Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə79/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   207

168

 

 



Affinitetliyin öyrənilməsi uzunmüddətli prosesdir. 

 

Fillokseraya davamlı calaqaltı sortlarından tələb olunan Ģərtlər 

 

Fillokseraya  davamlı  calaqaltı  sortlarından  olan  tənəklərin  zoğları  gələcək 



calaqaltı  kimi  müəyyən  tələblərə  cavab  verməlidir.Onlar  praktiki  olaraq 

fillokseraya,  xəstəliklərə,  əlverişsiz  mühit  şəraitinə  (şaxtaya,  quraqlığa  və  s.) 

davamlı  olmalıdır,  əsas  torpaq  tiplərinə  uyğunlaşmalıdır,  yaxşı  kök  əmələ 

gətirmək  qabiliyyətinə  malik  olmalı  və  əsas  standart  sortlarla  calaq  tutmalıdır, 

nəhayət, yaxşı yetişməlidir. 

Fillokseraya  davamlı  calaqaltıların  yuxarıda  göstərilən  tələblərindən  ən 

əsasları aşağıdakılardır. 

İqlimə  olan  tələb.  Hazırda  mövcud  fillokseraya  davamlı  calaqaltılar  Şimali 

Amerikanın isti və mülayim iqlim şəraitində yabanı formalardan əmələ gəlmişdir. 

Fillokseranın  sürətlə  yayılması  ilə  əlaqədar  olaraq  Fransada  amerikan 

tənəklərinin  xalis  növləri  becərilməyə  başladı.  Ancaq  onlar  nəzərdə  tutulan 

nəticəni  vermədi.  Ona  görə  də  seleksiyaçılar  tərəfindən  yerli  torpaq-iqlim 

şəraitinə uyğun yeni Amerika-amerikan və avropa -amerikan hibridləri yaratdılar. 

Beləliklə,  cənubi  Fransada  fillokseraya  davamlı  növlər  və  onların  hibridləri 

əlverişli iqlim şəraiti olduğundan normal inkişaf etmişdir. 

Qazax-Gəncə  zonasının  iqlim  şəraitinin  cənubi  Fransanın  iqlim  şəraiti  ilə 

uyğynlyğy vardır. Əgər cənubi Fransada vegetasiya müddəti 188 günlə 244 gün 

arasındadırsa,  Qazax-Gəncə  bölgəsində  220-240  gündür.  Əgər  cənubi  Fransada 

fəal temperatur 1813˚ S ilə 4262˚ S arasındadırsa, Qazax-Gəncə bölgəsində orta 

göstərici 3600 S-dir. 

Qazax-Gəncə  bölgəsinin  ayrı-ayrı  torpaqlarında  becərilən  calaqaltılar  Fransa 

ilə müqayisədə daha güclü böyüyür və daha çox çubuq çıxımı verir. 

Torpağa  olan  tələb.  Ayrı-ayrı  calaqaltılar  içərisində  aparılan  müşahidələr 

göstərmişdir ki,  eyni  torpaq tipində onların  böyümə gücü və başqa əlamətlərinə 

görə aralarında fərq vardır. 

Yadda  saxlamaq  lazımdır  ki,  calaqaltı  anaclıqlarda  «başcıq»  formalı 

tənəklərdə  yerüstü  hissə  hər  il  kəsilib  götürülür.Bu  baxımdan  calaqaltı  anaclıq 

əkinçilik elminin qanunları əsasında becərilməli və torpağa hər il üzvi və mədən 

kübrələri verilməlidir. 

Yüngül  torpaqlarda  calaqaltılar  güclü  böyümür.  Bu  baxımdan  calaqaltı 

çubuqlara olan tələbin ödənilməsi üçün anaclıq sahəsini bir qədər artıq götürmək 

lazımdır. Strukturlu və münbit şabalıdı torpaqlarda çubuq çıxımını xeyli artırmaq 

mümkündür.  

Torpağın  kimyəvi  xüsusiyyətlərinin  calaqaltıların  həyatında  rolunu  ayrıca 



169

 

 



qeyd  etmək  lazımdır.  Avropa  sortlarının  əksinə  olaraq  fillokseraya  davamlı 

calaqaltılar əhəngə daha həssasdır. 

Bununla  əlaqədar  olaraq  P.Qale  şkalasına  görə  fillokseraya  davamlı 

calaqaltıların xloroza davamlılığı dərəcəsini veririk. «Fəal əhəng» dedikdə P.Qale 

suda həll olunan əhəngin ( udulan kalsium duzu) miqdarını nəzərdə tutur.Bu şkala 

ayrı-ayrı torpaq tipləri üçün calaqaltıların seçilməsini asanlaşdırır. 

Fillokseraya davamlı calaqaltıların fəal əhəngə davamlılığı (Qaleyə görə) 

 

Calaqaltılar  



Fəal əhəng %% 

Viala, Klinton 

0-4 

Riparia Qluar 



0-6 

196-17, 101-14 

0-9 

41-53m, 261 



0-10 

3306, 339 

0-11 

Aramon  x  Rupestris  Qanzen,  1202-S, 



93-5S 

0-13 


Rupestris dyu Lo 

0-14 


31 Rixter, Feniks 

0-16 


57, 99, 110 

0-17 


5 BB, 420 A, №:EM  

0-20 


161-49S 

0-25 


416, 333EM 

0-40 


 

 

  



Fillokseraya davamlılığı. Məlumdur ki, fillokseranın yarpaq və kök formaları 

vardır.  Yarpaq  forması  fillokseraya  davamlı  calaqaltılarda  və  bilavasitə 

hasiledicilərdə olur (V.Labruskanın törəmələri). Yarpaq forması əsasən yarpaq və 

cavan zoğları, kök forması isə kökləri zədələyir. 

Yarpaq forması amerikan tənəklərindən olan tingliyə, eləcə də anaclığa ziyan 

vurur.  Yarpağı,  zoğun  və  bığcığın  filloksera  zədələyən  yerində  əvvəlcə  kiçik 

qabarcıqlar  (avropa  üzümlərinin  yarpağındakı  fır  gənəciyinin  zədəsinə  oxşayır) 

əmələ  gəlir.  Qabarcıqlar  yarpağın  ayasında  olur,  getdikcə  həmin  qabarcıqların 

rəngi qızarır və nəhayət qəhvəyi rəngə keçir.Qabarcıqların yarpağın alt tərəfindən 

içi  çökək  və  bir  qədər  də  tüklü  olur.  Filloksera  (mənənə  mərhələsində)  orada 

yerləşir. Çox sirayətlənmə şəraitində bir yarpaqda 200-250 qabarcıq ola bilər. Bu 

halda  yarpaq  qıvrılır  və  onun  assimilyasiya  səthi  azalır,  nəticədə  zoğların 

böyüməsi zəifləyir və dayanır. Bu isə çubuq çıxımına əhəmiyyətli dərəcədə təsir 

göstərir. Olan çubuqların çox qismi calağa yararlı olmur. 




170

 

 



Fillokseranın  kök  formasına  davamlılığına  görə  üzüm  növlərini  (həm  də 

onların hibridləri ) və sortlarını dörd qrupa bölmək olar.  

Birinci  qrupa  fillokseraya  ən  az  davamlılar  və  tamamilə  davamsızlar  (əksər 

Avropa-Asiya sortları ) daxildir. 

İkinci qrupa fillokseranın  zərərli fəaliyyətinə kafi  dərəcədə davamlı  olan bir 

neçə bilavasitə hasiledicilər və amerikan mənşəli calaqaltılar aiddir. 

Üçüncü  qrupa  fillokseraya  davamlı  üzümlüklər  -  xalis  amerikan  növləri  və 

Amerika-amerikan hibridləri daxildir. 

Dördüncü  qrupa  fillokseraya  mütləq  davamlı  üzümlər  -  Vitis  Rotundifoliya 

növü  aiddir.  Ancaq,  onun  Avropa-Asiya  üzümləri  ilə  affinitetliyi  yoxdur.  Bu 

növdən  gələcəkdə  fillokseraya  davamlı  üzüm  sortlarının  alınması  məqsədilə 

(seleksiya məqsədilə ) istifadə edilə bilər. 



Affinitetlik.  Bitkidə  calanmış  komponentlərin  bir-birinə  təsiri  qədim 

vaxtlardan  məlumdur.Üzümçülükdə  calaqaltı  ilə  calaqüstünün  qarşılıqlı  təsiri 

fillokseraya  davamlı  calaqaltıların  becərilməsindən  sonra  öyrənilməyə 

başlamışdır. 

Müəyyən  edilmişdir  ki,  calanmış  komponentlərdə  -  calaqaltında  və 

calaqüstündə  calaq  tutandan  sonra  dərin  dəyişikliklər  gedir.Calaqaltının  düzgün 

seçilməsi ilə nəinki məhsuldarlığı artırmaq olar, həm də məhsulun keyfiyyətini də 

yaxşılaşdırmaq  olar.  Calaqaltının  təsiri  altında  calaqüstünün  xloroza,  quraqlığa, 

şaxtaya və digər əlverişsiz xarici mühit şəraitinə davamlılığı artır. 

Bir  sıra  tədqiqatçılar  müəyyən  etmişlər  ki,  calaqaltının  təsiri  altında 

calaqüstündə  bəzi  morfoloji  dəyişikliklər  baş  verir.  Ona  görə  də  S.A.Melnik 

üzümçülərə  müraciətində  tinglik  işində  calaqaltı  ilə  calaqüstünün  düzgün 

seçilməsini məsləhət görürdü. 

İtaliya  alimi  Tsanottinin  tədqiqatlarına  görə  qohumluq  calaqaltı  ilə 

calaqüstündə  az  və  ya  çox  dərəcədə  mövcud  olan  anatomik  quruluşu, 

protoplazmatik  təbiəti  və  fizioloji  fəaliyyətinin  hormonluq  dərəcəsidir.  Tənəyin 

məhsulunun  keyfiyyət  və  kəmiyyəti,  böyümə  gücü,  əlverişsiz  iqlim  şəraitinə 

münasibəti, xəstəlik və zərərvericilərə davamlılığı və s. kimi bioloji xüsusiyyətlər 

qohumluqla bağlıdır. 

A.Q.Mişurenko  calaq  işindən  bəhs  edərək  qeyd  edir  ki,  yeni  calaqaltında, 

məsələn, Ripariya x Rupetris 101-14 calaqaltında o vaxt yüksək nəticə əldə edilər 

ki, calaqüstü həmin calaqaltında azı 12 il becərilmiş olsun.  

Beləliklə, calaqaltı ilə calaqüstü arasındakı affinitetlik daimi deyil, müəyyən 

şərtlərdən asılı olaraq o dəyişə bilər. 

Affinitetliyin  öyrənilməsində  birbaşa  eksperiment  yolu  ilə  tədqiqatlar 

aparılmalı,  paralel  olaraq  hər  bir  sortun  bioloji  xüsusiyyətləri  və  ekoloji  amillər 

uçota alınmalıdır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə