Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə8/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   4   5   6   7   8   9   10   11   ...   110

əsaslarından biri də imandır.  İman  dinin söylədiklərinin qəbul olun-
ması və bunlara etiqad edilməsi deməkdir. İman insana o vaxt gəlir
ki, o, əvvəlcə dinin müqəddəs kitabında deyilənləri öz qəlbi ilə təsdiq
etsin, onlara etiqad etsin, qəlbində qəbul etdiklərini dilində iqrar etsin.
Yəni şəhadət sözlərini deməklə iman gətirdiyini qəlbən bildirsin,
sonra isə etiqad etdiyi və dili ilə iqrar etdiyi şeyi əməllərində həyata
keçirsin, dinin tələblərinə riayət etsin. Deyilənlərdən hər hansı biri
şübhə altındadırsa, iman kamil hesab edilməz.
Təbii ki, imanın bəhrələndiyi mənbə İlahi vəhydir, onun
göndərdiyi müqəddəs kitabdır. İslamın  “Quran”, Yəhudiliyin “Töv-
rat”,  xristianlığın “İncil” müqəddəs kitabları səmavi kitablar olub,
Allah tərəfindən nazil edilmişdir. 
İnsan birmənalı olaraq  bilməlidir ki, o yarandığı vaxtdan din də
mövcud olmuşdur. Allah-Təala yaratdığı insana verdiyi şüur
səviyyəsində də ona dini-mənəvi dəyərlər bəxş etmişdir, onun düz
yolda olmasını istəmişdir. Azərbaycan türkləri, Azərbaycan torpağı
bir çox dinlərlə yaşamış, ona tapınmış, Allaha və onun dininə həmişə
böyük qəlblə səcdə etmişdir.
Tarixin müxtəlif dönəmlərində Azərbaycanda Tanrıçılıq,
Zərdüştlük – Atəşpərəstlik (Zəngəzurda Yer üzünə nazil olmuşdur),
yəhudilik – Tövratçılıq, Xristianlıq – İncillik, İslamçılıq  - Qurançılıq
dini-mənəvi dəyərləri yaşanmış, burada səmavi kitabların hər bir
kəlməsi müqəddəs sayılmış, ona səcdə edilmişdir.
Bütün dinlərlə elm arasında yaxınlıq bu və ya digər tərzdə möv-
cud olmuş və mövcuddur. Sadəcə insanın şüur səviyyəsi həmişə elə
səviyyədə olmamışdır ki, bu sətiraltı məqamı özü üçün, cəmiyyət
üçün, insanlar üçün əxz edib – açıqlaya bilsin. Bunun ən bariz
nümunsəi XVII əsrdə - müasir elm Qərbdə inkişaf etməyə başlayanda
bəzilərinin dini qeyri-elmi şüur kimi qəbul etməsidir. Qərb elmi
özünü xalis materiya ilə, dini isə başdan-ayağa ruh ilə bağlamaqda
qəbahətlidirlər. Hazırda Allah-Təalanın insanlara ünvanladığı  dini
məfhum öz apogeyindədir. Tanrı dini bəzi insanların başa düşdükləri
kimi bizlərə göndərməmişdir. O, sadəcə bizlərə mərhələ-mərhələ,
25
Ziyadxan NƏBİBƏYLİ


biraz-biraz vermişdir. Allah gözündə din birdir – vahiddir, tamdır, bü-
tövdür. Hazırda Qərbdə, ABŞ-da, Rusiyada İslamın inkişafı sürətlidir.
Dövlət məmurları, siyasətçilər bu işə nə qədər xəbisliklə yanaşsalar
da, İslamın qarşısını ala bilmirlər. İnsanlar islamın aliliyinə,
elmliliyinə, yüksək mənəviyyat bəxş etməsinə tam varlıqları ilə ina-
nır, düz yola, Allah yoluna, Tanrı yoluna qayıtmaq əzmindədirlər.
Bunun bariz nümunəsini  Kiyev şəhərinə dəvət edildikdə də bir daha
şahidi oldum. Kiyevin müəyyən dairələrinin dəvəti ilə orada olanda
məni məscidə də dəvət etmişdilər.
Məsciddə sarı saçlı, sarı bənizli qadınların çoxluğu əlbəttə mənə
çox xoş oldu. Özüm də maraqlandım. Məscidin axundu əslən misirli
idi və bütün Ukrayna üzrə olan məscidlər ona tabe idi. O, qeyd etdi
ki, Kiyevdə artıq bir çox xristian dininə tapınmış qadınlar İslami
dəyərlərə daha çox hörmətlə yanaşırlar və burada gördüyünüz qadın-
ların həyat yoldaşları əsasən Azərbaycandan, Türkiyədən və Ərəb
ölkələrindəndir, özləri də islamı qəbul etmişlər. Səbəbi sadədir – bu
kişilər daha çox  ailəcanlıdırlar, içkiyə qurşanmayıblar, ən başlıcası
isə islami dəyərlərə çox məftundurlar, onların qadınları da bu izdi-
vacdan daha çox məmnundurlar.
Qərbdə kainatın gözə görünən fiziki reallığı müstəqil bir aləm,
böyük bir maşın – mexanizm kimi nəzərdən keçirilir və hesab olu-
nurdu ki, bu maşını hissələrə bölmək, dərk etmək və insanların
istədiyi kimi istifadə etmək olar. Yəni nəyi görürüksə, elə olanda odur.
Ruhun varlığı yaratmasına, ona nüfuz və ya müdaxilə etməsinə inam
yaxına buraxılmırdı. Hesab edirdilər ki, ruh duyulmur, onu elmi qay-
dalarla təsdiq etmək mümkünsüzdür. Sonralar isə bu insanlar başa
düşdülər ki, din ilə elmi bu cür sərtliklə qarşı-qarşıya qoymaq, bir
çox məqamları dərk etməməklə əlaqəlidir. Əgər, elm dünya haqqında
sübuta yetirilmiş, əsaslandırılmış, mötəbər bilik sistemidirsə, elmi
biliklər xüsusi nəzəri və təcrübi tədqiqat vasitələrinin işlənib hazır-
lanması mərhələlərində təşəkkül tapırsa, dinin vəzifəsi insan
həyatının mənasını açıb göstərmək, təbiətin və cəmiyyətin varlığını
müəyyən etməkdən ibarətdir. Yəni, din insan həyatının ən mühüm
təzahürlərini – ailədə və məişətdə davranış qaydalarını, əxlaq norma-
26
Əxlaqa aparan yol


larını, təbiətə, cəmiyyətə, dövlətə münasibəti müəyyən edir və dinin
həqiqətləri insanı, onun həyatını dəyişdirmək qüdrətindədir.
İnsan üçün din – öz dünyagörüşünü müqəddəs kitabının
mətnlərində, ayin və ibadətlərində verir, xüsusi şüur forması kimi din,
iman, etiqad və bilik mexanizmlərinə  əsaslanır.
Onu da qeyd etməliyik ki, həyatın ayrı-ayrı təzahürləri insanı
həmişə düşündürür və insan qarşıya çıxan məchullara cavab tapmaq
üçün Tanrıya, onun müqəddəs göndərişlərinə müraciət edir. Elə ki,
insan müqəddəs kitabların mətnləri üzərində dərindən düşünür -
həqiqət ona aydınlaşır, vəhyin həqiqətlərini dərk edir, başa düşür ki,
mövcud  olan hər şeyin səbəbi vardır ki, bu da Allahdır. Bunu dini və
elmi əsaslarla dərk edən insan Allaha tapınır, ona iman gətirir. Allaha
iman insan həyatının bütün məlumlarını hər şeydən yaxşı izah edir.
Bu hikmət insana bədahətən gəlir və onu hisslərlə, yaxud elmi
vasitələrlə yoxlamaq bu gün mümkün deyildir, dini məlumlar ən çox
intuitiv hisslər yolu ilə, bəsirət gözü ilə reallaşaraq insanlara çatdırı-
lır.
Din üçün möcüzələr səciyyəvi haldır. Əslində din Allaha itaətdir,
insanın Allaha fövqəltəbii təmasıdır. Dində insanlar gözə görünməyən
qüvvəyə müraciət etdiklərindən burada məcazi ifadə və rəmzlər geniş
vüsatlıdır. Bu mənada dinin möcüzələri də hərfi mənada deyil, məcazi
mənada dərk edilməlidir.
Dində peyğəmbər insanlarla adi dildə danışanda onu o qədər də
başa düşmürlər, bəzən rədd edirlər, dəli hesab edirlər, məsxərəyə qo-
yurlar. Əslində isə insanın canındakı fitri din, Allahın böyüklüyünə
iman Onun göndərdiyi peyğəmbərin də adi insanlardan fərqlənməli
olmasına etiqad doğurur. Bu baxımdan həqiqətən də peyğəmbərlər
obrazlarla danışır, möcüzə göstərməli olurlar. Peyğəmbərin
möcüzələri elə olmalıdır ki, adi şüurun bu sahədə alışmış olduğu
təsəvvürü alt-üst etsin, insanları mat-məəttəl qoysun.
Möcüzələr insanları mücərrəd təfəkkürə alışdırmaqdan əlavə,
mühüm ictimai məqsədlərə xidmət edir. Yaradılış önündə təəccüb
hissi yaradır, ümumi əxlaq qaydaları yaratmağa yardımçı olur.
27
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə