Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə4/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   2   3   4   5   6   7   8   9   ...   110

elmi kitabları oxumağı da tövsiyyə edir. Azərbaycan tarixində çox
böyük tarixi şəxslərimiz vardır ki, İslamdan çox bəhrələnmişlər. Fəxr
etdiyimiz Şeyx Nizami özünün “İsgəndərnamə” əsərində buyurur:
“Qüvvət elmdədir, başqa cür heç kəs, 
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz fəqət,
Alimin rütbəsi ucadır əlbət!”
Daha sonra Şeyx Nizami “Yeddi gözəl” adlı əsərində deyir:
“Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər”.
Sözün həqiqi mənasında bilikli, savadlı, dərrakəli insanlar
istənilən halda tutduğu vəzifəsindən asılı olmayaraq, cəmiyyətdə
seçilən adamlar olurlar. İslamla elm, savad qoşa addımlayır. Bu da
peyğəmbərimizdən gələn kəlamdır. Dini də, elmi də bilməyənlər
öyrənməkdən çəkinməsinlər. Çünki insanın dəyəri biliyi ilə ölçülür.
İslam buyurur ki, bilmədiklərini bilənlərdən öyrən, bildiklərini isə
bilməyənlərə öyrət. Həyat elə gətirmişdir ki, yaxşı müəllimlərim ol-
muşdur. Onların arasında Allahı tanımayanlar xatirimdə yoxdur.
Amma, Onu tanımayanlara da çox rast olmuşam. Hörmətli oxucula-
rım inansınlar ki, Ulu Tanrı gec-tez onların cəzasını vermişdir. Bunun
da şahidi olmuşam. Müdrik insanlar isə ən şərəfli, ən tez bağışlayan
və ən dəyərli əxlaq sahibi olurlar. Ağıllı insanın zənginliyi müdrikliyi
ilə, ucalığı isə qənaəti ilə dəyərləndirilir. İslama görə, ən yaxşı əməl
həqiqət bağlılığıdır. Uca Allaha ən çox yaxın olanlar həqiqəti, öz
əleyhinə də olsa, söyləyənlər və xoşlarına gəlməsə belə, əməli
həqiqətlə edənlərdir.
İslam insanın xəyanətkar olmasını qadağan edir, xəyanəti ən
böyük günah sayır. İnsan çalışmalıdır ki, öz xətalarını görsün,
səhvlərini düzəltsin. Odur ki, sözünü ölçüb-biçib söyləyən insanlar
12
Əxlaqa aparan yol


daha az xəta edirlər.
Bütün canlıların ən kamili, ən şüurlusu insandır. Bununla yanaşı
insan həm də dünyaya göz açdığı, yaşadığı cəmiyyətin aynasıdır. Ona
görə də Yer kürəsinin başqa-başqa yerlərində yaşayanlar bir-
birlərindən adət-ənənələri, mənəvi və mədəni, dini dünyagörüşlərinə
görə fərqlidirlər. Ümumilikdə isə istənilən insan dünyanı dərk etmə,
hətta onu dəyişmə qabiliyyətinə malikdir. İlahidən insana verilən bu
bacarıq, bu qüdrət onu yarandığı gündən öz yaradıcısı, öz Tanrısı ilə
əlaqədə olanda o, daha da kamil olur, mənən eybəcərləşmir, istədi -
yimiz səviyyədə olur.
İnsan qulluq etdiyi dinini dünya ilə bağlasa o, həm dinini və həm
də yaşadığı dünyanı hifz etmiş, dərk etmiş olar.
Günümüzdə Qurani-Kərim, bir milyard yarımdan artıq insanın
etiqad etdiyi İslam dininin müqəddəs Kitabı, möhtəşəm bir abidə və
səmavi kitabların sonuncusudur. İlahi gözəlliyi olan bu Kitab, Tanrı-
nın öz möcüzəsi olaraq milyonlarla insanın qəlbinə hakim kəsilmiş,
bu insanların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Qura-
nın kəlamlarını dinləməkdən insanlar heç vaxt doymur, yorulmur,
əksinə, ona qüvvət, özünə inam yaradır, mənən daha da möhkəmlənir,
səbat verir, təsəlli bəxş edir, dünyanı olduğu kimi dərk etməyi öyrədir.
Qurani-Kərim Məhəmməd əleyhissalama Allahın əmri ilə
vəhy mələyi Cəbrayıl vasitəsi ilə mərhələ-mərhələ vəhy olmuşdur.
Müqəddəs Kitabımız Qurani-Kərimin tərtibinə Hz.Ömərin təşəbbüsü
ilə Hz.Əbu Bəkrin xəlifəliyi zamanında başlanmışdır.
Məhəmməd əleyhissalama ramazan ayında nazil olan Quran 114
surədən ibarətdir. Musanın Tövratından, İsanın İncilindən fərqli ola-
raq Qurani-Kərim Peyğəmbər əleyhissalama birdən-birə, bütöv
şəkildə deyil, hissə-hissə, əvvəlcə Məkkədə, sonra isə Mədinədə
olarkən nazil olmuşdur. Qurani-Kərimin dili, bütün ərəb qəbilələrinin
ən müqəddəs ziyarətgahı Kəbənin yerləşdiyi Məkkədə yaşayan Qü-
reyş qəbiləsinin ləhcəsi, VI-VII əsrlərdə Ərəbistan yarımadasında
əvvəlcə ümumxalq dili, sonra isə ədəbi dil rolunu oynamağa başla-
mışdı.
13
Ziyadxan NƏBİBƏYLİ


Dünya mədəniyyətinin, mənəviyyatının ən möhtəşəm abidələ -
rindən birincisi olan Qurani-Kərim müsəlmanlığın dini-fəlsəfi, hü-
quqi qaynağı olmaqla yanaşı, həm də çox mühüm bir ədəbi-tarixi
salnamədir. Quranda, ümumiyyətlə bəşər tarixinə, onun keçmişinə
və gələcəyinə aid çox dəyərli məlumatlar öz əksini tapmışdır. Qu-
rani-Kərim Yerin, Günəşin, Ayın, ulduzların hərəkət etməsini
heyrətamiz bir şəkildə bəyan etmiş, gələcəkdə baş verəcək bir çox
hadisələr, elmi kəşflər barəsində doğru-düzgün məlumat vermişdir.
Quranın hələ lazımınca açılmamış, dərk edilməmiş ayələri isə bu gün
insan idrakına sığmayan gələcək elmi kəşflərdən xəbər verir. Həmin
elmi kəşflər, ixtiralar kəşf olunduqca Quran ayələrinin də əsl
məzmunu, mahiyyəti tədricən anlaşılacaq. Qurani-Kərimi oxuyan,
onun təkcə çətin ayələrinin deyil, eyni zamanda zahirən asan anlaşılan
ayələrinin də arxasında batini bir məna, rəmz olduğunu görüb bundan
heyrətini gizlədə bilmir və onun doğrudan da fövqəlbəşər söz, Allah
kəlamı olduğuna inanır.
Peyğəmbər əleyhissalam buyurmuşdu: “Quranın zahiri və batini
(daxili məzmunu) vardır. Batininin də bir batini, ondan sonra isə
yeddiyə qədər batini vardır”.
Elə bu səbəbdəndir ki, böyük şairimiz Cəlaləddin Rumi bu hədisi
nəzmlə - “Quranın mənasının zahiri olduğunu zənn etmə, hər batinin
altında digəri üçün batin olan başqa bir batin də vardır” – demişdir.
Bizlərə nazil edilmiş Qurani-Kərim bütün kainatın yaradıcısı, hər
şeyin xaliqi Allah Təalanın birliyini, Onun qüdrət və əzəmətini, əzəli
və əbədi varlıq olmasını bildirən ilahi bir kitabdır. O, insanı məhz Al-
laha ibadət etməyə, Ona heç bir şərik qoşmamağa, bütün işlərdə yal-
nız Ona ümid bağlamağa, Ondan kömək və mərhəmət diləməyə, heç
kəsin deyil, yalnız Allahın qarşısında kiçilməyə, yalnız Ona boyun
əyməyə çağırır. Qurani-Kərim eyni zamanda insanı daim uca tutur,
Uca Allahın onu ən gözəl biçimdə yaratdığını, bütün məxluqlardan
üstün tutduğunu, dağları, çayları, dənizləri, suda-quruda yaşayan
bütün canlıları onun ixtiyarına verdiyini bildirir, hər cür şəhvət və eh-
tirasdan, nəfsdən uzaq olub, yalnız Allaha iman gətirmələrini tələb
14
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə