Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə93/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   207

198

 

 



qələmlərə  kəsilir.  Saxlanmış  calaqaltı  çubuqlarda  birinci  və  axırıncı  gözcüklər 

çox vaxt zədələnmiş olduqlarından onlar calağa yararlı hesab edilmir. 

Qələm kəsilərkən gözcükdən yuxarıda 1,5 sm-ə qədər, gözcükdən aşağıda isə 

4-5  sm  hissə  saxlanır.  Kəsilmiş  qələmlər  qutulara  tökülür.  Bir  neçə  qutu  qələm 

suya eyni vaxtda tökülür ki, onlar bərabər miqdarda islansın. Calaqüstü qələmlər 

bərabər islanmadıqda onların zoğu da bərabər vəziyyətdə böyümür, bu isə onlara 

xidmət  işini  çətinləşdirir.  Səhvən  bəzi  hallarda  calaqüstü  çubuqlar  qələmlərə 

kəsilmədən  isladılır.  Bu  vəziyyətdə  aşağı  və  yuxarı  gözcüklər  çox  islanır, 

ortadakılar isə az su alır. 

Normal  temperaturda  calaqüstü  qələmlər  tez  su  alır.  Yaxşı  olar  ki,  sabah 

aparılacaq calaq üçün calaqüstü qələmlər axşamdan hovuza tökülsün. 

Müəyyən  səbəblərdən  calaqüstü  çubuqların  xarab  olmuşları  12%-dən  çox 

olduqda  və  yenisini  əldə  etmək  imkanı  yoxsa,  onda  onları  3-4  gün  müddətində 

istixanada saxlamaq lazımdır. Bu müddətdə sağlam gözcüklər şişmiş vəziyyətdə 

olur. Həmin gözcüklər seçilir və onlardan calaq aparılır.  

Yadda  saxlamaq  lazımdır  ki,  stratifikasiyada  belə  gözcüklər  tez  oyanıb  zoğ 

verir. Bu vəziyyət calaq işində normal hal hesab edilir, yəni calaq yerində həlqəvi 

kallyus  əmələ  gəlməmiş  zoğlar  əmələ  gəlməyə  başlayır.  Normal  vəziyyətdə  isə 

calaq  yerində  kallyus  əmələ  gəlməsinin  sonunda  gözcüklər  şişmiş  vəziyyətdə 

olmalıdır.  

Belə  şişmiş  gözcüklü  calaqüstü  qələmləri  calaqdan  əvvəl  stratifikasiya 

edilmiş calaqaltı çubuqlara calamaq lazımdır. Calaqaltı çubuqların  yalnız yuxarı 

hissələri  stratifikasiya  edilir.  Əgər  çubuğun  əsası  da  stratifikasiya  edilsə  onda 

onlar tez kök verər və tez kök vermə calaq işində yaxşı hal hesab edilmir. 

Tinglikdə  əkilənə  qədər  calaqda  kök  əmələ  gəlməsi  iki  səbəbdən  yaxşı  hal 

hesab  edilmir.  Birincisi,  köklərin  əmələ  gəlməsinə  çoxlu  ehtiyat  qida  maddəsi 

sərf edilir, ikincisi, köklü calaq tingliyə əkildikdə cavan köklər tez qırılır.  

Respublikamız  şəraitində  stolüstü  calağın  optimal  müddəti  fevral  ayının 

axırıncı dekadası ilə martın axırıncı dekadası arası hesab edilmişdir. Son 20 ildən 

çox  müddətdə  calağın  konservləşdirilməsi  və  stratifikasiyasız  calaq  əkilməsi 

yuxarıda göstərilən optimal müddətdə korreksiya edilməsini tələb edir. 

Calaqaltı  və  calaqüstü  calağa  hazırlandıqdan  və  onlar  diametrlərinə  görə 

seçildikdən  sonra  calaqçının  stoluna  götürülür.  Calaqaltı  calaqçı  stolunun  bir 

tərəfində, calaqüstü isə digər tərəfində yerləşdirilir.  

Əgər yaxşılaşdırılmış dil calağı aparılırsa calaqçı calaqaltında və calaqüstündə 

eyni formalı kəsik alır və onlar bir-birinə geydirilir.  

Calaq  MP  seriyalı  elektrik  maşını ilə  də  aparılır.  Burada  calaqaltında  alınan 

kəsik  calaqüstünün  kəsiyindən  fərqlənir.  Maşınla  aparılan  calaq  iki  cür  olur: 

lövhəli və fiqurlu. Hər ikisində calaqaltı ilə calaqüstünün kəsikləri fərqlidir.  



199

 

 



Calaqaltı  ilə  calaqüstü  bir-birinə  geydirildikdən  sonra  hazır  calaq  calaq 

stolunun  bir  tərəfinə  qoyulur.  Calaq  işini  yaxşı  bilən  bir  nəfər-qəbuldar  calaq 

növlərinin  (stolüstü  calaqların)  hamısını  aşağıdakı  şərtlər  əsasında  qəbul 

etməlidir:  

1. 

Calaq 


sarınmadığından 

onları 


əllə 

silkələdikdə 

bir-birindən 

aralanmamalıdır. 

2.  Calaqaltı  ilə  calaqüstü  diametrcə  bir-birinə  uyğun  olmalıdır.  Lakin 

calaqaltında 0,2 mm-ə qədər artıqlığa yol verilə bilər. 

3.Calaqaltı ilə calaqüstündə mexaniki zədə olmamalıdır. 

4.Calaqüstündə olan yeganə gözcük salamat olmalıdır.  

Bu  qayda  ilə  qəbul  edilmiş  calaqlar  standart  qutulara  qabqarılır(  bu  qutular 

stratifikasiya qutuları da adlanır). Qabqarma materialı olaraq orta fraksiyalı ağac 

kəpəyindən  istifadə  edilir.  Ağac  kəpəyi  temperaturu  100ºS  olan  suda  və  yaxud 

buxarda  dezinfeksiya  edilməlidir.  Məqsəd  onda  olan  mikroorqanizmləri  məhv 

etməkdir. 

Bu  mikroorqanizmlər  kallyusu  və  calaqüstünün  cavan  zoğunu  qurudur. 

Təsərrüfatda  əgər  buxarla  dezinfeksiya  mümkün  deyildirsə,  bu  iş  qaynamış  və 

qaynar  su  ilə  aparılmalıdır.  Əgər  qaynamamış  isti  su  işlədilərsə  onda,  zərərli 

mikroorqanizmlərin  inkişafına  yalnız  şərait  yaradılmış  olar.  Qaynar  suda  ağac 

kəpəyi həm dezinfeksiya olunur, həm də su götürmə qabiliyyəti artır. 

Calaq  yerləşən  mühitdə  nəmlik  çox  olduqca  (əlbəttə  müəyyən  həddə  qədər) 

kallyus yaxşı əmələ gəlir. Nəmlik az olduqda kallyus da əmələ gəlmir və yaxud 

zəif  olur.  Nəmliyin  normadan  çoxluğu  calaq  işində  zərərli  hesab  edilir,  belə  ki, 

artıq nəmlikdə calaqda qaynaq olan yerə oksigen çatmır. Kəpəyin nəmliyini əllə 

də  yoxlamaq olar. Kəpək ələ götürülüb sıxılır, su çıxılırsa nəmlik  normaldır, su 

çıxmırsa onun üstünə qaynar su əlavə edilməlidir. 

Stratifikasiya  qutusunun  dibinə  və  divarlarına  bir  qat  ağac  kəpəyi  tökülür, 

onun üstünə bir cərgə calaq düzülür, sonra kəpək, sonra calaq və s. Bu qayda ilə 

5-6  cərgə  calaq  düzülür.  Axırıncı  calaq  cərgəsinin  üstü  kəpəklə  örtülmüş 

olmalıdır.  Qutunun  calaqüstü  olan  tərəfi  siyirtməli  olmalıdır.  Siyirtmə  açılır, 

kallyusun vəziyyəti yoxlanır və yaxud calaq çıxarılır. 

Tairov  adına  Ukrayna  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutunun 

təklifinə  görə  calağın  əsasına  (calaqaltının  əsası)  ağac  kəpəyi  əvəzinə  yaxşı 

strukturlu torpaq töküldükdə bir qədər oksigen azlığı əmələ gəlir ki, bu da həmin 

hissədə kallyus bir qədər zəifləmiş olur. 

Stratifikasiya  kamerasında  istğilik  calağın  yalnız  calaqaltı  ilə  calaqüstünün 

birləşdiyi  yerdə  lazımdır  ki,  kallyus  əmələ  gəlmə  prosesi  yaxşılaşsın.  Bundan 

başqa, calağın əsasında torpaq olduqda həmin hissədə həm çoxlu miqdarda kökün 

əsası  əmələ  gəlir,  həm  də  calağın  mühit  şəraitini  dəyişdikdə  əlverişsiz  mühit 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə