Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə89/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   207

190

 

 



Calaqaltı  kimi  onlar  Amerika  tənəklərini  və  onların  hibridlərini,  calaqüstü  kimi 

yalnız Fransa sortlarını tanımışlar. Əlbəttə bu nəzəriyyə üzümçülükdə calaq işini 

məhdudlaşdırır və onun mahiyyətini azaldır. Bu nəzəriyyə dünya üzümçülüyündə 

calaq işini səciyyələndirə bilməz. 

Hazırda  imkanlı  üzümçülər  calaq  əkin  materialını  xaricdən  gətirir, 

üzümlüklərin calaq ting üzərində becərilməsi ehtiyacı gündəmdədir. 

Uzun  vaxt  keçməz  ki,  calaq  ting  becərilməsi  respublikamızda  yenidən 

başlanacaq. Bu baxımdan calaq ting becərilməsinin nəzəri və praktiki tərəflərini 

izah etməyi vacib sayırıq.  

Calağın praktiki işində birillik zoğlardan daha çox istifadə edilir.Bu baxımdan 

birillik hissələrə daha diqqətli olmaq gərəkdir. Birillik hissələrin yüksək dərəcədə 

yetişməsi  işin  bir  tərəfidir.  Onların  calaqaltına  və  kompleks  mühit  şəraitinə 

qarşılıqlı münasibəti əsaslı surətdə öyrənilməlidir. 

Calağın məqsəd və vəzifələrini aşağıdakı kimi sistemləşdirmək lazımdır: 

1. Filloksera və şaxtaya davamlı calaqaltılar alınması 

2. Pis keyfiyyətli üzüm sortlarının yaxşı keyfiyyətli sortlarla başdan-başa əvəz 

olunması 

3.  Sort  qarışığı  olan  sahədə  ayrı-ayrı  kolların,  xüsusilə  aşağı  keyfiyyətli 

sortların başqası ilə əvəz olunması 

4. Çox qiymətli sortların sürətlə çoxaldılması 

5.  Kifayət  qədər  güclü  kök  sisteminə  malik,  lakin  yerüstü  hissəsi  hər  hansı 

səbəbdən zədələnən və yaxud qocalan kolların cavanlaşdırılması 

6.  Məhsuldarlığın  artırılması  məqsədilə  zəif  gücə  malik  sortların  güclü 

sortlara calanması 

7.  Vegetativ  hibridləşmə  və  mentor  yolu  ilə  ,  eləcə  də  əvvəlcədən  vegetativ 

yaxınlaşdırma yolu ilə sortların alınması 

8. Çətin kök atan növ və sortların çoxaldılması  

9.  Toxumdan  çıxan  bitkilərin  (  toxmacarın  )  məhsula  salınmasının  sürətlən 

dirilməsi 

10. Kolun istənilən yerində qol və zoğ alınması. 

Üzümçülükdə  calağın  150-ə  qədər  növü  məlumdur.  Həmişə  calağın  yeni 

növləri və növ müxtəlifliyi yaradılır. Bəzən yaddan çıxmış və istifadə olunmayan 

calaq növləri müəyyən vaxt ərzində yeni calaq kimi tövsiyə edilir. 

Üzümçülükdə  calağın  əsasən  aşağıdakı  növləri  tətbiq  edilir:  yaxınlaşdırma 

calağı (ablaktirovka), sadə qələm calağı (kopilirovka), yarma calağı, yarım yarma 

calağı,  çiyinli  calaq,  pəncəli  calaq,  pontuaz  calağı,  yandan  calaq,  paz  calağı, 

daban calağı, mayor calağı (rumın calağı), Fermo calağı, Fori calağı, Doti calağı, 

Kadil  calağı.  Son  vaxtlar  daha  çox  istifadə  edilən  calaqlar  stolüstü  calaqlardır: 

yaxşılaşdı 



191

 

 



rılmış  dil  calağı  (bunun  əlavə  iki  adı  vardır:  1)  ingilis  calağı,  2)  stolüstü 

calaq). Bunlardan başqa üzümçülükdə göz calağı və yaşıl calaqlar da mövcuddur. 

Bu calaqlardan istifadə miqyasına görə yaxşılaşdırılmış dil calağı birinci yeri, 

lövhəli calaq ikinci yeri, yaşıl calaq üçüncü yeri tutur. 



Calağın  anatomiyası  və  fiziologiyası.  Təcrübədə  calaq  işində  yaxşı 

regenerasiya  qabiliyyəti  olduğuna  görə  birillik  zoğlardan  daha  geniş  miqyasda 

istifadə  olunur.  Birillik  zoğlar  da  tənəyin  başqa  orqanlaroı  kimi  asimmetrik 

quruluşa  malikdir.  Zoğun  bir-birinə  oxşamayan  müxtəlif  tərəflərdən  qarın  tərəfi 

daha  çox  inkişaf  etdiyindən  (ətli-şirəli  olduğundan)  kallyus  qatı  əvvəlcə  orada 

əmələ gəlir və daha çox inkişaflı olur. Buradan inkişafa başlayan kallyus qatı düz 

səthi,  sonralar  başqa  tərəfləri  əhatə  edir.  Calanmış  hissələrin  kallyus  əmələ 

gətirmə  enerjisi  nəinki  zoğun  asimmetrikliyindən,  eləcə  də  zoğun  yetişmə 

dərəcəsindən asılıdır. Kallyüsun əmələ  gəlmə şərtlərindən biri də zoğda  yaranın 

olmasıdır. Ona görə də bəzən kallyusu yara toxumaları adlandırırlar. Lakin tənək 

toxumalarının  hamısı  yara  qıcıqlanmalarına  eyni  dərəcədə  həssas  deyildir. 

Kambii  təbəqəsinin  hüceyrələri  yara  qıcıqlanmasına  tez  reaksiya  verdiyinə  görə 

kallyusun əmələ gəlməsində birinci növbədə bunlar iştirak edir.  

Kallyusun  əmələ  gəlməsində  təzə  yaranın  olmasından  başqa  xarici  mühit 

amillərindən  normal  temperatur,  nəmlik  və  havanın  oksigeni  də  lazımdır.  Belə 

şərait  yaradıldıqda  hər  iki  komponentin  bir-birinə  toxunub-toxunmamasından 

asılı  olmayaraq  təzə  yara  səthində  kallyus  əmələ  gəlir.  Kallyusun  əmələ  gəlmə 

vaxtı, yeri və sürəti yuxarıda göstərilməyən bir sıra daxili şəraitdən də asılıdır. 

Calanan komponentlərin birləşdiyi yerdə əmələ gəlmiş qaynaq qatında qonur 

hissə  görünür,  bu  aralıq  qatıdır.  Aralıq  qatının  qalınlığı  ölü  hüceyrələrin 

çoxluğundan  asılıdır.  Əgər  calaq  küt  bıçaqla  aparılarsa  və  zoğda  çəpinə  kəsik 

alınmırsa, onda zədələnmiş hüceyrələrin çoxluğundan aralıq qatı qalın olur. 

Calaqaltı  və  calaqüstündə  kambii  təbəqələri  birləşdikdən  sonra  qaynaq 

yerində  aralıq  oduncaq  əmələ  gəlir.  Aralıq  oduncağın  əmələ  gəlməsi  ilə  demək 

olar ki, calaqda qaynaq başa çatmışdır. 

Aralıq  oduncaqda  floyema  və  ksilema  öz  quruluşlarına  görə  calaqaltı  və 

calaqüstünün  floyema  və  ksilemasından  fərqli  olur,  belə  ki,  onlar  incə  və  əyri 

olur. Ona görə də calaqla artırılan bitkinin ömrü nisbətən az olur. 

Məlumdur  ki,  calaq  tənəyin  qaynaq  yerində,  hətta  calaqaltı  və  calaqüstündə 

tam  qaynaq  əmələ  gəldikdə  belə  toxumaların  anatomik  quruluşunda  müəyyən 

fərqlər vardır və bunlar aşağıdakılardır:  

1.Parenxim toxumalarının və qabıq elementlərinin güclü və əvvəlki boruların 

zəif inkişaf etməsi

2.Oduncaqda traxeyaların traxeidə nisbətən çoxluğu,  

3.Su borularının diametrinin kiçik və əyri olması 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə