Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə87/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   207

185

 

 



A.Q.Mişurenko  və  N.İ.Naqornı  zoğların  ucunun  vurulması  vaxtlarında 

hidrazid malein turşusunun distanolamin duzunun məhlulundan istifadə etmişlər. 

Bu  əməliyyatın  optimal  vaxtının  müəyyən  edilməsində  əsas  zoğların  sutkalıq 

artımı  4-5  sm-ə  enməsi  bir  əlamət  kimi  qəbul  edilir.  Bundan  başqa,  zoğların 

ucunun vəziyyəti də bir əlamət kimi qəbul edilir. 

İstehsalat  şəraitində  hər  konkret  sahə  və  sort  üçün  bu  əməliyyatın  optimal 

vaxtının müəyyən edilməsi üçün çox da mürəkkəb olmayan təcrübə aparılmalıdır. 

Bu  məqsədlə  hər  xarakterik  sahə  üçün  orta  inkişaflı  15-20  kol  seçilir  və  onlar 

yarlıqla  nişanlanır.  İyul  ayının  birinci  dekadasından  etibarən  hər  tənəkdə  5 

normal zoğun uzunluğu hər 10 gündən bir ölçülür. Hər sonrakı ölçüdən əvvəlki 

dekadanın  ölçüsü  çıxarılır  və  alınmış  rəqəm  10-a  bölünür.  Əgər  zoğun  orta 

sutkalıq  uzunluğu  yuxarıda  göstərilən  rəqəmə  çatırsa  onda  ucvurma  axırıncı 

ölçüdən 8-10 gün sonra aparılır. 

Zoğların  ucunun  vurulmasının  ortimal  vaxtının  təyin  edilməsi  işi  təsərrüfata 

böyük  qənaət  verir.  Bir  hektarda  zoğların  ucunun  vurulmasının  optimal 

müddətinin təyin edilməsi üzrə aparılan təcrübəyə cəmi 0,2 adam/ gün sərf edilir. 

Cədvəl 

Zoğların ucunun vurulması vaxtı ilə onların müxtəlif hissələrinin ( aşağı, orta 



və uc) kimyəvi tərkibi arasında asılılıq. 

 

Zoğların ucunun 



vurulmasının təqvim 

müddəti 


 

Zoğun 


hissələri 

Karbohidratların miqdarı, %-lə 

ümumi 

şəkərlər 



nişasta 

10-15 iyul 

aşağı  

orta  


uc 

8.41 


8.41 

9.39 


2.31 

2.80 


3.99 

10-15 iyul 

aşağı  

orta  


uc 

8.55 


9.21 

10.94 


1.33 

2.93 


3.99 

10-15 iyul 

aşağı  

orta  


uc 

10.23 


11.22 

11.36 


2.66 

2.53 


2.93 

10-15 iyul 

aşağı  

orta  


uc 

9.39 


10.65 

10.09 


2.40 

1.45 


1.86 

Nəzarət ( 

zoğların ucu 

vurulmamışdır) 

aşağı  

orta  


uc 

9.39 


9.81 

8.55 


2.13 

2.00 


2.00 


186

 

 



 

 

 



Yüksək keyfiyyətli calaqaltı və calaqüstü material əldə edilməsi üçün onların 

tərkibindəki  qida  maddələrinin  çoxluğunun  böyük  əhəmiyyəti  vardır.  Zoğların 

ucunun vurulması vaxtından asılı olaraq onların müxtəlif hissələri qida maddələri 

ilə müxtəlif miqdarda təchiz edilir. 

Fillokseraya  davamlı  anaclıqda  da  zoğların  ucunun  vurulmasında  gecikmək 

olmaz,  çünki  gecikmiş  əməliyyatın  aparılması  bitkinin  özünə  xeyirsiz,  iqtisadi 

cəhətdən isə faydasızdır. 

Calaqaltı  materialın  tədarükü  və  saxlanması.  Fillokseraya  davamlı  hər  bir 

calaqaltı  sortun  özünəməxsus  bioloji  xüsusiyyətləri  olduğuna  görə  calaq  işində 

sort  qarışığına  yol  verilməməlidir.  Bu  məqsədlə  avqust-sentyabr  aylarında 

anaclıqda  aprobasiya  aparılmalıdır.  Aprobasiya  zamanı  kənar  sortlar  və  zəif 

kollar qeyd edilməlidir. 

Calaqaltı  materialın  tədarük  edilməsi  vaxtı  haqqında  bir  sıra  fikirlər  vardır. 

Bunlardan biri calaqaltı materialın payızda yarpaq tökülən kimi və ilk yazda şirə 

hərəkətinin  başlanğıcında  tədarük  edilməsidir.  Hər  iki  vaxtda  çubuq  tədarük 

edilməsi  fikri  düzgündür,  çünki,  hər  iki  müddətdə  zoğ  ehtiyat  maddələri  ilə 

zəngin  olur.  Payızda  yarpaq  tökülən  anda  hələ  ehtiyat  qida  maddələri  kök 

sistemindən zoğun uc hissəsinə doğru hərəkət edir. Başqa fikir ondan ibarətdir ki, 

qışda havalar mülayim keçən yerlərdə fəslin istənilən günündə ( küləkli və şaxtalı 

günlərdən başqa) çubuq tədarük etmək olar. Bu fikir bir tərəflidir, belə ki, burada 

yalnız calaq materialının saxlanma kamerasında nekroza tutulmamasını və xarab 

olmamasını nəzərdə tutur, lakin, ehtiyat qida maddələrinin tamamilə saxlanması 

nəzərdən qaçırılır. 

Anaclıqda  çubuq  tədarük  edilərkən  tənəyə  verilmiş  forma  davam  etdirilir, 

əgər  kollar  başcıq  formasındadırsa  onda  yükdən  asılı  olmayaraq  başcıqda  hər 

zoğun  əsasında  2-3  gözcük  saxlanır.  Kollar  kəsilərkən  başcıq  eyni  zamanda 

qurumuş hissələrdən də təmizlənir. Kəsildikdən sonra çubuq tədarükünə başlanır. 

Çubuqların hansı uzunluqda hazırlanması haqqında qəti qərara gəlinməlidir. 

Calaq  komponentlərində  standart  olaraq  calaqaltı  35  sm  götürülür.  Çubuq 

tədarükündə  çubuqlar  50  sm  uzunluğunda  və  calaq  vaxtı  bunlar  normal 

uzunluqda  kəsilir.  Bu  baxımdan  dünyanın  calaq  ting  becərən  təsərrüfatlarda 

calaqaltıların  50  sm  uzunluğunda  kəsilməsi  qəbul  edilmişdir.  Yuxarıda  biz  105 

sm-lik çubuqlardan söhbət açmışdıq. Bu məsələni bir az da dəqiqləşdirsək bir az 

düzəliş etmək lazımdır, yəni  105 sm  çubuqdan 3 ədəd 35 sm-lik calaqaltı  çıxır. 

Çox  vaxt  hazırlıq  işlərində  belə  alınmır.  Bu  baxımdan  hazırlanan  çubuqların 

uzunluğunu  110-120  sm  götürmək  lazımdır.  Bu  uzunluqda  olan  çubuqlar  qısa 



187

 

 



kəsilmiş çubuqlardan yaxşı saxlanır. 

Tədarük  edilmiş  çubuqlar  elə  sahədəcə  təqribi  diametrlərinə  görə  üç  qrupa 

bölünür. Çox diametrli (8-12 mm), orta diametrli ( 6-8 mm) və çıxdaş. Daha çox 

və  daha  kiçik  diametrlilər  (  12  mm-dən  çox,  6  mm-dən  az)  calaq  üçün  yararlı 

hesab edilmir. Bunlar ya calaqaltı ting məqsədilə tingliyə əkilir və yaxud tullanır. 

Qabaqcadan belə çeşidləmə calaq zamanı işi bir qədər yüngülləşdirir. 

Calaqaltı  çubuqların  tədarük  olunma  vaxtı  çox  vaxt  mübahisəli  olur.  Şaxta 

olan  yerlərdə  yaxşı  olar  ki,  payızda  hazırlansın.  Bu  vaxt  həm  güclü  şaxtalar 

olmur,  həm  də  zoğun  uc  tərəflərindən  qida  maddələri  hələ  aşağı  hissələrə 

axmamış olur. 

Azərbaycan şəraitində şaxtalı günlər az olduğundan qış vaxtlarında da çubuq 

tədarük  etmək  olar.  Ancaq  məsələnin  ikinci  tərəfi-yəni  qışa  doğru  qida 

maddələrinin zoğun uc hissəsindən aşağıya doğru gəlməsi məsələsini də unutmaq 

olmaz.  Yalnız  buna  görə  çubuqlar  payızda  tədarük  edilirsə  onda  onları  calağa 

qədər  saxlayıcıda  saxlamaq  lazımdır.  Yazda  şirə  hərəkəti  vaxtı  tənəyin  çoxillik 

hissələrindən  və  zoğun  aşağı  hissəsindən  qida  maddələri  uclara  doğru  hərəkət 

edir.  Bu  vaxtda  çubuq  tədarük  etmək  olar  və  calaq  materialı  qida  maddələri  ilə 

zəngin  olar.  Ancaq  bu  vaxt  qısadır.  Tənəyin  kəsilməsi,  çubuqların  tədarükü, 

onların saxlayıcılara gətirilməsi vaxt tələb edir və bəzən də bu vaxt azlıq edir. 

Respublikamız şəraitində əkin materialı saxlayıcıları yoxdur və ümu miyyətlə 

əkin  materialının  saxlanmasına  biganəlik  göstərilir.  Bizim  şəraitdə  ən  yaxşı 

saxlayıcı  tənəyin  özüdür.  Qışın  şaxtasız  və  küləksiz  günlərində  istənilən  vaxt 

çubuq  tədarük  etmək  mümkündür.  O  ki  qaldı  çubuğun  ucundan  qida 

maddələrinin  aşağılara  axmasına.  Bu  həqiqətdir,  ancaq  zoğ  qida  maddələrindən 

tamamilə məhrum olmur. 

Respublika tinglik təsərrüfatlarında ting becərilməsi  işində elmdən, qabaqcıl 

təcrübədən  istifadə  edilmədiyinə  görə  onlar  rentabelli  olmamışdır.  Öz  kökü 

üstündə  becərilən  tinglik  təsərrüfatlarında  qazanc  əsasən  digər  sahələrdən  əldə 

edilib, calaq ting becərən tingliklərdə isə fəhlənin əmək haqqı calaq istehsalında 

deyil,  dotasiya  hesabına  verilmişdir.  Bununla  əlaqədar  olaraq  belə  bir  misalı 

gətirmək yerinə düşərdi: Fransada «Freres qardaşları» firması ildə 8 milyon calaq 

ting  istehsal  edir  və  dünyanın  bir  çox  ölkələri  onlardan  calaq  ting  alır.  Həmin 

firmanın  sahiblərindən  biri  (qardaşın  biri)  ilə  biz  əməkdaşlıq  edirik.  Ting 

becərmənin ən mütərəqqi üsullarından istifadə edirlər. Ting becərilməsi işinin çox 

qismi mexanikləşdirilmişdir. Bizdə heç vaxt onlardakı kimi ting becərilməyib və 

heç  yaxın  gələcəkdə  də  gözlənilmir.  Calaq  ting  kənara  qalsın,  öz  kökü  üstündə 

ting becərmə texnologiyası 100-150 il bizi geri aparır. Bu yerdə rəhmətlik Sabirin 

kəlamları  yada  düşür:  «Əcnəbilər  göydə  balonlarda  gəzir,  biz  hələ  avtomobil 

minməyiriz».  Ona  görə  ki,  ting  istehsalı  məsələsi  dövlətin  diqqətindən  kənarda 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə