Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə5/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   2   3   4   5   6   7   8   9   ...   110

edir. Müqəddəs kitabımız qadının cəmiyyətdəki yerini və hörmətini
yüksəklərə qaldırır, onun kişi ilə birlikdə ailədə xüsusi mövqe sahibi
olduğunu bildirir. O, kişilərə qadınla zərif bir məxluq kimi nəzakətlə
rəftar etməyi, onun ehtiramını saxlamağı, mehr, mal-dövlət
məsələlərində onlara güzəştə getməyi tövsiyyə edir. O, həm də ailə
yükünün əsasən kişinin çiyninə düşdüyünü nəzərə alıb, qadından
kişiyə itaət etməyi tələb edir. Allah kəlamı qadından ismət və iffət,
kişidən namus və qeyrət, ər-arvaddan isə nümunəvi əxlaq tələb edir.
Müəllif olaraq cəmiyyət insanlarına Qurani-Kərimdən tələb
edilən hər bir müddəaların sadə dildə və qısaca olaraq insanlara çat-
dırılmasına məsuliyyətlə yanaşmışam.
Qurani-Kərim insan oğluna valideynlərinə hörmət etməyi, son
nəfəsə qədər onların qulluğunda durub ehtiramlarını gözləməyi,
qohum-əqrəbaya kömək etməyi, qohumluq əlaqələrini qoruyub sax-
lamağı, onları daha da möhkəmləndirməyi tələb edir. Qurani-Kərim
yoxsula, miskinə, müsafirə, qəribə, ümumiyyətlə ehtiyacı olan hər
bir kəsə təmənnasız yardım göstərməyi vacib buyurur. 
Qurani-Kərim Səc qafiyəli nəsr şəklində bizlərə göndərilmişdir.
Oradakı ifadələr, söz sırası, səs uyuşması baxımından bir-birinə elə
əlaqələndirilmişdir ki, orada bir sözün belə yerini dəyişmək, bir sözü,
yaxud hecanı dəyişmək qeyri-mümkündür. “Qurani-Kərimin
mənasını yalnız Məhəmməd əleyhissalam anlayar” hədisi bunu bir
daha təsdiq edir. 
Təbii ki, müəllif Quran təfsirini boynuna çəkmə iddiasında de-
yildir. Təfsirə yalnız elmdə müctəhidlik (İslam elmində) mərtəbəsinə
yetişən alim cürət edə bilərsə, bu böyük də məsuliyyət olar.
İslam ehkamına görə, Qurani-Kərimdəki elm və biliklər üç qi-
simdir. Birincidə Allah Təalanın isimləri və sifətləri daxildir ki, Ulu
Tanrı onların mahiyyətini heç bir bəndəsinə bildirməmişdir. Onları
Allahdan başqa heç kəs bilməz. İkinci qismə daxil olan bilgilər yalnız
Məhəmməd əleyhissalama bildirilmişdir. Peyğəmbərimiz onları yaxın
əshabələrinə, əshabələr özlərindən sonra gələn tabiinə, tabiin də
özlərindən sonra gələnlərə öyrətmişlər. Üçüncü qismə daxil olan
15
Ziyadxan NƏBİBƏYLİ


bilgiləri Allah Təala Məhəmməd əleyhissalama öyrətmiş və ona
həmin bilgiləri öz ümmətinə də öyrətməyi əmr etmişdir. Buraya
qədim insanların, keçmiş ümmətlərin həyat və məişətinə, tarixinə aid
olan məsələlər  (qisəs) və Allah Təalanın dünyada, axirətdə yaratmış
olduğu və yaradacağı şeylər haqqındakı məlumatlar (əxbar) daxildir.
Qurani-Kərimin həqiqi mənasını anlamaq, bilmək istəyənlər məşhur
din alimlərinin əsərlərini dərindən oxuyub dərk etməli, öyrən 
-
məlidirlər.
Bu fikirdən çıxış edən müəllif günümüzün reallıqlarından çıxış
etməklə, ilk növbədə bəşəriyyətə məlum olan dinlərin tarixi haqqında
məlumat vermiş, müqayisə etmiş və əsasən Qurani-Kərim
diqtəsindən irəli gələn reallıqları sadə Azərbaycan türkcəsində oxu-
cularına çatdırmaq istəmişdir. Müəllif olaraq, toxunduğu məsələlərin
insanlar üçün çox vacib olduğu qənaətindədir. Başqa sahələrdə
millətinə, dövlətinə təmənnasız xidmət etdiyi kimi, mənəvi dəyərlər
sahəsində də Qurani-Kərimin tələbi çərçivəsində öz mövqeyini ortaya
qoymağa cəhd etmişdir.
Oxucuma və millətimə təqdim etdiyim bu elmi kitabda ilk
növbədə dünyanın elm və din vasitəsi ilə qavranması məsələsinə üs-
tünlük verməklə, insanı əxlaqa aparan yolun bu mövzulardan keçdi-
yini anlatmaqdır. Odur ki, burada öncə ibtidai dinlər haqqında qısa
tarixi biliklər araşdırılmışdır.
Sonrakı fəsildə isə Zərdüştilik dininin vəhy dinlərinin ən qədimi
olduğu tarixi mənbələr əsasında araşdırılmış, Zərdüştilik –
Atəşpərəstlik və onun kitabı olan “Avesta” haqqında araşdırmalar öz
əksini tapmışdır. Zərdüştiliyin Azərbaycan  məmləkətində zühr olun-
ması, onun təlimi, ayinləri, bayramları və ən nəhayət onun kitabı
“Avesta”nın çox-çox qədim dünya mənəvi-mədəniyyəti mənbəsi ol-
ması tarixi dəlillərlə sübuta yetirilmişdir.
Burada “Hinduizm” və “Çaynizm” haqqında da ayrı-ayrılıqda
təhlillər öz əksini tapmışdır.
Üçüncü fəsildə Uzaq Şərq və Cənub-Şərqi Asiyada eyni vaxtda,
yaxud bir-birinin ardınca çox da geniş coğrafiyanı əhatə etməyən
16
Əxlaqa aparan yol


dinlərdən “Buddizm və onun əsasları”, “Siqnizm”, “Lamaizm”,
“Daosizm”, “Konfutsiçilik” və “Kamilərə pərəstiş” adı altında
fəaliyyət göstərmiş lokal xarakterli dinlərin yaranması, əhatə dairəsi,
pərəstiş çərçivəsi, qəbul etdikləri allahların kimliyi tarixi mənbələr
əsasında araşdırmalar istiqaməti olmuşdur.
Dördüncü fəsildə Yəhudiliyin də səmavi din olduğu, onun Tür-
kün Tanrıçılığından da bəhrələndiyi, bir neçə peyğəmbərin zühr
etməsi və yəhudilərin İslamın ilk illərindən ona qarşı apardıqları
mübarizə qısa da olsa araşdırılmışdır. Ərəblərlə yəhudilərin eyni
kökdən pöhrələndikləri, münaqişələrin dini dünyagörüşdən çox ögey
qardaşların analarının, xüsusən də Sara xanımın tutduğu mövqe
əsasında düşmənçiliyə çevrildiyi də öz əksini tapmışdır. Elə bu
səbəbdəndir ki, müəllif hətta İslamın icazə verdiyi çox arvad almanı
kişilərə məsləhət görmür.
Kitabın beşinci fəsli Xristianlıq dini, onun əsasları, Azərbaycanda
xristianlığın qəbul edilməsi, Azərbaycanın xristian Alban dövləti,
xristian bayramları haqqında və sair öz əksini tapmışdır. Azərbay -
canda xristian dini haqqında biliklər yetərincə olduğundan, ona geniş
şərh verməyi müəllif vacib saymamışdır.
Müəllif altıncı fəsildə bütün insanlar üçün, xüsusən də
Azərbaycan insanları üçün vacib saydığı məsələləri – “Bu tarixi ha-
mılıqla bilməliyik” başlığı altında vermişdir. Burada İslamın
özünəqədərki din və peyğəmbərlər haqqında müfəssəl məlumatlar,
geniş tarixi araşdırmalar, təhlillər verilməklə bunların hamısının İslam
zirvəsinə aparılan Allah buyuruqları olduğu şərh edilir. Hz.Adəm
əleyhissalam haqqında, Hz.Nuh əleyhissalam haqqında, “Nuh tufanı”
haqqında”, “Nuhun gəmisi” haqqında və onun Azərbaycan torpa-
ğında  məskunlaşmaqla Azərbaycan torpaqlarının da müqəddəs tor-
paqlar olduğu bir daha oxuculara çatdırılmışdır. Daha sonra,
Hz.İbrahim əleyhissalam haqqında geniş məlumatlar şərh edilir və
Hz.Məhəmmədin də bu şəcərə ilə qohumluq əlaqəsi olduğu oxuculara
çatdırılır.
Və nəhayət, Hz.Məhəmməd əleyhissalam, İslamın Müqəddəs Ki-
17
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə