Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə14/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   10   11   12   13   14   15   16   17   ...   110

edənlər XXI əsrdə bu məkanı Atəşpərəstliyin  məbədi kimi ziyarət
edirlər.
Dünyada 130 minə qədər zərdüşti yaşayır və bu dinə qulluq
edir. Onlar Hindistanda, əsasən Bombeydə və Qucarat ştatlarında ya-
şayırlar.  Cənubi Azərbaycanda (İranda) və Zənzibarda
zərdüştilərin kiçik də olsa icmaları vardır. Şimali Amerikada, ABŞ-
ın Oreqon ştatında Beynəlxalq Məzdəizm Mərkəzi fəaliyyətdədir.
İngilislərin London, ABŞ-ın  Nyu-York, Çikaqo, Boston, Los-An-
celos, Vankuver şəhərlərində zərdüşti qrupları vardır.
8. QƏDİM DÜNYA MƏNƏVİ-MƏDƏNİYYƏTİ
8. QƏDİM DÜNYA MƏNƏVİ-MƏDƏNİYYƏTİ
MƏNBƏYİ “AVESTA”DIR
MƏNBƏYİ “AVESTA”DIR
İnsan qədim tarixin bu və ya digər sahələrinə baş vurduqca Yer
kürəsini ovcunun içində, Azərbaycan torpaqlarını – onun insanlarını
da bu kürənin mərkəzində görürsən.
Günümüzdə Avropaya qovuşmaq bizim üçün dövlət səviyyəsində
düşünülən bir istiqamətdəndir. Tarixə, mənəvi tarixə, dinə, ayrı-ayrı
ölkə insanlarının keçdiyi yola, dövlətçilik tarixinə nəzər saldıqda
təəssüflənmək mümkün deyil. Fikrimin başlanğıcından deyim ki,
XXI əsrin əvvəlində Azərbaycan dövləti və Azərbaycan vətəndaşı
üçün Avropadan bəhrələnmək istiqaməti ancaq və ancaq ölkədə möv-
cud olan qanunların – qanun kimi işləməsi məsələsidir.
Araşdırmalar apardıqca Avropa dövlətlərinin hamısının Şərqdən
çox məsələləri əxz etdikləri müəyyən olunur. Azərbaycanın isə bu-
rada öz  çəkisi var və heç bir millətdən, heç bir şərq dövlətlərindən
geridə qalmır. Bunun ən bariz nümunəsi Zərdüştiliyin Ana Kitabı
“Avesta”dır.
Araşdırıcılara məlumdur ki, Avropa-Azərbaycan dini-mənəvi,
ədəbi, mədəni əlaqələrinin tarixi çox qədimdir. Doğrudan da Avropa
alimləri Azərbaycandan, ümumilikdə Şərqdən öyrəndiklərini öz
vətənlərində çox yaxşı tətbiq etmişlər və bir çox hallarda əllərinə
düşənləri özününküləşdirmişlər. İndiki Avropalılar bizdən öyrən -
44
Əxlaqa aparan yol


diklərini özlərinə sərf edən yöndə bizlərə diqtə etmək əzmindədirlər.
Məşhur fransız şərqşünası, filosofu və alimi Əjen Levek yazır ki,
qədim Azərbaycan mənəvi dəyər nümunəsi, qədim Azərbaycan
ədəbiyyatı nümunəsi olan “Avesta” hələ xeyli əvvəllərdən qədim
yunan, Roma və italyan ədəbiyyatına, ictimaiyyətinə təsir etmiş və
oradan da bütün dünya mədəniyyətinə yol tapmışdır. Ancaq bu gün
xeyli miqdarda azərbaycanlı tapmaq mümkündür ki, “Avesta”nı  ta-
nımır və hansı xalqa mənsubluğunu söyləyə bilməz. Əjen Levek
1880-ci ildə Parisdə “Hind, İran (Azərbaycan) mif və əfsanələri Aris-
ton, Platon, Arisfan, Vergili, Ovidi, Bokkaço, Titus, Dante, Aristo,
Rable, Perro, La Fonten yaradıcılığında” adlı kitab nəşr etdirmişdir.
608 səhifədən ibarət olan  bu kitabında Əjen Levek Şərq mənəviyyatı,
ədəbiyyatı və mədəniyyətinin hələ eramızdan çox-çox əvvəllərdən
başlayaraq qədim Roma, yunan, italyan, fransız mədəniyyətinə,
cəmiyyətinə təsirindən söhbət açmışdır.
Fransız şərqşünası qeyd edir ki, “Avesta”dan Avropanın ən
məşhur alim, yazıçı, şair və filosofları Aristofen (eradan əvvəl  445-
385), Aristotel (e. ə. 384-322), Platon (e. ə. 428/7-348/7), Ovidi (e.
ə. 43-18), Bergili (e. ə. 70-19), Bokkaco  (1313-1375), Dante (1269-
1321), Rable (1494-1553), Lafonten (1621-1695), Perro (1628-1703),
Titus (e. ə. 59 – b. e.  19), Ariosto (1474 – 1533) və başqaları çox
bəhrələnmişlər.
Fikirlərin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün Avs-
traliyanın antik dövr tarixçisi Frits Şaxermajin Makedoniyalı
İsgəndərin həyat və fəaliyyətinə həsr etdiyi əsərə nəzər yetirək. “Ma-
kedoniyalı İsgəndər” adlandırılmış bu əsər 1972-ci ildə Vyanada  al-
manca, 1984-cü ildə isə Moskvada rus dilində nəşr olunmuşdur.
Əsərdə oxuyuruq: “Əgər Aristotel ardıcıl platonçu olsaydı, o, öz
şagirdində o vaxt akademiyaya hakim kəsilən hissi – Zərdüştə hey-
ranlıq hissini oyadardı. Lakin, yunanların milli mənafeyi filosofu na-
rahat edirdi. O, istəmirdi ki, bu kahinin təlimi İsgəndərə təsir
göstərsin. Yeri gəlmişkən həmin təlimi o, yüksək qiymətləndirirdi.
Bu səbəbdən də sonralar İsgəndər Asiyaya yürüşə çıxanda məqsədi
45
Ziyadxan NƏBİBƏYLİ


Zərdüştün müdrikliyi ilə tanış olmaq deyil, oranı qəsb etmək, altını-
üstünə çevirmək idi”.
Bu gün də həmin avropalılardır. Azərbaycanın neftini əlindən alır,
insanlarını qul kimi işlədir, gecə barlarını, mənəviyyatsızlığı insan
haqları adı altında ölkəmizdə yayırlar.
Göründüyü kimi, hələ Platon və Aristoteldən əvvəl də yunan və
Roma akademiyalarında Zərdüştilik əsas fəlsəfi cərəyan kimi, mənəvi
dəyər kimi öyrədilirmiş. Bu səbəbdən də “Avesta” dünya
mədəniyyətinə, dini-mənəvi dəyərlərinə yaxşı mənada təsir etmiş və
bu əsərdəki mif və əfsanələr Roma, yunan, italyan, fransız və s.
mədəniyyətlərdə xalqların milli xarakterinə uyğun şəkildə
dəyişdirilərək istifadə olunmuşdur.
Əjen Levek qədim yunan və Roma miflərindən gətirdiyi
nümunələrdə “Avesta”dan istifadə olunduğunu sübuta yetirir. Fransız
şərqşünası söyləyir ki, öz əsərlərində Platonu təqlid edən Vergili, hətta
Platonun özü də əsərlərindəki mif və əfsanələrin əsas qayələrini
“Avesta”dan iqtibas etmişlər. Bu kitabda həm də “Avesta”dan əvvəl
“Min bir gecə”, “Kəlilə və Dimnə” əsərlərinin  Avropa ədəbiyyatına
təsirindən də söz açılır.
Fransız şərqşünası “Avesta”dakı dualizmin, Hörmüz ilə Əhriman
arasındakı mübarizənin, xeyir və şər hadisəsinin, buradakı surətlərin
adlarının Roma, yunan və italyan ədəbiyyatında dəyişdirildiyini
müqayisəli şəkildə sübuta yetirmişdir. 
Qədim Azərbaycan türklərinin qiymətli mənəvi və ədəbi sənət
abidəsi olan “Avesta” eramızdan əvvəl elə bir mötəbər, fundamental
bir əsər olmuşdur ki, dünyanın ən məşhur filosofları, alimləri, din
xadimləri ondan bəhrələnmişlər, yararlanmışlar. Biz isə hələ də
“Avesta”nı araşdırmır, öyrənmir və yenidən özümüzü akiləşdirmirik.
Bir məqamı da unutmaq olmaz. Dahi Azərbaycan şairi Nizami
Gəncəvi “Avesta”ya müraciət etmiş, ondan bəhrələnməklə Xeyirlə
Şər mübarizəsinin “Xeyir və Şər” hekayəsində Xeyrin Şər üzərində
qələbəsini özünəməxsusluqla işıqlandırmışdır.
Azərbaycanın Zəngəzur bölgəsindən dünyaya boy atmış Zərdüşti
46
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə