Prof. ġərifov Famil Həsən



Yüklə 4.4 Mb.

səhifə91/207
tarix30.04.2018
ölçüsü4.4 Mb.
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   207

194

 

 



8.  Calaq  yeri  buğuma  yaxın  olduqca  kallyusun  və  birləşmənin  keyfiyyəti 

yaxşılaşır, eləcə də gözcüyün altında kallyus tez əmələ gəlir. 

9. Calaqaltı və calaqüstündə kəsiklərin təzə olması, eləcə də onlarda nəmliyin 

normal olması qaynaq əmələ gəlməsində vacib rol oynayır. Bu baxımdan hər iki 

komponent kəsilən anda birləşdirilməlidir. 

10. Mühitin kompleks şəraiti kallyus əmələ gəlməsinə şərait yaradır. 

Oksigen  çatışmazlığı  kallyus  əmələ  gəlməsini  ləngidir.  Ona  görə  də  calağı 

bərk materiala ( hava keçirməyən materiala) qablaşdırmaq və calaq yerini dərinə 

əkmək  olmaz.  Calağı  çox  havalandırmaq  da  ziyandır,  belə  ki,  çox  havalananda 

nəmlik  azaldığına  görə  kallyusun  üst  qatı  quruyur  və  bərkiyir.  Bu  vəziyyət 

qaynaq əmələ gəlməsini ləngidir. 

Kifayət qədər aerasiyadan başqa nəmliyin də rolu qeyd olunmalıdır. Calaqaltı 

və  calaqüstündə  kəsiklərin  azca  quruması  fizioloji  nəmliyi  azaldır  və  kallyusun 

əmələ gəlməsi çətinləşir.Ona görə də calaqaltı və calaqüstü calaqdan əvvəl suda 

isladılmalıdır. 

Kallyusun  əmələ  gəlməsində  temperatur  rejimini  sonrakı  bəhslərdə  izah 

edəcəyik. 

Üzüm  bitkisində  calaqaltı  və  calaqüstününbir-birinə  qarşılıqlı  təsiri

Calanan  komponentlərin  qarşılıqlı  əlaqələri  qədimdən  məlumdur.  Üzüm 

bitkisində  calaqaltı  ilə  calaqüstünün  bir-birinə  qarşılıqlı  təsiri  XIX  əsrin 

ortalarından  geniş  miqyasda  öyrənilməyə  başlamışdır.  Fillokseranın  üzüm 

bitkisinə vurduğu böyük ziyandan sonra calaq işinin bu kimi məsələləri dərindən 

öyrənilmişdir. Əlbəttə bu öyrənmələr geniş vüsət almış, ancaq tam öyrənilib başa 

çatdırılmamışdır. Bu məsələnin ilk öyrənilməyə başlandığı vaxtdan bəri müəyyən 

edilmişdir ki, calaqdan sonra calaqaltı ilə calaqüstü arasında ciddi dəyişkənliklər 

baş  verir.Bir  çox  tədqiqatçılar  tərəfindən  sübut  olunmuşdur  ki,  calaqaltının 

düzgün  seçilməsi  ilə  nəinki  məhsuldarlığı,  həm  də  məhsulun  keyfiyyətini 

artırmaq  mümkündür.Bəzi  hallarda  avropa  üzümləri  calaqaltı  üstündə 

fillokseradan  azad  rayonlarda  da  müsbət  nəticə  verir.  Calaqaltının  təsiri  ilə 

calaqüstünün  xloroza,  quraqlığa,  şaxtaya  və  digər  əlverişsiz  mühit  şəraitinə 

davamlılığı artır. 

Bir  çox  tədqiqatçılar  müşahidə  etmişlər  ki,  calaqaltının  təsirindən 

calaqüstündə morfoloji dəyişkənliklər baş verir. Bu dəyişkənliklər əsaslı deyildir 

və calaqüstündə işçi xarakter daşımasa da hər halda dəyişkənlik baş verir. 

Ona  görə  də  tinglik  işində  calaqaltının  seçilməsinə  və  tinglikdə  tinglərin 

istiqamətli becərilməsinə diqqət yetirilməlidir. 

Bir  və  bir  neçə  bitki  fərdlərinin  calağında  onlar  təbiəti  etibarı  ilə  onlar  bir-

birinə yaxın olsalar birləşmə bir o qədər müvəffəqiyyətli olar. Üzüm bitkisinin bir 

cinsi  daxilində  birləşmə  yaxşı  olduğu  halda  bunu  cins  daxilində  növlərin 




195

 

 



hamısına aid etmək olmur.  

Vitis Vinifera ilə Vitis Rotundifoliya arasında calaq işi mümkün olmamışdır. 

Bundan  başqa  bir  növ  daxilində,  hətta  müxtəlif  ekoloji  şəraitdə  eyni  sortlar 

arasında calaq işinin müvəffəqiyyətsiz halları olmuşdur. 

Fillokseranın  meydana  gəlməsində  və  calaqaltı  bitkilərə  keçiləndən  sonra 

affinitetlik  məsələsinə  daha  çox  tədqiqatlar  həsr  edilmiş  və  bu  məsələ  axıra 

çatdırılmamışdır. 

Tədqiqatçılar  müxtəlif  calaqaltılarında  zoğları  təhlil  edərək  belə  nəticəyə 

gəlmişlər ki, zoğun kimyəvi tərkibi ilə affinitetlik arasında sıx əlaqə vardır. 

Fransız alimi L.Daniyel  müxtəlif ekoloji  tələbatı olan bitkilərin calağının və 

onların  birləşməsinin  mümkünlüyünü  demişdir.  Çox  nəmlik  tələb  edən  bitkiləri 

tədricən az nəmliyə uyğunlaşdırmışdır. 

A.Q.Mişurenko bu məsələ ilə əlaqədar fikirlərini  yekunlaşdıraraq bildirir ki, 

ədəbiyyat  ümumiləşdirmələrinə  və  bizim  tədqiqaların  nəticələrinə  görə  calanan 

komronentlərin  birləşməsi  və  gələcək  talei  mürəkkəb  kompleks  daxili  və  xarici 

amillərdən asılıdır. 

Affinitetlik  geniş  mənada  calaqaltı  ilə  calaqüstünün  qohumluq  dərəcəsi 

olmayıb, eyni zamanda yeni orqanizmin (calağın) mühit amillərinə reaksiyası ilə 

müəyyən edilir. 

Calaq  emalatxanası  və  istixana.  Calaq  emalatxanası  və  stratifikasiya 

kamerası  ixtisaslaşmış  tinglik  təsərrüfatının  ayrılmaz  tərkib  hissəsidir.  Calaq 

emalatxanasının  ölçüsü  calaq  istehsalından  asılıdır.  Calaq  emalatxanasının  və 

istixananın  aşağıdakı  otaqları  vardır:  1.ting  və  çubuq  saxlayıcısı,2.  calaqaltı  və 

calaqüstünün calağa hazırlayan otaq, 3.calaqaltı və calaqüstünün isladılması üçün 

hovuz, 4. calaq aparılan otaq (emalatxana), 5. ağac kəpəyinin buxar və qaynar su 

ilə dezinfeksiya edildiyi  otaq, 6.calaqların qablaşdırılması, 7. stratifikasiya otağı 

(istixana),  8.  calaqların  möhkəmləndirilməsi.  Bunlarla  yanaşı  ağac  kəpəyini  və 

qabqarma  qutularının  saxlandığı  otaqlar  və  yaxud  çardaqlar.  Mütəxəssislər  və 

briqadir üçün otaq, eləcə də alət və materialların saxlandığı otaq. 

Calaq  emalatxanası  və  istixana  buxarla  isidilməlidir.  Su  və  kanalizasiya  ilə 

təchiz edilməlidir. Otaqlarda, çardaq və meydançalarda işlər maksimum dərəcədə 

mexanikləşdirilməlidir.  Emalatxananın  bölmə  və  otaqları  2,5-3  ay  müddətində 

calaq  işlərinə  istifadə  edilir,  qalan  aylarda  aşağıdakı  məqsədlərlə  istifadə  etmək 

olar:  tut  ipək  qurdunun  yemləndirilməsi,  tütün  qurudulması,  meyvə  və  üzüm 

saxlanması və s. Calaq emalatxanası və istixana tamamilə elektrikləşdirilməlidir.  

Calaq  materialı  hazırlanan  otaq  yaxşı  işıqlandırılmalı,  isdilməli  və 

havalandırılmalıdır. Pəncərələrin sahəsi otağın 1/8 hissəsini tutmalıdır. Bu otaqda 

işlərin yerinə yetirilməsi üçün hər işçiyə 2m² sahə düşməlidir. Bu sahənin üstünə 

nəqliyyat  vasitəsinin  hərəkəti  üçün  əlavə  olaraq  30%  sahə  gəlməlidir.  Calaqaltı 






Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə