Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə74/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   207

158

 

 



məsafə 8, 10 və 12 sm götürülə bilər. Ancaq ənənəvi becərmə texnologiyasında 

bütün sortlar üçün ucdantutma 10 sm götürülürdü.  

Üzümçülükdə tətbiq  etdiyimiz becərmə texnologiyası  ilə  yanaşı  tinglikdə də 

intensiv  becərmə  texnologiyasının  mümkünlüyünü  müəyyən  etmişik.Tinglikdə 

tətbiq  etdiyimiz  intensiv  becərmə  texnologiyası  aqrotexniki  tədbirlərlə 

bağlılığından  başqa  əsasən  iqtisadi  fayda  ilə  bağlıdır.  Cərgə  arası  məsafə  elə 

götürülməlidir  ki,  becərmə  məqsədi  ilə  orada  mexanizmlərdən  istifadə  etmək 

mümkün  olsun.  Əgər  cərgə  arasını  50-60  sm  qəbul  etsək  pambıq  tarlası  kimi 

oranı  mexaniki  qüvvə  ilə  becərmək  mümkündür.Cərgə  arası  50-60  sm  olduqda 

bir  hektarda  180-200  min  bitki  yerləşir.  Bir  daha  irəli  gedərək  2-3  cərgəli  lent 

üsulundan  istifadə  edərək  bir  hektarda  250-300  min  bitki  yerləşdirmək 

mümkündür. 

Bizim  tətbiq  etdiyimiz  intensiv  becərmə  texnologiyasının  iqtisadi  tərəfləri 

hansılardır:  Əvvəlki  (ənənəvi)  becərmə  texnologiyası  ilə  müqayisədə  torpaq 

fonduna iki dəfə qənaət olunur. Üzvi və mineral kübrələrə, becərməyə, suvarma 

suyuna  və  suvarmaya,  xəstəliklərə  qarşı  tələb  olunan  dərman  preparatlarına  və 

onların çilənməsinə iki dəfə az vəsait tələb olunur. Əgər hektarda 250 min bitki 

yerləşdirilərsə, onda həmin vəsaitlərə bir az da artıq qənaət olunur. 

Əkinçi  torpaqdan  səmərəli  istifadə  etmək  haqqında  düşünməlidir.Yuxarıda 

sadaladığımız qənaət növləri bizim tərəfimizdən dəfələrlə tətbiq edilmiş və özünü 

doğrultmuşdur. 

Əvvəllərdə  qeyd  etdiyimiz  kimi  öz  kökü  üstündə  becərilən  tinglikdən  ting 

çıxımı  keçən  əsrin  60-cı  illərindən  sonra  60%  planlaşdırılırdı.  Bu  çox  aşağı 

göstəricidir.  Əkinçilikdə  maşın  və  mexanizmlərin  müasir  tətbiqi  fonunda  həmin 

rəqəm  artırılmalı  idi.Ting  çıxımının  azaldılması  onu  göstərir  ki,  bu  sahəyə 

məsuliyyət xeyli azalmışdır.  

Tinglik  təsərrüfatlarında  əkin  vaxtı  çubuqlar  traktor  açan  şırıma  qoyulmuş, 

sonra dibi torpaqla doldurulmuşdur. Bu üsulda iki nöqsana yol verilirdi: 1)çubuq 

əkilən anda suvarılmırdı, 2) cərgələr düz xətt təşkil etmədiyindən becərmə vaxtı 

dirsəklərdə bitkilər kultivator tərəfindən korlanırdı. 

Biz  şırımı  açdıqdan  sonra  onun  yarısına  qədər  torpaq  töküb  sonra  su 

buraxırıq.  Su  kəsildikdən  sonra  xəndəkdə  hörrə  əmələ  gəlir.  Kəndiri  və  yaxud 

məftili çəkib onun dibi ilə çubuqları hörrəyə sancırıq. Burada çubuq əkildiyi anda 

su  ilə  təmin  edilir,  həm  də  cərgələr  düz  xətt  boyunca  gedir.  Bunun  özü  yüksək 

əkinçilik mədəniyyəti deməkdir. 

Çubuqlar  şırıma  əkildikdən  sonra  onların  dibi  torpaqla  doldurulur,  sonra  isə 

narın  torpaqda  çubuqların  üstü  torpaqla  örtülür.  Çubuğun  üstündə  torpaq 

təbəqəsinin  qalınlığı  2-3  sm  olmalıdır.Gözcüklər  açılıb  yeni  zoğların  başlanğıc 

mərhələsin də çubuqların üstündəki torpaq qatı ( tərəcik ) dağıdılmalıdır. Bu işdə 



159

 

 



iki məqsəd vardır: 1) tumurcuqların açılması və zoğ əmələ gəlməsini ləngitmək. 

Bu müddətdə köklərin əmələ gəlməsi qabağa düşür; 2) çubuqdan su buxarlanması 

azalır. 

Yuxarıda  göstərilən  qayda  ilə  əkilən  tinglik  6-7  gündən  sonra  suvarılır. 

Çubuqlar tingliyə əkilən vaxtı əgər onlarda nəmlik lazımı dərəcədə toplanmamış 

dırsa  əkindən  sonra  birinci  suyu  4-5  gündən  sonra  vermək  lazımdır.  Sonrakı 

suvarmaların  müddəti  havanın  nəmliyindən  də  asılıdır.  Söz  yox  ki,  yağışlı 

günlərdə  bu  müddət  uzadılır.  Havalar  isti  və  yağmursuzdursa  suvarmalar  arası 

müddət bir həftədən artıq olmamalıdır. 

Avqust ayında tinglər bir qədər bərkimiş olur və suvarmaları 7-8 gündən bir 

aparmaq olar. 

Hər  dəfə  sudan  sonra  tinglikdə  becərmə  aparılmalıdır.  Becərmə  iki  dəfə 

ketmənlə, bir dəfə bel və  yaxud yaba ilə aparılmalıdır. Bel və  yaba ilə tinglərin 

dibi 15 sm dərinliyində yumşaldılır, 20 sm dərinliyində isə torpaq azca laxladılır 

ki,  həmin təbəqəyə hava daxil  ola bilsin. Havalanma nə qədər tez-tez aparılarsa 

köklər bir o qədər yaxşı böyüyər. 

İyul  ayının  axırlarından  etibarən  tinglikdə  yaşıl  əməliyyata  başlanmalıdır. 

Birinci yaşıl əməliyyatda bir çubuqdan çıxan bir neçə zoğdan yalnız biri saxlanır, 

qalanı  qoparılır.İkinci  əməliyyatda  (avqust  ayında)  biclər  qoparılır.  Sentyabrın 

birinci  və  ikinci  dekadasında  zoğların  ucu  kəsilir  (çekanka).  Bu  əməliyyat 

köklərin inkişafı üçün şəraiti bir az da yaxşılaşdırır və zoğların yaxşı yetişməsini 

təmin edir. Fransa tingliyində bu əməliyyatların hamısı mexanikləşdirilmişdir. 

Tinglikdə  göstərdiyimiz  yaşıl  əməliyyat  azərbaycan  dilində  üzümçülük  üzrə 

mövcud  ədəbiyyatın  heç  birində  və  üzüm  becərilməsinə  dair  aqronomiya 

qaydalarında yoxdur. Tinglik işinin təşkilində və ting becərilməsində bizim aşkar 

etdiyimiz məsələlərdir. 

Tinglikdə  yaşıl  əməliyyat  haqqında  ən  çox  müraciət  etdiyimiz  rus  ədəbiy 

yatında  və  digər  ölkələrin  ədəbiyyatında  yazılar  yoxdur.  Fransa  və  Bolqarıstan 

mənbələrində yazılar olmasa da onların istehsal etdikləri tinglərdə bu işlər yüksək 

səviyyədə yerinə yetirilmiş olur. 

Bir-iki  buğumdan  ibarət  qələmlərin  kökləndirilməsindən  əvvəlki  bəhslərdə 

söhbət açsaq da indi yaşıl qələmlərin kökləndirilməsindən bəhs edəcəyik. 

Yaşıl  qələmlərin  kökləndirilməsindən  çox  qiymətli,  ancaq  az  yayılan  üzüm 

sortlarının çoxaldılmasında istifadə edilir. 

Yaşıl qələmlər yaşıl əsas və bic zoğlarından tədarük edilir. Bu işə may ayının 

əvvəllərində  başlamaq  olar.Yaşıl  qələmlərin  kökləndirilməsində  əsas  şərtlərdən 

biri və başlıcası havanın nisbi nəmliyi, temperaturu, işıq və havalanmadır. 

Turqor vəziyyətini itirməmiş zoğlar əkin üçün yararlı hesab edilir. Soluxmuş 

zoğlardan  tədarük  edilmiş  qələmlər  və  yaxud  soluxmuş  qələmlər  əkin  üçün 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə