Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə98/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   207

208

 

 



mütəxəssislər  öz  sahələri  üzrə  tədqiqat  və  təhlillər  aparır  və  həmin  məlumatı 

komissiyanın sədrinə təqdim edirlər. 

Üzümlük üçün sahə seçilməsi məsələləri yeni üzümçülük regionlarında daha 

mürəkkəbdir. Belə ki, burada sənaye əsasında üzümçülüyün inkişaf etdirilməsinin 

mümükünlüyü,  təsərrüfatın  üzümçülük  üzrə  ixtisaslaşdırılması,  rayonun  təbii-

iqlim şəraitinə uyğun sortlar və onların aqrotexnikası hələ məlum deyildir. 

Yeni  rayonda  sənaye  üzümçülüyünün  müvəfəqiyyətlə  inkişaf  etdirmək  üçün 

oranın  tarixi  öyrənilməli  və  üzümçülüyün  olub-olmaması  öyrənilir.  Regionda 

torpaq və təbii-iqlim şəraiti öyrənilənə qədər bir neçə kiçik sahədə müxtəlif üzüm 

sortlarindan  ibarət  ―pioner‖  təcrübə  sahələri  salinsa  daha  yaxşi  olar.  Bu 

üzümlüklərin  məlumatlarından  gələcək  sənaye  üzümlüklərinin  salınmasında  və 

becərilməsində istifadə oluna bilər. 

Yeni  üzümlük  üçün  ayrılan  sahə  təsərrüfatın  ümumi  planı  ilə 

uyğunlaşdırılmalıdır ki, gələcəkdə təsərrüfatdan ayrılmış vəziyyətdə olmasın. 

Üzümlük  üçün  ayrılan  ərazidə  əkindən  qabaq  oradakı  mövcud  maneəliklər 

aradan qaldırılmalıdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir: 

1) yol şəbəkəsinin düzəldilməsi

2) sahədəki bataqlıq və gölməçələrin qurudulması (altdan daş, üztdən çınqıl, 

daha sonra isə torpaq tökülməlidir); 

3) yerüstü axar suların nizamlanması; 

4) dərə, yarğan və uçurumların hamarlanması; 

5)  ana  yol  və  tarla  düşərgələrinə  gedən  yollara  asfalt  döşənməlidir  ki, 

nəqliyyatla yük daşınmaları asanlaşdırılsın; 

6)  dağ  yerlərində  traktor  və  aqreqatların  hərəkətini  asanlaşdırmaq,  eləcə  də 

torpaq eroziyasının qarşısının alınması məqsədilə səkilər düzəldilməlidir; 

7)  dərman  preparatlarının  hazırlanması  və  fəhlələrin  işməli  su  ilə  təchiz 

edilməsi məqsədilə borular çəkilməli və estakadalar tikilməlidir; 

8) axan qumların bərkidilməsi; 

9) meşə zolaqlarının və küləkqırıcı xətlərin düzəldilməsi

10) kübrə anbarının düzəldilməsi; 

11)  sahənin  iri  daşlardan,  ağac  kötüklərindən  və  çoxillik  alaq  otlarının 

qaıqlarından təmizlənməsi; 

12)  filliksfera,  mərmər  böcəyi  və  məftil  qurduna  qarşı  üzüm  salınmasından 

qabaq mübarizə aparılması. 

Üzümlükdə  təbii  şəraitdən  səmərəli  istifadə  etmək  üçün  sortların  düzgün 

seçilməsinə,  onların  böyüməsinə  və  məhsul  verməsinə  təsir  göstərən  tədbirlərin 

həyata  keçirilməsinə  diqqət  yetirilməlidir.  Üzüm  sortları  seçildikdə  ərazidəki 

müxtəliflik  (torpağın  tipləri,  rəngi,  hündürlük  və  çökəklik  və  s.)  nəzərə 

alınmalıdır. 



209

 

 



Üzümçülüyün  inkişaf  etdirilməsində  iqlimin  əhəmiyyətini  daha  çox 

qiymətləndirmək lazımdır.  

Torpaq  sahəsinin  iqlim,  şəraitinin  üzüm  bitkisi  üçün  yararlığına  iqlim 

göstəricilərini  xarakterizə  edər,  aşağıdakı  meteroloji  məlumatların  nəzərə 

alınması vacibdir: 

-

 



aylar və il üzrə günün işıqlı saatlarının miqdarı; 

-

 



orta illik temperatur

-

 



vegetasiya müddəti; 

-

 



vegetasiya müddətində orta temperatur 

-

 



gec yaz, tez payız şaxtalarının orta tarixi və onların davam etmə müddəti; 

-

 



şaxtasız günlərin miqdar.; 

-

 



may, iyun, iyul, avqust və sentyabr aylarında dekadalar üzrə temperaturun 

dəyişməsi; 

-

 

vegetasiya dövründə mütləq maksimum temperatur



- qış aylarında mütləq minimum temperatur; 

10) müxtəlif dərinliklərdə aylar üzrə torpağın temperaturu; 

11) yağıntıların orta aylıq və illik miqdarı; 

12) payız, qış, yaz və yay mövsümləri üzrə yağıntıların orta miqdarı; 

13) vegetasiya dövrü ərzində yağıntıların orta miqdarı; 

14) aylar üzrə yağmurlu günlərin miqdarı; 

15) qar örtüyü, onun davamlılıq və ərimə tezliyi; 

16) aylar üzrə şehin düşmə tezliyi; 

17) dolunun düşmə tezliyi, vaxtı və dolu buludunun ən çox gəlmə istiqaməti; 

18) aylar və il üzrə havanın orta nisbi nəmliyi

19) iyun, iyul və avqust aylarında havanın nisbi nəmliyi; 

20) aylar üzrə küləklər, onların istiqaməti və gücü. 

Üzümlük  sahəsinin  yerləşdiyi  yerin-dəniz  səviyyəsindən  hündürlük,  relyefin 

xarakteri və su hövzələrinə yaxınlığın əhəmiyyətini nəzərdən qaçırmaq olmaz.  

Dəniz  səviyyəsindən  yuxarı  qalzdıqca  havanın  temperaturu  müəyyən 

ardıcıllıqla  dəyişir.  Bu  məsələdə  belə  bir  qanunauyğunluluq  vardır  ki,  Yuxarıya 

doğru  hər  100  metr  qalxdıqca  temperatur  0,4-0,6°  aşağı  düşür.  Ərazinin 

nəmliyində də bu məsələ özünü göstərir, məs; Krımda dağa doğru hər 100 metr 

qalxdıqca nəmlik 14-15% artır. Dəniz səviyyəsindən hündürlük üzüm sortlarının 

yetişmə  dinamikasına  (yuxarıya  doğru  hər  100  metrdə  şəkər  0,8-1,0  %  azalır, 

turşuluq  0,9%  artır)  əhəmiyyətli  dərəcədə  təsir  göstərir  və  emal  məhsullarının 

istiqamətini  müəyyən  edir,  məsələn,  Cənubi  Krımın  dəniz  sahillərində  yüksək 

keyfiyyətli ətirli çərəz şərablar, orta hissədə tünd şərablar, yuxarı hissədə isə (450 

-550m hündürlükdə) süfrə şərabları alınır. 

Torpaq səthində müəyyən səbəblərdən meteoroloji şəraitin dəyişməsinə səthin 



210

 

 



formalarının  təsiri  vardır.  Su  ayrıcılarının,  yamaclar  və  vadilərin  meteoroloji 

şəraiti  eyni  deyildir.  Su  ayrıcılarında  torpaq  qatı  dərin  və  münbit,  yağıntılar 

bərabər olur və eroziyaya məruz qalmır. Üzümlükləri yüksək və sabit məhsuldar 

olur, az hallarda yaz şaxtalarından ziyan çəkir. 

Dağ  yerlərində  yamaclar müdafiə hasarı  rolunu oynayır.  Yamacın  cəthindən 

və  dikliyindən  (müəyyən  dərəcəli  bucaq  altında  olması)  asılı  olaraq  müxtəlif 

xüsusiyyətlərə  malikdir.  Yamaclarda  üzüm  kolları  ən  yaxşı  işıqlanma  və 

havalanma  şəraitində  yerləşir.  Bu  baxımdan  yamacda  yerləşən  kollar  yaz 

şaxtalarından və göbələk xəstəliklərindən az ziyan çəkir. 

Cəhətlərdən  cənub  yamacı  daha  çox  işıqlı  və  isti  olur.  Burada  vegetasiya 

dövrü üzun olur, ancaq mənfi tərəfi odur ki, burada kollar tez payız və gec  yaz 

şaxtalarına daha tez-tez məruz qalır.  

Yamacın şimal cəhəti günəşdən az işıq və istilik alır. Kolun böyümə gücü və 

məhsuldarlığı burada yüksək olmasına baxmayaraq gilənin  yetişməsi ləng gedir, 

şəkər az, turşuluq çoxdur. 

Üzümlüklər  vadilərdə  də  becərilə  bilir.  Bunlar  geniş  çay  vadiləri  və  dağ 

çaylarının  yaratdığı  ensiz  vdilər  ola  bilər.  Geniş  çay  vadilərinin  torpaqları  daha 

münbit,  havası  isə  nəmli  olur.  Düzən  və  yamaclara  nisbətən  buranın  torpağı 

nəmlidir, tez-tez yaz şaxtaları ilə və şehlə müşaiyət olunur. 

Su  hövzələri  böyük  olduqca  onun  təsiri  də  böyükdür:  qışda  isti,  yazda 

sərindir.  Sutka  ərzində  gecə  ilə  gündüzün  temperatur  ampilitudasını  azaldır. 

Yazda  böyük  su  hövzələri  yanında  havanın  soyması  nəticəsində  birinci  iki  faza 

ləngiyir,  payızda  su  hövzəsi  havanı  isitdiyindən,  vegetasiya  müddəti  nisbətən 

uzanır,  burada  üzümlük  quraqlıqlardan  az  ziyan  çəkir,  gilənin  şirə  ilə  dolması 

yaxşılaşır və yetişmə bərabər gedir.  

Dərin  Ģumun  aparılması.  Dərin  şum  torpağın  müəyyən  qatının 

yumşaldılmasından ibarətdir. Şumun dərinliyi torpaq və iqlim şəraitindən asılıdır. 

Dəmyə  şəraitdə  plantaj  şumu  suvarılan  şəraitə  nisbətən  bir  qədər  dərin  aparılır. 

Ümumiyyətlə  plantaj  şumunun  dərinliyi  50-100  metr  qəbul  edilir.  Lakin 

Abşeronun  üzüm  bitən  qumlu  torpaqlarında  humus  qatı  (münbit)  1,2-1,5  metr 

dərinliyində  yerləşdiyindən  burada  torpağın  üst  qatı  çevrilmədən  həmin 

dərinlikdə yumşaldılır. 

Uzun illərin müşahidələri göstərmişdir ki, tənəyin kök sistemi yerləşən qat nə 

qədər  yumşaq  və  havalı  olsa  bir  o  qədər  güclü  böyüyür  və  çoxlu  qida  almaq 

qabiliyyətinə malik olur.  

V.Y.Tairov  adına  Ukrayna  Elmi-tədqiqat  üzümçülük  və  şərabçılıq  İnstitutu 

plantaj  şumu  üzrə  aparılan  tədqiqat  işlərini  yekunlaşdıraraq  aşağıdakı  nəticəyə 

gəlmişdir. 

1.  Üzüm  bitkisində  kök  sisteminin  inkişafı  plantaj  şumunun  keyfiyyətindən 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə