Project3 Layout 1


dini müxtəlif cür izah etmək



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə9/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   5   6   7   8   9   10   11   12   ...   110

Ayrı-ayrı insanlar dini müxtəlif cür izah etmək vərdişlərinə də
malikdirlər. Müasir insan bilir ki, Göyləri və Yeri, insanı yaradan
ancaq Allahdır və o yeganədir, təkdir. Qeyd etdiyimiz kimi, Allaha
doğru aparan yol da birdir. İnsan bu yolda Allahı tanıyır, əməlləri,
davranışı və əxlaqı ilə Ona bu və ya digər tərzdə yaxınlıq əldə etmiş
olur. Amma, bu yola gətirib  çıxaran qollar ayrı-ayrı ola bilər. Hazırkı
dünyada bir-birindən fərqli dinlərin olması da bu müxtəlifliyin
göstəricisidir. Hər bir dinin özünün içində də onun ənənələri müxtəlif
cür izah edilir. Yəni bir dinin nümayəndələri ona ayrı-ayrı
mövqelərdən yanaşırlar. Əksər hallarda bir dində mötədil, təməlçi,
yenilikçi, islahatçı, bidətçi və mistik cərəyanları fərqləndirmək zo-
rundayıq.
Mötədil cərəyanın nümayəndələri orta mövqe tutmaqla, dində
formalaşmış, bərqərar olmuş ənənələri qoruyub saxlamağa üstünlük
verir.
Təməlçilər dinə müasir təsirləri rədd edir, diqqəti dinin özəyi
hesab etdikləri məqamları dirçəltməyə çalışırlar. Təməlçilər öz
dinlərinin müstəsnalığı mövqeyindən çıxış edir, başqa dinlərə dözüm-
süzlük göstərir, dünyəviləşməni qəbul etmək istəmirlər. Onlar özlərini
dinin əsl təmsilçiləri sayır, başqa cərəyanların nümayəndələrini
bidətçi hesab edirlər.
Yenilikçilər dini sərbəst, müasir ruhda izah edir, onun dövrün
tələbləri ilə bir araya sığmayan hökmlərinə məcazi mənalar verirlər.
İslahatçılar dində islahat aparmaqla, nədənsə imtina etməklə,
nəyisə yeni dövrə uyğun ruhda izah etməklə onu hər zaman çevik,
mütəhərrik, təsirli saxlamaq istəyənlərdir.
Bidətçilər dinə dindən olmayan yenilik gətirmək istəyənlərdir.
Dini dözümsüzlük çox vaxt bir firqənin özünü həqiqi, saf din
tərəfdarları hesab edib, başqalarını bidətçilikdə ittiham etməsi ilə
fərqlənirlər.
Mistiklərin ruhani təcrübəsində zahidlik, tərki-dünyalıq meylləri
çox olsa da, onlar da mötədil, təməlçi, yenilikçi, islahatşı və bidətçi
mövqelərindən də çıxış edə bilirlər.
28
Əxlaqa aparan yol


Tarixi gedişat dindən istifadəni, əlbəttə yaxşı mənada yox
edənlərlə də təzahürlüdür. Bildiyimiz kimi, dinlər həm də çox böyük
insan qruplarını birləşdirən bir amildir. Buraya qoşulan insanlar Al-
laha yaxınlıq yollarını axtarır, bunları daha yaxşı bilən, rəhbərlik
etməyi bacaran, dinin ehkamlarını açıqlamaq xüsusiyyətlərinə malik
olan insanlar ətrafında toplaşırlar. Bu dini rəhbərlərin sosial-siyasi
baxışlarından, psixoloji durumundan asılı olaraq, dini təlimlər təhrif
olunmuş şəkildə şərh edilə bilər, qadını əsarətdə saxlamaq, dini
təfriqə salmaq, terrorizm və ekstremizm təbliğ etmək (ermənilər
kimi) məqsədi ilə sui-istifadə oluna bilər. Bunun sayəsində
hakimiyyət  hərisliyini, başqa din inanclılarını və xalqları incitmək,
torpaqlarını, mal-dövlətlərini əlindən almaq məqsədlərini ortaya qoy-
maq məqsədi güdülə bilər və güdülür.
Belə olan halda da bu imkan heç kəsə dini pisləməyə əsas vermir.
Əslində din ondan sui-istifadə etmək istəyənlərin cəhdlərindən,
əməllərindən uzaqdır. Din dediyimiz kimi insanın daxili  aləmi ilə
bağlı məsələdir. Odur ki, bu aləmi təmiz, saf, pak saxlamaq gərəkdir.
Bunun əsasını isə Allahla, Tanrı ilə insan arasında əsl sevgiyə
söykənən bir əlaqə yaratmaqla nail olmaq olar.
Din insanla eyni məqamda öz təzahürünü tapmışdır. Bizə
bəlli olan istənilən insan cəmiyyətini götürsək, görərik ki, onun dini
olmuşdur. Ən ibtidai insanların belə ölənləri dəfn etmək üçün xüsusi
yerləri mövcud olmuşdur. Halbuki insandan başqa heç bir məxluq öz
ölənlərini dəfn etmirlər. Bu mənada neandertal  adamlarının qəbir -
lərinin tapılması onların da dinlərinin olduğuna bir sübutdur.
Dinin mənşəyi haqqında əsas iki nöqteyi-nəzər məlumdur. Bi-
rinci nöqteyi-nəzərə görə, din ilahi təbiətə malikdir, insan yaradıldığı
vaxtdan onun dini olmuşdur və bütün mədəniyyətlər gözəgö -
rünməz gerçəkliyin varlığını qəbul etmişlər. Digər nöqteyi-nəzərə
görə, maddi aləmdən başqa gerçəklik yoxdur, dini insanlar “ix-
tira” etmişlər. İlk əvvəl “ibtidai dinlər” təşəkkül tapmış, sonra isə
dini təsəvvürlərin təkamülü nəticəsində mütəşəkkil təkallahlılıq
dinləri yaranmışdır. Axır vaxtlar isə alimlər dinin əvvəldən
29
Ziyadxan NƏBİBƏYLİ


təkallahlılıq xarakteri daşıdığını sübuta yetirməyə can atırlar. Onlara
görə, bütün ibtidai cəmiyyətlərdə, müxtəlif şəkillərdə təsəvvür edilsə
də, Bir Ulu Tanrı ideyası mövcud olmuşdur.
Tarixən bütün insan cəmiyyətləri mövcudluğu dövründə bir çox
dinlərlə tanış olmuş, həm təkallahlılğı və həm də çoxallahlılğı öz ta-
rixi təcrübəsindən keçirmişdir. Təkallahlılıqda insan bir Allaha etiqad
edir, Onun bir olduğunu qəbul edir. Çoxallahlılıqda bir neçə məbuda
sitayiş edilir.
Tarixdə insanlar, eləcə də Azərbaycanlılar müxtəlif təbiət
hadisələrinə - Günəşə, Aya, ildırıma, ayrı-ayrı bütlərə sitayiş etmişlər.
Ərəb dünyası İslamdan əvvəl çoxallahlı idi. Hətta, Kəbədə 360 büt
var idi. Hər kəs öz bütünə sitayiş edirdi. 
2. İBTİDAİ DİNLƏR HAQQINDA
2. İBTİDAİ DİNLƏR HAQQINDA
NƏ BİLİRİK?!
NƏ BİLİRİK?!
İbtidai dinlərdən ən çox yayılanlardan və uzun “ömürlü” olan-
lardan biri “bütpərəstlik”dir. İbtidai dövrlərdə Yaxın Şərqdə, Hin-
distanda, Ərəb vilayətlərində  dinin bütpərəstlik forması Allaha
ibadətdə kimisə və ya nəyisə Tanrıya şərik qoşmaq kimi başa düşülür.
Bütpərəslikdə Allahla yanaşı pərəstiş edilən əşyanı büt adlandırırlar.
Bütpərəstlik özünü müxtəlif formalarda təzahür etdirmişdir. Zama-
nımızda animizm, totemizm, fetişizm, şamanlıq, sabitlik, fironi-
lik, atəşpərəstlik və bir sıra digər mövcud olmuş başqa dinlər
bütpərəstlik kimi səciyyələndirilən dinlərdəndir. Bunları bir-birindən
fərqləndirən amilləri dərk etmək üçün, onların hər birinə ayrı-ayrı-
lıqda baxaq.
a) Animizm – söz olaraq ruh mənasını özündə təcəssüm etdirən
latın sözü “anima”dan formalaşan bir kəlmədir. 
Animizm – ruhların mövcudluğuna, heyvanların, bitkilərin, can-
sız cisimlərin, təbiət qüvvələrinin – Günəşin, Ayın, ildırımın,
şimşəyin ruhu və ağlı olduğuna, onların fövqəltəbii qüvvəyə malik
olduğuna, etiqad edilməsinə deyilir. Onlara görə dağın da ruhu vardır,
30
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə