Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə6/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   2   3   4   5   6   7   8   9   ...   110

tabı Qurani-Kərim, İslamda Allahın birliyi, Peyğəmbəri Allahın
seçməsi, Allahın mələkləri və digər tarixi məlumatlar müxtəlif
mənbələrə istinad edilməklə araşdırılmış, müəllifin öz dərki ilə sadə
dildə qələmə alınmışdır.
Yeddinci fəsil on yeddi mövzu cəmindən ibarət olmaqla, İslam
tarixinin ayrı-ayrı zühr məqamlarına həsr edilməklə “İslam tarixindən
səhifələr” adlanır. Burada əsasən Hz.Məhəmmədə göndərilmiş
vəhylərdən, Qurani-Kərimdən, üsuliddindən, məsciddən, Həcc
ziyarətindən, meracdan, qiblədən, onun dəyişdirilməsindən, İslamın
əsas bayramlarından, ilk müsəlmanlardan, İslamın Azərbaycanda
qəbulu tarixindən, bizlərin İslama münasibətindən və s. məsələlərdən
yığcam olaraq söhbət açılır.
Yaşadığımız günlərdə insanlara çox vacib olan, unutduğumuz
nəinki İslam qaydaları – tələbləri, hətta ata-baba adət-ənənələri İslam
yolu ilə, “İslamın insandan tələbi” adı altında on altı mövzunu özündə
cəmləşdirmişdir. Burada İslamın cəmiyyət insanlarından, təbiətə
münasibətdən, imandan, ibadətdən, namazdan, zəkatdan, orucdan,
millətin özünə sevgisindən, müsəlman olmayan insanlara
münasibətdən doğan bütün məqamlar islami tələblər fonunda Qurani-
Kərimə əsaslanmaqla, ayrı-ayrı ayələrdən nümunələr göstərilməklə
ərsəyə gətirilmişdir.
XXI əsrin əvvəli də olsa, bəzi insanlar və dövlətlər islami qay-
daların, qanunların nə dərəcədə mütərəqqi olmasını, bütün qanunların
haqqa söykəndiyini, haqq nəzərə alınmaqla dövlətin hüquq
“sütun”unu yaratmağın vacib olduğunu anlamırlar, yaxud anlamaq
istəmirlər. Bu mənada kitabın doqquzuncu fəslində verilən mövzular
hər bir dövlət məmuru, hər bir siyasət adamı, hər bir doğru adamı,
hər bir millətini və dövlətini istəyən insanların maraq dairəsində ol-
malıdır.
Sırf insani keyfiyyətləri mərkəzə çəkən Qurani-Kərimdə vali-
deyn, dost, qohum, övlad, ər və arvad, qardaş, qonşu, müsəlman qa-
dını, onun həya və abırı və digər aktual mövzular kitabın onuncu
fəslində islami tələblər baxımından izah edilmişdir. Müasir insanın,
18
Əxlaqa aparan yol


cəmiyyətdə yaşadığı digər insanlarla hansı mövqedə dayanmalı ol-
ması, özünü necə aparmalı olduğu, qohum-qardaş  münasibətlərinin
necə olması, ailə üzvlərinin qarşılıqlı mövqeləri, valideyn-övlad
əlaqələri islami dəyərləri, islam tələbləri əsasında öz oxucusuna çat-
dırılır.
Hazırda, bütün dünyada İslam əxlaqı hamı tərəfindən çox yüksək
qiymətləndirilir və mövzunun İslamda daha yuxarıda dayandığı
birmənalı olaraq qəbul edilir. İslamın insan əxlaqına tələbi kitabın on
birinci fəslində on üç mövzu çərçivəsində ərsəyə gətirilmişdir. Burada
insanın fərdi xüsusiyyətləri, həyatda qazandıqları, ailə tərbiyəsi,
cəmiyyət tərbiyəsi, İslamın qoyduğu tələblər əsasında işlənmiş və in-
sanın əxlaqlı bir şəxs olması üçün  Qurani-Kərimin  ondan tələbi öz
əksini tapmışdır.
Bu dünyada nə qədər ki, insan var, insan cəmiyyəti var, deməli
mənfi meylli insanlar da var. İnsanın mənfi meyllərdən uzaq olması,
yaxud ondan uzaqlaşması digər insan və cəmiyyətlərdən də asılıdır.
Deməli, bütün dövrlərdə insanın islah olunmasına ehtiyac var.
Bunun üçün, dünya təcrübəsi göstərmişdir ki, insanın mənfi
meyllərindən olan başqasına rişxənd, həqarət, iftira, nifaq, fitnə-fəsad,
təkəbbür kimi meyllərdən uzaqlaşmaq üçün ən düzgün yol İslamın
bu sahədə insandan tələbidir. İslami tələblərə riayət edən hər bir şəxs
mənfi meyllərdən özünü uzaqlaşdıra bilər. Odur ki, Qurani-Kərimi
oxuyub, onu əxz etməklə insan öz doğru yolundan sapınmaz,
cəmiyyət üçün, ailəsi üçün, dövləti üçün və insanlıq üçün dəyərli bir
insan olaraq – dəyərli də həyat tərzi keçirmiş olar. Bütün bu mövzular
və onun islami izahı on ikinci fəsildə öz əksini tapmışdır.
İslamın çox ciddi münasibət bəslədiyi məsələlərdən biri də
həyatda haram buyurulan qida və maddələrdir. Qeyd edək ki, İslam
birinci növbədə insanın sağlamlığını hər vəchlə önə çəkəndir. Əgər,
hər hansı bir qida, bir maddə, bir maye insanın sağlamlığına, insanlar
arasında özünü pis aparmasına, Allahını, böyüyünü, dövlət qayda-qa-
nunlarını unutmasına səbəb ola bilirsə, İslam bunların hamısının
qəbulunu qadağan edir və haram sayır. Bütün bu məsələlər əsərin on
19
Ziyadxan NƏBİBƏYLİ


üçüncü fəslində öz əksini tapmışdır. Yaşadığımız dünyada spirtli
içkilər, müxtəlif növ nəşələr, qana yeridilən zərərli mayelər hazırda
müxtəlif dövlətlərdə baş verən cinayətlərin əsasını təşkil edir. Bunları
göz qabağına gətirdikdə İslamın bu sahədə insanlardan tələbi görün
nə qədər mühüm əhəmiyyət kəsb edəndir. 
Tarix xatirinə onu da deyək ki, çoxumuzun tanımadığı qeyri-
ənənəvi din də vardır ki, onlar da bu və ya digər dinlərdən
bəhrələnirlər, lakin mükəmməllik qazana bilmirlər. Bu mövzu əsərin
on dördüncü fəslində öz şərhini tapmışdır. Heç şübhəsiz, insan öz Ya-
radıcısı, öz Tanrısı, öz Allahı ilə birgə olanda daha kamildir, daha
cəmiyyətdə, ailədə bəyəniləndir. Allahla insanın rabitəsi dindən keçir.
İnsanların tapındıqları əsas dinlər olan səmavi dinlər bunu təlqin edir.
Aralarındakı bəzi fərqlərə baxmayaraq, onlar insanları xeyirxahlğa,
mərhəmətli olmağa, mənəvi dəyərləri qorumağa yardımçı olur. Bu
mənada bütün zamanlarda din ən qüdrətli əxlaq məktəbidir, əxlaqa
aparan yoldur, insanı, dünyanı dərk etmə məktəbidir. 
20
Əxlaqa aparan yol


I FƏSİL 
I FƏSİL 
Elm və din dünya qavramıdır
1. ƏXLAQA  APARAN YOL
1. ƏXLAQA  APARAN YOL
Ü
Ü
mumilikdə insan Uca Allahın şah əsəridir. Bu bir
həqiqətdir. Bunu da etiraf  etməliyik ki, insan hələ də
çox vaciblərdən xəbərsizdir. İnsan bu gün bildikləri
əsasında bu qənaətdədir. Ola bilər ki, Tanrı insandan da dəyərli nəyisə
yaradıb. Lakin, bizim əlimizdə hələ ki, belə dəlil-sübutumuz yoxdur
və bu mənada fikirlə şərik olmaqdan başqa yolumuz yoxdur.
Məlumdur ki, insan bütün canlıların ən alisi, ən şüurlusu və ən
kamilidir. İnsan nəinki dünyanı özünəməxsus dərk etməyə, eyni za-
manda qurub-yaratmağa, hətta Yer kürəsində nəyisə dəyişməyə belə
qadirdir. Bununla yanaşı dəyişikliyin hansısa yaxşı bir tərəfləri möv-
cudsa da, onun əks tərəfləri də olur. Yəni bu kamilliyin müəyyən bir
çərçivəsi var. O çərçivədən kənarı insan bilmir və belə bir qabiliyyəti
də yoxdur. Əgər, insan hər şeyə qadir olsa idi, Allaha da ehtiyac ol-
mazdı. Odur ki, insanın Allaha üz tutmasına, ondan imdad istəməsinə
həmişə ehtiyac olacaqdır.
İnsana verilən  qüdrət, ağıl, bacarıq elə İlahinin özündən verilib.
Bunu dərk edən insanlar öz yaradıcısı olan Allaha həmişə minnətdar
olmaqla yanaşı – Onunla təmasa can atır, Onun “ətəyindən” yapışır,
Onunla əlaqədə israrlı olur. Bu əlaqə, bu ünsiyyət qəlbən olmadıqda
və ya itirildikdə isə o, çox məqamlardan məhrum olur, harmonik in-
kişafdan geri qalır, mənəviyyat heçə enir, eybəcərləşir və sonda tam
özünüməhvə doğru yuvarlanmış olur. Bu mənada insan ancaq və
21
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə