Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə95/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   207

202

 

 



Calaqların  düzgün  əkilməsi  və  xüsusilə  də  təpəciklərin  düzgün  yığılması 

calaq tinglərin müvəffəqiyyətli  becərilməsinin rəhnidir. Əgər calaqların  üstü  pis 

örtülürsə  (təpəciklər  ensiz  olduqda  və  onların  torpağı  uçub  tökülərsə)  və  yaxud 

calaq yeri quru torpaqla örtülübsə calaqlar quruyub məhv olar. Təpəcik normadan 

artıq  qalın  olarsa  onda  calağın  zoğu  qalın  torpaq  qatını  yarıb  üzə  çıxmaqda 

maniəyə rast gəlir və yaxud torpaq qatını heç yarıb keçə bilmir. 

Calaq  tinglikdə  becərmə  işləri  suvarılmadan,  kübrələmədən,  əlavə 

yemləmədən,  xəstəlik  vəzərərvericilərə  qarşı  mübarizədən,  alaq  otlarına  qarşı 

mübarizədən  ibarətdir  və  öz  kökü  üstündə  olan  tinglikdən  fərqlənmir.  Fərq 

ləndirici cəhət calaqüstünün köklərinin, calaqaltının isə zoğlarının vurulmasından 

ibarətdir. 

Calaq ilk vaxtlar kökün verdiyi qidanı az tələb edir və calaqaltı çalışır ki, özü 

kök  əmələ  gətirsin.  Bu  köklər  vaxtında  vurulmadıqda  yarpaqların  verdiyi  qida 

calaqaltına  gəlməyəcək  və  calaq  məhv  olacaq.  Vegetasiya  dövründə,  xüsusilə 

onun  ilk  vaxtlarında  calaqüstündə  köklərin  əmələ  gəlməsinə  nəzarəti  artırmaq 

lazımdır. Köklər əmələ gəldikcə vurulmalıdır. Bu məqsədlə kallyusdan bir qədər 

aşağı  açılır  və  iti  bıçaqla  köklər  kəsilir.  Yay  ərzində  bu  iş  2-3  dəfə  təkrar 

olunmalıdır  və  hər  dəfə  suvarmadan  sonra  bu  iş  aparılmalıdır.  Katarovka 

dumanlı-çiskinli havalarda və yaxud axşam üstü aparılmalıdır. Hər katarovkadan 

sonra  kallyus  və  zoğun  aşağı  ağ  rəngli  hissəsi  torpaqla  örtülməlidir.  Axırıncı 

katarovka  vaxtı,  yəni  iyul  ayının  ortalarında  və  axırlarında  təpəcik  tədricən 

dağıdılmalıdır ki, qaynaq yeri yaxşı oduncaqlaşsın.  

Calağın  üstünün  torpaqla  örtülməsi-  təpəciklərin  yaradılmasının  müsbət 

tərəfləri  ilə  yanaşı  mənfi  tərəfləri  də  vardır.  Torpağın  altında  yuxarı  köklərin 

əmələ gəlməsi üçün şərait yaranır. Əmələ gəlmiş köklər həm calağı zəiflədir, həm 

də  onların  vurulmasına  müəyyən  miqdar  vəsait  tələb  olunur.  Bundan  başqa, 

həmin  torpaq  təpəcikləri  tingin  bir  sıra  zərərvericilərinin  (məftil  qurdu,  sovka) 

məskəninə  çevrilir.  Onların  tingə  vurduğu  zərərdən  başqa  onlara  qarşı  aparılan 

mübarizə  də  əlavə  vəsait  tələb  edir.  Yağış  və  suvarmalardan  sonra  həmin 

təpəciklərdə  qaysaq  sındırılmalıdır.  Bundan  başqa  təpəciklər  yayın  ortalarında 

dayandırılmalıdır. Calaqların üstünə təpəciklərin yığılması və onların dağıdılması 

da vəsait tələb edir. Calaqların üstünə torpaq yığılması onların əkilmə dərinliyinin 

müəyyən edilməsinə maneçilik törədir və cərgə aralarını bir qədər genişləndirmək 

lazım  gəlir.  Cərgə  aralarının  genişləndirilməsi  də  iqtisadi  cəhətdən  faydalı 

deyildir. 

Göstərilən bu çətinliklər bir sıra tədqiqatçıları ( karlon, Bik, Eufert) başqa yol 

axtarmağa  vadar  etmişdir.  Onlar  əkindən  qabaq  calaqların  calaqüstü  tərəfinin 

parafinlənməsini təklif etmişlər. 1960-cı ildə bu məsələ L.M.Maltabar tərəfindən 

Moldova şəraitində, sonralar A.Q.Mişurenko və N.İ.Naqornı (1962), N.D.Yanev, 



203

 

 



V.İ.Şiqlovskaya  (1964)  və  s.  tədqiqatçılar  tərəfindən  müvəffəqiyyətlə  sınaqdan 

keçirilmişdir. 

Müəyyən  edilmişdir  ki,  parafinin  temperaturundan  asılı  olaraq  calaqla 

müxtəlif  qalınlıqlı  qat-pərdə  əmələ  gəlir.  Aşağı  temperaturda  calağın  hissələri 

yaxşı  örtülmür,  yuxarı  temperaturda  isə  yaxşı  örtülür,  çökək  hissələr  parafinlə 

dolur və pərdənin möhkəmliyi artır. Qalın pərdə tez töküldüyündən bu əməliyya 

tın əhəmiyyəti azalır. Müəyyən edilmişdir ki, 75-85ºS optimal temperatur hesab 

olunur.  90-100ºS  temperaturlu  parafindən  də  istifadə  etmək  olar.  Bu  şərtlə  ki, 

calaqların parafində saniyədən az vaxt olsun. Buradan heç də o nəticə çıxmasın 

ki,  90-100ºS  temperaturda  calağın  yeni  əmələ  gəlmiş  incə  hissələri  yana  bilər. 

Burada yalnız böyüməkdə olan zoğun təpə tumurcuğu məhv olur. Parafin örtükdə 

qışlayan gözcüyün və yaxud yeni əmələ gəlmiş zoğun böyüməsi 3-5 gün ləngiyir. 

Belə ləngimə calağın bir qədər torpaqda ləngiməsinə xeyirdir. 

Parafinləmənin səmərəsi onun markasından da asılıdır. Parafinin markası isə 

müxtəlif  dərəcədə  onun  əriməsi,  tərkibindəki  yağın  miqdarı,  yapışqanlığı, 

elastikliyi  ilə  müəyyən  edilir.  Ən  yaxşı  calaq  ting  çıxımı  göstərilən  markalı 

parafinləri işləndikdə alınır. 42ºS-də əriyən texniki təmizlənməmiş kibrit parafini 

(bunun  tərkibində  5%  yağ  vardır).  50ºS-də  əriyən  «D»  markalı  texniki 

təmizlənmiş parafin (tərkibində 2,3 % yağ vardır). Ən aşağı ting çıxımı «A» və 

«B»  markalı  parafinləri  işlətdikdə  alınır  (bunların  tərkibində  0,6-0,9%  yağ 

vardır). 

Parafinlənmiş calaqlar üzərində aparılan müşahidələr göstərmişdir ki, zoğların 

40-45%-i gözcüyün əvəzedici tumurcuğundan çıxanlardır. 

Parafinləmə  işini  aparmaq  üçün  bilavasitə  sahədə  parafin  qazana  tökülür  və 

müxtəlif  isidici  materialla  əridilir.  Termometrlə  onun  istiliyi  ölçülür,  lazımi 

dərəcədə  qazanın  altı  söndürülür.  7-10  ədəd  calaq  calaqaltı  tərəfdən  əldə  yelpik 

şəklində tutulur və calaqüstü tərəfdən 16-18 sm uzunluğunda hissə saniyənin 1/2- 

1/3  hissəsi  qədər  vaxtda  saxlanır.  Parafindən  başqa  calağın  üstünü  polietilen 

pərdə ilə də sarımaq olar. Pərdə ilə sarıdıqda kallyus kənarlara doğru yox, zoğun 

içərilərinə doğru hərəkət edir və qaynama işinin möhkəmliyini artırır. 

Keçmiş  Ümumittifaq  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutu 

«Maqaraç»ın təklifi ilə calaq tingdə polietilen pərdələrdən istifadə edilir. Burada 

calaqüstünün gözcüyündən calaqaltının daban buğumuna qədər pərdə ilə örtülür. 

Bu  üzümçülükdə  müvəqqəti  üsul  hesab  edilir.  Burada  pərdə  tingdə  cavan 

köklərin  fillokseradan  zədələnməsinin  qarşısını  alır  və  pərdə  olan  hissədə  kök 

əmələ gəlmədiyindən tinglikdə və cavan üzümlükdə katarovkanı ixtisara salır. 

Tinglikdə  yaşıl  əməliyyat  haqqında  heç  bir  ədəbiyyatda  məlumat  yoxdur. 

Respublikamızda ilk olaraq tingdə biz yaşıl əməliyyat apararaq onu elmi cəhətdən 

əsaslandırmışıq. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə