Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə82/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   207

175

 

 



salınacaq  sahədə  də  60-70  sm  dərinliyində  plantaj  şumu  aparılmalıdır.  Ağır  və 

daşlı  torpaqlarda  plantaj  şumundan  qabaq  torpaq  70-80  sm  dərinliyində 

çevrilmədən yumşaldılmalıdır. Plantaj şumu altına 1,2-1,6 ton superfosfat, 0,8-1,0 

ton kalium kübrələri verilməlidir. 

Ukraynada  prof.  A.Q.Mişurenkonun  təcrübələrindən  məlum  olmuşdur  ki, 

Avropa  sortlarına  nisbətən  calaqaltı  hibridlər  dərin  şuma  daha  çox  həssasdırlar. 

Gillicəli  qara  torpaqlarda  30-40  sm  dərinliyində  aparılan  şumda  kök  sistemi  20 

sm-ə qədər, 60-70 sm dərinliyində aparılan şumda 30-40 sm-ə qədər işləmişdir. 

Plantaj  şumundan  sonra  sahə  ütülənir,  sonra  onun  təşkili  işlərinə  başlanır. 

Təşkilatı  işlərə  qurşaqlar,  kvartallar,  yollar,  cərgələrin  istiqaməti  və  bitgilərə 

verilən  qida  sahəsi  daxildir.  Anaclıqda  kollara  verilən  qida  sahəsi  torpağın 

tipindən,  kolun  böyümə  gücündən,  anaclıqda  qurulan  dayaq  növündən  və 

anaclığın  becərilmə  sistemindən  asılıdır.  Anaclıq  dayaqlı  və  dayaqsız  sistemdə 

becərilə bilər.  

Dayaqsız sistemdə 2,0x2,0; 2,5x2,0; 2,5x2,5;2,5x3,0 metr, dayaqlı sistemdə: 

şaquli  şpalerdə  2,0x2,5,  2,5x2,5  və  2,5x3,0  metr  ,  yaxşılaşdırılmış  piramidada 

2,0x1,5, 2,0x2,0, 2,5x1,5 və 2,5x2,0 metr götürülə bilər. 

Cərgələrin istiqaməti düzən  yerlərdə şimaldan cənuba doğru,  yamaclarda isə 

yamacın eninə yönəldilməlidir. 

Yeni anaclıqların salınmasında birinci növ tinglərdən istifadə edilməlidir. Adi 

üzümlükdə olduğu kimi anaclıqda da tinglər hidroburla salınmalıdır. 

Tingin  əkinə  hazırlanması  adi  üzümlüklərdə  olduğu  kimidir.  Əgər  köklər 

tingin  iki-üç  buğumunda  yerləşirsə,  onda  yuxarıdakılar  dibindən,  kök 

dabanındakılar  isə  4-5  sm  uzunluğunda  kəsilir.  Zoğ  isə  tingin  əkilmə 

dərinliyindən asılı olaraq kəsilir. 

Əkin  üçün  hazırlanmış  tinglər  1-1,5  sutka  ərzində  təzə  suda  saxlanmalıdır. 

İslanmanın keyfiyyətli olması üçün bıçağın və qayçının küt tərəfi ilə təzə kəsilmiş 

səth sıxıldıqda su zərrəcikləri çıxmalıdır. Ting su ilə yaxşı doyduğu halda yaxşı 

bitiş verə bilər. Tinglər bu qayda ilə əkinə hazırlandıqdan sonra anaclıq sahəsinə 

gətirilir. Kök hissəsi əvvəlcədən hazırlanmış qidalı hörrəyə batırılmalı və həmin 

gündə də əkilməlidir. 

Tinglərin  əkilməsində  torpağın  temperaturunun  yüksəkliyi  o  qədər  də 

əhəmiyyət  kəsb  etmir,  təki  normal  nəmlik  olsun.  Respublikamız  şəraitində 

anaclığı qışda da salmaq olar. 

Tinglərin  əkilmə  dərinliyi  30-45  sm  arasında  olur.  Bu  məsələ  torpağın 

tipindən, qış şaxtalarının mövcudluğundan və calaqaltıların kök sisteminin torpaq 

qatında yayılmasından asılı olaraq həll edilir. 

Əkinə  bir  neçə  gün  qalmış  tinglər  saxlayıcıdan  çıxarılır  və  əkinə  hazırlanır. 

Kök  dabanında  yerləşən  köklər  əl  ilə  qazılmış  çalalara  əkildikdə  12-15  sm, 



176

 

 



hidroburla  əkiləcəksə  4-5  sm  uzunluğunda  kəsilir.  Kök  dabanından  yuxarıdakı 

köklər  tamamilə  kəsilib  atılır.  Kəsildikdən  sonra  tinglər  2-3  sutka  müddətində 

suda  saxlanmalıdır.  Tinglərin  suyu  normal  almasını  müəyyən  etmək  üçün 

kəsilmiş  yerüstü  hissədə  yara  bıçaqla  təzələnir,  təzə  kəsikdə  su  zərrəcikləri 

görünməlidir. Yaxşı nəmlik olan tinglər birinci ildə yüksək enerji ilə böyüyür. 

Tinglər  torpağa  əkildikdə  kəsilmiş  birillik  zoğun  torpaq  səthindən  səviyyəsi 

quraq  yerlərdə  aşağı,  normal  nəmlik  olan  yerlərdə  üstdə  qalmalıdır.  Hidroburla 

əkin  aparıldıqda  hər  yuvaya  1-1,5  litr  su  verilir.  Əlbəttə,  su  bu  torpağın  nisbi 

nəmliyini təmin edir, əkin qurtaran kimi anaclıq suvarma suyu ilə suvarılmalıdır. 

 Fillokseraya  davamlı  anaclığın  salınmasında  tinglər  olmadıqda  yüksək 

keyfiyyətli çubuqlardan da istifadə etmək olar. Hər iki halda, yəni ting və çubuqla 

əkin aparıldıqda onların üstü torpaqla ortülür və təpəcik əmələ gətirilir.  

Gələcəkdə kollar başcıq formasında becəriləcəksə, tinglər əkinə hazırlandıqda 

iki zoğun ikisi də, üç zoğdan da ikisi qısa kəsilir. 

Fillokseraya  davamlı  anaclığın  becərilməsi  işlərində  kolların  becərilmə 

sisteminin xüsusi əhəmiyyəti vardır. Əgər kollar sərilən formada becəriləcəksə və 

kvadrat  üsulunda  əkilibsə  kollar  kəsildikdən  sonra  hər  iki  istiqamətdə  torpaq 

becərmə işlərini aparmaq olar. Kollar dayaqda becərildiyi halda torpaq becərmə 

işləri məhsul verən üzümlüklərdəki qayda üzrə aparılır. 

İlk  yazda  şaxta  təhlükəsi  sovuşduqdan  sonra  tinglərin  üstündəki  təpəciklər 

açılmalıdır. Bu vaxt gözcüklər ya şişmiş olur və yaxud başlanğıcları əmələ gəlmiş 

olur.  Bu  baxımdan  təpəciklər  dağıdılarkən  son  dərəcə  ehtiyatlı  davranmaq 

lazımdır. 

Anaclığın  birinci  ilinin  yaz-yay  aylarında  torpaq  becərmə,  suvarma  işləri, 

eləcə də dayaqlı sistemdə yaşıl zoğların istiqamətli inkişafı təmin edilməlidir. 

İkinci  ildən  etibarən  anaclıqda  becərmə  işləri  məhsul  verən  üzümlükdən 

fərqlənməyə başlayır. 

Calaqaltı kollarda güclü zoğlar yetişdirilməsi üçün aşağıdakı tədbirlər yerinə 

yetirilməlidir:  torpağın  düzgün  və  vaxtında  becərilməsi,  üzvi  və  mineral 

kübrələrdən  istifadə,  kolların  normal  sıxlıqda  olması,  kolların  düzgün  kəsilməsi 

və formalaşdırılması, yaşıl əməliyyata daxil olan fitotexniki tədbirlərin düzgün və 

vaxtında aparılması, kolların dayaq sistemində becərilməsi və s. 



 

9.4. Fillokseraya davamlı anaclığın becərilmə sistemləri. 

 

 Kolların  dayağa  qaldırılması.  Fillokseraya  davamlı  calaqaltı  kollar  dayaqsız 



və  dayaqlı  sistemdə  becərilə  bilər.  Dayaqsız  sistemdə  kollar  yalnız  başcıq 

formasında olmalıdır.  Bir vaxtlar dayaqsız sistemdə koldan çıxan zoğlar qarışıq 

və  sistemsiz  olaraq  böyüyüb  gedirdilər.  Bu  vəziyyətdə  yaşıl  zoğlar  əmələ 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə