Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə72/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   207

154

 

 



çevrilir  və  bu  zoğdan  da  istifadə  qaydalarını  bilmirlər.Əvvəla  belə  tənəklərdə 

çiçək  qrupları  az  olur,  sonra  isə  həmin  çiçək  topalarında  çiçəklər  çox  tökülür. 

Belə tənəklərdən məhsul almağın üç yolu vardır: 1) tənəkdə bir neçə zoğun əyilib 

torpağa  tərsinə  basdırılması,  2)  həlqələmə  və  3)  fəza  imkan  verərsə  tənəkdə 

yükün çox saxlanması. Bir tənəkdə birinci bəndlə ikinci bəndi eyni vaxtda tətbiq 

etmək  olar.  Həlqələmə  düzgün  aparıldıqda  təsiri  dərhal  üzə  çıxır,  yəni  tənəyin 

harınlığı azalır.  

Tənəyin  harın  böyüməsi  ən  çox  həyətyanı  sahələrdə  müşahidə  edilir,  çünki, 

peyin,  bitki  və  heyvan  tullantıları  mütəmadi  olaraq  verilir.Bu  məsələ  üzrə  bizə 

tez-tez  müraciət  edilir,  soruşub  tənəyin  vəziyyətini  bildikdən  sonra  yuxarıdakı 

üsullardan birini məsləhət veririk. 

 

Üzüm bitkisinin calaqla çoxalması 



 

Calaqla çoxalmada calağın müxtəlif üsullarından istifadə edilir. Calaq işində 

birillik  hissə  birillik  hissəyə,  birillik  hissə  çoxillik  hissəyə  calanır.  Calaqla 

çoxalmada  qarşıya  aşağıdakı  məqsədlər  qoyulur:  vegetativ  hibridləşmə  yolu  ilə 

yeni  sort alınması, üzümlüyün sort qarışığından təmizlənməsi  , tənəklərin  bərpa 

edilməsi və cavanlaşdırılması, sortun təbiətinin dəyişdirilməsi, çiçəyini tökən və 

gilələri  meyrul  edən  (  noxudlanan  )  tənəklərin  başqası  ilə  əvəz  edilməsi,  fillok 

seraya və şaxtaya davamlı əkin materialı əldə edilməsi və s. 

Ümumiyyətlə,  üzümçülükdə  calağın  150-ə  qədər  növü  məlumdur,  ancaq 

hazırda  ən  geniş  yayılanlar  aşağıdakılardır:  yerində,  yarma  və  yarım  yarma 

calaqları,  sadə  qələm  calağı,  Rumın  calağı,  paz  calağı,  göz  calağı,  stolüstü 

calaqlar  və  yaşıl  calaq.Yaxşılaşdırılmış  adi  dil  calağı,  paz  və  fiqurlu  calaqlar 

stolüstü calaqlara aiddir. 

Üzümçülükdə  stolüstü  calaqdan  sonra  ən  çox  tətbiq  edilən  yarma  və 

yarımyarma  calağıdır.  Aşağıda  bu  calaqlardan  bəhs  ediləcək.  Onu  da  deyək  ki, 

yarma  və  yarım  yarma  calaqları  eyni  məqsədə  qulluq  edir.Üzümlüyün  sort 

qarışığından təmizlənməsində, vegetativ hibridləşmədə, çiçəyini tez-tez tökən və 

gilələri  noxudlanan  kolların  qiymətli  sortlarla  əvəz  edilməsində  və  başqa 

məqsədlər üçün istifadə olunur. Bu calaq yazda şirə hərəkəti zəifləyəndə aparılır. 

Calaqaltı (dəyişdiriləcək tənək) kök boğazından 5-10 sm aşağıdan mişarla kəsilir 

və  kəsiyin  səthi  bıçaqla  hamarlanır,  sonra  oduncaq  tən  ortadan  (xətt  özəkdən 

kəsməklə )  yarıq  alınır və onun mərkəzinə əvvəlcədən hazırlanmış  ağacdan paz 

qoyulur. Hazır qələmlər həmin yarığa qondarılır. Bir tənəyə iki qələm qondarılır. 

Çalışmaq  lazımdır  ki,  qələmlərin  birinci  (aşağıdan)  gözcükləri  qarşı-qarşıya 

düşməsin.  Əgər  calaqaltının  diametri  iki  qələm  yerləşdirməyə  imkan  vermirsə, 

onda oduncağın bir tərəfində yarıq alınır və ora bir qələm qoyulur. 




155

 

 



İstər  bir,  istərsə  də  iki  qələm  oduncağın  yarığına  geydirildikdən  sonra  sarğı 

materialı ilə sarınır. Oduncağın ortasında boş qalan yarığa bağ məlhəmi qoyulur. 

Calağın üstü həm ağac kəpəyi, təmiz çay qumu, yaxud strukturlu torpaqla örtülür.  

Calaq müvəffəqiyyətli olduqda elə həmin ili bir-iki ədəd salxım verir. Əlbəttə, 

qələmdən  çıxan  zoğun  üstündəki  çiçək  topası  qoparılsa  yaxşıdır.  Birinci  ili  zoğ 

güclü yetişməlidir ki, ikinci ili ondan məhsul almaq mümkün olsun. 

Calağın müvəffəqiyyətli alınması üçün bir sıra şərtlər lazımdır. Bunlardan biri 

calanan  bitkilər  arasındakı  qohumluqdur  (buna  bitkiçilikdə  affinitetlik  deyilir). 

Bundan başqa, calağı aparan adamın əl vərdişinin böyük əhəmiyyəti vardır. Calaq 

işində  tənəyin  və  havanın  nəmliyinin  əhəmiyyəti  belədir:  çox  nəmlik  olanda 

calaqaltı ilə calaqüstünün birləşən kəsiklərində qaynaq (kallüs) əmələ gəldikcə su 

onu  yuyur.  Axırda  ya  calaq  tutmur,  yaxud  da  pis  tutur.  Calağın  keyfiyyəti  pis 

olduqda uzun ömürlü olmur. 

Üzümçülükdə tətbiq edilən hər bir calaq növünün aparılma vaxtı və texnikası 

vardır.  Məsələn,  mövcud  olan  iki  cür  göz  calağının  biri  may  ayında  (qabıqda 

oduncaq olmur), digəri (göz oduncaqla birlikdə) sonrakı aylarda aparılır. 

Üzümçülükdə  sentyabr  ayında  calaq  aparılması  mövcud  yazılı  mənbələrdə 

yoxdur.  Ancaq  2004-cü  ilin  sentyabr  ayında  (birinci  ongünlük)  Gürcüstanda 

fransızların  texnologiyası  ilə  aprılan  göz  calağının  şahidi  olduq.Gözü  birinci 

məftil  səviyyəsində  ştamba  qoyurdular.  Əlbəttə  gözün  ştambda  yerləşdirmə 

səviyyəsinə bizim iradımız oldu.İradımız ondan ibarət idi ki, göz ştambın torpağa 

yaxın  hissəsində  yerləşdirilməlidir,  ona  görə  ki,  gələcəkdə  ştamb 

cavanlaşdırıldıqda  calaqaltının  hesabına  olmasın.  Onlar  bizim  iradımızla 

razılaşdılar.  

Yaşıl  calaqlar  daha  perspektivli  olur,  ancaq  onların  texnologiyası  lazımınca 

mənimsənilməmişdir. 

Gəncə şəraitində yaşıl calaq üzrə işlərimiz göstərdi ki, hər bir konkret bölgədə 

yaşıl  calağın  optimal  aparılma  müddəti  vardır.  Yaşıl  calaqlardan  yarma  calağı, 

sadə qələm calağı və göz calağını aparmışıq.Yarma calağı ilə yarımyarma calağı 

Gəncə şəraitində may ayının ikinci və üçüncü dekadalarında, göz calağı isə mayın 

ikinci dekadası ilə iyunun birinci və ikinci dekadalarında aparıldıqda müvəf 

fəqiyyətli olur. 

Yarma və sadə qələm calağını aparmaq üçün qələmlər əvvəlcədən hazırlanıb 

bir  qabda  suda  saxlanır.Yaxşı  olar  ki,  bu  calaqlar  günortadan  sonra  axşam 

sərinində  aparılsın.  Calaqaltında  kəsik  alınır  və  qələm  yarma  calağında  yarığa, 

sadə qələm calağında alınmış çəpinə kəsiyə qondarılır. Calaq dərhal eni 1 sm olan 

şəffaf  polietilen  pərdə  ilə  salınır.  Bundan  sonra  isə  calağın  başına  bir  yarpaq 

qoyulur.Yarpaq  calağın  üstünə  kölgə  salır.  Qırılıb  tökülənə  qədər  yarpaq  kölgə 

salmaqda davam edir. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə