Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə80/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   207

171

 

 



 

9.2. Calaqaltı anaclıqlar 

 

XX  əsrin  20-30-cu  illərində  Azərbaycanda  fillokseraya  davamlı  anaclıqlar 



məşhur  alim,  akademik  P.Y.Prints  məşğul  olmuşdur.  Fillokseraya  davamlı 

calaqaltıların respublikaya gətirilməsi, onların öyrənilməsi, calaq ting becərilməsi 

və  s.  məsələlərlə  1941-ci  ildə  Xanlar  və  Gəncə  üzümlüklərində  ciddi  məşğul 

olmuşdur.  Sonralar  o,  filloksera  və  bu  mövzu  üzrə  işlərini  Moldovada  davam 

etdirmişdir. 

Üzümlüklərin sahəsinin artırılması ilə əlaqədar olaraq calaq tingə ehtiyac artır 

və  fillokseraya  davamlı  calaqaltı  sortlardan  yeni-yeni  anaclıqlar  salınması  işi 

davam etdirilirdi.  

1963-cü ildə bu sahə üzrə dissertasiya mövzusunun tədqiqat işlərinə başladıq. 

Mövzu  calaqaltı  anaclıqların  aqrotexnikası  və  calaq  ting  becərilməsinə  aid 

olmuşdur. Bizə qədər qərb zonasının hər  yerində anaclıqlar qaydasız becərilirdi. 

Ilk  dəfə  olaraq  təcrübə  sahəsində  anaclığı  şpalerə  qaldırdıq  və  tədqiqat  işlərinə 

başladıq.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  respublika  şəraitində  P.Y.Printsdən 

başqa heç bir müəllifin bu mövzusu üzrə yazısı dərc olunmamışdır.  

Bu  sahədə  xarici  ölkə  alimlərinin,  eləcə  də  Ukrayna,  Moldova,  Gürcüstan 

alimlərinin əsərlərindən nəzəri bilik əldə edərək düzgün tədqiqat işləri aparmışıq. 

Fillokseraya  davamlı  calaqaltı  növlər,  hibridlər  və  sortlar  müxtəlif 

xarakterlidir və calaq işində müxtəlif keyfiyyətlər kəsb edir. 

Calaqla  salınan  üzümlüklərdə  ən  çətin  və  mürəkkəb  məsələlərdən  biri 

calaqaltının seçilməsidir. Bu və ya digər sortun hansı calaqaltına calanmasından 

asılı  olaraq  onun  vegetasiya  müddəti  və  vegetasiya  gücü,  məhsulun  keyfiyyəti, 

kolun ömrü, eləcə də əlverişsiz mühit şəraitinə davamlılığı dəyişir. 

Fransız  alimi  P.Qale  calaqaltı  sortların  vegetasiya  müddətinə  böyük 

əhəmiyyət verirdi.  

Əsas  çətinliklərdən  biri  calaqaltı  sortlar  və  onlara  calanan  calaqüstülər 

becərilərkən xloroza tutulmalarında meydana çıxır. 

Torpağın  qiymətləndirilməsində  müəyyən  çətinliklər  ortaya  çıxır,  belə  ki, 

karbonatın  miqdarı  eyni  olan  torpaqda  müxtəlif  calaqaltıların  xloroza  tutulması 

eyni olmur. Ona görə də üzümçülər davamlılığı çox olan calaqaltılardan istifadə 

etməyə cəhd göstərirlər. 

Bunları nəzərə alan P.Qale yuxarıda göstərilən şkalanı tərtib etmişdir. 

Calaqaltının  əsas  göstəricisi  filloksera  olan  yerlərdə  fillokseraya  davamlılıq, 

filloksera olmayan yerlərdə şaxtaya davamlılıqdır. 

Calaqaltı  ona  calanan  sortun  hər  il  yüksək  məhsuldarlığını  və  məhsulun 

yüksək  keyfiyyətini,  eləcə  də  əlverişsiz  mühit  şəraitinə  davamlılığını  təmin 



172

 

 



etməlidir.  Vegetasiya  müddətinin  davamlılığı,  kolun  böyümə  gücü,  zoğların 

yetişməsi,  kök  və  kallyus  əmələ  gətirmə  qabiliyyəti,  xəstəlik  və  zərərvericilərə 

davamlılığı calaqaltılardan tələb olunan şərtlərdir.  

Calaqaltı  seçərkən  nəinki  onun  əkiləcəyi  təbii-iqlim  şəraiti,  həm  də  calaq 

vəziyyətində onun əkiləcəyi şərait də nəzərə alınmalıdır.  

Yaxşı  olar ki,  təsərrüfatda calaqaltının sayı  az olsun  ( məs.2-3). Üzümçülük 

də  hələlik  universal  calaqaltılar  yoxdur.  Ancaq  bir  çox  növ  və  sortlar  vardır  ki, 

onların  yüksək  fillokseraya  və  şaxtaya  davamlılıq  qabiliyyəti  olmasına 

baxmayaraq bəzi torpaqlar üçün əlverişli deyildir. 

Bu  baxımdan  calaqaltılar  təkcə  filloksera  və  şaxtaya  davamlılıqlarına  görə 

deyil, həm də ayrı-ayrı torpaq tiplərinə görə də seçilməlidir. 

Çoxillik  təcrübələr  nəticəsində  calaqaltı  kimi  amerikan  növlərinin  bir  çox 

sortları  yaradılmışdır.Bu  sortlar  amerikan  növlərinin  öz  aralarında  və  Amerika 

növlərinin avropa üzümləri ilə çarpazlaşmasından alınmışdır. 

Calaqaltılar aşağıdakı 4 qrupa bölünür: 

Birinci  qrup  calaqaltılar.  (amerikan  növlərinin  calaqaltıları).  Fransada 

fillokseradan  ziyan  çəkmiş  üzümlüklərin  bərpasında  təmiz  Amerika  növlərindən 

istifadə  edilmişdir:  Ripariya  və  Rupestris,  sonralar  isə  Berlandiyeri.  Bu  qrupun 

böyük  sort  müxtəlifliklərindən  aşağıdakılardan  geniş  anaclıqlar  salınmışdır: 

Ripariya  Qluar  de  Monpelye,  Ripariya  qran  qlabr,  Heyzenqeym  Ripariyası, 

Rupestris dyu Lo, Rupestris Brinye, Rupestris Marten. 

Göstərilən  calaqaltıların  aqrobioloji  təsviri  A.Q.Mişurenkonun  əsərlərində 

ətraflı verilmişdir. 

İkinci  qrup  calaqaltılar  amerikan  növlərinin  öz  aralarında  çarpazlaşdırılma 

sından alınmışdır. Bu qrup calaqaltıların hibridlərinin alınmasında ən çox istifadə 

edilən  növlər  Ripariyanın  Rupestrislə  və  Berlandiyerinin  Ripariya  ilə 

çarpazlaşması olmuşdur. 

Ripariya  x  Rupestrisin  hibridləri  Ripariyanın  Rupestrislə  hibridləşməsindən 

alınıb və birinci nəslin xüsusiyyətləri valideynlərlə müqayisədə aralıq təşkil edir. 

Bunların  hibridləri  valideynlərinə  nisbətən  torpağa  az  tələbkardır,  həll  olunan 

karbonatların orta dərəcədə dözümlüdürlər. Kolları orta böyümə gücünə malikdir, 

zoğları yaxşı yetişir. Kolları əksər torpaqlarda yaxşı bitir, hibridlərin hamısı eyni 

dərəcədə  əhəngə  davamlıdır.  Fillokseraya,  eləcə  də  üzüm  bitkisinin  ən  qorxulu 

xəstəlikləri hesab edilən mildiu və oidiuma davamlıdır; antraknoza və melanoza 

kifayət dərəcədə həssasdır. 

Başlanğıc  valideyn  formalara  nisbətən  avropa  sortları  ilə  yaxşı  qohumluğu 

vardır.  Bunlarla  yanaşı  sortların  məhsuldarlığı  yüksək  və  sabitdir,  məhsulun 

keyfiyyəti  yaxşıdır.  Keçmiş  Sovetlər  birliyində  bu  kombinasiyanın  üç  sortu 

yayılmışdır: 101-14, 3306 və 3309. 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə