Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə10/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   6   7   8   9   10   11   12   13   ...   197

 

 

 



29 

 

baĢladı, adət-ənənələr dəyiĢdi. Hacı həsən ağalar, Ģeyx nəsrul-



lahlar,  xudayar  bəylər,  məĢədi  ibadlar  sırasından  fəxrəddinlər, 

kefli  isgəndərlər,  Ģamxallar  ayrılmağa  baĢladılar.  Ġsmayıl 

ġıxlının  «Dəli  Kür»  əsərində  bu  dövrün  bütün  çalarları, 

ziddiyyətləri əks olunub. Məhz bu dövrdən baĢlayaraq özündə 

qədim türklərin qanını,  mərdliyini, kiĢiliyini daĢıyan cahandar 

ağaların da məhvi baĢladı.  

Böyük  Oktyabrın  qələbəsindən  sonra  SSRĠ  adlanan  mə-

kanda  bir  sistem  yarandı.  «Öyünərsə,  ər  öyünsün,  aslandı, 

öyünmək  qadınlara  böhtandı»  deyən  qədim  türk  qadınlarını 

sevillər,  almazlar,  həyatlar  əvəz  etdi.  Bu,  Azərbaycanda  psix-

oloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qara-

ca çobanlar da balaĢlarla, məmmədəlilərlə əvəz olunmuĢdu. 

Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq 

Cəfər  Cabbarlı  bu  dəyiĢikliyi  dahiyanə  bir  Ģəkildə  təsvir  et-

miĢdi. BaĢ verən dəyiĢiklikdə nəyin yaxĢı, nəyin pis olduğunu 

söyləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xa-

tun  da  azaddır,  sərbəstdir.  Almaz  da,  Həyat  da,  ġərəbanı  da 

azaddır,  sərbəstdir.  Lakin  bu,  tamamilə  bir-birinə  yad,  fərqli 

azadlıqlardır.  

Beləliklə,  yeni  insanlar,  yeni  həyat,  yeni  düĢüncə  tərzi 

yarandı.  YeniləĢə  bilməyənlər  məhv  oldu,  həbs  edildi.  Elə  bu 

səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz 

sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə 

də, qız istəyəndə də, iĢə götürəndə də belə dedilər:  «Üzüyola, 

sakit, quzu kimidir». 

Əlbəttə, sovet sistemi yalnız  mənfiliklərdən ibarət deyil. 

Ölkədə  savadsızlıq  kütləvi  Ģəkildə  ləğv  edildi,  savadsız  insan 

qalmadı.  Məktəblər,  xəstəxanalar,  klublar,  kitabxanalar  açıldı. 

Elm və təhsil sürətlə inkiĢaf etməyə baĢladı.  

Milli  Konservatoriya  fəaliyyətə  baĢladı.  Q.Qarayev, 

C.Hacıyev,  F.Əmirov,  S.Hacıbəyov,  A.Məlikov,  T.Quliyev  və 

digər  dünya  Ģöhrətli  bəstəkarlarımız  yetiĢdi.  Niyazi  kimi 

dünyanın  ən  tanınmıĢ  dirijorlarından  biri  yaĢadı,  yaratdı. 



 

 

 



30 

 

M.Abdullayev,  S.Bəhlulzadə,  T.Nərimanbəyov  və  digər 



rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkiĢaf 

etdi.  Üzeyir  Hacıbəyov,  Müslüm  Moqamayev  dünya  Ģöhrətli 

əsərləri yaratmaqda davam etdilər. Yeni Ģair və yazaçılar, dra-

maturqlar:  S.Vurğun,  S.Rüstəm,  M.Ġbrahimov,  S.Rəhimov, 

Ġ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri 

yazıb yaratdılar. 

Onlarla  teatr  fəaliyyət  göstərdi.  Elmlər  Akademiyası 

yaradıldı. Ölkə baĢdanbaĢa elektrikləĢdirildi və s. 

Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-

canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi. 

XX  əsrin  sonlarında  –  1991-ci  ildə  SSRĠ  dağıldı.  Yeni 

müstəqil  dövlətlər  yarandı.  Azərbaycan  xalqı  da  əsrlər  boyu 

arzuladığı,  uğrunda  mübarizə  apardığı  müstəqilliyi  1991-ci  il 

oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-

zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-

ləsi baĢladı. 

Azərbaycanda  psixoloji  fikrin  beşinci  mərhələsi  də  bu 

illərdən baĢlanır. Müstəqillik sevinc və arzuların reallaĢmasıdır. 

Lakin  bu  sevinc digər  tərəfdən  də qəm-kədər,  ümidsizlik,  çaĢ-

qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti 

də olsa itirdik.  Bir milyona  yaxın qaçqın və köçkünümüz var. 

Qaçqın  və  köçkün  düĢdüyümüz  torpaqlarla  yanaĢı  o  yerlərin 

mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaĢayan insanların 

özünəməxsus adət-ənənələri, həyata baxıĢları, həyat tərzi də de-

formasiyaya uğradı. 

Ġdeoloji, iqtisadi sistem dəyiĢdi. Ġnsanlar həyat və düĢün-

cə tərzini dəyiĢməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət, 

ümumi  bərabərliyi,  sosial  bərabərsizlik  əvəz  etdi.  Varlılar  və 

kasıblar  təbəqəsi  yarandı.  Bir  tərəfdən  keçmiĢimizə,  soykökü-

müzə  qayıdıĢ,  digər  tərəfdən  müasirləĢmə,  Qərbə  inteqrasiya 

etməyin zəruriliyi səsləndi. 

Yeni  dövrün  psixologiyası  yaranmağa,  inkiĢaf  etməyə 

baĢlayıb.  Onun  necəliyinin  qiymətləndirilməsinə  isə  zaman, 




 

 

 



31 

 

vaxt  lazımdır.  Keçid  dövrü  öz  insanlarını,  düĢüncə  və  həyat 



tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən bi-

rinin  –  A.Linkolnun  dediyi  sözlər  bizə  də  aiddir.  O  demiĢdir: 

«SoruĢma ki, Amerika sənin üçün nə edib, soruĢ ki, sən Ame-

rika üçün nə etmisən?». 

Bir də yeni dövrdə hər birimizin iĢ və əməlində, sözündə 

türk Ģairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır: 



Millət yoludur, haqq yoludur tutduğumuz yol, 

Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol! 

 

 

Azərbaycanda elmi psixologiyanın yaranması və inkiĢafı 

 

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil 



oldu.  Azərbaycan  Demokratik  Respublikasının  hakimiyyətinə 

son qoyuldu, hakimiyyət bolĢeviklərin əlinə keçdi. 

«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb 

tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət 

dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet 

Sosialist 

Respublikası 

vahid 


əmək 

məktəblilərinin 

Əsasnaməsi»  qəbul  olundu.  Bu  əsasnamə  və  dekretdə 

məktəblərdə  təlimin  ana  dilində  və  pulsuz  aparılması, 

zəhmətkeĢ  balalarının  üzünə  açıq  olması  elan  edildi» 

(F.A.Rüstəmov,  Ən  yeni  dövrün  pedaqogika  tarixi,  B.,  «Nur-

lan», 2005, s.62). 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra 

təhsil  müəssisələrinin  Ģəbəkəsi  geniĢləndirildi.  Ali  məktəblər 

açıldı.  Kadr  hazırlığı  vacib  tələb  kimi  qarĢıya  qoyuldu.  Lakin 

ali məktəblərdə çalıĢan yüksək ixtisaslı kadrlar çatıĢmırdı.  

1921-ci  ildə  orta  məktəblərdə  müxtəlif  fənlər  üzrə  dərs 

deyəcək  müəllim  kadrları  hazırlamaq  üçün  yeni  bir  ali  təhsil 

müəssisəsi  –  APĠ  yaradıldı.  1931-ci  ildə  Azərbaycan  Dövlət 

Elmi  Tədqiqat  Pedaqogika  Ġnstitutu,  1936-cı  ildə  Kirovabad 

(Gəncə) Dövlət Pedaqoji Ġnstitutu təsis edildi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə