Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə77/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   207

164

 

 



sürətlə  yayılması  və  Fransa  üzümlüklərinin  kütləvi  məhvi  karantin  tədbirlərinin 

tətbiq edilməsi zəruriyyətini doğurmuşdur. Karantin tədbirlərinin mahiyyəti fillok 

seranın bir ölkədən başqa ölkəyə (xarici karantin), bir rayondan başqa rayona 

(daxili karantin) keçməsinin qarşısını almaqdır. 

1926-cı  ildə  SSRİ-də  Xalq  Komissarları  Sovetinin  «filloksera  ilə  mübarizə 

tədbirləri  haqqında»  qərarına  əsasən  1931-ci  ildə  ölkədə  fillokseraya  qarşı 

karantin tədbirlərinin əsası qoyulmuşdur. 

Sənaye  üzümçülüyü  ilə  məşğul  olan  müttəfiq  respublikaların  hamısında 

karantin  müfəttişlikləri  təşkil  edilmiş  və  uzun  müddət  ərzində  fəaliyyətdə 

olmuşdur. 

Bütün  bunlara  baxmayaraq  daxili  və  xarici  karantin  tədbirləri  ciddiliyinə 

baxmayaraq  lazımi  səmərəni  verməmiş,  filloksera  rayondan-rayona,  ölkədən-

ölkəyə  keçmiş  və  üzümlüklərə  böyük  miqdarda  ziyan  vurmuşdur.  Bu  məsələ 

Azərbaycan  respublikasında  böyük  məsuliyyətsizliklə  həll  edilmiş  və  artıq  XX 

əsrin 60-cı illərində filloksera rayonların hamısına yayılmışdır.  

Radikal  üsula  görə  filloksera  olan  üzümlüklərin  sərhəddi  müəyyən  edilir, 

həmin sahədə olan üzümlüklər köklənir. Sonra həmin sahənin hər kvadrat metrinə 

2-2,5  kq  karbon-  sulfid,  dixloretan  və  yaxud  dixloretanın  kub  qalıqları  verilir. 

Köklənmiş və dərmanlanmış sahədə yeni üzüm zoğları əmələ gələrsə onlar məhv 

edilməlidir. 

Üzümlüklərin  su  ilə  doldurulması.  1870-ci  ildə  doktor  Seygl  müşahidə 

etmişdir  ki,  uzun  müddət  üzümlükdə  su  təbəqəsi  olduqda  fillokseranın  orada 

məskən  salmasının  qarşısı  alınır.  Fokon  və  Barral  bu  faktın  doğruluğunu  təsdiq 

etmişlər, yəni torpağın səthində müəyyən müddət su təbəqəsi olduqda kökə hava 

çatmır və filloksera havasızlıq şəraitində məhv olur. Bu üsulla fillokseraya qarşı 

mübarizə  məqsədilə  müəyyən  müddətdə  torpağın  səthi  5-20  sm  qalınlığında  su 

qatı ilə örtülü olmalıdır. 

Ancaq bu üsulun müəyyən nöqsanları vardır. Belə ki, torpaqda yüksək nəmlik 

göbələk  xəstəliklərinin  inkişafını  təmin  edir,  kök  çürüməsi  baş  verir  torpaqda 

bataqlaşma əmələ gəlir. 



Üzümlüklərin  qumlu  torpaqlarda  becərilməsi.  Xırda  qumlardan  ibarət 

torpaqlarda  üzüm  bitkisi  filloksera  ilə  zədələnmir.  Müəyyən  edilmişdir  ki, 

torpaqda qum elementləri 60-80 % təşkil etdikdə filloksera mənənəsi hərəkət edə 

bilmir.  Bu  baxımdan  qumlu  torpaqlarda  öz  kökü  üstündə  tənək  becərmək 

mümkündür. 

Kimyəvi  üsul  (müalicə  üsulu).Torpaq  şəraiti  və  digər  şəraitlər  imkan 

verdikdə,  eləcə  də  bu  üsul  iqtisadi  cəhətdən  faydalı  olduqda  üzümlüklərdə 

kimyəvi üsulla müalicədən istifadə etmək mümkündür. 

1874-cü  ildən  etibarən  üzüm  bitkisini  sağlam  saxlamaqla  fillokseranı  məhv 




165

 

 



etmək üzrə səylər göstərilmişdir. Hələ XX əsrin əvvəllərində müəyyən edilmişdir 

ki,  dövrü  olaraq  torpaqda  kiçik  dozalarla  karbon-sulfid  verildikdə  (hər  kvadrat 

metrə 25-30 kq olmaqla) üzüm bitkisinin normal məhsul verməsini təmin etmək 

mümkündür. Bu halda filloksera 90-95 % məhv olur, ancaq  yenidən çoxalmağa 

başlayır. 

1938-ci  ildən  Y.İ.Printsin  məsləhəti  ilə  karbon  sulfid  dixloretanla  (  1  m² 

torpaq üçün 100 q) əvəz edildi. Sonralar bu preparat paradixlor benzolla birlikdə 

verildi. 

Hazırda  fumiqant  kimi  heksaxlorbutadiendən  (  1  hektara  100-150-200  kq) 

istifadə  edilir.Ancaq  dərman  preparatlarının  heç  biri  filloksera  ilə  mübarizəni 

tamamilə  həll  etmir,  çünki,  dərmanın  iyindən  fillokseranın  tək-tək  fərdləri 

torpağın  daha  dərin  qatlarına  baş  vurub  orada  gizlənir,  dərmanın  iyi  çəkildikdə 

onlar üst qatlara qalxır. Deməli, kimyəvi mübarizə də filloksera problemini həll 

etmir. 


Amerikan  calaqaltılarına  calamaq.  Fillokseraya  qarşı  yuxarıda  göstərilən 

mübarizə  üsulları  tam  səmərə  vermədiyindən  amerikan  mənşəli  calaqaltılardan 

istifadə məsələsi daha geniş miqyaslıdır. Filloksera böhranı zamanı amerikan mən 

şəli  fillokseraya  davamlı  calaqaltılar  Fransanın,  Macarıstanın  və  İtaliyanın 

üzümlüklərini  xilas  etmişdir.  Bu  nəticələri  görən  Rusiya  da  fillokseraya  qarşı 

birbaşa  mübarizə  üsullarından  əl  çəkib  amerikan  mənşəli  calaqaltılardan 

istifadəyə keçmişdir. 

Bu  məsələdə  çətinlik  törədən  başlıca  bir  problem-amerikan  calaqaltılarının 

yerli sortlarla affinitentliyidir. Affinitentlik məsələsinin həlli uzun vaxt tələb edir. 

Bu sahədə Fransa,  İtaliya, Macarıstan, Rusiya, Moldova, Ukrayna və Gürcüstan 

alimlərinin  sanballı  işlərinə  baxmayaraq  yerli  sortlarla  amerikan  calaqaltılarının 

qarşılıqlı münasibəti tam həll edilməmişdir. Bu baxımdan calaqaltıların seçilməsi 

müəyyən  mənada  çətinlik  törədir.  Calaqaltı  ilə  calaqüstünün  affinitetliyi 

öyrənilərkən bəzən uğursuzluğa rast  gəlinir. Uğursuzluğun səbəbi  təkcə calanan 

komponentlərin  uyğunsuzluğu  deyil,  həm  də  ekoloji  şəraitin  alınmamasıdır. 

Xarici  ölkələrdə  aparılan  işlər  və  Rusiyadakı  müşahidələr  göstərirdi  ki, 

üzümçülüyün inkişafında filloksera probleminə calaq işi mühüm rol oynaya bilər. 

1895-ci  ildə  Rusiyanın  Əkinçilik  Nazirliyinin  fillokseraya  həsr  olunmuş 

müşavirəsində  üzümçülüyün  gələcək  inkişafında  calaq  işinə  hazırlığın 

passivliyini  qeyd  etmişdir.  Göstərilmişdir  ki,  filloksera  problemi  üzrə  aparılan 

təcrübə  işlərinin  nəticələrinin  mənfi  və  müsbətliyindən  asılı  olmayaraq  indidən 

calaqaltı  anaclıqların  salanmasına  başlanmalıdır.  Əgər  4  ildən  sonra  bu  işə 

başlansa onda gecikmiş olarıq. 

Buna  oxşar  məsələ  hazırda  Azərbaycanda  qalxmaq  üzrədir.  Fermer  və 

sahibkarların  bir  qismi  filloksera  təhlükəsini  nəzərə  alaraq  üzümlüklərin 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə