Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 16// level= 1// sumtest=40 // name= Məktəbə daxil olanadək uşağın psixi inkişafı. Çağalıq, körpəlik, və məktəbəqədər dövrünün psixoloji xüsusiyyətləri //



Yüklə 0,85 Mb.
səhifə15/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

##num= 16// level= 1// sumtest=40 // name= Məktəbə daxil olanadək uşağın psixi inkişafı. Çağalıq, körpəlik, və məktəbəqədər dövrünün psixoloji xüsusiyyətləri //


1. Uşağın müstəqilliyə can atması hansı yaşda özünü büruzə verir?

A) 8 yaşda

B) 12 yaşda

C) 3 yaşda

D) 6 yaşda

E) 1 yaşda

2. Aşağıdakı fikirlərdən hansı yanlışdır?

A) uşağın sosial mühitdəki həyatı və münasibətləri ilə əlaqədar olan tələbatlar sosial mənşəli tələbatlar adlanırlar.

B) uşaq şəxsiyyətinin istiqamətinin müəyyənləşməsində əxlaqi təsəvvürlərin mənimsənilməsinin mühüm əhəmiyyəti vardır.

C) məktəbəqədər yaşlı uşaqların psixososial inkişafında stolüstü oyunların rolu ön plana çəkilə bilər.

D) ana dilinin və onun komponentlərinin sistematik olaraq mənimsənilməsi kiçik məktəb yaşı dövrünə təsadüf edir.

E) biliklərin mənimsənilməsinə tələbatın formalaşması uşağın təlim motivlərinin inkişafına əsaslı təsir göstərir.

3. Psixososial inkişaf prosesində fərdi fərqlərin ilkin rüşeymləri hansı yaş dövrünə təsadüf edir?

A) məktəbəqədər

B) körpəlik

C) çağalıq

D) kiçik məktəb yaşı

E) orta məktəbəqədər yaş

4. Körpəlik dövründə təfəkkürün növlərindən hansı ön planda durur?

A) məntiqi təfəkkür

B) sözlü - məntiqi təfəkkür

C) mücərrəd təfəkkür

D) əyani - əməli təfəkkür

E) obrazlı təfəkkür

5. Altı yaşlıların yuxarı siniflərdən fərqli olaraq diqqəti cəlb edən hansı xüsusiyyəti mövcuddur?

A) tənbəllik

B) küsəyənlik

C) hərəkilik

D) yüksək tənqidçilik

E) qorxaqlıq

6. Körpəlik dövründə uşağın emosional həyatında hansı özünəməxsus sosial hissin təzahürü müşahidə olunur?

A) eqosentrik empatiya hissi

B) rəğbət hissi

C) qısqanclıq hissi

D) başqasının halına acımaq hissi

E) eqoistik hiss

7. Çağalıq dövrünün ilk şərtsiz refleksləri hansılardır?

A) əmmə, müdafiə, bələdləşmə, tutma

B) yerimə, müdafiə, bələdləşmə

C) müdafiə, tutma, bələdləşmə, qaçma

D) bələdləşmə, tutma, iməkləmə, danışma

E) bələdləşmə, əmmə, tutma, yerimə

8. Məktəbəqədər yaşlı uşaqlarda təfəkkür hansı səviyyədə cərəyan edir?

A) mücərrədləşdirmə səviyyəsində

B) məntiqi idrak səviyyəsində

C) hissi idrak səviyyəsində

D) konkretləşdirmə səviyyəsində

E) təhlil və tərkib səviyyəsində

9. Görkəmli psixoloq L. S. Vıqotskinin yanaşmasına görə, məktəbəqədər yaş dövrünün sonunda psixi funksiyalar bilavasitə və ixtiyari xarakter daşımağa doğru istiqamətlənirlər. Yaranmış bu yeni inkişaf şəraiti hansı amilin təsiri ilə şərtlənir?

A) ali psixi funksiyaların təşəkkülü

B) əyani - əməli işlərin nitqin bilavasitə iştirakı ilə müşayiət olunması

C) ixtiyari diqqətin inkişafı

D) tanıma və yaddasaxlamanın aktiv xarakter daşıması

E) idrak maraqlarının və biliksevərliyin inkişafı

10. Sadalanlardan hansılar çağalıq dövrünün ilk şərtsiz refleksləri sayılır? Uyğun olanını seçin:

1 - əmmə

2 - yerimə

3 - müdafiə

4 - iməkləmə

5 - bələdləşmə

6 - danışma

7 - tutma

8 - əl - qol hərəkəti

A) 3, 5, 6, 7

B) 2, 4, 6, 8

C) 1, 3, 5, 7

D) 1, 3, 4, 8

E) 5, 6, 7, 8

11. Sosial emosiyaların ilkin təzahürü hansı yaş dövrünə təsadüf edir? Uyğun olanını seçin:

1 – məktəbəqədər dövrün sonuna

2 – körpəlik dövrünün sonuna

3 – körpəlik dövrünün ilk ilinə

4 – məktəbəqədər dövrün ilk ilinə

5 – çağalıq dövrünün ikinci yarısına

6 – kiçik məktəb yaşı dövrünün ilk ilinə

A) yalnız 5

B) 2

C) 1 və 6

D) 4

E) 5 və 3

12. Uşaqlarda əl və gözün işinin koordinasiyası nə vaxt təzahür edir? Uyğun olanını seçin:

1 – körpəlik dövrünün ikinci yarısı

2 – uşaq həyatının 4 - 5 - ci ayları

3 – uşaq həyatının 10 - 11 - ci ayları

4 – üçüncü yaşda

5 – məktəbəqədər yaşın birinci ilində

6 – çağalıq dövrünün 7 – 8 – ci ayları

A) 2

B) 1 və 5

C) yalnız 3

D) yalnız 6

E) 4

13. Körpəlik dövründə uşağın əqli inkişafında hansı mühüm dəyişiklik baş verir? Uyğun olanını seçin:

1 - təfəkkürlə nitq arasında funksional əlaqənin yaranması

2 - uşağın sensor təcrübəsinin formalaşması

3 - diqqət və hafizənin inkişafı

4 - əyani - əməli təfəkkürün inkişafı

5 - duyğuların funksional baxımdan təkmilləşməsi

6 - əşyavi işlərin nitqlə funksional əlaqəsinin formalaşması

A) 1, 4, 6

B) 2, 3, 5

C) 3, 4, 6

D) 1, 2, 5

E) 2, 4, 6

14. Erkən yaşlarda hansı psixoloji amil nitqin inkişafına əsaslı təsir göstərir? Uyğun olanını seçin:

1 - yaşlı ilə həyata keçirilən şəxsi – işgüzar ünsiyyət

2 - idrak maraqları və biliksevərlik

3 - uşağın yaşıdları ilə ünsiyyəti

4 - praktik ünsiyyət şəraitində ana dilinin mənimsənilməsi

5 - lüğət ehtiyatının genişlənməsi

6 - əşyavi işlər

A) 4, 5, 6

B) 2, 4, 6

C) 1, 5

D) 1, 4

E) 3, 5, 6

15. Çağalıq dövründə uşağın psixososial inkişafında mühüm rol oynayan amillərin ardıcıllığını müəyyən edin:

1 - şərti reflektor fəaliyyətin təşəkkülü və hərəkət sferasının inkişafı

2 - yaşlı ilə bilavasitə həyata keçirilən emosional ünsiyyət

3 - tanıma prosesinin inkişafı

4 - yaşlı ilə şəxsi – emosional ünsiyyət

5 - canlanma kompleksi

6 - analizatorların inkişafı və uşağın ətraf aləmə bələdləşmə imkanlarının

genişlənməsi

7 - yaşlı ilə şəxsi – işgüzar ünsiyyət

A) 2, 4, 7

B) 1, 5, 6

C) 3, 5, 7

D) 4, 5, 6

E) 5, 4, 3

16. Erkən yaşlardan başlayaraq nitqin funksiyalarının mənimsənilməsinin ardıcıllığını müəyyən edin:

1 – kommunikativ funksiya

2 – nitqin qabaqlayıcı funksiyası

3 – nitqin idarəedici funksiyası

4 – Nitqin planlaşdırma funksiyası

5 – Nitqin müşaiyətedici funksiyası

A) 3, 4, 2, 5, 1

B) 2, 4, 3, 1, 5

C) 1, 5, 2, 4, 3

D) 4, 3, 1, 2, 5

E) 5, 1, 3, 4, 2

17. Körpəlik dövründə davranışın sabit təzahürlərinin müəyyənləşməsində mühüm rol oynayan amillərin ardıcıllığını müəyyən edin:

1 - nitqin inkişafı

2 - sosial əhatə

3 - əşyavi fəaliyyət

4 - müstəqilliyə meyl

5 - yaşlı - uşaq münasibətləri

6 - uşaq - uşaq münasibətləri

A) 2, 5

B) 1, 6, 5

C) 3, 6

D) 2, 6, 4

E) 2 və 4

18. Çağalıq dövrünə xas olan ilk şərtsiz reflekslərin ardıcıllığını müəyyən edin:

1 – görmə refleksi

2 – müdafiə refleksi

3 – əmmə refleksi

4 – tutma refleksi

5 – bələdləşmə refleksi

6 – qorxu refleksi

A) 4, 3, 2, 6

B) 2, 6, 4, 1

C) 3, 2, 5, 4

D) 3, 4, 1, 2

E) 1, 2, 3, 6

19. Körpəlik dövründə uşağın psixososial inkişafını xarakterizə edən əsas nailiyyətlərin ardıcıllığını müəyyən edin:

1 - uşaq özünün inkişafının yeni sosial situasiyasına daxil olur

2 - uşaq ana dilini mənimsəyir və nitqi inkişaf edir

3 - uşağın boyu artır

4 - şərti reflekslər inkişaf edir

5 - uşağın əşyavi fəaliyyəti formalaşır

6 - uşaq böyüklərə məxsus qida rejiminə keçir

A) 1, 2, 5

B) 2, 4, 6

C) 1 və 4

D) 2, 4

E) 3, 4, 5, 6

20. Altı yaşlılarla təlimin mühüm şərtləri hansılardır? Uyğun olanını seçin:

1 - uşaqların özlərini sinifdə tələb olunan qaydada aparılmalıdır.

2 - mənimsənilən materialın keyfiyyət xüsusuiyyətlərinin nəzərə alınması

3 - təlim - oyun fəaliyətinin təşkili

4 - müəllim - uşaq münasibətlərinin düzgün qurulması

5 - mənumsəmə səviyyəsinin artırılması

A) 2, 4

B) 1, 2

C) 3, 4

D) 2, 5

E) 1, 5

21. Aşağıda irəli sürülən fikirlərin mahiyyət baxımından uyğun olanını seçin:

1 - uşağın məktəb təliminə psixoloji hazırlığı - məktəbəqədər yaş dövründə psixi

inkişafın ən mühüm nəticəsi kimi xarakterizə oluna bilər.

2 - davranış müstəqilliyinə meyl kiçik yaşlı məktəbliyə xas olan xüsusiyyətdir.

3 - kiçik məktəblinin hərtərəfli intellektual inkişafında oyun fəaliyyətinin, xüsusilə

didaktik oyunların mühüm əhəmiyyəti vardır.

4 - nitq inkişafının hazırlıq mərhələsi və nitq ünsiyyətinin təşəkkülü körpəlik

dövrünün ikinci yarısına təsadüf edir.

5 - əşyavi fəaliyyət əyani - obrazlı təfəkkürün inkişafına əsaslı təsir göstərir.

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 3

E) 2, 3, 5

22. Altı yaşlı uşağın təlimə hazırlığını tələb edən uyğun xüsusiyyətləri seçin:

1 - fikrini sərbəst ifadə edə bilir.

2 - beynin çəkisi artır.

3 - əşyaları müqayisə edə bilir.

4 - nitqi inkişaf edir.

5 - beyinin böyük yarımkürələri həcm və çəkicə artır.

6 - əzələ və bağlar möhkəmlənir.

7 - əşyaların oxşar və fərqli cəhətlərini bilir.

A) 6, 5, 2, 1, 3, 7, 4, 5

B) 1, 2, 3, 4, 5, 6, 7

C) 2, 5, 6, 1, 3, 4, 7

D) 7, 6, 5, 4, 3, 2, 1

E) 4, 3, 2, 1, 5, 6, 7

23. Altı yaşlı uşaqların təliminə verilən psixoloji tələblər hansılardır? Uyğun olanını seçin:

1 - uşaqları həddindən artıq təlim informasiyaları ilə yükləmək onların inkişafına mənfi təsir göstərir.

2 - təlim fəaliyyətinin başlanğıcında uşaqların təlimə alışması üçün münasib psixoloji iqlim yaradılmalıdır.

3 - uşaqların qarşısında düzgün və aydın təlim - təcrübə məqsədi qoyulmalıdır.

4 - müəllim uşağa xüsusi qayğı göstərməlidir.

5 - təlim işinə ciddi tələbkarlıqla yanaşmalıdır.

A) 1, 3

B) 2, 4

C) 1, 4

D) 3, 5

E) 2, 3

24. Məktəbə daxil olarkən uşağın qarşısına çıxan ilk çətinliklər hansılardır? Uyğun olanını seçin:

1 - uşağin məktəb rejiminə alışmasından çıxan çətinliklər

2 - uşağın özünə qarşı inamsızlığından döğan çətinliklər

3 - məktəbdə yoldaşları və müəllimlərlə münasibətdə baş verən çətinliklər

4 - uşağın yeni fəaliyyət tipi ilə rastlaşmasından döğan çətinliklər

5 - uşağın təlim fəaliyyətində baş verən çətinliklər

A) 1, 2, 3

B) 3, 4, 5

C) 1, 3, 5

D) 3, 4, 5

E) 2, 3, 4

25. Məktəbəqədər yaş dövründə uşağın inkişafının sosial situasiyasının mahiy - yətini nə təşkil edir? Uyğun olanını seçin:

1 - sosial təcrübənin mənimsənilməsi

2 - fəaliyyət sferasının mürəkkəbləşməsi

3 - tələbat - motivasiya sferasının inkişafı

4 - uşağın ətraf gerçəklik haqqında təsəvvürlərinin genişlənməsi

5 - yaşıdları və yaşlılarla münasibətlərinin əsaslı dəyişikliklərə uğraması

6 - idrak proseslərinin inkiafı

A) 3, 5, 6

B) 2, 4, 6

C) 1, 3, 5

D) 2, 3, 4

E) 1, 4, 6

26. Məktəbəqədər yaş dövrünün sonunda uşağın psixososial inkişafının istiqamətlərini xarakterizə edən uyğun əlamətləri seçin:

1 – məktəb təliminə psixoloji hazırlıq

2 – məktəbə getmək arzusunun olması

3 – idrak proseslərinin inkişafı

4 – uşağın boy və çəki artımının normal olması

5 – ana dilinin mənimsənilməsi və nitq fəaliyyətinin formalaşması

6 – hərəkət sferasının inkişafı

7 – ətraf aləm haqqında təsəvvürlərin olması

8 – psixi fəaliyyətinin ixtiyariliyinin formalaşması

9 – uşağın fəaliyyət sferasının formalaşması

10 –motivasiya – tələbat sferasının inkişafı

A) 4, 5, 1, 7, 6, 9

B) 2, 4, 6, 7, 5, 3

C) 5, 4, 2, 6, 10, 7

D) 1, 3, 5, 8, 9, 10

E) 6, 4, 3, 7, 8, 2

27. Uşaqlara məxsus olan yüksək emosionallığı şərtləndirən əsas amillərin ardıcıllığını müəyyən edin:

1 – uşaqların oynamaları üçün əlverişli şəraitin olmaması

2 – ali sinir fəaliyyətinin xüsusiyyətləri

3 – uşağın yaşıdları ilə ünsiyyətinin məhdud olması

4 – ailədaxili münasibətlərin qeyri – normal və münaqişəli olması

5 – yaşlılarla şəxsi – emosional və şəxsi işgüzar münasibətlərinin olmaması

6 – uşağın tələbatlarının ödənilməməsi

7 – ailədə razılaşdırılmış tərbiyə mühitinin olmaması

A) 2, 4, 5, 7, 6

B) 1, 3, 6, 7, 4

C) 7, 3, 1, 5, 4, 2

D) 3, 5, 7, 4, 1

E) 5, 4, 1, 6, 7

28. Ali sinir fəaliyyətinin yaş xüsusiyyətləri ilə əlaqədar uşaqların davranı - şına xas olan əlamətləri ardıcıllıqla müəyyən edin:

1 – yaşlı ilə şəxsi – işgüzar ünsiyyətə fəal meylin olmaması

2 – eqoist yönümlü davranışa üstünlüyün verilməsi

3 – davranışın yüksək emosionallığı

4 – oyun maraqlarının olmaması və ya məhdudluğu

5 – əhvalların davamsızlığı

6 – neqativizmlə müşayiət olunan davranışın davamlı xarakter daşıması

7 – hərəki narahatlıq

8 – ailədaxili tələblərə laqeyd münasibət

9 – affektiv davranışa meyl

10 – məqsədyönlü işlərin yerinə yetrilməsində çətinlik

11 – davranışın reaktivliyi

A) 2, 5, 7, 8, 10

B) 1, 2, 4, 6, 9

C) 3, 5, 7, 9, 11

D) 4, 6, 8, 9, 11

E) 1, 4, 5, 7, 10, 11

29. Uşaqlara məxsus olan yüksək emosionallığı şərtləndirən əsas amillərin ardıcıllığını müəyyən edin:

1 – uşaqların oynamaları üçün əlverişli şəraitin olmaması

2 – ali sinir fəaliyyətinin xüsusiyyətləri

3 – uşağın yaşıdları ilə ünsiyyətinin məhdud olması

4 – ailədaxili münasibətlərin qeyri – normal və münaqişəli olması

5 – yaşlılarla şəxsi – emosional və şəxsi işgüzar münasibətlərinin olmaması

6 – uşağın tələbatlarının ödənilməməsi

7 – ailədə razılaşdırılmış tərbiyə mühitinin olmaması

A) 7, 3, 1, 5, 4,

B) 1, 3, 6, 7, 4

C) 2, 4, 5, 7, 6

D) 3, 5, 7, 4, 1

E) 5, 4, 1, 6, 7

30. Uşağın sosializasiyası prosesində mühüm rol oynayan psixoloji amillərin ardıcıllığını müəyyən edin:

1 - psixi funksiyaların inkişafı

2 - ünsiyyətə olan tələbat

3 - ixtiyari davranışın təşəkkülü

4 - sosial həyat hadisələri əsasında təşkil edilən rollu oyunlar

5 - biliksevərliyin inkişafı

6 - uşaq – yaşlı şəxsi – emosional və şəxsi - işgüzar ünsiyyəti

7 - müstəqilliyə aktiv meyl

A) 2, 4, 6

B) 1, 3, 4, 7

C) 4, 5, 6

D) 3, 5, 7

E) 2 və 7

31. Məktəbəqədər yaş dövründə hansı öyrətmə formalarından daha çox istifadə olunur? Ardıcıllığı müəyyən edin:

1 - süjetli - rollu oyunlar

2 - didaktik oyunlar

3 - təsviri fəaliyyət

4 - təlim məşğələləri

5 - hərəkətli oyunlar

A) 1, 3, 4

B) 2, 4

C) 2, 3, 5

D) yalnız 4

E) 1, 2, 3

32. Uyğuluğu müəyyən edin:

I - Çağalıq dövrünün yeni psixofozioloji törəmələri

II - Çağanın inkişafında onun yaşlılarla münasibətinin rolu

1 - uşağın idraki sferasının inkişafına təsir edir

2 - psixi həyatın ilkin elementləri təzahür edir

3 - uşağın emosianal inkişafına təsir ğöstərir

4 - yuxu oyaqlıq bioritminin formalaşmağa başlaması

5 - ünsiyyətin emosional - ekspressiv funksiyasının inkişafı

6 - yuxu vəziyyətinin oyaqlıqdan ayrılması

7 - uşağın həyat fəaliyyətini təmin edən rejim və günün müəyyən olunmuş qaydalarının daimiliyi

8 - çağanın yaşlılarla birgə həyat tərzinin formalaşması

A) I - 2, 4, 6, 7; II - 1, 3, 5, 8

B) I - 2, 3, 6, 7; II - 1, 4, 5, 8

C) I - 2, 4, 5, 7; II - 1, 3, 6, 8

D) I - 2, 5, 7, 8; II - 1, 3, 4, 6

E) I - 2, 6, 7, 8; II - 1, 3, 4, 5

33. Uyğunluğu müəyyən edin:

I - Çağaya məxsus ilk şərtsiz reflekslər

II - Çağalıq dövrü üçün səciyyəvi olan əlamətlər

1 - müdafiə

2 - yaşlı ilə emosional ünsiyyətə təlabat

3 - əmmə

4 - aktiv nitqin inkişafı

5 - canlanma kompleksin inkişafı

6 - tutma

7 - sosial emosiyaların inkişafı

8 - bələdiləşmə

9 - ixtiyari diqqətin təşəkkülü

A) I - 1, 3, 5, 8; II - 2, 4, 6, 7, 9

B) I - 1, 3, 8, 9; II - 2, 4, 5, 6, 7

C) I - 1, 3, 6 , 8; II - 2, 5, 7

D) I - 1, 6, 7, 9; II - 2, 3, 4, 5, 8

E) I - 1, 4, 6, 8; II - 2, 3, 5, 7, 9

34. Uyğuluğu müəyyən edin:

I - Körpəlik dövründə uşağın inkişafına əsaslı təsir göstərən psixoloji amillər

II - Canlanma kompleksinin təzahür xüsusiyyətləri

1 - uşağın ona yaxın olan adamlarla münasibəti emosional aktivliklə müşayət

olunur.

2 - ünsiyyətə olan təlabatın fəallaşması

3 - hərəki və emosional oyanıqlıq aktiv xarakter daşıyır.

4 - nitqin forma və funksiyalarının inkişafı

5 - uşağın əhval - ruhiyyəsi müsbət yönümə malik olur.

6 - idrak proseslərinin inkişafı

7 - sujetli - rollu oyunlar

A) I - 2, 5, 6; II - 1, 3, 4, 7

B) I - 2, 3, 6, 7; II - 1, 4, 5

C) I - 2, 4, 6; II - 1, 3, 5

D) I - 2, 5, 6, 7; II - 1, 3, 4

E) I - 2, 4, 7; II - 1, 3, 5, 6

35. Uyğunluğu müəyyən edin:

I - Çağanın emosional aktivliyinin xüsusiyyətləri

II - Çağalıq dövründə təzahür edən funksiyalar

1 - eşitmə analizatorunun inkişafı

2 - yaşlı ilə ünsiyyətə təlabatın fəallaşması

3 - görmə analizatorunun inkişafı

4 - hərəkət sferasının inkişafı

5 - emosional fəallığa meylin formalaşması

6 - passiv nitqin inkişafı

7 - canlanma kompleksinin təzahürü

8 - sosial hisslərin ilkin təzahürü

A) I - 2, 5, 6, 7; II - 1, 3, 4, 8

B) I - 2, 3, 5, 6; II - 1, 4, 7, 8

C) I - 2, 5, 7, 8; II - 1, 3, 6 , 4

D) I - 2, 4, 6, 8; II - 1, 3, 5, 7

E) I - 2, 4, 5, 7; II - 1, 3, 6, 8

36. Uyğuluğu müəyyən edin:

I - Əşyavi fəaliyyətin psixoloji əlamətləri

II - Körpəlik dövrünün əsas psixososial nailiyyətləri

1 - uşağın yeni sosial situasiyaya daxil olması

2 - cisimlər üzərində aparılan əməliyyatların funksional istiqamətə malik olması

3 - ana dilinin mənimsənilməsi və nitq fəaliyyətinin formalaşması

4 - əyani - obrazlı təfəkkürün inkişafı

5 - əşyavi qavrayışın formalaşması və inkişafı

6 - uşağın ünsiyyət fəaliyyətinin əhatə dairəsinin genişlənməsi

7 - əməliyyatlı təfəkkürü elementlərinin mənimsənilməsi imkanının yaranması

A) I - 2, 5, 7; II - 1, 3, 6

B) I - 2, 4, 7; II - 1, 3, 5, 6

C) I - 2, 3, 5, 6; II - 1, 4, 7

D) I - 2, 5, 6, 7; II - 1, 3, 4

E) I - 2, 4, 6; II - 1, 3, 5, 7

37. Uyğunluğu müəyyən edin:

I - Altı yaşlı uşağın beyin kütləsi artır, oyanma və ləngimə arasında müvazinət tarazlaşmağa başlayır, reflektor fəaliyyəti formalaşmağa başlayır. Əzələ və ürək - damar sistemi möhkəmlənir, inkişaf edir. Bunu hansı sahə araşdırır?

II - Altı yaşlı uşaq yeni öyrədici , şəraitli, əməliyyatlı və nəzarət, qiymətləndirmə tələbli fəaliyyətə daxil olur. Bu hansı fəaliyyət sahəsidir?

1 - oyun fəaliyyəti

2 - təlim fəaliyyəti

3 - əmək fəaliyyəti

4 - idman sahəsi

5 - əmək fəaliyyəti sahəsi

6 - anatomik fizioloji elm sistemi

7 - tibb elmləri

A) I - 1; II - 3

B) I - 7; II - 5

C) I - 3; II - 4

D) I - 6; II - 2

E) I - 4; II - 6

38. Uyğuluğu müəyyən edin:

I - Məktəb yaşına şatmamış uşağın təlim fəaliyyətinin formaları

II - Uşağın cəlb olunduğu fəaliyyətin səmərəli növləri

1 - didaktik oyunlar

2 - təsviri fəaliyyət

3 - xalq oyunları

4 - fəaliyyətin səmərəli növlərində reallaşdırılır.

5 - quraşdırıcılıq fəaliyyəti

6 - xüsusi məşğələlər

7 - yapma

8 - aplikasiya

9 - əşyavi fəaliyyət

A) I - 1, 4, 8; II - 2, 6, 7

B) I - 1, 4, 6, 7; II - 2, 3, 5, 9

C) I - 1, 4, 6; II - 2, 5, 7, 8

D) I - 1, 4, 6, 9; II - 2, 3, 7, 8

E) I - 1, 5, 6, II - 3, 7, 9

39. Uyğuluğu müəyyən edin:

I - Məktəbəqər yaş dövründə yüksək emosanllığı şərtləndirən amillər

II - Uşaqlarda adekvat olmayan reaksiyaların təzahür xüsusiyyətləri

1 - situasiyaya uyğun gəlməyən emosional reaksiyalar

2 - ali sinir fəaliyyətinin xüsusiyyətləri

3 - emosional gərginliklə müşayət olunan davranış

4 - ailədaxili münasibətlərin qeyr - normal olması

5 - tərsliyin təsiri altında yaranan qəzəb hissi

6 - şəxsi - emosional qarşılıqlı münasibətlərin məhdud xarakterə malik olması

7 - qadağalarla əlaqədar olaraq yaranan narazılıq hissi

A) I - 2, 4, 6; II - 1, 3, 5, 7

B) I - 2, 5, 7; II - 1, 3, 4, 6

C) I - 2, 4, 5, 7; II - 1, 3, 6

D) I - 2, 3, 4, 7; II - 1, 5, 6

E) I - 2, 3, 4; II - 1, 5, 6, 7

40. Uyğuluğu müəyyən edin:

I - Məktəbə daxil olmaq ərəfəsində uşağın psixo - sosial inkişafının əsas istiqamətləri

II - Məktəbəqədər yaş dövründə uşağın inkişafının sosial situasiyasının təzahür xüsusiyyətləri

1 - sosial təcrübənin mənimsənilməsi prosesi fəallaşır.

2 - məktəb təliminə psixolji hazırlıq aktiv xarakter daşıyır.

3 - təlabat - motivasiya sferası inkişaf edir.

4 - idrak prosesləri inkişaf edir.

5 - uşağın yaşıdlarla vı böyüklərlə münasibətlərində əsaslı dəyişikliklər baş verir.

6 - davranışın ixtiyariliyi inkişaf edir.

7 - sosiallaşma prosesi daha fəal xarakter daşıyır.

A) I - 2, 4, 7; II - 1, 3, 5, 6

B) I - 2, 3, 6; II - 1, 4, 5, 7

C) I - 2, 4, 6; II - 1, 3, 5, 7

D) I - 2, 5, 6; II - 1, 3, 4, 7

E) I - 2, 5, 6, 7; II - 1, 3, 4, 6

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə