Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə96/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   207

204

 

 



Calaqda əsas zoğla yanaşı bəzən əvəzedici tumurcuqlardan da zoğ çıxır. Əsas 

zoğun  aşağı  buğumlarından  da  biclər  çıxır.  Əsas  zoğ  böyüdükcə  biclər  çoxalır. 

Bir  qədər  ting  güclü  olduqda  birinci  və  ikinci  dərəcəli  bic  zoğları  əmələ  gəlir. 

Beləliklə, tinglikdə aqrofon yaxşı olduqda tinglə çoxlu miqdarda zoğ əmələ gəlir. 

Belə  bir  vəziyyət  kök  sisteminin  yaxşı  böyüməsini  təmin  etsə  də  torpağın 

səthində sıx kölgəlik yaranır və bunun da nəticəsində həmişə nəmlik olur. Uzun 

müddətli nəmlik şəraiti isə xəstəliklər üçün əlverişli şərait yaradır. Artıq zoğları 

saxlayıb  hamısını  birdən  yox,  onları  əmələ  gəldikcə  və  böyüdükcə  qoparmaq 

lazımdır.  Belə  çıxmasın  ki,  hər  həftə  və  hər  10  günlükdə  zoğlar  qoparılmalıdır. 

Ancaq zoğlar iki dəfə qoparılsa kifayət edər. 

Tinglərdə  zoğların  qarışıqlıq  yaratması  sortlardan  da  asılıdır.  Belə  ki, 

Rkasiteli sortunda bu qarışıqlıq Mədrəsə, Ağadayı, Şamaxı mərəndisi, İtaliya və 

digər sortlara nisbətən bir qədər yüngüllük təşkil edir. Buna baxmayaraq bir neçə 

ildir  ki,  Rkasiteli  sortundan  olan  tinglərdə  yaşıl  əməliyyatı  apardıqda  müsbət 

nəticələr əldə edilir. 

Son illərdə avqustun axırlarında tingdə saxlanan 1-2 zoğun ucunu vurmuşuq 

(çekanka). Bu əməliyyat zoğun  yaxşı  yetişməsini təmin edir və  yaşıl kütləni bir 

qədər  də  azaldır.  Bu  əməliyyat  bizim  işimizdə  də  yenidir.  Burada  təkcə  zoğun 

yetişməsi  təmin  edilmir,  həm  də  tingin  yeraltı  ştambında  da  ehtiyat  qida 

maddələri çox toplanır. 

Respublikamız şəraitində tinglikdə becərmə işləri, xüsusilə alaq otlarına qarşı 

mübarizə  işləri  sentyabr  ayının  ortalarına  və  axırlarına  qədər  davam 

etdirilməlidir.  Alaq  otları  tinglərin  çıxarılması  işlərinə  maneçilik  törədir.  Hətta, 

elə hallar olur ki, çıxarılmış tinglərdən alaq otlarına qarışanları da olur. 

Ümumiyyətlə tinglikdə bütün işlər standart yük çıxımına yönəldilməlidir. 

Payızda yarpaqlar töküldükdən dərhal sonra tinglər çıxarıla bilər. Elə bu vaxt 

tinglər  çıxarılmalıdır  ki,  torpaq  gələcək  məqsədlər  üçün  hazırlansın.  Tinglər 

çıxarıldıqda oradaca çeşidlərinə ayrılmalıdır. Tingin çeşidləri haqqında yuxarıda 

izahat  verilmişdir.  Qəbul  edilmiş  standartlardan  başqa  ting  istehsalında  seçmə 

tinglər məsələsinin də izahata ehtiyacı  vardır. Seçmə tinglər seçmə çubuqlardan 

alına bilər. Bundan başqa seçmə çubuqlar yuksək aqrofonda becərilməlidir. 

Seçmə  tingdə  köklər  daha  böyük  diametrə,  məsələn,  1,5-2,5  mm-ə  malik 

olmalı, yerüstü hissədə olan bir ədəd zoğ həm böyük diametrli, həm də 40-50 sm 

olmalıdır ki, qeyd etdiyimiz kök sisteminin əmələ gəlməsini təmin etsin. 

Bizim  təcrübədə  elə  tinglər  olurdu  ki,  onlarda  zoğların  uzunluğu  1,5  metrə 

çatırdı.  Çoxillik  təcrübələrdən  məlum  olmuşdur  ki,  standartın  tələblərinə  uyğun 

çubuqlar  normal  qida  fonunda  becərildikdə  tinglərin  çoxu  seçmə  tingin 

tələblərinə  uyğun  gəlir.  Tinglər  üzümlükdə-daimi  yerində  əkildikdən  sonra 

yüksək  həyat  qabiliyyətinə  malik  olmalı  və  cavan  üzümlüyün  yüksək 



205

 

 



məhsuldarlığını təmin etməlidir. Bunun üçün: 

1.Calaqaltı  və  calaqüstü  ana  bitkilərin  qidalanma  şəraitinin  calaqların 

regenerasiya  və  həyat  qabiliyyətinə  təsiri,  eləcə  də  cavan  üzümlüyün 

məhsuldarlığına təsiri öyrənilməli

2.Calaq  zamanı  fizioloji  fəal  maddələrdən  istifadə  etməklə  calağın 

keyfiyyətinin yaxşılaşdırmalı; 

3.Əsas  üzüm  sortları  ilə  calaqaltılar  arasında  calaqüstü-calaqaltının 

optimallığını əsaslandırmalı. 

Boy  maddələrindən  və  vitaminlərdən  istifadənin  calaq  çıxımına  və  calaq 

tingin  keyfiyyətinin  yaxşılaşdırılmasına  yönəldilməsi  səmərəli  üsullardan  hesab 

edilir. 

Hazırda  xarici  ölkələrin  calaq  ting  becərən  təsərrüfatlarında  fizioloji  fəal 

maddələrdən  istifadə  sahəsində  müəyyən  təcrübələr  toplanmışdır.  Ancaq  bu 

təcrübələri  hələ  lazımi  səviyyədə  hesab  etmək  olmaz.  Tinglər  daimi  yerinə 

əkildikdən  sonra  fizioloji  fəal  maddələrin  onların  sonrakı  həyat  fəaliyyətinə 

təsirinin öyrənilməsi çox səthidir. 

İ.K.Qromakovski,  İ.K.Şandru  və  İ.A.Eufertin  (alman)  apardıqları 

təcrübələrdən bir neçə misallar gətirməyi lazım bilirik. Onlar Ağ şasla x Ripariya 

Qluar  kombinəsini  obyekt  kimi  seçmişlər.  Adi  suda  isladıldıqdan  sonra 

calaqaltılar  indolilsirkə  turşusu  və  yaxud  heterauksin  məhlulunda,  indolil  yağ 

turşusunda  alfa  naftil  sirkə  turşusunda,  C  və  B

1

  vitaminlərində  saxlanmışdır. 



Nəzarət çubuqları yalnız suda isladılmışdır. 

Çubuqların  aşağı  tərəfdən 1/3  hissəsi  boy maddələri  və vitamin məhsulunda 

12 saat müddətində saxlanmışdır. Nəticədə müəyyən olunmuşdur ki, calaqaltının 

boy  maddələrində  və  vitaminlərdə  stratifikasiya  vaxtı  kallyusun  əmələ  gəlməsi, 

fizioloji və biokimyəvi proseslərin fəallığı və birinci sort calaq çıxımı artmışdır. 

Yuxarıda  göstərilən  maddələrin  aşağıdakı  qatılığı  (  konsen  trasiyası)  müəyyən 

edilmişdir.  Heteroauksin  -  0,01%,  indolil  yağ  turşusu-0,005%,  naftil  sirkə 

turşusu-0,006%, C vitamini 1 l suya 250 mq və B1 vitamini-200 mq/l. 

Boy  maddələri  və  vitaminlə  işlənən  calaqlar  yüksək  həyat  fəaliyyəti  ilə 

fərqlənmişlər. Eyni zamanda bu bitkilər üzümlükdə əkildikdən sonra məhsula tez 

düşür.  

 

 



 

 

 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə