Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə73/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   207

156

 

 



Üzümçülükdə ən geniş  yayılan stolüstü calaqdır.Bu calağın mürəkkəbliyi və 

çətin iş prosesləri vardır. Yaşıl calağın texnologiyası yaxşı mənimsənilsə stolüstü 

calaqdan çox tətbiq edilə bilər. 

Stolüstü  calaqlara  yaxşılaşdırılmış  dil  calağı,  lövhəli  calaq  və  fiqurlu  calaq 

daxildir. Bunlardan birincisi əl ilə, son ikisi isə maşınla aparılır. Bu calaqlardan 

tinglikdə ətraflı bəhs ediləcək. 

 

 

9.1. TĠNGLĠK 



 

Yaxın keçmişdə həcminə görə iki cür tingliyin olduğunu deyirdik: 1)təsərrü 

fatdaxili,  2)  dövlət  tingliyi.  Hazırda  bu  adlara  və  onların  məzmununa 

münasibət dəyişmişdir. Beləki, respublikamızda dövlət tinglik təsərrüfatı yoxdur. 

Az miqdar da istehsal olunan tinglər təsərrüfatlarda çox xırda sahələrdə becərilir 

və bunlara tinglik demək olmaz. 

Dövlətdə 

toxumçuluq 

və 

damazlıq 



təsərrüfatlarının 

bir 


qismi 

özəlləşdirilmədiyi kimi qeyri özəl tinglik təsərrüfatları da olmalıdır. Bu təsərrüfat 

dövlət nəzarətində elmi metodologiyaya əsaslanan bir təsərrüfat olmalıdır. 

Respublikamızda  regionların  sosial-iqtisadi  inkişafı  üzrə  dövlət  proqramına 

uyğun  olaraq  və  üzümçülüyün  inkişafına  dair  Dövlət  proqramına  üzümçülüyün 

inkişafına  geniş  miqyasda  başlanmışdır.  Çox  təəssüflə  qeyd  etmək  lazımdır  ki, 

respublikamızda  ting  istehsalı  olmadığından  xarici  ölkələrə  üz  tutulur.  Aydın 

məsələdir  ki,  xarici  ölkələr  öz  sortlarından  ting  istehsal  edir.  Müəyyən  miqdar 

xaricin qiymətli sortlarından gətirmək olar,  ancaq üzüm lüklərimizi başdan-başa 

xariciləşdirmək  heç  bir  məntiqə  sığmır.  Özbəkistan,  Türkmənistan  və  İrandan 

süfrə  üzümləri,  Moldova,  Fransavə  İtaliyadan  texniki  sortlar  gətirilir.  Bunlarla 

yanaşı  özümüzün  çox  qiymətli  süfrə  və  texniki  sortlarımızdan  da  üzümlüklər 

salınmalıdır. 

Nə  qədər  qəribə  görünsə  də  acı  bir  həqiqəti  etiraf  etmək  lazımdır.Yaxın 

keçmişdə  Cəlilabadda  30  min  hektar  üzümlük  olub,  bunun  da  30  %-ə  qədəri 

Həməşərə  sortu  olub.  İndi  5-10  tənək  tapıb  ondan  əkin  materialı  hazırlamaq 

qeyri-mümkündür. 

Şəmkirdə  ən  geniş  yayılan  qara  giləli  texniki  sort  olan  Şal  üzüm  tamamilə 

yoxa çəkilib. Almanlar həmin sortu çox qiymətləndirərdilər və ondan çox keyfiy 

yətli  şərablar  istehsal  edərdilər.  Süfrə  üzümlərinin  ən  gec  yetişən  üzüm  sortla 

rından  biri  və  çox  qiymətlisi  sıradan  çıxmışdır.  Bu  sortları  bərpa  etmək  üçün 

ekspedisiya  işləməlidir.  Daha  hansı  sortlar  sıradan  çıxmışdır.  Belə  qlobal 

məsələlərin həllinə dövlət qayğısı lazımdır. 

Ting  istehsalı  üzümçülüyün  əsas  məsələlərindəndir.  Sortdan  və  əkin 




157

 

 



materialından  asılı  olaraq  üzümlüyün  20-30  ildən  sonrakı  istiqamətini  və 

nəticələrini  söyləmək  mümkündür.Ting  istehsalı  üzümçülüyün  qarşısında  duran 

tələbata cavab verməlidir. Ting istehsalında məqsəd təkcə yeni üzümlüklərin salın 

ması deyil, həm də üzümlüklərdə sortların dəyişdirilməsidir. 

Ting istehsalı üzümçülüyün inkişafı üçün bazisdir. Gələcək üzümlüyün taleyi 

tinglərin  təmiz  sortluluğundan  və  salınacaq  üzümlükdə  torpaq-iqlim  şəraitinin 

uyğunluğundan asılıdır. 

Ting  istehsalının  təkmil  sənaye  texnologiyası  bizim  respublimkada  heç  vaxt 

olmamışdır. XX əsrin 40-50-ci illərində öz kökü üstündə becərilən tinglikdən ting 

istehsalı  80%  planlaşdırılırdı  və  faktiki  çıxım  da  bu  səviyyəyə  yaxın  olurdu. 

Ancaq  sonralar  ting  çıxımı  planını  60%-ə  endirdilər.  Elmin  və  təsərrüfatın 

inkişafının  yüksək səviyyədə olduğu illərdə ting  çıxımının  azaldılmasını əsassız 

hesab edirik. 70-80-ci illərdə də calaq ting çıxımı həm az planlaşdırılırdı, həm də 

faktiki çıxım çox aşağı idi.  

Ting istehsalında o vaxt yüksək  göstəricilər əldə  etmək olar ki,  orada təkmil 

sənaye texnologiyası tətbiq edilmiş olsun. 

Çubuqların  tingliyə  əkilməsi,  torpaq  becərmə  və  xəstəliklərə  qarşı  mübarizə 

işlərinin mexanikləşdirilməsinə nail olmaq lazımdır. 

Növünə  görə  üzüm  tingliyi  üç  cür  olur:  1)  adi,  öz  kökü  üstündə  becərilən 

tinglik, 2) calaqla becərilən tnglik və 3) kombinələşmiş tinglik. 

1925-ci  ilə  qədər  respublikada  olan  tingliklərin  hamısı  öz  kökü  üstündə 

becərilən  tinglik  idi.  Həmin  vaxtdan  sonrakı  illərdə  calaqla  salınan  tingliklər 

təşkil  edilməyə  başladı.  Hər  iki  növ  tingliyin  mahiyyəti  məlumdur. 

Kombinələşmiş tinglik torpağı qumlu və qumsal olan və filloksera olan ərazilərdə 

təşkil edilir. Yəni ərazinin bir hissəsində adi, digər tərəfdə calaqla salınan tinglik 

təşkil etmək olar. 

Respublikamızda birinci iki tinglik təsərrüfatı mövcud olmuşdur. 

Bir  qədər  öz  kökü  üstündə  becərilən  tinglikdən  bəhs  edək.Tinglik  ərazisi 

planlaşdırılan  ting  istehsalından  asılıdır.Bu  planı  keçmişdə  dövlət  verirdisə, 

hazırda  bu  işi  fermer  və  yaxud  sahibkarın  özü  müəyyən  edir.Üzüm  əkən 

təsərrüfatlarla əlaqə yaradan sahibkar özünün ting istehsalı planını müəyyən edir. 

Tinglik  sahəsi  sentyabr-oktyabr  aylarında  dərin  şumlanır  (55-60  sm).  Sahə 

hamarlanana qədər şumda kəltənlər əriyir, alaq otlarının toxumları cücərir və şum 

yatır.Söz yox ki, şumdan əvvəl sahəyə üzvi və mineral kübrələr verilməlidir.Sahə 

hamarlandıqdan  sonra  onun  təşkilinə  başlanmalıdır.  Cərgələrin  istiqaməti  suyun 

axarına yönəldilməlidir. Burada bitkilərə verilən qida sahəsi müəyyən edilməlidir. 

İndiyə qədərki ənənəvi becərmə texnologiyasında cərgə arası 1 m, bitki arası 0,1 

m götürülürdü və bir hektarda yüz min bitki yerləşdirilirdi. 

Sortdan  və  torpaqdan  asılı  olaraq  bitki  arası  məsafə  dəyişə  bilər,  yəni  bu 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə