Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 dekabr  2016-cı il

4

Konfransı  giriş  nitqiylə  açan 



ATU-nun  rektoru,  profes-

sor  Gəray  Gəraybəyli  yubilyarı 

nəinki  Azərbaycan  Tibb Univer-

sitetinin, eləcə də ölkəmizin tibb 

ictimaiyyətinin  canlı  əfsanəsi 

adlandırdı:  “Bu  gün  Naziyyə 

Şəmsədinskayanın  yubileyində 

iştirak  etmək  istəyənlərin  sayı 

hədsiz  çoxdur.  Çünki  Naziyyə 

xanım bu illər ərzində istər Tibb 

Universitetinin  həyatında,  istər 

tibb elmində, istərsə də minlərlə 

tələbələrin ürəyində dərin bir iz 

qoymağı  bacarıb.  Onun  yetiş-

dirdiyi tələbələrin səsi uzaqlar-

dan gəlir, onlar hələ də Naziyyə 

xanımın  mühazirələrini  xatır-

layır.  Azərbaycanda  mamalıq-

ginekologiya  elminin  inkişafın-

da  Naziyyə  Şəmsədinskayanın 

araşdırmaları, elmi tədqiqatları, 

əsərlərinin böyük rolu olub”. 

Rektor  qeyd  etdi  ki,  Naziyyə 

xanım    görkəmli  elm  xadimi 

olmaqla  yanaşı,  həm  də  bö-

yük  ürək  sahibidir.  Naziyyə 

xanımı  yubileyi  münasibətilə 

ürəkdən  təbrik  edən  professor  

G.Gəraybəyli ona bundan sonra 

da  uzun ömür və möhkəm can-

sağlığı arzuladı.

Sonra ATU-nun II mamalıq və 

ginekologiya kafedrasının müdi-

ri,  professor Hicran xanım Bağı-

rova Naziyyə Şəmsədinskayanın 

həyat  və  fəaliyyəti  haqqında 

geniş  məlumat  verdi.  O,  bil-

dirdi  ki,  Naziyyə  Musa  qızı 

Şəmsədinskaya    1926-cı  ildə 

Bakı şəhərində doğulub. 1944-

cü  ildə  isə  N.Nərimanov  adı-

na  Dövlət  Tibb  İnstitutunun 

müalicə-profilaktika fakültəsinə 

daxil  olub.  Təhsi  aldığı  illərdə 

fəal  qrup  nümayəndəsi  olaraq 

daim  ictimai-elmi  işlərdə  ya-

xından iştirak etmiş, Tələbə Elmi 

Cəmiyyətinin aktiv üzvü kimi ali 

təhsilini  1949-cu  ildə  bitirmiş-

dir.  Həkimlik fəaliyyətinə Nax-

çıvan  MR  Ordubad  şəhərində  

mama-ginekoloq kimi başlayan, 

N.Şəmsədinskayaya  bu  ərəfədə 

Ə.Əliyev 

adına 

Həkimlərin 



Təkmilləşdirmə  İnstitutuna  ya-

rımillik kursa getmişdir. 1955-ci 

ildən Bakı şəhəri N.K.Krupskaya 

adına 2 saylı Kliniki xəstəxanada 

mama-ginekoloq, 

ordinator 

vəzifəsində  çalışmışdır.  1957-

ci ildə müsabiqə yolu ilə ə.e.x., 

professor  F.N.İlinin  rəhbərlik 

etdiyi  mamalıq-ginekologiya 

kafedrası  üzrə  aspiranturaya 

qəbul  olmuş,  oranı  bitirdikdən 

sonra  kafedranın  baş  laboran-

tı  vəzifəsində  saxlanılmışdır. 

Sözünə  davam  edən  məruzəçi 

qeyd  etdi  ki,  professor  N. 

Şəmsədinskaya  1962-  ci  ildə 

Tbilisi  Dövlət  Tibb  İnstitutun-

da  “  namizədlik  dissertasiyası-

nı, 1973- cü ildə isə doktorluq 

dissertasiyasını müdafiə etmiş-

dir.  O,  1963-cü  ilidə  müsabiqə 

yolu  ilə  müalicə-profilaktika 

fakültəsinin  mamalıq-gineko-

logiya  kafedrasının  assisten-

ti,  1966-cı  ilin  fevralından  isə 

həmin dosenti vəzifəsinə seçil-

mişdir. 


1970-ci  ildən  başlayaraq 

1993-cü  ilədək  II  mamalıq-gi-

nekologiya  kafedrasının  müdiri 

I kimi  çalışmışdır. 1998-ci ildən 

2003-cü illərdə yenidən kafed-

ra  müdiri  olmuşdur.  2004-cü 

ildən  indiyədək  öz  xahişi  ilə  

həmin  kafedranın  professoru 

vəzifəsinə keçirilmişdir. 

Professor  N.  Şəmsədinskaya 

200-dən 

çox 


elmi 

işin 


müəllifidir.  Onun    rəhbərliyi 

altında  39  namizədlik,  2  dok-

torluq  dissertasiyası  müdafiə 

olunmuşdur. 

Təbriklərə  qoşulan  ATU-nun 

elmi işlər üzrə prorektoru Rauf  

Bəylərov   Azərbaycanda mama-

lıq və ginekologiyanın inkişafın-

da, o cümlədən milli elmi kadr-

ların yetişdirilməsində  Naziyyə 

Şəmsədinskayanın  böyük  rolu 

olduğunu qeyd etdi .

 Tədbirdə çıxış edən ATU-nun 

II  cərrahi  xəstəliklər  kafedra-

sının  müdiri,  akademik  Böyük-

kişi  Ağayev  Naziyyə  xanımın 

ATU-daki  fəaliyyəti,  universitet 

üçün gördüyü işlərdən söz açdı. 

“Onu  ATU-nun  gələcək  ma-

ma-ginekoloqları  və  tələbələri 

üçün  nümunəvi  həkim  kimi 

xarakterizə etdi.

 Urologiya kafedrasının müdiri, 

AMEA-nın müxbir üzvü, profes-

sor  Südeyif  İmamverdiyev çıxış 

edərək,  bu  günün  ümumilikdə 

bütün  tibb  ictimaiyyəti  üçün 

əlamətdar  bir    gün  olduğunu 

qeyd  etdi:  “Böyük  Azərbaycan 

alimi  Naziyyə  xanım  ATU-nun  

hər  bir  əməkdaşı,  hər  bir  gənc 

həkimi üçün böyük örnəkdir. O, 

bütün  həyatını  insanların  sağ-

lamlığının  qorunmasına,  ölkə 

səhiyyəsinin  tərəqqisinə    həsr 

edib. Naziyyə xanımı mən 60-cı 

illərdən  tanımışam.  Hələ  özü-

nü tanımadan, ölkəmizdə onun 

adını  müxtəlif  məqalələrdə, 

universitetdə    tez-tez  eşidir-

dim.    Mənim  onunla  tanışlığım 

bilavasitə  çalışdığım  uroloji 

klinikadaki  fəaliyyətimlə  bağlı 

olub”.


Təkmilləşmə İnstitutunun ma-

malıq və ginekologiya kafedra-

sının  müdiri,  professor  Solmaz 

İsrafilbəyli Naziyyə xanımı çox-

dan və  yaxından tanıdığı-

nı,  onun  bacarıqlı  həkim, 

görkəmli elm xadimi olma-

sı ilə yanaşı həm də güclü 

qadın kimi xarakterizə etdi.

Təkmilləşdirmə İnstitunun 

dosenti Samirə xanım çıxış 

edərək,  çalışdığı  institutun 

kollektivi  adından  Naziyyə 

xanımı səmimiyyətlə təbrik 

etdi ona, uzun ömür arzu-

ladı. 


Q ul a q - b o ğ a z- b ur un 

xəstəlikləri 

kafedrasının 

müdiri,  professor  Əzizağa 

Talışinski  yubilyara  kafed-

ra əməkdaşlarının təbrikini 

çatdıraraq,  Naziyyə  xanımın 

qazandığı  uğurların  arxasında 

gərgin əməyin dayandığını qeyd 

etdi.


  I  mamalıq  və  ginekologi-

ya  kafedrasının  müdiri,  pro-

fessor  Elmira  Əliyeva  yubilyarı 

Azərbaycanda mamalıq və gine-

kologiya  elminin  canlı  əfsanəsi 

kimi qiymətləndirdi.

Bundan başqa epidemiologiya 

kaferasının  müdiri,  professor 

İbadulla  Ağayev,  II  mamalıq  və 

ginekologiya  kafedrasının  do-

senti Səfa Bağırova çıxış edərək, 

Naziyyə 


Şəmsədinskayaya 

haqqında  ürək  sözlərini  dilə 

gətirdilər, ona uzun ömür, can-

sağlığı arzuladılar.

Çıxışlarda  Naziyyə  xanımın 

Azərbay canda tibb  elminin in-

kişaf etdirilməsində xüsusi rolu 

qeyd  edilib  və  onun    mamalıq 

ginekologiya  sahəsində  çalışan 

gənc həkimlərə  bir nümunə ol-

duğu vurğulanıb.

Yubiley  tədbirindən  son-

ra    konfrans  öz  işini  ayrı-ayrı 

bölmələr üzrə  davam etdirib.



M.ABBASOĞLU

Sağlığında əfsanələşən görkəmli tibb 

aliminin yubiley tədbiri

D

ekabrın 20- də  

Azərbaycan Tibb 

Universitetinin Tədris 

Cərrahiyyə Klinikasında  

Azərbaycan Respublikasının 

əməkdar elm xadimi, “Şöhrət” 

ordenli, professor Naziyyə 

Şəmsədinskayanın anadan 

olmasının 90 illiyinə həsr 

edilmiş beynəlxalq elmi 

konfrans keçirildi.

Dekabrın 21-də 

Azər baycan 

Tibb 

Uni versitetinin  Təd-

ris Cərrahiyyə Kli-

nikasında xeyriyyə 

k a m   p a n i y a s ı n a 

start verilib. Aksiya 

çərçivəsində Bakı 

şəhəri Psixonevroloji 

Uşaq Evinin sakinləri 

pulsuz müayinə və 

müalicə olunurlar.

Klinikanın baş həkimi, 

ATU-nun  II  cərrahi 

xəstəliklər  kafedrasının  professoru  Rauf  Ağayevin  sözlərinə  görə, 

kampaniya 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü 

münasibətilə təşkil olunub.  Məqsəd uşaq evində qalan kimsəsiz az-

yaşlıları sevindirmək, onları narahat edən xəstəlikləri üzə çıxarmaq, 

müalicəsini təmin etməkdən ibarətdir.

2  gün  davam  edən  aksiyada  30-35  əngəlli  uşağın  oftalmoloq, 

LOR, kardioloq tərəfindən tibbi baxışı keçirilib. Aksiya zamanı vali-

deyn himayəsindən məhrum olan və sağlamlığında bəzi problemləri 

olan  uşaqların  müasir  avadanlıq  vasitəsilə  daxili  orqanlarının  da 

müayinəsi aparılıb.

Qeyd  edək  ki,  ATU-nun  Tədris  Cərrahiyyə  Klinikası  indiyədək 

dəfələlərlə belə aksiyalar təşkil edib. 

Tibb Universitetinin həkimləri kimsəsiz 

uşaqları sevindirdi

• 

Dekabrın 22-də Azərbaycan 



Tibb Universitetində (ATU) 

“Elsevier Clinical Solutions” 

Kompaniyasının nümayən-

dələri tərəfindən bu ali təhsil 

ocağının professor-müəllim 

heyəti üçün təqdimat məra-

simi keçirilib. 

“Clinical Key” elektron ki-

tabxanasının  təqdimatına 

həsr  olunmuş  tədbirdə 

iştirakçılara 

kitabxana-

dan  istifadə  qaydaları,  bu 

şəbəkənin  onlara  verdiyi 

üstünlüklərdən söz açılıb.

ATU-nun  elmi  işlər  üzrə 

prorektoru  Rauf  Bəylərov 

“Elsevier Clinical Solutions” 

şirkəti  ilə  memorandum 

imzaladıqlarını  xatırladıb. 

O,  bildirib  ki,  bu  memo-

randum  əsasında  ATU-

nun  4  klinikası  “Clinical 

Key”  proqramına  qoşulub: 

“Bu  proqrama  qoşulma-

nın  müsbət  tərəfləri  var, 

bu gün bu haqda hər kəsə 

məlumat veriləcək.

Gələcəkdə 

universitet 

tərəfindən  Elmin  İnkişaf 

Fonduna müraciət edəcəyik 

ki, “Elsevier Clinical Soluti-

ons” şirkəti ilə davamlı ola-

raq  qeyd  olunan  layihələri 

həyata keçirmək üçün bizə 

qrant  ayrılsın.  Ümid  edi-

rik  ki,  planlaşdırdığımız 

layihələr  uğurla  həyata 

keçəcək”.

Daha sonra söz alan “El-

sevier  Clinical  Solutions” 

şirkətinin  satış  meneceri 

Atilla  İkinci  şirkətin  Tibb 

Universitetinə  və  klini-

kalarına  xidmətlərindən, 

yaratdığı 

yeniliklərdən, 

gördükləri  işlərdən  danı-

şıb.


“Elsevier Clinical Solutions” kompaniyasının 

nümayəndələri təqdimat mərasimi keçirib


Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə