Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə99/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   207

211

 

 



asılıdır. Şumun dərinliyi 35 sm olduqda ən çox köklər 20 sm-də yerləşir; 70 sm 

dərinliyində aparılan şumda əsas kök kütləsi 20-40 sm dərinlikdə yerləşir. Az-az 

köklər plantaj şumunun aşağı sərhəddini keçə bilir.  

Şumun  dərinliyi  azaldıqca  dərinliyə  gedən  köklərin  miqdarı  azalır,  köklərin 

çoxu şumun yuxarı hissələrində cəmləşir. 

2. Plantaj şumunun ayrı-ayrı növlərindən asılı olaraq kök sisteminin gücü və 

yayılması  müxtəlif  olur.  Dayaz  plantaj  şumu  heç  vaxt  müsbət  nəticələr  verə 

bilməz. İnstitut belə hesab edir ki,  üst münbit  qatı orta hissəyə verməklə 70 sm 

dərinliyində aparılan şum müsbət nəticə verir. 

Üzüm bitkisinin böyüməsinə və məhsul verməsinə plantaj şumunun əlverişli 

təsirinin  aşağıdakılarla  izah  olunur:  onu  su,  hava  və  istiliklə  təmin,  qida 

maddələrinin  hərəkəti  və  torpaqəmələgəlmə  prosesini  yaxşılaşdırır.  Yumşaq 

torpaq suyu özünə tez çəkir və uzun müddət saxlayır, havanın  və istiliyin aşağı 

qatlara  keçməsini  təmin  edir.  Plantaj  olunmuş  torpaq  yağış  suyunu  plantaj 

olunmamış torpaqdan yaxşı saxlayır. 

Plantaj  şumunun  payızın  əvvəlində  aparılması  daha  məqsədəuyğundur. 

Noyabr-dekabr  aylarına  qədər  iri  kəltənlər  əriyir,  səth  kələ-kötür  olduğundan 

yağan yağış və qar yaxşı qalır və yaxşı hopur. Bundan başqa torpağa verilən qida 

maddələri  yaza  qədər  bitki  tərəfindən  mənimsənilən  formaya  keçir.  Yazda  və 

yayda  aparılan  plantaj  şum  malalanmalıdır  ki,  su  itkisi  azalsın.  Ancaq  digər 

vaxtlarda da plantaj şumu aparmaq olar və əsasən xeyirli olar. Elə etmək lazımdır 

ki, plantaj şumunun aparılması ilə tingin əkilməsi 1,5 aydan az vaxt qalmasın. 

Üzümlük  üçün  torpağın  əkinqabağı  becərilməsinin  aşağıdakı  üsulları 

mövcuddur: başdan-başa plantaj, kanala əkmək və çala qazmaq. 



BaĢdan-baĢa  plantaj  mexaniki  qüvvə  ilə  aparılır.  Bura  plantaj  kotanı  ilə 

(ПП-50), ekskovatorla və partlatma ilə aparılan şum daxilidir. Bunlardan ən geniş 

tətbiq  olunanı  plantaj  kotanı  ilə  aparılan  şumdur.  Plantaj  kotanı  ilə  60-120  sm 

dərinliyində şum aparıla bilər. Plantaj şumunun keyfiyyəti aşağıdakı iki göstərici 

ilə  müəyyən  olunur:  1.  gedişlər  arası  məsafə  50  sm-dən  çox  olmamalıdır;  2. 

dərinlik  isə  ümumi  qəbul  edilmiş  metodika  ilə  müəyyən  edilir  (dərinlik  metal 

zondla  ölçülür).  Boşluq  və  xərəklərin  miqdarının  çoxluğu  şumun  keyfiyyətrini 

göstərir. 

Plantaj şumundan qabaq ərazidə dərə, yarğan, çökəkliklər düzəldilməli, sahə 

kol-kosdan,  ağac  kötükləri  və  iri  daşlardan  təmizlənir  və  orada  hamarlama 

(planirovka) aparılır.  

Plantaj  şumu  yuxarıda  qeyd  edilən  vaxtda  S-100,  S-140,  K-700  kimi  güclü 

traktorlarla  aparılır,  ən  yaxşısı  tırtıllı  traktorlardır.Bunlar  olmadıqda  K-700 

traktoru ilə aparmaq lazım gəlir. Tırtıllı traktorlarla aparılan şum daha keyfiyyətli 

olur.  



212

 

 



Torpaq  analizində  göstərildiyi  kimi  torpağın  şum  qatındakı  humus  qatının 

yerləşmə dərinliyindən asılı olaraq plantaj kotanına qoşulan ön kotancığın istifadə 

məsələsi meydana çıxır. Humus qatı 20-30 sm dərinliyində yerləşirsə ön kotancıq 

həmin  qatı  torpağın  səthinə  qaldırır  və  əsas  gəvahin  həmin  qatı  şumun  altına 

çevirir.  Beləliklə,  humus  qatı  bitkinin  kök  sisteminin  əsas  kütləsi  yerləşən  qata 

çatdırılmış olur.  

Plantaj  şumunun  keyfiyyətini  müəyyən  edən  iki  gğstəricidən  biri-  dərinlik 

təsərrüfatçılar  tərəfindən  asanlıqla  müəyyən  edilir.  İkincisi  isə  kotanın  gedişləri 

arasındakı məsafənin fərqinə varmırlar. Məsələn gedişlər arası məsafənin 50 sm 

yox, daha çox (60,70,80)sm götürülməsi keyfiyyətsizliyə doğru gedən əlamətdir. 

Plantaj şumunun gündəlik norması tırtıllı traktorlar üçün 1,5 ha, K-700 üçün 3 

hektara  qədərdir.  Plantaj  şumu  buldozerlə  və  yaxud  ağır  mala  ilə  hamarlanır. 

Malalama zamanı gedişlərin sayının çox olması şumun keyfiyyətini pisləşdirir. 

Ekskvatorla  plantaj kotanın işləyə bilmədiyi  yerlərdə şum aparılır. Bu şum 

kotanla  aparılan  şumdan  ,  partlatma  ilə  aparılan  şumdan  ucuz  başa  gəlir. 

Ekskvatorda  istənilən  dərinlikdə  şum  aparıla  bilər,  ancaq  kök  sistemi  yerləşən 

dərinlikdə  başdan-başa  şum  aparılmır.  Deməli,  ekskvatorun  açdığı  xəndəklər 

arasında məsafə  yumşaldılmadığından və oraya  peyin  və kübrə verilmədiyindən 

gələcəkdə bitkinin lazımi qədər tələb olunan şərait pis olaraq qalacaqdır. 



Partlatma  ilə  plantaj  Ģumu  mexaniki  qüvvənin  tətbiqi  mümkün  olmayan 

yerlərdə  aparılır.  Ekskvatorla  və  partlatma  yolu  ilə  şum  yamacın  aşağısından 

başlanır. Bu üsul ən çox cənubi Krımda, Zaqafkaziyada, Moldovada və dünyanın 

bir çox dağlıq yerlərində tətbiq edilir. Yuvalar arası məsafə 110-120 sm götürülür 

və 110 sm dərinliyində açılır. Partlatmaq üçün hər yuvaya 600 qram ammoniy və 

300  qram  sora  tökülür  və  partlayıcı  kapsul  birləşdirilmiş  bikford  şnuru  ilə 

yandırılır.  

Əl  ilə  plantaj  Ģumu  həyaətyanı  sahələrdə,  idarə  və  müəssisə  divarları 

yanında və alleyalarda aparılır. 

Bütün üsullarla aparılan şum vaxtı çatdıqda hamarlanır (ütülənir). 

Üzümlük  sahəsinin  təĢkili  onun  kvartallara,  qurşaqlara  və  yollara 

bölünməsindən  ibarətdir.  Bu  məsələdə  yol  şəbəkəsinə  daxil  olan  yollar  öz 

vəzifəsinə  uyğun  götürülməlidir.  Ana  yol,  kvartalararası,  kənar  və  qurşaqarası 

yollar əsaslandırılaraq qəbul edilməlidir. Çox böyük ərazilərdə (500-1000 ha) 1-2 

ana yol götürülə bilər. Ana yol plantaj şumundan qabaq çəkilməlidir və eni 8-10 

m qəbul edilməlidir. Son vaxtlar kəndlər arası və şəhərlər arası yolların bir qismi 

üzümlükdən keçdiyinə görə ana yolun enini 12 metr də qəbul etmək olar. Kvartal 

arası  və  kənar  yollar  ana  yolla  birləşir,  quraqarası  yollar  kvartalarası  yollar 

vasitəsilə  ana  yola  qovusa  bilir.  Kvartalarası  və  kənar  yolların  eni  6-8  metr 

götürülə  bilər.  Qurşaqarası  yolun  eni  düzən  yerlərdə  5  metr,  dağlıq  və  relyefli 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə