Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə7/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   2   3   4   5   6   7   8   9   10   ...   110

ancaq öz yaradıcısı olan Allah ilə ünsiyyətdə gözəldir, kamildir,
cəmiyyətə lazımlıdır. Bütün bu deyilənlərin və bəzi deyilməyənlərin
rəhni dindir. 
Müasir insanlara bəllidir ki, Dünya inkişaf tarixinin bəzi
məqamlarında insanla Tanrı arasında, Allah arasında olan mənəvi
əlaqəni vurub  dağıtmağa çalışan insanlar, cəmiyyətlər, qurumlar, Al-
lahsızlıq toxumu səpən quruluşlar da yaratmışlar. Təbii ki, bu həmin
cəmiyyətlərin, quruluşların özlərinin süqutu ilə nəticələnmişdir.
Bunun bariz nümunəsi Dünyaya ağalıq iddiasında, Allahlıq  iddia-
sında olan Sovetlər İttifaqının süqutudur. Bu taleyi bu yazının müəllifi
də yaşamışdır. Yaxşı yadımdadır: “Konstitusiya” dərsində mən Alla-
hın mövcudluğunu deyəndə müəllimimin acığı tutmuş və mənə “pis
qiymət” verməsi ilə hədələmişdi. Bunu bilən ata nənəm Qaratel
xanım dözməmiş, müəllimə öz  etirazını bildirməklə demişdi – “Sizin
hökumətiniz oğurluqla, əyriliklə, haramçılıqla qurulub, onun axırı
yoxdur, o dağılmalıdr, Allah belə müsibətləri xoşlamır”. Qaratel
xanım  heç nədən çəkinmədən ömrünün axırına kimi orucundan, na-
mazından qalmadı. Amma, sonrakı illərdə də böyük ordusu, silahı,
atom bombası olan Sovet İttifaqının  dağılmasına adam inanmaq
istəmirdi. Lakin, həqiqətən Allahsızlıq Sovet hökumətini elə bir
mənəviyyatsız hala saldı ki, bu dövlət çökməli oldu. Azərbaycan da
ondan sonra öz müstəqilliyin elan etdi. Respublikamız bu tarixi
gerçəkliyə diqqətli olmalı, ölkənin mənəviyyatsızlığa yuvarlanmasına
imkan verməməlidir.
İnsanı kamilləşdirən, gözəlləşdirən, mənəviyyatlı edən Allahı ilə,
Tanrısı ilə daha güclüdür, daha qüdrətlidir. Bu mənada insan bu dün-
yada mövcud olduğu günlər, illər ərzində gələcək həyat üçün, o dün-
yası üçün əbədi xoşbəxtlik haqqı əldə etmiş olur. Bütün insanların
tapındıqları əsas dinlər bunu təlqin edir. Bu dinlərin arasındakı
fərqlərə baxmayaraq, onlar insanları xeyirxahlğa, mərhəmətli olmağa,
düzgün olmağa, mənəvi dəyərləri var gücü ilə qoruyub saxlamağa
səsləyir. Odur ki, din hər bir zamanda ən böyük, ən qüdrətli əxlaq
mənbəyidir.
Bu mənada dinə, dini-mənəvi dəyərlərə qovuşanlar sözün həqiqi
22
Əxlaqa aparan yol


mənasında mənəvi rahatlıq tapır, ondan ayrılmaq istəmir, hər cür
mənəviyyatsızlıqdan  uzaq olur və cəmiyyətin dəyərli insanına
çevrilirlər.
Yaranışı və mahiyyəti bizə məlum olan hər gün ayrı-ayrı dinlərə
etiqad edən müxtəlif insan övladları ilə qarşılaşırıq. Məsciddə
müsəlmanları ruki və səcdə edərək namaz qılanlar, kilsədə xristianları
xaç çəkərək dua edənlər, sinaqoqda yəhudiləri başlarını örtərək qədim
dillərində Allaha həmd-səna edənlər görürük. Xristianlar bazar gü-
nünü, yəhudilər şənbə gününü, müsəlmanlar isə cümə gününü
müqəddəs gün hesab edirlər. Bu,  dini etiqad  formalarının müxtəlif -
liyindən xəbər verir.
Biz bilməliyik ki, din – insanları hiss üzvləri ilə dərk edilən
dünya gerçəkliyi arxasındakı daha əhəmiyyətli gerçəkliklə bağlayan
bir yoldur. Öz növbəsində bu yol insanlara gözəl və gərəkli əxlaq sa-
hibi olmağı, yaxşılıq etməyi, pislikdən çəkinməyi öyrədən İlahi yol-
dur, Tanrı yoludur, Allah yoludur, Allahı, onun böyüklüyünü təlqin
edən yoldur. Allah yolu, Tanrı yolu müqəddəs yoldur, onun cığırları,
qolları çoxdur. Bunlardan bəziləri öz ifadəsini mütəşəkkil təsisatlar
daxilində tapır, onların öz müqəddəs kitabları, peyğəmbərləri, öz
ənənələri vardır. Digərləri isə dəqiq müəyyən edilmiş dini
mənsubiyyət göstəricilərinə malik olmasa da, öz duaları və ibadətləri
ilə seçilirlər. Biz bunların hamısına hörmətlə yanaşmalıyıq.
Digər tərəfdən din – insanın hiss üzvləri ilə qavranılmayan
gözəgörünməz gerçəkliyi tanıyıb-bilmək tələbatından irəli gələn bir
hadisədir. Din, həmin gerçəkliyi tanıyıb-bilmək yolu olduğu üçün
mövcudluğuna ehtiyac olmuşdur. Deyilənlərlə yanaşı insanın digər
bir çox ehtiyacları da din vasitəsi ilə ödənilə bilir.
İlk insan Adəm peyğəmbər qadağan olunmuş meyvədən
əbədiliyə qovuşmaq üçün yemiş və bağışlansa da, asiliyinin nəticəsi
olaraq cənnətdən qovulub Yer üzündə yaşamağa məhkum edilmişdir.
Deməli, insan əbədiliyə ehtiyac duyur.
Ağıllı, dərrakəli insan dünya həyatında hər bir şeyin ötəri-keçəri
olduğunu duyur. O. Dünyaya gəlir, yəni doğulur, böyüyür, yaşa dolur,
23
Ziyadxan NƏBİBƏYLİ


qocalır və ən nəhayət Dünya ilə vidalaşır. Diqqətlə yanaşsaq görərik
ki, əgər insan Dünya həyatı ilə hər şeyin bitdiyini düşünsə, ölüm qor-
xusu hər cür həyat sevincini onun əlindən almış olar, insanın əməlləri
mənasını itirmiş olar, yaşamaq çətinləşər, insan birgəyaşayışı
əhəmiyyətini itirər – mümkün olmaz, insan-insana düşmən kəsilər,
güclü zəifi əzər, məhv edər və heç bir ağrı hiss etməz. Burada din
kara gəlir və öyrədir ki, bu müvəqqəti dünya həyatından başqa, əbədi
axirət həyatı da mövcuddur, əbədi cənnət səadəti Yer üzündə yaxşı
əməllər sayəsində qazanılır. Yəni, din əbədiliyə inam tərbiyə etməklə
insanın bu dünyadakı həyatına gözəl məna verir, onu axirət həyatının
astanası kimi izah edir, başa salır. Daha doğrusu, hər iki aləm arasında
bir keçid, körpü salır, insanın nə məqsədlə xəlq edildiyini, xeyrin və
şərin mənasını açıqlayır və beləliklə insan birgəyaşayışını mümkün
edir, təmin edir.
Bununla yanaşı bəlli olduğu kimi, hər bir insan kamilliyə can at-
maqda israrlıdır. Lakin, ötəri dünyada kamilliyə qovuşmaq o qədər
də asan deyil, daha doğrusu mümkün deyildir. Məlumdur ki, bu dün-
yada hər hansı bir şey nə qədər gözəl olsa da, ondan yaxşısını da
təsəvvürə gətirmək mümkündür. Əsl kamillik nümunəsini isə din
göstərir, təlqin edir. Dini bilik və təcrübə kamil Allah sevgisinə, kamil
əzəli həqiqətə yol açır. Bu mənada insan həmişə gözə görünməyən
ruhani gerçəkliyə yaxınlıq axtarışında olur. İnsanın yerinə yetirdiyi
ayin və ibadətlər, oxuduğu və bildiyi dualar, kəsdiyi qurbanlar, ver-
diyi nəzirlər, etdiyi yaxşılıqlar yalnız özünü Allaha yaxınlaşdırmaq
məqsədi ilə edilirsə, o, mənən saflaşır, paklaşır, kamilləşir, gözəlləşir.
Həm də din dünyada sürətli dəyişikliklər, ciddi ekoloji problemlər,
təbiətdə müşahidə olunan kataklizmlər şəraitində də insana əminlik,
arxayınlıq, yəqinlik gətirən bir amildir. Yəni din, onun həyatına və
əməllərinə bir məna verir.  Deyilən mənada da din bütün söylənilən
tələbatlara da cavab verdiyi üçün mövcuddur və olacaqdır, onu heç
bir qanun, heç bir konstitusiya əvəz edə bilməz. İnsan mövcudluğun-
dan bu yola çox əl atsa da, axır-əvvəl onun mənasız olduğunu dərk
edərək, dinə qayıtmışdır. Dində, xüsusən də İslamda onun
24
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə