Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə92/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   207

196

 

 



ilə  calaqüstü  hazırlanan  otaqla  isladılma  otağının  arasında  1,8  metr  enində  iki 

tərəfə  açılan  qapı  olmalıdır.  Çubuqlar  isladılan  otaqda  çubuq  dəstələri  yuyulur, 

isladılır və havalandırılır. 

Hovuzun  dibi  döşəmədən  5-10  sm  hündür  olmalıdır  ki,  onun  təmizlənməsi 

asan  olsun.  Hovuzun  həcmi  calaq  istehsalının  həcmindən  və  isladılma 

müddətindən  asılıdır.  Əgər  bir  gündə  100  min  calaq  aparılarsa,  onda  350  minə 

yaxın çubuq isladılmalıdır. Bundan başqa müxtəlif sortlardan olan çubuqların da 

isladılması nəzərdə tutulmalıdır. 

Calaq aparan fəhlənin iş  yerinin uzunluğu 85 sm-dən az olmamalıdır. Calaq 

stolunun  eni  80-90  sm  olmalıdır  ki,  orada  hər  iki  tərəfdən  fəhlə  işləyə  bilsin. 

Stollararası məsafə 1-1,1 metr götürülür. Pəncərə tərəfdən 1,2-1,5 m enində keçid 

saxlanır.  Mütəxəssislərin  apardıqları  hesablamalara  görə  bir  mövsümdə  bir 

sahədə  stratifikasiya  edilməklə  3  milyon  calaq  nəzərdə  tutulursa,  onda  hər  gün 

100 min calaq aparılması, bunun üçün də 170 fəhlə lazım gəlir. Bu əsasda calaq 

aparılan salonun sahəsi təqribən 500 m² olmalıdır. Calaq salonunda calaqçılardan 

başqa  14  nəfər  nəzarətçi  və  4  nəfər  hesablayıcının  oturması  tələb  olunur. 

Bunlardan  başqa  iki  adam  calaq  materialını  stollara  daşıyır,  6  adam  hazır 

calaqları  qutuların  yanına  gətirir,  6  adam  da  calaqları  qutulara  qablaşdırır  və 

stratifikasiya kamerasına daşıyır. Boş qutuların lazımi  yerə daşınmasına 4 adam 

tələb olunur. 

Calaq salonu hər iki tərəfdən işıqlandırılmalıdır. Ağac kəpəyi olan ambar elə 

olmalıdır ki, içərisi ilə avtomobil sərbəst hərəkət edə bilsin. 3 milyon calaq üçün 

ağac kəpəyi ambarının sahəsi 60-80 m² olmalıdır. 

Stratifikasiya kamerası tikintinin ən vacib sahəsidir. Salonların ümumi sahəsi 

elə  hesablanmalıdır  ki,  calaq  qutuları  bir  mərtəbədə  yerləşsin  və  bərabər 

miqdarda işıqlandırılsın. 

Kameranın  döşəməsi  betondan  olmalıdır.  İstixanaya  su  kəməri  çəkilməli  dir 

ki,  bununla  stratifikasiyanın  sonunda  calaq  qutularını  alt  tərəfdən  soyutmaq 

mümkün olsun.  

Calaq  emalatxanasında  calaq  stolları,  stulları,  şkaflar,  calaq  və  çeşidləyici 

maşınlar, elektrik stratifikasiya qutuları,  ağac kəpəyini islatmaq və dezinfeksiya 

etmək  üçün  qurğular,  arabacıqlar,  qaldırıcılar,  çubuqların  isladılması  üçün 

qurğular olmalıdır. 

Alət  məqsədi  ilə  emalatxanada  aşağıdakılardan  istifadə  edilməlidir:  calaq 

bıçağı,  bağ  qayçısı,  bıçaqları  itiləmək  üçün  qayış,  bülöv,  calaqüstünü  daşımaq 

üçün məcməyi.  Bunlardan başqa emalatxanada calaqçılar üçün döşlük və yaxud 

xalat,  təmiz  əski  (bıçaq  və  stolları  silmək  üçün),  dəsmal,  əl-üz  yuyan,  süpürgə, 

döşəmə  təmizləyicisi,  termometr,  psixrometr  və  s.  olmalıdır.  İnventar  və  istilik 

mənbəyi calağa azı bir ay qalmış tədarük edilməlidir. 



197

 

 



Calağın  aparılması  və  stratifikasiyası.  Calağa  5-10  gün  qalmış  çubuqlar 

saxlayıcıdan  çıxarılır  və  onların  ləkəli  nekroz  xəstəliyinə  tutulmaları,  eləcə  də 

calaqüstündə  gözcüklərin  salamat  qalması  diqqətlə  yoxlanmalıdır.  Bunun  üçün 

hər  partiyanın  müxtəlif  yerindən  100  çubuq  seçilir,  hər  çubuğun  ayrı-ayrılıqda 

qabığı soyulur və qara ləkənin olub-olmaması müəyyən edilir. Əgər 15 çubuqda 

ləkə müşahidə edilərsə, onda həmin partiya çıxdaş edilir. 

Calaqaltında  aşağı  kəsiklərdə  yara  təzələnir.  Yara  təzələnərkən  çalışmaq 

lazımdır  ki,  axırıncı  buğumdan  aşağıda  (  zoğun  əsasından  )  3-5  mm  məsafə 

(hissə)  qalmış  olsun.  Calaqaltında  olan  gözcüklərin  hamısı  korlanır.  Bundan 

sonra  onları  yenidən  dəstələrdə  bağlayıb  islatmaq  üçün  yenidən  hovuza  atmaq 

lazımdır. 

Respublikamızın calaq ting becərən təsərrüfatlarında calaqaltında gözcüklərin 

korlanmasına  əhəmiyyət  verilmədiyindən  calaqaltı  hissədən  zoğlar  çıxmış  və 

onların  qoparılmasına  əlavə  vaxt  və  vəsait  xərclənmişdir.  Başqa  ölkələrin  calaq 

təsərrüfatlarında  calaqaltının  gözcükləri  korlanır.  Bundan  başqa  tinglik 

becərilərkən  calaqaltı  ilə  calaqüstünü  tanımayan  işçilər  zoğları  bir-birindən 

fərqləndirmirlər.  Buna  görə  də  bəzən  calaqaltından  çıxan  zoğ  calaqüstü  kimi 

verilir. 

Calaqaltıların isladılmasının keyfiyyətini tez-tez yoxlamaq lazımdır. Çubuğun 

nəmlik  faizindən  asılı  olaraq  onlar  2-3  sutka  müddətində  isladılır.  Onu  qeyd 

etmək  yerində  olardı  ki,  calaqüstünün  su  alma  qabiliyyəti  yüksək  olduğundan 

onlar  14-15  saat  müddətində  lazım  olan  suyu  alır.  İslanmanın  keyfiyyətini 

yoxlamaq üçün suya qoyulandan ikinci gün hər 5-6 saatdan bir hər partiyadan 10-

12  ədəd  ən  yoğun  çubuqlar  (yoğun  çubuqlar  gec  islanır)  seçilir  və  onlarda  iti 

bıçaqla çəpinə kəsik alınır.Qayçının küt tərəfi ilə sıxıldıqdan sonra kəsikdə kiçik 

su  zərrəcikləri  görünürsə,  deməli  islanmanın  keyfiyyəti  yaxşıdır.  Ancaq  kəsik 

qayçı ilə alındıqda su kəsiklərdən gec çıxır.  

Hər  dəfə  hovuza  çubuq  töküldükdə  suyu  təmizləmək  lazımdır.  Ancaq  calaq 

çox erkən aparıldıqda su hələ soyuq olur (suyun temperaturu 8ºS olduqda) və bu 

vaxt  çubuğu  az  partiyalarla  islatmaq  lazımdır.  Suyun  temperaturu  15-16  ºS 

olduqda çubuqlar tez və yaxşı islanır.  

Çubuqları hovuzdan çıxarmazdan əvvəl hər bir dəstəni bir neçə dəfə hovuzun 

dibinə basmaq lazımdır ki, onlar yaxşı yuyulsun. Çubuqlar palçıqlı olduqda bıçaq 

tez kütləşir və onların itilənməsinə çox vaxt sərf edilir. Bundan başqa küt bıçaqla 

aparılan  kəsiklərdə  toxumalardan  maddələr  az  ifraz  olundu  ğundan  kallyus  zəif 

olur.  


Calaqüstü  çubuqların  da  saxlayıcıda  necə  qalmasının  keyfiyyəti  yoxlanır. 

Əgər  əsas  tumurcuqların  10-12%-dən  çox  olmayan  hissəsi  zədələnmişsə  onda 

həmin partiya çubuqlar calağa yararlı hesab edilir, sonra onlar bir gözdən ibarət 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə