Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradılıb qoşa bayram seviNCİLƏ yadda qalan söZLÜ



Yüklə 9,38 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix20.08.2018
ölçüsü9,38 Mb.
#63749
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 dekabr  2016-cı il

Dekabrın 19-da Tibbi profilaktika fakültəsi nəzdində 

Azərbaycan dili kafedrasında XX əsrin klassiki, 

Azərbaycanın ilk Xalq şairi, akademik Səməd Vurğunun  

110 illik yubileyi ilə bağlı tədbir keçirildi. 

Tədbirdə  tələbələr,  hazırlıq  şöbəsinin  dinləyiciləri, 

müəllimlər, fakültənin dekanı, dosent A.Məmmədov, 

“Təbib”  qəzetinin  baş  redaktoru,  şair-publisist, 

əməkdar  jurnalist  Eldar  İsmayıl  iştirak  edirdilər.  İş-

tirakçıları  salamlayan  bu  tədbirin  təşkilatçılarından 

biri  dosent  D.Nağıyeva  vəfatından  60  il  keçsə  də, 

bu  xalqın  yaddaşından  çıxmayan  böyük  şairin 

həmişəyaşarlığından danışdı. O bu tədbirin təşkilində 

İran İslam Respublikasından və Türkiyədən olan ha-

zırlıq şöbəsi dinləyicilərinin də fəallıq göstərdiklərini 

qeyd  etdi.  Sonra  söz  Azərbaycan  dili  kafedrasının 

müdiri  dosent  A.Miriyevə  verildi.  Akif  müəllim 

S.Vuğunun  təkcə  aşıb-daşan  şairlik  istedadına  sahib 

olmadığını,  onun  bir  şəxsiyyət  kimi  kamilliyini,  lap 

cavan  yaşlarından  SSRİ  kimi  nəhəng  bir  dövlətdə 

böyük  nüfuza  malik  olmasını,  xalq  arasında  geniş 

şöhrət qazana bilməsini şairin insanlıq fenomeni ilə 

əlaqələndirdi.  Natiq  çox  təəssüf  hissi  ilə  qeyd  etdi 

ki,  belə  bir  istedadın  və  şöhrətin  sahibi  ömrü  boyu 

təqiblərə,  haqsız  tənqidlərə  məruz  qalmış,  əzabkeş 

xalqımızın dərdləri ilə baş-başa yaşamışdır. Nəticədə 

çox  cavan  yaşında  sağalmaz  xəstəliyə  tutulmuş,  50 

yaşında  həyata  göz  yummuşdur.  Akif  müəllim  onu 

da  bildirdi  ki,  ədəbiyyatımızı  öz  misilsiz  əsərləri  ilə 

zənginləşdirib  şöhrətləndirən  Səməd  Vurğun  ona 

həm də iki istedadlı oğul  (xalq yazıçısı Yusif və Xalq 

şairi Vaqif Səmədoğluları) bəxş etmişdir. 

Sonra  söz  Azərbaycan  dili  kafedrasının  dosentləri 

İ.Ağayeva  və  Z.Avılovaya  verildi.  Onlar  şairlə  bağ-

lı  xatirələrini  danışdılar,  onun  yaradıcılığından 

nümunələri  dinləyicilərə  çatdırdılar.  Dosent  Zərifə 

xanımın “Vaqif” pyesindən iri bir parçanı diksiya ilə 

söyləməsi  dinləyicilərə  xoş  təsir  bağışladı.  Bundan 

sonra tələbələr və hazırlıq şöbəsinin dinləyiciləri çıxış 

etdilər: 1126a qrupunun tələbəsi İlkin Əhmədov çaldı-

ğı sazın müşaiyəti ilə “Dağlar” şeirini özünəməxsus 

intonasiya  ilə  ifa  etdi;  tələbələr  Aysu  Bayramova 

(qr.790) “Bir səs”, Fəridə Şahbazzadə (qr. 366

a

) “Yandı-



rılan kitablar” şeirlərini bədii intonasiya ilə söylədilər. 

Tədbirin ən maraqlı ifalarından biri hazırlıq şöbəsinin 

dinləyiciləri  Əhməd  Özsevən,    Rujdar  Dal  (qr.9)  və 

Hüseyn  Mədədinin  (qr.4)    birlikdə  “Ceyran”  şeirini 

xüsusi kompozisiya formasında təqdim etmələri oldu. 

İdris  Özgün  və  Şila  Yusifoğlunun  (qr.7)  ifa  etdikləri 

“Azərbaycan” şeirindən bir parça da iştirakçıların al-

qışları ilə qarşılandı. Tədbirdə çıxış edən şair E.İsmayıl 

tədbirdən məmnun qaldığını, son zamanlar haqqında 

az-az danışılan böyük şair S.Vurğunu yada saldıqları 

üçün təşkilatçılara təşəkkür etdi. 

Tibbi  profilaktika  fakültəsinin  dekanı,  dosent 

A.Məmmədov  ATU-nun  rəhbərliyi  adından  kafedra 

əməkdaşlarına və tələbələrə minnətdarlığını bildirdi. 

Sonda  Akif  müəllim  tədbirin  qonşu  epidemiolo-

giya  kafedrasının  mühazirə  zalında  keçirildiyini 

bildirərək,  göstərdikləri  texniki  köməyə  görə  kafed-

ra  işçilərinə,  xüsusən  professor  İ.Ağayevə  təşəkkür 

etdi.  Tədbir  “Qarabağ  şikəstəsi”nin  sədaları  altın-

da  ulu  öndərimiz  Heydər  Əliyevin  kövrək  səsində 

“Azərbaycan”  şeirinin bir bəndi ilə yekunlaşdı. 

İ.Hacıyeva,

Azərbaycan dili kafedrasının  kabinet müdiri

“Təbib” qəzetinin kollektivi  

baş redaktor Eldar İsmayıla əzizi 

Məhəmməd Balı oğlunun

vaxtsız vəfatından 

kədərləndiklərini bildirir və dərin 

hüznlə başsağlığı verirlər.

Patoloji anatomiya, insan 

anatomiyası, sitologiya, 

histologiya və embriologiya 

kafedralarının əməkdaşları və 

“Təbib” qəzetinin kollektivi  

patoloji anatomiya   kafedrasının 

tədris hissə müdiri Müşfiq 

Orucova atası 

 

Teyyub həkimin

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Normal fiziologiya kafedrası 

əməkdaşları kafedranın dosenti 

Dilarə Əliyevaya atası 

Akademik Maqsud Əliyevin

 

vəfatından kədərləndiklərini 



bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Uşaq cərrahlığı  kafedrası, 

Tədris Cərrahiyyə Klinikası 

və Kliniki Tibbi Mərkəzin 

uşaq cərrahiyyəsi şöbələrinin 

əməkdaşları dosent Ramiz 

Poluxova atası 



Şamil Poluxovun

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Sitologiya, histologiya və 

embriologiya kafedrasının 

əməkdaşları kafedranın assistenti 

Südabə Tahirovaya əzizi 



Məleykə xanımın

 

vəfatından kədərləndiklərini 



bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

II uşaq xəstəlikləri kafedrasının 

əməkdaşları Aynur və Ramiz 

Poluxovlara əzizləri 

Şamil Poluxovun

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

İnsan anatomiyası kafedrasının 

əməkdaşları kafedranın dosenti 

Arifə Məmmədovaya anası 

Mələk xanımın 

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 366

T i b b     a l ə m i n d ə

Miriyev Akif Fərman oğlunun adına  Nərimanov rayon 

daxili  işlər  şöbəsi  tərəfindən  2001-ci  ildə  verilmiş  AZE 

0231619 №-li şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sa-

yılır.

Əczaçılıq  fakültəsinin IV  kurs, 887



b

 qrup tələbəsi Al- 

Hurmuzi Mohammed Jameelin adına verilmiş tələbə bileti 

itdiyi üçün etibarsız sayılır.

Əczaçılıq  fakültəsinin IV  kurs, 881

b

 qrup tələbəsi İs-



mayılova Nərminə Aslan qızının adına verilmiş tələbə bi-

leti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika  fakültəsinin III  kurs, 46

c

 qrup 



tələbəsi Mehmet Yusuf Yasemin Akif oğlunun  adına ve-

rilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin  I  kurs,  180

a

  qrup 



tələbəsi  A.R.  Tamimi  Nizar  Najeebin    adına  verilmiş 

tələbə bileti və qiymət kitabçası itdiyi üçün etibarsız sa-

yılır.

Stomatologiya  fakültəsinin I kurs, 780



b

 qrup tələbəsi 

Mahsum Aşlığ Ahmet oğlunun  adına verilmiş tələbə bile-

ti itdiyi üçün etibarsız sayılır.

II müalicə-profilaktika  fakültəsinin I kurs, 364

b

 qrup 



tələbəsi Hüseynova Sveta Kəmaləddin qızının  adına ve-

rilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Xudaverdiyev  Kamran  Telman  oğluna  1995-ci  ildə 

Azərbaycan Tibb Universiteti tərəfindən stomatoloq ixti-

sası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız 

sayılır.


Babayeva Vəfa Nazim qızına 2000-ci ildə Azərbaycan 

Tibb Universiteti tərəfindən həkim laborant  ixtisası üzrə 

verilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

 Allah  rəh mət  elə sin!



B

öyük Britani-

yada bionik 

deyilən göz uğurla sı-

naqdan keçirilib.

AZƏRTAC  “bbc.

com”  saytına  isti-

nadla xəbər verir ki, 

elektron  qurğu  ilə 

insanın  biosistemini 

birləşdirən  bu  tex-

nologiya  görmə  sistemində 

genetik  pozğunluğun  na-

dir  formasından  əziyyət 

çəkən  insanların  görmə 

qabiliyyətinin qismən bərpa 

olunmasına imkan verir.

Mütəxəssislərin  sözlərinə 

görə,  bu,  yalnız  birin-

ci  addımdır,  texnologi-

ya  təkmilləşdikcə,  bionik 

gözləri  olan  adamların 

görmə  keyfiyyəti  də  yaxşı-

laşacaq.


Gözlərinə  yeni  qurğu 

köçürülən  pasiyentlər  indi-

nin  özündə  deyirlər  ki,  bi-

onik  göz  indiyədək  zülmət 

içində  olan  həyatlarına  ma-

rağı geri qaytarıb.



Bionik göz korlara ümid 

verir

Bionik göz korlara ümid 

verir

AZƏRTAC  “wek.

ru”  saytına  istinadla 

xəbər  verir  ki,  pensilva-

niyalı (ABŞ) mütəxəssislər 

bir  çox  insanların  yuxu 

rejiminin  pozulmasının 

mümkün  səbəblərindən 

birini 

aydınlaşdıra 



biliblər.  Məlum  olub  ki, 

yuxu  problemi  düzgün 

olmayan eyni cür qidalan-

ma  ilə  əlaqədar  ola  bilər. 

Eyni  kalorili  yeməkləri 

yeyən  insanlar  orta  he-

sabla  altı  saat  yatırlar.  Çe-

şidli  və  tarazlaşdırılmış 

yeməklərlə  qidalanan  in-

sanlar isə daha rahat yatır-

lar.  Onların  yuxu  müddəti 

gündə azı 7-8 saat olur.

Müəyyən 

edilib 


ki, 

yetərincə su içməyən insan-

lar da az yatırlar. Doyunca 

yatması  üçün  doqquz  və 

daha çox saat tələb olunan 

insanlar  şokolad,  çay,  kar-

bohidrat və doymuş yağla-

Amerika alimləri yuxunun pozulması səbəblərini araşdırıblar

Mütəxəssislər 



çoxsaylı könüllünün 

iştirakı ilə tədqiqat apa-

raraq, yemək rasionu 

ilə yuxunun keyfiyyəti 

arasındakı bağlılığı 

təhlil ediblər.

Yeni il yeni başlanğıc deməkdir. Ətrafımızda olan hər şey 

təzələnir. Yeni ilin doğuşu ilə bizim həyatımıza təsir edən 

enerji dəyişir.

Üzümüzə gələn il Xoruz ili - 1921, 1933, 1945, 1957, 1969, 

1981, 1993, 2005, 2017-ci illərə təsadüf edir.

Bu ildə doğulan insanlar əməyi sevir, öz işlərini həmişə 

asanlıqla yerinə yetirən olurlar. İstənilən işi öhdələrinə gö-

türüb başa çatdırırlar, hətta bu işə gücləri çatmasa belə 

yenə də bezmirlər, sona qədər gedirlər. İnsanlarla dərhal 

ünsiyyət  qura  bilmirlər.  Həqiqəti  sevirlər,  həqiqət  üzrə 

mübarizə  aparırlar  və  çox  vaxt  haqlı  çıxırlar.  Təbiətcə 

utancaq olan bu insanlar çox vaxt təkliyə üstünlük verirlər. 

Onlar həmişə maraqlı insan olurlar, daima yeniliklər düşü-

nüb yaradırlar. Adətən dərin düşüncəli olurlar. Bəzən eqo-

ist olurlar, amma həddindən artıq düzgün seçimlər edirlər.



Dahi şairin xatirəsi yad edildi

Yüklə 9,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə