Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə83/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   207

177

 

 



gəldikdən  sonra  mexaniki  üsulla  torpağı  becərmək  mümkün  olmurdu.  Sonralar 

belə  becərmə  üsulu  təkmilləşdirilmiş  və  zoğlar  torpağın  səthi  ilə  cərgə  boyu 

istiqamətləndirilmişdir.  Belə  olduqda  cərgələrdə  becərmə  işlərini  aparmaq 

mümkün olur. 

Bu  sistemdə  temperatur  rejimi  yüksək  olduğundan  zoğlar  güclü  böyüyür, 

ancaq  yüksək  aqrofonlu  şaquli  şpalerdə  bu  güc  daha  artıqdır.  Sərilən  formada 

zoğlar  torpaq  səthi  ilə  üfüqi  vəziyyətdə  böyüdüyündən  polyarlıq  şaquli  sistemə 

nisbətən  az  da  olsa  zəifləmiş  olur.  İstilik  rejimi  şpalerdəkindən  yüksək 

olduğundan zoğların güclü böyüməsini təmin edir. 

İntensiv  üzümçülükdə  tənəyin  birinci  ilində  forma  verilməsinə  başlanması 

mümkün olduğu halda başcıq formasında bu işə ancaq ikinci ildən başlamaq olar. 

Başcıq  formasının  alınması  üçün  3-4  il  müddətində  zoğlar  əsasından  2-3  sm 

uzunluğunda kəsilməlidir. 

L.M.Maltabarın  Moldova  şəraitində,  bizim  isə  Şəmkir  rayonu  şəraitində 

apardığımız  təcrübələrdə  başcıq  formasında  gözcüklər  Moldova  şəraitində  8-10 

gün, bizim şəraitdə isə 4-5 gün gec açır. Bundan başqa, başcıq formasında kol tez 

qocalır və 10-15 yaşından sonra məhsuldarlığı (çubuq çıxımı) azalmağa başlayır. 

Bu formada zoğların çoxu yatmış tumurcuqlardan çıxdığına görə güclü kollarda 

onlar sulu zoğlara çevrilir. Sulu zoğlarda toxumlar seyrək, özək iri diametrli olur. 

Belə zoğlardan olan calaq çıxımı azalır. 

Başcıq  forması  həcminə  görə  az  yer  tutduğundan  ondan  çıxan  yaşıl  zoğlar 

forma  səviyyəsində  sıxlıq  yaradır.  Başcıq  səviyyəsində  yaşıl  zoğlar  sıx 

yerləşdiyindən  onlarda  buğumaraları  uzun  olur.  Uzun  buğumaralı  zoğlar  calağa 

yararlı olmur. 

L.M.Maltabar  və  A.Q.Mişurenkonun  təklifi  ilə  Moldova  və  Ukraynada  XX 

əsrin 60-cı illərində başcıq formaları qısa qollu kasa formalarına keçirilməlidir. 

Respublikamız  şəraitində  fillokseraya  davamlı  anaclıqda  başcıq  formasını 

həm dayaqsız, həm də dayaqlı sistemdə sınaqdan keçirmişik. Dayaqsız sistemdə 

zoğların  hamısı  bilavasitə  torpaqla  görüşür.  Bir  qayda  olaraq  torpaqda  həmişə 

təmasda  olan  calaqaltılarda  az  və  yaxud  çox  dərəcədə  ləkəli  nekroz  müşahidə 

edilir.  Calaqaltılar  tədarük  edildikdən  sonra  müəyyən  müddət  torpaqda 

sıxlandıqda  ləkəli  nekroz  daha  çox  müşahidə  edilir.  Bu  kimi  hallarda  calaq 

tənəklər bakterial xərçənglə də sirayətlənir. 

Bizim respublikada üzümçülükdə calaqaltı və calaq işləri az olduğundan, son 

24-25 ildə isə tamamilə olmadığından bu məsələlər bizim üzümçülərə tanış deyil. 

Bir vaxtlar, 1960-1970-ci illərdə xaricdən bizim respublikaya gətirilən calaq əkin 

materialında  çoxlu  miqdarda  bakterial  xərçəng  (Qazax  və  Tovuz  rayonlarında) 

müşahidə edilmişdir. 

Hansı ölkədə calaqaltılar dayaqsız becərilir, orada həm ləkəli nekroz, həm də 



178

 

 



bakterial xərçəng olmalıdır. 

Yüksək  elmli  üzümçülüyü  olan  ölkələrdən  biri  və  qabaqcılı  Fransadır.  Söz 

yox  ki,  Fransa  üzümçülük  elmi  dünya  üzümçülüyündə  öncüldür.  Buna 

baxmayaraq  onlarda  da  becərilən  calaqaltılar  göstərdiyimiz  xəstəliklərdən  xali 

deyildir.  

Fillokseraya  davamlı  anaclıqda  respublikamız  şəraitində  tənəklərə  müəyyən 

formalar  verilməsi  üzrə  apardığımız  tədqiqat  işləri  göstərmişdir  ki,  burada 

calaqaltılar formalara daha çox həssaslıq göstərir. 

Başcıq  formasından  başqa  çoxqollu  yelpik,  birmərtəbəli  iki  tərəfli  şpaler  və 

kordon  formaları  ilə  də  işləmişik.  Calaqaltı  kollar  yaşlı  olduğundan  formaları 

(başcıqdan başqa) sürətli üsulla almışıq. 

İkitərəfli şpaler formasını yaratmaq üçün başcıqdan çıxan yaşıl zoğlardan biri 

seçilmiş  və  şpalerin  birinci  məftili  səviyyəsində  kəsilərək  birinci  dərəcəli  bic 

zoğları  yaradılmışdır.  Həmin  vaxtda  ikinci  dərəcəli  bic  zoğları  hesabına  forma 

başa çatmışdır. 

Yuxarıda  qeyd  etdik  ki,  calaqaltı  kolların  yükü  yaşıl  zoğlarla  nizamlanır. 

Calaqaltı ən çox becərilən avropa ölkələrində kollarda 8-15 zoğ saxlanır. Bizim 

şəraitdə  kollar  güclü  böyüdüyündən  yükü  15-25  zoğdan  ibarət  qəbul  etmişik. 

Sortdan və ya formadan asılı olaraq kolda saxlanan 15-20-25 zoğlar optimal yük 

kimi  özünü  göstərmişdir.  Tənəkdə  yük  kimi  saxlanan  zoğlar  başcıqda  və 

formaların  qollarında  bir-birindən  eyni  məsafədə  saxlanmalıdır.  Başcıqda 

zoğların hamısı bir tərəfdə saxlandıqda o biri tərəf quruyur. 

Calaqaltılarda  optimal  yük  aşağıdakı  kimi  müəyyən  edilmişdir:  Şasla  x 

Berlandiyeri  41B-də  15  zoğ,  Ripariya  x  Rupestris  101-14  və  3309-da  20  zoğ, 

Berlandiyeri x Ripariya Kober 5BB və Rupestris dyu Lo-da (Montikola) 25 zoğ.  

Avropa ölkələrində standart çubuq çıxımı 0,5 metrlik çubuqla müəyyən edilir. 

Ancaq bir qaydanı da yadda saxlamaq lazımdır ki, uzun çubuqların (105 sm-lik) 

saxlanma keyfiyyəti daha yüksəkdir. 1 hektardan 0,5 metrlik çubuq çıxımı 60-80 

min  ədəd  olduqda  Avropa  ölkələrində  bu  normal  məhsuldarlıq  hesab  edilir. 

Ancaq  respublikamız şəraitində bu məsələdə tamamilə başqa mənzərə müşahidə 

edilir.  Münbit  torpaq  və  bol  günəş  fonunda  bizdə  calaqaltı  kollar  çox  güclü 

böyüyür və çox çubuq verir. Bir hektardan 100-120 min ədəd 105 sm-lik çubuq 

alınır.  Bu  çox  yüksək  göstəricidir.  Avropa  ölkələrinin  bu  məsələlərdən  xəbəri 

yoxdur.  

Bizim  namizədlik  dissertasiyamızın  təcrübə  sahəsində  ayrı-ayrı  variantlarda 

bir  hektardan  çubuq  çıxımı  (  105  sm-lik)  120  mindən  çox  olduqda  onları  üzə 

çıxarmaqdan  ehtiyat  edirdik.  Hələ  dissertasiya  müdafiə  edilməmişdi,  şəxsən 

özüm  bu  sahənin  dərinliklərinə  hələ  tam  bələd  olmadığımdan  rəqəmlərə  çox 

ehtiyatla  yanaşırdım,  yəni  calaqaltı  anaclıq  becərən  ölkələr  60-80  min,  ən  çoxu 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə