Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə85/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   207

181

 

 



adı çəkilən əməliyyat üç dəfə aparılır. 

Artıq  zoğların  qoparılmasına  onlar  12-15  sm-ə  çatdıqda  başlamaq  lazımdır. 

Əgər tənək başcıq formasındadırsa digər formalarda olduğu kimi birinci növbədə 

haramı zoğlar qoparılmalıdır. Fərqləndirici cəhət budur ki, saxlanan zoğların çox 

qismi  cərgənin  hər  iki  istiqamətinə  baxan  hissəsində  yerləşdirilir.  Ştamblı 

çoxqollu  yelpik,  kordon  və  iki  tərəfli  şpaler  formalarında  gövdədən  və  çoxillik 

qollardan çıxan yaşıl zoğlar və formalarda artıqlıq edən zoğlar qoparılmalıdır. 

Bu  əməliyyatın  ikinci  dəfə  aparılmasına  birincidən  10-12  gün  sonra, 

üçüncünü isə birinci bicvurma ilə birlikdə aparmaq lazımdır. 

Respublikamız şəraitində calaqaltı kollarda yükün miqdarı haqqında yuxarıda 

bəhs etmişik.  

Bütün  bunlarla  yanaşı  Ukraynalı  alim  N.İ.Naqornıy  qeyd  edir  ki,  başcıq 

formasında  zoğların  nizamlanmasına  tələsmək  lazım  deyil,  onların  25-30  sm-ə 

çatmasını da gözləmək olar. 

Aqrotexniki  tədbirlərin  səviyyəsini  yüksəltməklə  calaqaltı  anaclıqda  tənəyin 

yükünü  artırmaq  olar.  Ümumiyyətlə,  bütün  qulluq  işləri  zoğların  uzunluğu  nun 

maksimuma çatdırılmasına yönəldilməlidir. 

Bizim təcrübədə 10 zoğ saxlanmış tənəklərdə zoğların orta uzunluğu 600 sm-

dən  çox  olmuşdur,  ancaq  onlar  pis  yetişmiş,  seyrək  toxumalarda  və  iri  özəyə 

malik olmuşlar. Belə çubuqlar da calağa yaramır. 

Tənək üzərində yük normal olduqda zoğlar təqribən bir bərabərdə böyüyür və 

üçüncü  dəfə  haramı  və  artıq  zoğların  qoparılması  lazım  gəlmir.  Bu  əməliyyatın 

bir dəfə ixtisara düşməsi bir hektarda 4 adam/ günə qənaət etmək deməkdir. 

Yaşıl  zoğların  bağlanması.  Başcıq  formasında  tənəyin  gövdəsi  və  başqa 

orqanları olmadığından quru bağlama aparılmır. Digər formalarda quru bağlama 

adi üzümlükdə olduğu kimidir. Quru bağlama elə aparılmalıdır ki, gələcəkdə yaşıl 

zoğların düzgün bağlanmasını təmin etsin. 

Yaşıl  zoğlar  50-60  sm-ə  çatdıqda  birinci  bağlama  aparılmalıdır.  Birinci 

bağlama  zamanı  zoğlara  düzgün  istiqamət  verilməlidir.  Yuxarıda  zoğların 

bağlanma  vəziyyəti  haqqında  bəhs  etmişik.  Formalar  heç  də  zoğların  bağlanma 

vəziyyətini  təyin  etmir.  Göstərmişdik  ki,  başcıq  formasında  zoğlar  şaquli,  maili 

və üfüqi bağlana bilir. Digər formalarda da zoğlara müxtəlif istiqamət verilir.P və 

T  şəkilli  (kiril  əlifbası  ilə)  şpalerdə  zoğlar  yalnız  üfüqi  istiqamətdə  bağlanır. 

Ştambsız  şaquli  yelpik  və  başcıq  formalarında  zoğlar  kolun  mərkəzindən 

kənarlara  doğru  45º  bucaq  altında  yelpik  şəkli  əmələ  gətirilərək  bağlanır.  Biz 

yuxarıda yenə də bəhs etmişdik ki, yaşıl zoğlar şaquli bağlandıqda buğumaraları 

uzun,  üfüqi  bağlandıqda  qışa  (burada  həm  də  bic  zoğları  güclü  böyüyür),  maili 

bağlandıqda isə normal olur. Ona görə də maili bağlama hər ikisindən əlverişlidir. 

Bolqar üsulunda bağlamadan, P və T şəkilli şpalerdən başqa bütün  bağlama 




182

 

 



növlərində  zoğlar  şpalerə  tək-tək  bağlanmalıdır.  Adi  üzümlükdə  olduğu  kimi 

burada da bağlama materialı olaraq cildən ( yalnız yaşıl bağlamada) istifadə edilir 

və zoğ məftilə şəklində bağlanır.  

Biclərin  vurulması.  Hələ  əvvəlki  yazılarımızda  bic  zoğlarına  orijtnal  tərif 

vermişik:  Cari  ildə  yarpaq  qoltuğundan  çıxan  zoğlara  bic  deyilir.  Bic  zoğu  bic 

tumurcuqlarından  çıxır.  Bic  tumurcuqları  isə  yarpaq  qoltuğunda  qışlayan 

tumurcuqla  bir  sırada  əmələ  gəlir.  Onlar  istirahət  etmir  və  tez  yetişkən 

olduğundan həmin ildə də oyanıb zoğ verir. Deməli bic zoğları əlverişsiz şəraitə 

davamlıdır. 

Morfoloji əlamətlərinə görə bic zoğları əsas zoğlardan fərqlənir, lakin bu fərq 

onların bioloji xüsusiyyətlərini təyin etmir. 

Fizioloji  münasibətlərə  görə  əsas  zoğlara  nisbətən  bic  zoğları  əlverişsiz 

şəraitə davamlıdır. Əsas tumurcuqlara və əsas zoğlara nisbətən bic tumurcuqları 

və  zoğları  şaxtaya  və  quraqlığa  davamlıdır.  Üzüm  bitkisinin  həyatında  bic 

zoğlarının fizioloji əhəmiyyəti böyükdür. Əsas zoğların bir qismi zədələndikdə və 

yaxud  tamamilə  sıradan  çıxdıqda  bic  zoğlarla  onları  əvəz  etmək  mümkündür. 

Deməli,  bic  zoğları  vasitəsilə  yeraltı  hissə  ilə  yerüstü  hissə  arasında  pozulmuş 

korelyasiya asılılığını bərpa etmək mümkündür. 

Üzümçülükdə bic zoğlara uzun müddət lazımi əhəmiyyət verilməmişdir, onlar 

lazımsız  və  parazit  xarakterli  orqan  kimi  qiymətləndirilmiş  və  həmişə  onları 

qoparıb  atmışlar.  Bicvurma  əməliyyatı  yay  ərzində  bir  neçə  dəfə  aparılmış  və 

bunun nəticəsi bir halda müsbət, digər halda mənfi olmuşdur. Lakin bu vəziyyət 

elmi cəhətdən əsaslandırılmamışdır. 

N.A.Dudnik fillokseraya davamlı anaclıqda xüsusi təcrübələrlə bic zoğlarının 

yuxarıda göstərilən üstünlüklərini sübut etmişdir. 

Yuxarıda  göstərilənlərdən  aydın  olur  ki,  üzüm  bitkisində  bic  zoğlarına 

mexaniki  münasibət  bəsləmək  olmaz,  onları  qırıb  tökməklə  işi  bitmiş  hesab 

etmək olmaz. 

 Üzümlükdə, fillokseraya davamlı  anaclıqda bic zoğlardan tənəyin  həyatında 

müxtəlif məqsədlərlə istifadə edilir. Lakin bu göstərilənlərdən heç də belə hesab 

etmək olmaz ki, tənəkdə əmələ gələn bic zoğlarının hamısını saxlamaq və ondan 

istər calaq materialı, istərsə də adi üzümlükdə məhsul almaq olar. Əlbəttə, hər bir 

konkret şəraitdə bic zoğlarına münasibət müxtəlif olmalıdır.  

Adi  üzümlükdə  əlverişsiz  hava  şəraiti  nəticəsində  (xüsusilə  mildiu  xəstəliyi 

şiddətli  yayılanda)  yarpaqlarını  itirmiş  yaşıl  zoğları  bic  zoğlarla  yetişdirmək  və 

gələcəyə  məhsul  üçün  hazırlamaq  olar.  Erkən  yazda  (may  ayında  və  iyunun 

birinci dekadasında) yarpaqları, çiçək qruplarını və zoğları dolu zədələdikdə bic 

zoğları vasitəsilə tənəyi bərpa etmək mümkündür. 

Fillokseraya  davamlı  anaclıqda  forma  vermə  işinə  başlarkən  hazır  formalar 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə