Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə2/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   2   3   4   5   6   7   8   9   ...   110

bütövlükdə Zərdüştiliyə, Atəş 
pərəstliyə, onun qədim dünya
mədəniyyəti  mənbəyi, Atəşpərəstliyin kitabı olan “Avesta”ya həsr
olunub. Ziyadxan Nəbibəyli XX əsrin sonlarında yazdığı
“Zəngəzurun qısa tarixi və coğrafiyası” kitabında bu mövzuya xeyli
önəm versə də, hazırkı kitabı “Əxlaqa aparan yol”da Atəşpərəstliklə
bağlı bir çox yenilikləri ərsəyə gətirmiş, Atəşpərəstliyin başlanğıcının
Qarabağ torpaqlarının Zəngəzur bölgəsindən başlandığını ortaya
qoyur. Dünyanın qədim tarixi Şərqdən başladığı kimi, din tarixinin
keçmişi də Yer kürəsinin bu bölgəsindən başlayıb və bütün Yer pla-
netini əhatə edib. 
Araşdırdığı mövzu və mövzuların tam dərinliklərinə varan böyük
alimimiz əsərinin üçüncü bölümünü Uzaq Şərq və Cənub-Şərqi Asi-
yada mövcud olmuş dinlərə həsr etməklə, bir çox yeni fikirləri, heç
kimin qələmə almadığı məqamları oxucularına çatdırır.
Professor Ziyadxan Nəbibəyli “Əxlaqa aparan yol” dini-elmi
əsərinin dördüncü bölümünü Yəhudilərin dininə həsr etmiş və bu
dinin də Səmavi din olduğunu göstərmişdir. Lakin, yəhudi dini-
mənəvi dəyəri ilk vəziyyətində qalmamış, yəhudilər onun məz -
mununu dəfələrlə dəyişmişlər. Bu səbəbdən də günümüzün yəhudisi
öz Müqəddəs Kitabına səmimi-qəlbdən yanaşa bilmir. Elə bu və digər
səbəblərdən, dini-mənəvi dəyərin kölgədə qalmasından, yəhudilər
digər insanlara, başqa dini-mənəviyyat daşıyıcılarına ögey münasibət
bəsləyirlər. İslam isə bütün yaradılanların hamısının yaradıcısının Ulu
Allahımıza mənsub olduğunu qəbul edir və heç bir insanı digərindən
fərqləndirmir, ayrı-seçkiliyi qəbul etmir. Bununla yanaşı müəllif
yəhudi dini-mənəvi dəyərlərinin türkün Tanrıçılığından bəhrələn -
diyini də qeyd edir. Ulu Tanrının göndərdiyini dəyişmək səlahiyyəti
ancaq və ancaq Onun özünə mənsubdur, insanlar buna qadir deyillər.
Elə bu məxəzlə yaşayan yəhudilər İslamın ilk günlərindən
müsəlmanları və onların peyğəmbərini dəfələrlə aldatmışlar.
Əsərin beşinci fəsli Xristianlığın yaranmasına həsr olunub.
Yəhudilik və Xristianlıq haqqında Azərbaycan insanının yetərincə
məlumatı olduğundan müəllif bu dinlər haqqında ən vacib saydığı
5
Ziyadxan NƏBİBƏYLİ


bilgiləri yazıya almışdır. Fərqli cəhət yalnız Azərbaycan Alban Xris-
tian dövləti dini-mənəvi məlumatlara üstünlük verməkdə olmuşdur.
Bu da yəqin ki, səbəbsiz deyildir. Çünki, uzun illərdir Azərbaycanın
milli düşməni ermənilər Alban dövlətini və onun dini-mənəvi
dəyərlərini öz adlarına çıxmaqla əlaqəlidir.
Dəyərli kitabın altıncı fəsli “Bu tarixi hamılıqla bilməliyik” ad-
lanır. Həqiqətən bu bölümdə toplanmış mövzular təkcə müsəlman
əhlinə aid olmayıb, bütün insanlığa aiddir. Belə ki, burada İslamın
Müqəddəs Kitabı Qurani-Kərim, İslamda  Ulu Allahın yeganəliyi
məsələsi, Peyğəmbəri Allahın seçməsi məsələsi, İslamda Allahın
mələkləri, Hz. Adəm Əleyhissalam, Hz. Nuh Əleyhissalam, Nuh tu-
fanı, Hz. İbrahim Əleyhissalam, Hz. Məhəmməd Əleyhissalam və
digər mövzular haqqında çox əhatəli məlumatlar verilmişdir ki, bu
da öz növbəsində dünya din tarixi ilə yanaşı – dünyanın tarixini də
bilmək üçün çox gərəklidir. 
Çox dəyərli bu əsərin yeddinci bölümünü dərin zəkalı alimimiz
“İslam tarixindən səhifələr” adlandırmışdır. Bu bölümdə İslam dini-
mənəvi dəyərlərinin bütün məqamları hər kəsin dərk edə biləcəyi bir
dildə əziz oxucularımıza şərh edilir. Əsər, elmi əsər olduğundan möv-
zuların hər bir məqamı çox dəqiq və dərk olunandır, hər cür
ibarələrdən kənardır. Azərbaycan cəmiyyətinə ilk olaraq, həm də ma-
raqlı olacaq xəndək və ya əhzam müharibəsinin yol göstərəninin
Azərbaycanlı olmasıdır.
Oxucular üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biri
də İslamda insandan tələbdir. Bu mövzular dəyərli əsərin səkkizinci
bölümündə verilmişdir. İslamın hər bir insandan tələbi onun Ulu Tanrı
yaratdığı kimi – pak və üzüağ yaşaması, qeyri-insani hərəkətlərdən
kənar durmasıdır. Bu mövzular səkkizinci bölümün əsas qayəsidir.
İslam həm də haqq yoludur, haqqa söykənmək yoludur, bütün in-
sani hüquqların mənbəyidir, insanlığın yol göstəricisir. Bütün bu yö-
nümlü İslam qaydaları bu möhtəşəm əsərin doqquzuncu bölümündə
öz əksini tapmışdır.
Həmişə dilə gətirilən, insanlığın yaranışından günümüzə kimi in-
6
Əxlaqa aparan yol


sanların bir-birlərindən tələbi, arzuladığı dəyərlərdən biri də valideyn,
ata-ana, bacı-qardaş, övlad, qohum-qardaş arasındakı münasibət
mövzusudur, günümüzdə də çox ehtiyaclıdır. İnsani dəyərləri
dərindən bilən müəllif bu sıraya aid olan mövzuları onuncu fəsildə
cəm etmiş, İslami baxışlardan, onun tələbi yönümündən dəyərli açıq-
lamalar vermişdir.
“Əxlaqa aparan yol”un on birinci bölümü İslamın insan əxlaqına
verdiyi töhfələrə həsr olunmuşdur. Məlum olduğu kimi insan
əxlaqının müəyyən cəhətləri nəsil-nəcabətlə bağlı olsa da, insanın ya-
şadığı  mühit, dövlət quruluşu, onun qanunları, qanunlarla onun icrası
arasındakı asılılıq, təhsil, təhsilin və tərbiyənin səviyyəsindən də çox
asılıdır. On üç mövzunu əhatə edən bu bölüm dediyimiz sahələrin ha-
mısını əhatə etməklə, hər kəs üçün çox gərəklidir, əxz edilməlidir,
nəticə çıxarılmalıdır.
Çox dəyərli bu əsərin on ikinci fəsli İslamda insanın mənfi
meyllərə münasibəti mövzularına həsr olunub. Bəzi insanlar
digərlərinə həqarətlə baxır, rişxənd edir, ələ salır, hər vəchlə qarşı
tərəfi alçaqlamağa çalışır ki, bu da İslamda qəbul edilməzdir və
qəbahət sayılır. Təəssüf edici haldır ki, hazırkı dünyada, bəzi
dövltələrdə, bəzi millətlərdə, bəzi xalqlarda, hətta eyni millətdə və
qohum-qardaş, dost-tanışlar arasında da birinin digərinə həqarəti
mövcuddur.
Zəmanəmizdə iftira demək, qeybət etmək, yalançılıq etmək,
nifaq, fitnə-fəsad salmaq adi hal almışdır. Təbii ki, əxlaqlı, tərbiyəli,
İslami dəyərləri dərk edən insanlar – insana yaraşmayan bu məkrli
məsələlərdən uzaqdır. Elə İslamın da insanlardan istəyi və tələbi
budur. Bu mənada İslami dəyərləri öyrənmək, mənimsəmək və bu
tələblərə riayət etmək hər bir dünyagörüşlü insanın gündəlik işidir.
İslam isə bu dəyərlərə hər kəsin əməl etməsini istəmişdir.
Dərin fikirlər mənbəyi, hər kəsin bilməli olduğu Allah kəlamları
ilk növbədə biz insanlara gərəkdir. İnsan təkcə bu gün üçün deyil,
axirətini də fikirləşməlidir, cənnət və cəhənnəmi unutmamalıdır,
əməlisaleh həyat tərzi sürməlidir, yaxşı fikirlərlə nəfəs almalıdır,
7
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə