Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 dekabr  2016-cı il

6

B



u günlərdə Nəsimi Rayon 

İcra Hakimiyyəti və Yeni 

Azərbaycan Partiyası Nəsimi rayon 

təşkilatının gənclər arasında birgə 

keçirdiyi “Unudulmaz Lider” və 

“Mənim Prezidentim “layihələrinin 

yekununa həsr edilmiş mərasim baş 

tutub. Tədbirdə mükafatlandırılan 

tələbələr arasında Azərbaycan Tibb 

Universitetinin nümayəndələri də olub.

“55  Adda  -  55  Qalib”  adlı  tədbirdə 

Nəsimi  rayon  İcra  Hakimiyyətinin  baş-

çısı  Asif  Əsgərov  çıxış  edərək  son  illərdə 

gənclərimizin  ölkənin  ictimai-siyasi,  iqti-

sadi  və  mədəni  həyatında  fəal  iştirakından 

söz açıb. Qeyd edib ki, hazırda Azərbaycan 

gəncləri çox saylı uğurlarla yeni ilə və yeni 

hədəflərə doğru addımlayır.

Yeni  Azərbaycan  Partiyası  Nəsimi  rayon 

təşkilatının sədri, Millət vəkili Məlahət İb-

rahimqızı da tədbirdə çıxış edərək ölkədə və 

Nəsimi  rayonunda  gənclərlə  bağlı  görülən 

işlərdən danışmış, gənclərimizi qazandıqları 

uğurlar münasibəti ilə təbrik edərək onlara 

yeni-yeni nailiyyətlər arzulayıb.

Mərasimdə  ilin  yekunlarına  və  müxtəlif 

layihələrdə fəal iştirakına gorə 55 gənc mü-

kafatlandırılıb. Qaliblər 55 nominasiya üzrə 

keçirilən  müsabiqələrin  yrkunların  əsasən 

müəyyənləşdirilib.

Qaliblər  arasında  ATU-nun  Müalicə-

Profilaktika-2  fakültəsinin  V  kurs  tələbəsi 

Sərxan  Həsənli  və  həmin  fakültənin  VI 

kurs  tələbəsi  Malik  Şükürlü  də  var.  Bu 

gənclər müxtəlif layihə tşəbübsləri ilə çıxış 

etdiklərinə görə qalib elan olunublar. Belə ki, 

Sərxan Həsənli ATU-nun Tələbə Həmkarlar 

İttifaqları  Komitəsinin  nəzdində  yaradı-

lan  xarici  dillər  üzrə  Conversation  klubu-

nun  rəhbəridir.  Malik  Şükürlü  isə  ATU-da 

tələbələrin  müxtəlif  flashmoblarının  təşkili 

ilə məşğul olur.

Tədbirdə  iştirak  edənlər  ölkəmizfə 

gənclərə  olan  etimada,  qayğıya  və  verilən 

dəyərə görə ölkə rəhbərliyinə və dövlət baş-

çısına təşəkkürlərini çatdırıblar.

Mərasimin  sonunda  YAP  Nəsimi  rayon 

təşkilatının  Gənclər  Birliyi  tərəfindən  ha-

zırlanmış “Gənclər öz Liderini təbrik edir” 

video  filminin  və  “Ulu  Öndər  Nişanəsi” 

mahnısının təqdimatı da keçirilib.

Tədbirdə  millət  vəkilləri,  gənclər 

təşkiltlarının  rəhbərləri,  tələbələr  və  ra-

yon  ictimaiyyətinin  nümayəndələri  iştirak 

ediblər.


 

                          

S

öz - ən təsirli dərman, ən əhəmiyyətli 

müalicə vasitəsidir. Hələ qədim za-

manlarda Hippokrat  sözlə müali-

cəyə böyük əhəmiyyət verirdi. Sözü 

yerində işlətmək, düzgün tərzdə 

ifadə etmək bacarığı həkim üçün baş-

lıca keyfiyyətdir. Həkimin ən böyük 

ləyaqəti yalnız deyilməsi lazım gələn 

fikri demək deyil, həm də deyilməsi 

lazım gəlməyən şeyi deməməkdir. 

Həqiqi  sözlər  gözəl  deyildir, gözəl  

sözlər  də  həqiqət  deyildir.   

   

  

Söz dünyadı -  harayı var, hayı var, 

Fikirləş de, bişmişi var, çiyi var.

Söz bir oxdur, tarım duran yayı var,

Ölçüb-biçib sonra çəkək bu yayı,

Ağzımızdan söz çıxmasın havayı.

Həkim  fəlsəfəni,  kimyanı,  biologi-

yanı,  tarixi,  incəsənəti  bilməklə  yana-

şı,  həm  də  natiq  olmalı,  yüksək  nitq 

mədəniyyətinə malik olmalıdır. Sözlərlə 

ehtiyatlı olmaq - gözəl danışmaqdan va-

cibdir.  Həkim  xəstə  ilə  söhbət  edərkən 

şair  kimi  söz  seçməli,  təsirli  vasitələrə 

əl  atmalı,  artist  olub  xəstənin  səsinə, 

hərəkətinə,  mimikasına  fikir  verməli, 

məharətlə danışmağı bacarmalıdır. Corc 

Eliot deyir: “Sözlərimizin qanadları var, 

lakin çox vaxt onlar biz istədiyimiz yerə 

uçmurlar”. Söz 4  cürdür: Birincisi,  nə 

bilərlər, nə deyərlər - dinə, insanlığa zi-

yan  söz.  İkincisi,  həm  bilərlər,  həm  də 

deyərlər  -  lazım  olan  söz.  Üçüncüsü, 

deyərlər, lakin bilməzlər – haqq-təalanın 

kitablarında,  hədislərdə,  elmi,  üləma 

kitablarında  olan  sözlər  -  belə  sözlərin 

şərhi  yalnız  təqliddən  ibarət  olar.  Dör-

düncüsü, bilərlər, lakin deməzlər - dos-

tun, xəstənin və ya yaxınının sirrini və 

ya eyibini açan söz.

Bir dəfə Y.Qaqarin kosmosa öz tarixi 

uçuşundan danışdıqdan sonra  çıxış edən 

İ.Kassirski ona çətin olacağını deyir və 

sonra  təbabətin  uğurlarından  elə  gözəl 

danışır  ki,  heyrətini  gizlədə  bilməyən 

Qaqarin  mühazirədən  sonra  alimə  ya-

xınlaşaraq  deyir:  “Ağır  xəstələrə  şəfa 

vermək, ölümün pəncəsindən qurtarmaq 

kosmosun  fəthindən  əhəmiyyətli  və  va-

cibdir”.


Həkimliyə bundan yüksək necə qiymət 

vermək  olar?  Nitqin  gücü  az  sözlə  çox 

şey demək bacarığındadır. Həzrət Əli de-

yib: “Söz dərman kimidir: az xeyirli, çox 

ziyan”.  Sözlər  də  yarpaqlara  bənzəyir, 

çoxlu yarpağı olan ağac az bəhrə verər.

Hikmətə bax, gör nə demiş atalar:

 “Qısa sözdə olar dərin mənalar”.

Çox    danışmaq  insanın    gözdən  

düşməsi  üçün  ən  qısa  və  ən  etibarlı  

yoldur.              

 

Nə üçün göz iki, qulaq iki, ağız tək? -

Çox görüb, çox dinləyib, az danışmaq gərək. 

      


Həkimin sözü ney kimi sevinc artıran 

olmalıdır ki, ürəklər ona rəğbət göstərsin. 

Həqiqət o qədər qiymətlidir ki, onu gərək 

yalan eskadronu qorusun. Görkəmli rus 

cərrahı  İ.Piroqovun  üst  çənəsində  şiş 

əmələ gəlir. O, əvvəllər buna əhəmiyyət 

vermir. Sonralar məşhur cərrahlar onda 

bəd  xassəli  şiş  olduğunu  bildirirlər  və 

cərrahi  müdaxiləni  məsləhət  görürlər. 

Bu xəbərdən cərrahın əhvalı pozulur və 

bədbinləşir. Yaxınlarının məsləhəti ilə o, 

T.Bilrotun klinikasına gedir.

Bilrot  onu  müayinə  edərək  qəti  bil-

dirir  ki,  əhəmiyyətsiz  yaradır,  cərrahi 

əməliyyat  lazım  deyil.  Bu  söz  minlərlə 

ümidsiz xəstələri həyata qaytarmış, gün 

yarım ərzində 600-ədək əməliyyat edən, 3 

dəqiqəyə sidik daşı çıxaran Piroqov kimi 

mahir  bir  cərrahın  əhvalını  dəyişdirir, 

o,gümrahlaşır,  öz  işinə  qayıdır.  Lakin 

az sonra Piroqov ölür. Həkimlər Bilrotu 

səriştəsizlikdə,  yanlış  diaqnoz  qoymaq-

da  günahlandırırlar.  Əlbəttə,  həkimlər 

yanılırlar.  Bilrot  Piroqovun  kimliyini, 

yaşını,  zəifliyini,  xəstəliyin  gecikdiril-

diyini nəzərə almış, onun ömrünün son 

günlərini  ümid  və  sevinclə  yaşamasına 

müvəffəq  olmaq  üçün  “müqəddəs”  ya-

lan demiş, belə humanist, düzgün qərar 

qəbul  etmişdir.  Necə  deyərlər,  qəlb  ağ-

rıdan  həqiqətdənsə,  könül  açan  yalan 

yaxşıdır. Doğrudan da, doğruya oxşayan 

yalan yalana oxşayan doğrudan yaxşıdır, 

çünki ona tez inanırlar.

Üç  şey:  atılmış  ox,  deyilmiş  söz  və 

keçmiş günlər heç vaxt qayıtmır. Söz ilə 

öldürmək də olar, xilas etmək də. Söz ilə 

kütləni arxanca aparmaq da olar, təklikdə 

qalmaq  da.  Misirdən  Hindistana  səfər 

zamanı general Jüno Napoleona deyir ki, 

arvadı Jozefina ona xəyanət edir. Bu söz 

sərkərdəni sarsıdır, o döyüşü yaxşı təşkil 

edə bilmir və məğlubiyyətə uğrayır.

Xəstəyə  dava-dərmanla  yanaşı,  sözün 

şəfası da lazımdır. Həkimlikdə çaşqınlı-

ğa,  tələsməyə  yol  verilməməlidir.  Ehti-

yatsızlıq- fəlakətin anasıdır,-demişlər.

Dil  əql  xəzinəsinin  qılıncıdır.  Xəqani 

yazır:

Bəzən dil sıyrılmış qılınca bənzər,

Sərvaxt ol, başını bədəndən üzər.

Qədimdə  deyirdilər  ki,  həkimin  üç 

dərmanı  var:  otlar,  minerallar  və  söz. 

Sözlə adama həm kömək etmək, həm də 

ölümcül yara vurmaq olar. Mənə belə gəlir 

ki, kobud adamın həkim olmağa mənəvi 

haqqı  yoxdur.  Həkimin  sözü,  davranışı 

xəstə üçün ən təsirli müalicə vasitəsidir. 

Böyük alim və həkim B.Bexterev demiş-

dir: “Həkimlə söhbətdən sonra xəstənin 

halı  yüngülləşmirsə,  o  həkim  deyil. 

”Həkimlə  təmasda  olan  gülümsəməli, 

onunla ünsiyyət quranlar isə az da olsa 

xoşbəxt  olmalıdır.  Həkimin  qəbuluna 

fəhlə  də,  alim  də,  çoban  da  gələ  bilər. 

Hamı ilə “eyni dildə” danışmaq həkimi 

gözdən  salar.  Təsirsiz  söz  yağışsız  ildı-

rım kimidir. Nizami deyir:



Elə söz vardır ki, yaramaz demək,

Başqa bir dil ilə söyləmək gərək.

Onu incə-incə söylərkən bir-bir,

Ondan hər eşidən alar bir təsir.

Xətai isə belə deyir:



Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı.

Həkimlikdə sözün müalicəvi təsirindən 

bacarıqla  istifadə  etmək  ən  mühüm 

məharət sayılır. Elə xəstələr var ki, onlara 

kömək etmək mümkün deyil, amma elə 

xəstə yoxdur ki, ona zərər yetirmək müm-

kün  olmasın. 

Sözün ən gözəli söyləyənin 

doğru söylədiyi, dinləyənin də faydalandığı 

sözdür.

  Ən  ağır  xəstələri  müayinə  və 

müalicə edərkən həkim özünün sakitliyi-

ni, nikbinliyini saxlamağı bacarmalıdır. 

Bu böyük iradə, dözüm və mətanət tələb 

edir. Başqalarını xoşbəxt etmək üçün öz 

səhhətini, səadətini qurban verən adam-

lar - həkimlər xoşbəxtdirlər.

 

 Vahid HÜSEYNOV,

tibb üzrə fəlsəfə doktoru,  

I daxili xəstəliklər və reanimatologiya  

kafedrasının assistenti

SÖZ – İNSAN QÜDRƏTİNİN SƏRKƏRDƏSİDİR

Türkiyənin Yeditepe 

Universitetinin Tibb 

fakültəsinin dekanı

sinə cərrahı, professor, 



doktor Sina Ercan 

Azərbaycan Tibb 

Universitetinin (ATU) 

qonağı olub.

B

eynəlxalq işlər üzrə 



prorektor 

Nadir 


Zeynalov 

qona-


ğa  ATU  haqqında  geniş 

məlumat  verib.  Onun 

sözlərinə  görə,  bu  ali  təhsil  ocağı 

1919–cu ildə Bakı Dövlət Universiteti-

nin tərkibində fakültə kimi yaradılıb. 

1930-cu ildən isə müstəqil ali məktəb 

kimi  fəaliyyət  göstərməyə  başlayb: 

“Universitetimiz  bu  il  müstəqil  uni-

versitet  kimi  86  yaşını,  fakültə  kimi 

isə 97-ci yaşını qeyd edib”.  

N.Zeynalov həmçinin onu da bildirib ki, 

6  fakültəsi  olan  bu  ali  təhsil  ocağında 

7000-dən çox tələbə və rezident, 1000-

dən çox xarici ölkə vətəndaşı təhsil alır. 

Onlar arasında Türkiyədən olan tələbələr 

üstünlük təşkil edir.

N.Zeynalov  qonaqlara  ATU-nun  imta-

han  sessiyası,  tədris  prosesi,  reziden-

tura təhsili və xarici ölkələrlə olan qar-

şılıqlı əlaqələrindən də söz açıb: “Bizim 

universitet ilə 18 ölkə ilə arasında qar-

şılıqlı  memorandium  imzalanıb.  Qarşı-

lıqlı  tələbə  və  həkim  mübadiləsinə  çox 

geniş yer veririk. Türkiyənin də bir çox 

universitetləri  ilə  dostluq  əlaqələrimiz 

var”.


Sina Ercan ilk dəfə Bakıda olduğunu və 

şəhərimizi  çox  bəyəndiyini  qeyd  edib: 

“Bu, bizim üçün çox böyük üstünlükdür. 

Bu il biz artıq 20 illiyimizi qeyd edəcəyik. 

Bizdə 50-yə yaxın tibb tədris proqram-

ları  var.  Təhsil  ocağımızda  13  fakültə 

fəaliyyət göstərir, 24 minə yaxın tələbə 

təhsil alır”.

ATU-nun  rəhbəri,  professor  Gəray 

Gəraybəylinin adından qonağa təşəkkür 

edən  rektorun  müşaviri  Zülfüqar 

Musabəyov  səslənən  bütün  fikirlərin 

qeydə alındığını bildirib.

Görüş  zamanı  tezliklə  tərəflər  arasın-

da müqavilənin hazırlanıb, imzalanması 

haqqında danışıqlar aparılıb.

Qeyd edək ki, görüşdə ATU-nun ağız və 

üz çənə cərrahiyyəsi kafedrasının müdiri 

Çingiz  Rəhimov,  I  müalicə-profilaktika 

fakültəsinin  dekanı  Qorxmaz  Əhmədov 

da iştirak ediblər.

Türkiyənin Yeditepe Universitetinin 

dekanı ATU-nun qonağı olub

Qədimdə deyirdilər ki, həkimin üç dərmanı var: otlar, 

minerallar və söz. Sözlə adama həm kömək etmək, həm 

də ölümcül yara vurmaq olar. 

ATU-nun mətbuat xidməti



Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə