Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə97/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   207

206

 

 



YENĠ ÜZÜMLÜYÜN SALINMASI 

 

Sahənin  seçilməsi.  Yeni  üzümlük  üçün  sahə  seçilməzdən  öncə  bu  işin 

planlaşdırılması  lazımdır.  Planlaşdırmada  üzümlüyün  bu  bölgədə  vacibliyi 

üzümçülüyün  inkişaf  istiqamətinin  müəyyən  edilməsində  müvafiq  torpaq-iqlim 

şəraitinin  mşvcudluğu  və  bu  məsələ  üzrə  dövlət  təşkilatlarının  razılığı  nəzərdə 

tutulur.  Onu  qeyd  etmək  etmək  yerinə  düşərdi  ki,  respublikanın  istənilən 

bölgəsində üzümçülüyün iqtisadi faydası  danılmazdır. O  yerdə iqtisadi fayda az 

və gec olar ki, orada iri miqyaslı meliorativ tədbirlər həyata keçirilməmiş olsun. 

Respublikamızda mövcud 9 iqlim şəraitinin hamısında üzüm  bitkisi üçün bu və 

ya  digər  formada  əlverişli  şərait  vardır.  Torpaq  şəraiti  də  belədir.  Beləki,  üzüm 

üçün  əlverişsiz  hesab  edilən  bataqlıqlar  və  şoran  torpaqlar  yoxdur,  olan  şoran 

torpaqları isə yaxşılaşdırmaq mümkündür.  

Yeni  üzümlüyün  salınmasında  dövlət  təşkilatlarının  razılığı  məsələsi 

Almaniyada çox ciddidir. Orada sahibkarın istənilən yerdə üzümlük salması üçün 

dövlət  təşkilatlarının  razılığı,  daha  doğrusu  onlardan  alınan  sənəd  vacib  sənəd 

kimi qiymətləndirilir.  

Bolqarıstanda  kənd  təsərrüfatı  bitkilərinin  və  kənd  təsərrüfatı  heyvanlarının 

rayonlaşdırılması Dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilir. 

Qərara  görə  ölkənin  ayrı-ayrı  rayonları  bir  və  yaxud  bir  neçə  bitki  üzrə 

ixtisaslaşdırılır.  Sənaye  üzümlükləri  dəniz  səviyyəsindən  600  metr  yuxarıda 

planlaşdırılır.  Bir  qədər  yuxarılarda  sahəsi  az  olan  çox  tez  yetişən  sortlar  əkilir. 

Varna  əyalətində  ―qırmızı‖  şərab  istehsalı  planlaşdırılmadığından  ona  uyğun 

üzüm  sortlarının  da  sənaye  üzümlükləri  yoxdur.  Dağ  yamaclarında  əlavə 

meliorativ tədbirlər lazım gəldiyindən bu  yerlərdə qiymətli şərablar verən üzüm 

sortları əkilməlidir.  

Üzüm  bitkisi  çoxillik  bitkidir  və  uzun  müddət  insanlara  xidmət  etmək 

qabiliyyətinə malikdir. Bu baxımdan yeni üzümlük salınması məsələsində bütün 

şərtlər hərtərəfli əsaslandırılmalıdır.  

Tənəyin bitdiyi mühit şəraiti onu həm böyüməsini, həm də çox və keyfiyyətli 

məhsul  verməsini təmin  etməlidir. Yeni  üzümlük salınarkən buraxılan səhvlərin 

düzəldilməsi  sonralar  da  mümkün  olmur  və  yaxud  böyük  vəsait  xərclənməsinə 

səbəb olur. 

Yeni üzümlük salmaq üçün torpaq sahəsinin seçilməsi. Sahənin seçilməsi və 

ərazinin təşkili  yeni üzümlük salınmasında ən vacib məsələlərdən biridir. Üzüm 

bitkisi  bir  yerdə  uzun  müddət  bitir  və  məhsul  verir.  Onun  bitdiyi  mühit  şəraiti 

həm  onun  böyüməsini,  həm  də  yüksək  və  keyfiyyətli  məhsul  verməsini  təmin 

etməlidir.  

Üzüm  bitkisi  müxtəlif  torpaq  şəraitinə  asanlıqla  uyğunlaşır.  Üzün  bitkisinin 




207

 

 



müxtəlif  torpaq  tiplərinə  uyğunlaşmasının  qeyri-adiliyi  onun  yüksək  həyat 

qabiliyyətinin  olması  haqqında  təsəvvür  yaradır.  Çətin  uyğunlaşdığı  və 

uyğunlaşmadığı duzlu, şorakət və bataqlıq torpaqların meliorativ tədbirlərlə əkinə 

yararlı vəziyyətə salmaq mümkündür. 

Torpaq  tiplərindən,  iqlimdən  və  tətbiq  olunan  aqrotexnikadan  asılı  olaraq 

üzüm  bitkisinin  böyümə  gücü,  məhsuldarlığl  və  məhsulun  keyfiyyəti  müxtəlif 

olur. Onların qarşılıqlı təsiri ilə üzüm bitkisinin həyat tərzi, böyüməsi, məhsulun 

keyfiyyəti  və  kəmiyyəti,  eləcə  də  üzümlüyün  ömrü  müəyyən  edilir.  İqlim 

üzümçülük təsərrüfatının və rayonun istehsalat ixtisaslaşmasını, alınan məhsulun 

və  onun  emal  məhsullarının  növünü,  torpaq  isə  kimyəvi  tədqiqatların  tuta 

bilmədiyi o göstəriciləri verir ki, onlar yalnız orqanoleptiki qiymətləndirmə yolu 

ilə müəyyən edilə bilər. 



 Üzümçülük  üzüm  bitkisinin  torpaq  şəraitinə  xüsusi  tələbini  həmişə  nəzərə 

almışlar. Bu tələbatı Kolumella obrazlı ifadə edərək belə yazırdı: qoy yer üzündə 

istilik soyuqdan, quraqlıq nəmlikdən, seyrəklik sıxlıqadan çox olsun‖ 

ABŞ üzümçüsü Con Uunkler qeyd edir ki, şərabın keyfiyyətinə təsir göstərən 

amilləri  öyrənərkən  belə  məlum  olmuşdur  ki,  süfrə  və  kişmişi  üzüm  sortları 

yaxşı-yaxşı  bitən  və  yüksək  keyfiyyətli  məhsul  verən  Kaliforniyanın  coğrafi 

rayonları şərab sortları üçün əlverişli deyildir. Bizim respublikada müxtəlif torpaq 

və iqlimli regionlar haqqında əldə olam məlumatlar üzüm və şərab üçün o qədər 

də  müfəssəl  sayılımır.  Nəsildən-nəsilə  ötürülən  təcrübə  və  deyimlərə  görə  xalq 

bilir  ki,  Yuxarı  Şırvanda  Mədrəsə  sortu,  Kürdəmirdə  Şirvanşahı  sortu  yüksək 

keyfiyyətli şərab verir. Ağ və Qara şanı üzüm sortları üçün Abşeronun torpaq və 

iqlimi  çox  əlverişlidir.  Bütün  bunlar  kimyəvi  və  orqnoleptiki  təhlillərin 

süzgəcindən keçmədiyinə görə bu məlumatlar bir növ emprik xarakter daşıyır.  

Üzümlük  üçün  nəzərdə  tutulan  torpaq  haqqında  məlumatlar  aşağıdakı  yolla 

əldə edilir: 

1)  regionun  və  sahənin  torpaq  örtüyü,  relyef  və  başqa  şəraitdən  asılı  olaraq 

onun dəyişməsi üzrə əldə olan məlumatlara görə ümumi tanışlıq; 

2) ərazidə torpaq müxtəlifliyini göstərən xəritə;  

3) torpaq nümunələrinin laborator-analitik məlumatları; 

4) üzümlüyün salınmasında və ona gələcəkdə qulluq işlərində əsas aqronomik 

xüsusiyyətlərin  planını  tərtib  etmək  məqsədilə  laboratoriya-tarla  təcrübələrinin 

aparılması; 

5) üzümlük salınmasına dair məlumatların ümumiləşdirilməsi. 

Üzümçülük  üçün  sahə  seçilərkən  və  ərazi  təşkil  edərkən  mütəxəssislərdən 

ibarət  komissiya  yaradılmalıdır.  Komissiyanın  tərkibində  üzümçü  aqronom, 

torpaqşünas,  yer  quruluşçusu,  geodezist,  iqtisadçı,  yerli  təbii  şəraitə  yaxşı  bələd 

olan  təcrübəli  bir  adam  və  təsərrüfatın  rəhbəri  daxil  olmalıdır.  Göstərilən 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə