Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə86/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   207

183

 

 



yox  idi  və  eksperimentin  müddəti  də  az  idi.  Biz  güclü  kök  sisteminə  malik 

calaqaltı  kolların  sürətli  formalaşdırılmasında  bic  zoğlarının  potensial 

imkanlarından məharətlə istifadə etdik. Bir vegetasiya müddətində ikinci dərəcəli 

biclərin hesabına iki tərəfli şpaler formasını, üçüncü dərəcəli biclərin hesabına isə 

ştambsız çoxqollu yelpik formasını yaratdıq. Göründüyü kimi güclü kök sistemi 

olan kollarda bic zoğlarının yüksək potensial imkanları hesabına adi halda üç ilə 

başa gələn formanı bir ildə yaratmaq mümkün olmuşdur. Əksər calaqaltı sortların 

bic əmələ gətirmə qabiliyyəti yüksəkdir və onlar çoxlu miqdarda bic əmələ gətirir 

(Rupestris  dyu  Lo).  Bu  sortda  demək  olar  ki,  hər  bir  yarpağın  qoltuğunda  bic 

zoğu olur. Söz yox ki, bic zoğların əmələ gəlməsinə və onların böyüməsinə çoxlu 

miqdarda  qida  maddələri  sərf  olunur.  Bu  baxımdan  calaqaltı  anaclıqda  bic 

zoğlarına münasibətdə diqqəti daha çox cəlb etməlidir. 

Calaqaltı  sortlar  üzərində  aparılan  müşahidələrdən  məlum  olmuşdur  ki, 

vegetasiya dövründə əgər bic zoğları qoparılmazsa hələ iyun ayının ortalarında və 

sonunda onların ümumi uzunluğu əsas zoğlardan 5-6 dəfə çox olacaqdır. 

Calaqaltı  kolda bic  zoğları  vurulmadıqda onlar  nəinki əsas zoğların  gücünü, 

həm  də  onların  keyfiyyətini  azaldır.  Əsas  zoğların  keyfiyyət  göstəricilərinin 

azalmasında  onların  diametrinin  böyüklüyünün  rolu  az  deyil.  Bunlar 

vurulmadıqda əsas zoğların diametri əsasında 1,5-2,5 sm olur və belə zoğlar calaq 

üçün yararlı deyildir. 

Calaqaltı anaclıqdan calağa yararlı çox və yüksək keyfiyyətli material almaq 

üçün  bic  zoğları  əmələ  gəldikdən  az  sonra  8-10  sm-ə  çatdıqda  onlar 

qoparılmalıdır. Calaqaltıların sortundan və tənəyin gücündən asılı olaraq biclər 5-

11 dəfə qoparıla bilər. Ən çox bic əmələ gətirən Rupestris dyu Lo sortunda (bu 

eyni  zamanda  növdür)  10-11  dəfə  bicvurma  əməliyyatı  aparıldıqda  daha 

keyfiyyətli calaq materialı əldə edilir. Ancaq belə calaq materialının yüksək maya 

dəyərini  nəzərə  alaraq  5-6  dəfə  bicvurma  ilə  kifayətlənmək  lazımdır.  Bicvurma 

əməliyyatında  əsas  diqqət  bic  zoğlarının  oduncaqlaşmasına-bərkiməsinə  yol 

verməməyə  yönəldilməlidir.  Biclər  15-20  sm  olana  qədər  kövrək  olur  və  əl  ilə 

asanlıqla qoparılır. Ancaq bərkimiş biclər qayçı və yaxud bıçaqla kəsilməlidir. 

Ukraynalı  alim  N.İ.Naqornıy  öz  təcrübələri  ilə  sübut  etmişdir  ki,  biclər 

vurularkən  əsas  zoğla  qışlayan  gözcüklərin  qoparılması  yüksək  iqtisadi  fayda 

verir. Calaq vaxtı calaqaltındakı qışlayan gözcüklər qoparılır və çoxlu yara əmələ 

gətirir. Buna yol verilməsin deyə bu iş bicvurma ilə birlikdə yerinə yetirilməlidir. 



Yaşıl  zoğların  ucunun vurulması  (çekanka). Fillokseraya davamlı  calaqaltı 

yetişdirilməsində  tələb  olunan  kompleks  aqrotexniki  tədbirlərə  yaşıl  zoğların 

ucunun  vurulması  da  daxildir  və  bu  yaşıl  əməliyyata  daxil  olan  iş  növlərinin 

axırıncısı  hesab  edilir.  Zoğların  ucu  vaxtında  vurulmadıqda  mənfi  nəticə  alınır. 

Məhsul verən üzümlüklərə nisbətən fillokseraya davamlı calaqaltı anaclıqda bu iş 



184

 

 



bir qədər gec aparılır, çünki, burada zoğlarda böyümənin zəifləməsi gec baş verir. 

Ucu  vurulmuş  zoğun  uzunu  boyu  qida  maddələri  ilə  zəngin  olur.  Ucu  vurulan 

yerə qədər əksər hallarda zoğ uzunu boyu calağa yararlı olur. 

A.Q.Mişurenkonun,  P.İ.Bukatarın  və  respublikamız  şəraitində  bizim 

apardığımız tədqiqatlara görə bu əməliyyat vacib fitotexniki tədbir kimi xüsusilə 

münbit və su ilə təmin olunmuş torpaqlarda becərilən güclü calaqaltılarda mütləq 

aparılmalıdır. 

Onu  qeyd  etməyi  lazım  bilirik  ki,  respublikaızda  fillokseraya  davamlı 

calaqaltı  anaclıq  heç  vaxt  şpalerdə  becərilməyib  və  onlarda  yaşıl  əməliyyat 

aparılmayıb.  Yalnız 1963-cü ildə Şəmkir rayonunun Əzizbəyov adına sovxozun 

Bitdili  şöbəsində  iki  hektar  fillokseraya  davamlı  anaclığı  şpalerə  qaldırdıq  və 

burada göstərilən iş növlərini o vaxtkı qaydalar əsasında həyata keçirirdik. 

Onu  da  qeyd  edək  ki,  fillokseraya  davamlı  calaqaltı  anaclıq  üzrə  o  vaxtlar 

təkmil aqrotexniki qaydalar yox idi. Görülən işlər məhsul verən üzümlüklər üçün 

qüvvədə olan aqrotexnikalara uyğunlaşdırılırdı. 

XX  əsrin  60-cı  illərində  respublikada  calaq  tingə  ehtiyacla  bağlı  olaraq 

calaqaltı  anaclıqların  sahəsi  genişləndirilmiş  və  yüzlərlə  hektara  çatdırılmışdır. 

Ancaq  həmin  anaclıqlarda  tətbiq  edilən  aqroqaydalar  primitiv  idi  və 

mütərəqqilikdən  əsər-əlamət  yox  idi.  Bir  halda  ki,  anaclıq  şpalerə  qaldırılmır, 

orada mütərəqqilikdən söhbət gedə bilməz. 

Fillokseraya  davamlı  anaclıqda  təsvir  etdiyimiz  aqroqaydalar  özümüzün 

işlərimizə və calaq ting becərən bir çox xarici ölkələrin işlərinə əsaslanır. 

 Zoğların  ucu  vurularkən  axırlarda  olan  biclərdən  3-4-ü  saxlanır.  Burada  iki 

məqsəd vardır: 1. Çoxillik hissələrdəki  yatmış tumurcuqların və əsas zoğlardakı 

qışlayan gözcüklərin oyanmasının qarşısının alınması, 2. Biclərin yarpaq səthi ilə 

əsas zoğun yuxarı hissəsinin yaxşı yetişməsinin təmin edilməsi. 

Hər  bir  konkret  şəraitdə  zoğların  ucunun  qoparılmasının  təqvim  müddəti 

bilinməlidir. 

Qazax-Gəncə  bölgəsi  timsalında  Şəmkir  rayonunda  apardığımız  təcrübələ  rə 

görə  Ripariya  x  Rupestris  3309  calaqaltında  zoğların  ucu  avqustun  axırlarında 

vurulmalıdır.Rupestris dyu Lo-da bu vaxtdan gec, Şasla x Berlandiyeri 41B-də bu 

vaxtdan tez olaraq zoğların ucu vurulur. 

Keçən  əsrin  60-70-ci  illərində  Tairov  adına  Ukrayna  Elmi  Tədqiqat 

Üzümçülük  və  Şərabçılıq  İnstitutunda  A.Q.Mişurenko  və  N.İ.Naqornı  biclərin 

ucunun  vurulmasında  kimyəvi  üsuldan  istifadə  etmişlər.Onlar  O.V.Rakitinin 

(1957),  V.V.Rakitinin,  K.L.Pavlotskayanın,  T.M.Qaydenin  və  K.Q.Qarayevanın 

(1958)  qış  saxlanması  zamanı  şəkər  çuğundurunda  tumurcuqların  açılmasını  və 

kök  əmələ  gəlməsini  dayandırmaq  məqsədi  ilə  yüksək  fizioloji  fəallıqları  ilə 

fərqlənən bir sıra kimyəvi birləşmələrdən istifadə etmişlər. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə