Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə75/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   207

160

 

 



yararsız hesab edilir. 

Zoğlar  tənəkdən  ayrıldıqdan  dərhal  sonra  iti  bıçaq  və  ülgüclə  (  almaz) 

qələmlər kəsilir. 

Bəzi  ədəbiyyatda  göstərilir  ki,  zoğlar  azlıq  etdikdə  qələm  üçün  buğumun 

ortasından  kəsik  alınır.  Deməli,  buğumun  yarısı  bir  qələm,  yarısı  da  digər 

qələmdə saxlanır. Yenə həmin ədəbiyyat göstərir ki, zoğ çox olduqda bir qələm 

iki  buğum  və  bir  buğumarası  götürülür.Bu  halda  qələmlərin  bitmə  ehtimalı 

artır.Qələmlərdə  olan  iri  yarpaqların  yarısı  kəsilib  atılır,  kiçik  yarpaqlar  bütöv 

saxlanır.Yarpaqları  tamamilə  kəsib  atmaq  olmaz,  onda  qələmlərin  bitişi  xeyli 

pisləşər. 

Qələmlər  istixanada  və  yaxud  parnikdə  əkilib  kökləndirilir.Qələmlər  əkilən 

torpaq  qida  maddələri  ilə  zəngin  olmalıdır.  Onlar  həmin  torpağa  3-4  sm 

dərinliyində  əkilir.Onun  üstündən  yaxşı  yuyulmuş  iri  dənəli  çay  qumu  tökülür. 

Parnikin  üstü  şüşəli  və  yaxud  polietilen  pərdə  çəkilmiş  çərçivələrlə  örtülür. 

Torpağın üstünə tökülmüş qum təbəqəsi ilə çərçivənin arasında 14-15 sm boşluq 

qalmalıdır.  Qələmlər  parnikə  əkildikdən  sonra  temperaturu  18-20˚S  olan  isti  su 

ilə  tez-tez  suvarılmalıdır.Tez-tez  suvarma  dedikdə  elə  etmək  lazımdır  ki, 

nəmliyin  azlığından  qələmlər  soluxmasın  və  ya  nəmliyin  çoxluğundan  onlar 

çürüməsin.  

Əkinin 12-15-ci günü kök atmış qələmlər tingliyə köçürülür. 

İyun ayında tədarük edilən qələmlər soyuq parniklərə əkilir. 

Tinglikdə növbəli əkin sistemi tətbiq edilməlidir. Növbəli əkin sxemi rayonun 

torpaq- iqlim və iqtisadi şəraitindən, eləcə də təsərrüfatın imkanından asılı olaraq 

tərtib olunur. 

Sahənin  təşkilindən  əvvəl  orada  əkiləcək  növbəli  əkin  sistemi  müəyyənləş 

dirilməlidir. Məlumdur ki, eyni sahədə bu və ya digər bitki uzun müddət becəril 

dikdə  torpağın  münbitliyi  azalır  və  strukturu  pozulur.  Bu  isə  bitkinin  inkişafına 

mənfi təsir göstərir. Ona görə də bitkinin inkişafına ən yaxşı şərait yaratmaq üçün 

növbəli əkin sistemindən istifadə edilməlidir. 

Ottarlalı növbəli əkin sistemi yaradılarkən orada 5 tarlalı növbəli əkin sistemi 

nəzərdə tutulur və aşağıdakı ardıcıllıqla yerləşdirilir. 

I  tarla-yonca,  II  tarla-yonca,  III  tarla  tinglik,  IV  tarla-tinglik,  V  tarla- 

becərilən  bitkilər,  yaxud  payız  plantaj  şumu.  Sahənin  təşkili  ilə  əlaqədar  olaraq 

aşağıdakı məsələlər həll edilməlidir: 

1. Tinglik sahəsinin və növbəli əkin tarlalarının həcmi müəyyən olunmalıdır. 

2. Növbəli əkin konfiqurasiyası mexanikləşdirilməyə imkan verməlidir. 

3. Tingliyin kvartallarının forma və ölçüsü müəyyən olunmalıdır. 

4.  Ümumi  ərazidə  və  tingliyin  növbəti  tarlasında  yol  şəbəkəsi  qeydə 

alınmalıdır. 



161

 

 



5. Relyef və su mənbələri, supaylayıcı kanallar və suvarma şırımları nəzər də 

tutulmalıdır. 

Maşın  və  aqreqatlardan  səmərəli  istifadə  etmək  üçün  sahələr  və  cərgələr 

mümkün qədər uzun olmalıdır. Cərgələrin uzunluğu sahənin maillik dərəcəsindən 

də asılıdır, yəni maillik dərəcəsi artdıqca cərgənin uzunluğu azalmalıdır. Maillik 

dərəcəsi az olduqca və cərgənin uzunluğu artdıqca torpağın su udma qabiliyyəti 

artır. 

Düzənlik  sahədə  20  hektarlıq  tinglik  salındıqda  cərgənin  uzunluğu  100  m, 



yolların eni 3-4 m ola bilər. Sahənin bütün uzunu boyu ana arx keçməlidir. 

Uzun  illər  bizim  apardığımız  təcrübə  və  müşahidələr  göstərir  ki,  düzən 

yerlərdə  cərgənin  uzunluğu  50-100  m  götürülməlidir.  100  metrlik  məsafədə 

cərgənin  başı  ilə  aşağısında  olan  bitkilər  bir-birindən  fərqli  su  alır.  Aşağıdakı 

bitkilərin  yuxarıdakılar  qədər  su  alması  üçün  aşağıdakıların  yanından  su  uzun 

müddət axmalıdır. Bu baxımdan tinglikdə cərgələrin uzunluğunu 60 metrdən çox 

götürmək lazım deyil. 

Tinglikdə  bitkilərə  verilən  qida  sahəsinin  düzgün  seçilməsi  vacib  şərtlərdən 

hesab  edilir.  Tinglikdə  sahənin  təşkili  və  torpağın  əkinqabağı  becərilməsi  işləri 

mümkün qədər sahə vahidində çox bitki yerləşdirilməsinə yönəldilməlidir. 

Əvvəlki  bəhslərdə  göstərildiyi  kimi  respublikamızda  üzümçülüyün  yüksək 

inkişaflı  vaxtlarında  tinglikdə  1,0  x  0,1  m  qida  sahəli  əkin  sxemindən  istifadə 

edilirdi. Bu belə də olmalı idi, çünki, traktorla açılan şırımların arasını 1 metrdən 

artıq və yaxud əskik götürmək olmurdu və heç bu barədə fikir də yürüdülmürdü. 

Bir  qayda  olaraq  tingliklərin  hamısında  cərgə  arası  1  metr,  bitki  arası  0,1  m 

götürülürdü. 

Ting becərilməsi üzrə bizim apardığımız işlər göstərmişdir ki, cərgə aralarını 

0,5 metrə qədər, bitki arasını 5-6 sm-ə qədər azaltmaq mümkündür. Ancaq cərgə 

aralarını elə götürmək lazımdır ki, traktorla becərmək mümkün olsun. Bitki arası 

məsafə  torpağın  tipindən  və  sortdan  asılıdır.  Bu  məsələyə  bəzən  torpağın 

nəmliklə təmin olunma dərəcəsini də aid edirlər. Yadda saxlamaq lazımdır ki, bu 

məsələni üzümlüyə aid etmək olar. Tinglik becərilən torpaq sahəsi suvarma suyu 

ilə tam təmin olunmalıdır. Əks təqdirdə həmin mühit şəraiti ting becərilməsi üçün 

əvəzsiz hesab edilməlidir. 

May  ayından  etibarən  tinglikdə  becərmə  işləri  aparılmalıdır.  Becərmə  işləri 

suvarmadan  sonra  cərgələrdə  və  cərgə  aralarında  qaysağın  sındırılması  ilə 

birlikdə  torpağın  səthinin  yumşaldılması,  alaqların  məhv  edilməsi,  hər  iki 

yumşaltma  arasında  15-20  sm  dərinliyində  yumşaltma  aparmaqdan  yaşıl 

əməliyyata  daxil  olan  bir  neçə  iş  növünün  ardıcıl  olaraq  aparılmasından,  suvar 

madan və xəstəliklərə qarşı ( əsasən mildiuya qarşı ) mübarizədən ibarətdir. 

Noyabr-dekabr  aylarında  yarpaqlar  töküldükdən  sonra  tinglər  tinglikdən 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə