzümlüklərdən  tədarük  edilməlidir. 

Bunların  heç  biri  də  olmadıqda  yüksək  məhsuldar,  xəstəlik  və  zərərvericilərdən 

azad üzümlüklərdən əkin materialı tədarük edilməlidir. Ancaq hamısından yaxşı 

elit  ana  bağlarıdır.  Elit  ana  bağlarında  heç  bir  çatışmazlıq  gözlənilmir.  Bu 

baxımdan belə üzümlüklərdə becərmə işləri elit  ana bağlarının tələbatına uyğun 

olaraq təşkil edilməlidir. 

Çox  vaxt  üzümçülər  yuxarıda  göstərilənlərə  etinasız  yanaşır  və  nəticə  də 

qənaətbəxş  olmur.  Əkin  materialının  standartına  olan  tələbat  unudulduqda 

tədarük edilən əkin materialı keyfiyyətsiz olur. 

Çubuq və qələm üzüm bitkisi kəsilən vaxt tədarük edilməlidir. Üzümlük əgər 

payızda  kəsilərsə  onda  tədarük  edilən  çubuq  və  yaxud  qələm  tinglik  salınana 

qədər  saxlayıcıda  saxlanmalıdır.Əgər  tənəklər  yazda  (  fevral  -  mart  aylarında) 

kəsilərsə onda həmin vaxtda da çubuqlar tingliyə əkilməlidir. 

Qışda  üzümlükləri  basdırılan  rayonlarda  əkin  materialı  payızda  tədarük 

edilməli  və  saxlayıcılarda  saxlanmalıdır.Naxçıvanda  ilk  yazda  tənəklər  torpağın 

altından  çıxarıldıqda  artıq  gözcüklər  şişmək  üzrə  olur.  Bundan  əvvəl  də  torpaq 




149

 

 



don olduğundan tənəkləri torpaqdan çıxarmaq olmur. 

Qışda üzümlükləri basdırılmayan rayonlarda nisbi istirahətin şaxtalı və yağışlı 

günlərindən  başqa  bütün  günlərində  əkin  materialı  tədarük  etmək  mümkündür. 

Bir  qayda  olaraq  əkin  materialı  tingliyə  yazda  əkilir.  Əkin  materialı  tədarük 

ediləcək üzümlüklərin kəsilməsi gecikdirilsə yaxşıdır ( saxlayıcıda əkin materialı 

az  müddətdə  qalır).  Əgər  üzümlükdə  quru  kəsməni  ləngitmək  mümkün  deyilsə, 

onda  əkin  materialı  saxlayıcıda  saxlanılır.  Respublikamız  şəraitində  ən  yaxşı 

saxlayıcı  tənəyin  özüdür.  Tənəyin  kəsilməsinə  işçi  qüvvəsi  çatırsa  çubuq 

tədarükünə şirə hərəkəti vaxtı başlanmalıdır, çünki şirə hərəkəti ilə çubuqlar qida 

ilə  zənginləşir.  Bu  məsələdə  son  dərəcə  ehtiyatlı  olmaq  lazımdır.Temperatur 

kəskin arta bilər və tumurcuqlar şişə bilər. 

Zəif  və  cılız  zoğlardan  çubuq  tutulmamalıdır.  Əgər  əkin  materialı  tədarük 

edildikdən sonra saxlanacaqsa, onda zoğlar 2-3 çubuq uzunluğunda kəsilməlidir 

ki, keyfiyyətli saxlansın, yəni kəsik səthi az olduğundan su az buxarlanır.  

Qiymətli  sortların  sürətlə  çoxaldılması  üçün  2-3  gözcükdən  ibarət  qələmlər 

aprelin III dekadasında polietilen pərdədən düzəldilmiş istixanada əkilir. Əkin 0,3 

x  0,1  m  sxemi  ilə  aparılır.  İstixanada  tingliyə  qulluq  işləri  tez-tez  suvarmadan, 

torpağın  yumşaldılmasından,  çiləmələrdən,  üzvi  və  mineral  kübrələrin 

verilməsindən və yaşıl əməliyyatdan ibarət olmalıdır. İstixanada havanın nəmliyi 

65-85%,  isti  günlərdə  isə  100%-ə  qədər  olmalıdır.  Tinglərin  yaxşı  kök  verməsi 

üçün torpağın temperaturu 20

0

C -dən aşağı olmalıdır. 



Payızda  istixanada  becərilən  tinglərdə  zoğlar  80-170  sm-ə  qədər  böyümüş 

olur. 


Bu zoğların yetişmiş hissəsindən də çubuq tədarük etmək olar. 

Üzümlükdə  çubuqlar  iki  məqsədlə  tədarük  edilə  bilər:  1)  tinglikdə  əkilmək 

üçün, 

2)birbaşa üzümlükdə əkilmək üçün. Çubuqlar birinci  halda 40-45 sm,  ikinci 



halda 50-70 sm olmalıdır. 

Çubuqların  tədarük  edilməsi.  Aprobasiya  və  kütləvi  seleksiya  aparılmış 

üzümlüklərdə  tamamilə  sağlam  kollardan  çubuq  tədarük  edilməlidir.  Tənəkdə 

olan zoğların hamısından ucdantutma çubuq tədarükü o qədər də məqsədəuyğun 

deyildir.  Keçən  ilki  bar  barmaqlarının  əsasından  və  orta  hissəsindən,  eləcə  də 

əvəzedici çilikdən çıxan zoğlar çubuq üçün daha əlverişlidir. 

Çubuqlar zoğun hansı hissəsindən tədarük edilməlidir? İstilik az olan yerlərdə 

zoğun aşağı hissəsi, istilik çox olan yerlərdə həm aşağı, həm də orta hissəsi əkin 

materialı üçün yaxşı hesab edilir.  

Tədarük  edilmiş  çubuqlar  dəstədə  bağlanır.  Dəstə  iki  yerindən  bağlanır  və 

bağlanmış yerdən etiket yazılıb asılır. Etiketdə sortun və təsərrüfatın adı, eləcə də 

çubuğun miqdarı yazılmalıdır. Sort müxtəlif olduqda etiketdən istifadə edilir. Bir 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə