Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə71/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   207

152

 

 



Adi basmanın aparılma texnikası aşağıdakı kimidir: 

Ana  tənəkdən  qonşuluqda  yeri  boş  olan  tənəyin  yerinə  qədər  55-60  sm 

dərinliyində  xəndək  qazılır.  Çox  az  hallarda  qonşu  cərgəyə  də  xəndək  qazmaq 

olar. Ana tənəkdəki basma üçün hazırlanan zoğ xəndəyin dibinə uzadılır və tənək 

olmayan  yerdə  ucu  torpağın  səthinə  çıxarılır.  Torpağın  səthinə  çıxarılan  hissə 

basma  üçün  ayrılan  zoğun  yetişmiş  hissəsinin  uzunluğundan  asılıdır.Əgər 

uzunluq imkan verirsə elə birinci ildə də ştamb yaratmaq mümkündür. 

Bizim  təcrübədə  elə  hallar  olub  ki,  zoğun  uzunluğu  bir  ana  tənəkdən  iki-üç 

basma  aparmağa  imkan  verib.Yalnız  bir  basmaya  ehtiyac  olduğu  halda  birinci 

ildə basma ilə həm ştamb alınıb, həm də ştambdan sonra bar barmağı saxlanmış 

və müəyyən miqdar məhsul alınmışdır. 

Basma  aparılarkən  əlavə  qida  maddələrinə  olan  ehtiyacı  nəzərə  alaraq 

xəndəyə üzvi və mineral kübrələr verilir. Qida qarışığı belə hazırlanır: torpaq+4-5 

kq çürümüş peyin +200 q fosfor kübrəsi. 

Basmada zoğun torpağın səthinə çıxarılmış hissəsinin dibinə paya sancılır və 

ona bağlanır.Zoğun torpaqda qalan hissəsində dəstə şəklində köklər əmələ gəlir. 

İlk yazda basma hesabına saxlanan ştambdakı yaşıl zoğlar qoparılmalıdır. Həmin 

zoğlarda məhsul olduğuna görə bəzən onları qoparmırlar.Bu isə gələcək ştambda 

çoxlu  və  qarşı-qarşıya  yaralar  əmələ  gəlməsinə  səbəb  olur.  Adi  basma  tənəyin 

nisbi istirahət dövründə aparılır. 



Yaşıl  basma  adi  basmanın  bir  növüdür,  aparılma  məqsədi  və  texnikası 

eynidir, fərqi odur ki, bu yayda iyul ayında aparılır. Bu vaxt həm  yaşıl zoğların 

uzunluğu basma üçün əlverişli olur, həm də yaşıl zoğda toxumalar oduncaqlaşmış 

olur.Yaşıl  basmada  zoğun  torpaqda  qalan  hissəsindəki  yarpaqlar  qoparılır.Yenə 

də yaşıl zoğun torpağın səthində qalan hissəsinin dibinə paya sancılır. 

Yaşıl basmanı başqa yerdə əkmək üçün əkin materialı istehsalı məqsədilə də 

aparmaq  olar.  Bu  məsələ  bizim  orijinal  işimizdir.  Bu  məqsədlə  aparılan  basma 

üçün xəndək 55-60 sm yox, 20-25 sm dərinliyində aparılır, çünki bu basma daimi 

yox, müvəqqətidir və payızda bunlar çıxarılıb başqa yerdə əkiləcək. Bu üsulda bir 

tənəkdən bir neçə basma aparmaq mümkündür. 

Yaşıl basmanı apardıqda bir maraqlı məqama da rast gəldik. Uzunluğu imkan 

verən,  lakin  toxumaları  hələ  lazımınca  bərkiməmiş  yaşıl  zoğlar  torpağa 

basdırıldıqda bir müddətdən sonra (8-10 gün) onlar çürüyür.Bu barədə də üzümçü 

yazarlar məlumat verməmişlər. 



Kolla  basma  (  katavlak  )  kolun  bütövlükdə  basdırılmasından  ibarətdir.  Kök 

sistemi sağlam və güclü, ancaq yerüstü hissəsi zəif kolların cavanlaşdırılmasında, 

üzümlüklərin  rekonstruksiyasında  və  seyrəkliyin  aradan  qaldırılmasında  kolla 

basmadan istifadə edilir. 

Kolla  basmada  ana  tənəyin  gücündən  asılı  olaraq  basma  etməkdən  ötrü  üç-



153

 

 



dörd  zoğ  saxlamaq  olar.Burada  ana  tənəkdən  lazım  olan  yerə  qədər  (  zoğun 

uzunluğu imkan verərsə ) ana tənəyin kök dabanına qədər olan dərinlikdə bir neçə 

xəndək qazılır. Xəndəklər cərgədəki yeri boş olan tənəyə qədər və qonşu cərgədə 

yeri  boş  olan  tənəyə  qədər  qazıla  bilər.  Kolla  basmada  əsasən  hər  yaşlı  tənəyin 

dibindən bir zoğ çıxarılması nəzərdə tutulur.Burada da qida qarışığından istifadə 

edilir. Basma zamanı ana tənək  çox ehtiyatla əyilib xəndəyin dibinə  uzadılır və 

lazımı yerdən bir ədəd yetişmiş birillik zoğ çıxarılır. 

Kolla  basmada  üzümlüyün  salınmasında  buraxılmış  ciddi  nöqsanların 

düzəldilməsində  istifadə  edilir.  Üzümlüyün  salınmasında  suvarma  və  cərgələrin 

istiqaməti  nəzərə  alınmadıqda  sonralar  bu  vəziyyətlə  heç  vəchlə  razılaşmaq 

olmur, yəni əlavə xərc hesabına olsa da həmin səhvlər düzəldilməlidir. 

Bəzən cərgələr arası məsafə ilə mövcud maşın və mexanizmlərin en götürümü 

uzlaşmır. Bu vəziyyətdə də təsirli tədbir görülməlidir. 

Çin  basması  çox  qiymətli  və  çətin  kök  atan  növ  və  sortların  sürətlə 

çoxaldılması məqsədi ilə aparılır. Əvvəlki basmalardan fərqli olaraq çin basması 

erkən yazda gözcüklərin şişməsinə az qalmış aparılır. 

Bu  basmanı  aparmaq  üçün  ana  tənəkdən  bir,  yaxud  iki  istiqamətdə  20  sm 

dərinliyində  şırım  açılır.  Şırımın  dibinə  qida  qarışığı  töküb  torpaqla  qarışdırılır. 

Basma üçün ayrılan zoğ şırımın dibinə uzadılır və ucu torpağın səthinə çıxarılmır. 

Zoğun  alt  tərəfində  qalan  gözcüklər  korlanır.  Zoğ  ana  tənəyə  yaxın  yerdə 

qarmaqla  torpağa  bərkidilir.  Əvvəlcə  zoğun  üzərinə  10  sm  qalınlığında  torpaq 

tökülür.  Yaşıl  zoğlar  çıxıb  bir  qədər  böyüdükdən  sonra  onların  dibinə  5  sm 

qalınlığında torpaq tökülür, qalan 5 sm -lik məsafə bir qədər sonra doldurulur. 

Basmadan çıxan zoğlar torpağa yaxın olduğundan onlar mildiu xəstəliyinə tez 

tutulur. Buna görə də onlara əlavə dərman çilənməlidir. 

Payızda  yarpaq  töküldükdən  sonra  basmadan  tinglər  ayrılıb  götürülür.  Çin 

basması aparılmış tənəkdən 15-20 ting almaq mümkündür. 



Havada  basma  calaqla  salınmış  üzümlüklərdə  aparılır.  Belə  bağlarda  da 

müxtəlif səbəblərdən seyrəklik olur. Burada basma üçün ayrılan zoğ torpaqla yox

havada şpalerin birinci  məftili ilə gətirilir və  yeri boş olan tənəyin səviyyəsində 

kəsilir.  Həmin  səviyyədə  basma  üçün  ayrılan  zoğ  məftilə  bağlanır.  Yazda  zoğ 

boyu çıxan yaşıl zoğlar qoparılır, yalnız yeri boş olan tənəyin səviyyəsində , daha 

doğrusu axırıncı gözcükdən çıxan zoğ saxlanır. Həmin zoğa qulluq edilir, ikinci 

və yaxud üçüncü ili köksüz və ştambsız formalaşmış tənək alınır.Yadda saxlamaq 

lazımdır ki, belə basmada bir tənəyin kökü iki tənəyi qidalandırır. Buna görə də 

hər iki tənəkdə yükü normadan az saxlamaq lazımdır. 

Havada basmada üzümlükdəki boş fəzadan istifadə edilir.  



Tərsinə  basma harın böyüyən çox  güclü tənəklərdə aparılır.  Bu hadisə qida 

ilə zəngin olan tənəklərdə baş verir, yəni tənəkdəki zoğların hamısı sulu zoğlara 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə