Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə100/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   96   97   98   99   100   101   102   103   ...   197

 

 

 



333 

 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular 



 

1.

 



Təxəyyül  və onun funksiyaları. 

2.

 



Təxəyyülün inkiĢafı. 

3.

 



Təxəyyülün digər idrak prosesləri ilə əlaqəsi. 

4.

 



Təxəyyül, oyun və yaradıcılıq. 

 

                            Ədəbiyyat 



Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.  Psixologiya.  2-ci  nəĢri.- 

Bakı, 2002, s.369-380 



Qədirov Ə.Ə.YaĢ psixologiyası. – Bakı, 2001, s. 284-286 

Qədirov  Ə.Ə.UĢaqlarda  idrak  proseslərinin  inkiĢafı.  –

Bakı, 1970 



Əlizadə Ə.Ə. Təxəyyül. – Bakı, 2007. 

Əlizadə  Ə.Ə.  Ġdrak  prosesləri  və  hisslər.  Psixopedaqoji 

məsələlər. – Bakı, 2006, səh. 175-257. 



Əlizadə Ə.Ə. ġagirdlərdə təxəyyülün inkiĢafı və tərbiyəsi 

- Bakı, 1965 



Əlizadə 

Ə.Ə

ġagirdlərdə 

yaradıcı 

fəaliyyətin 

psixologiyası.- Bakı, 1968 

Seidov  S.Ġ.  Soüialğnaə  psixoloqiə  tvorçestva.  Baku, 

1994. 


KorĢukova L.S. Voobrojenie i eqo rolğ v poznanii.- M., 

1979. s. 3-30 



RubinĢteyn S.L. Osnovı obĢey psixoloqiə. V 2 t.-t.1.- M. 

1989, s. 344-360 



Bruner  D.S.  Psixoloqiə poznaniə.  Za  prededelami  nepo-

sredstvennoy  informaüii.-  M.,  1977,  s. 

304-319 

Vıqotskiy  L.S.  Sobranie  soçineniy.  V  6  t.-  t.  2.-  M., 

1982, s.436-454. 



Neysser U. Poznanie i realğnostğ.- M., 1981( voobrajenie 

i pamətğ, 141-165)   



Nemov  R.S.  Psixoloqiə.  V  3-x  kn.,  kn.  1.-  M.,  1998,  s. 


 

 

 



334 

 

260-273 



 

 


 

 

 



335 

 

13-cü FƏSĠL 



 

HĠSSLƏR. EMOSĠONAL HALLAR 

 

Qısa xülasə 

 

Hisslər haqqında anlayışHisslər insanın gerçəkliyə bəslədiyi 

subyektiv münasibət sistemi kimi. Hissləri duyğulardan fərqləndirən 

xüsusiyyətlər.  Hisslərin  obyekti  və  subyekti.  Emosiyalar  və  onların 

hisslərlə oxĢarlıq və fərqi. Emosiyalar hisslərin təzahür forması kimi. 

Ġnsanın idrak fəaliyyətində hisslərin rolu. 

 

Hisslərin  xarici  ifadəsi  və  əsas  xüsusiyyətləri.  Hisslərin 

insanın tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində, mimika və 

pantomimikasında,  nitqində  ifadəsi.  Hisslərin  qütbiliyi,  müsbət  və 

mənfi keyfiyyətləri, ikili və qeyri-müəyyən xarakter daĢıya bilməsi. 

Hisslərin  fizioloji  əsasları  və  funksiyaları.  Hisslər  beyində 

gedən sinir proseslərinin nəticəsi kimi. Hisslər və dinamik stereotip. 

Hisslərin siqnal, tənzim, kommunikativ funksiyaları. 

Hisslərin  keçirilmə  formaları.  Əhvallar,  affektlər,  stress  (gər 

ginlik), frustrasiya hisslərin əsas keçirilmə  formaları kimi. 



Ali  hisslər.  Əxlaqi,  intellektual,  estetik  və  praksis  hisslərin 

xarakteristikası. 



 

IV.13.1. Hisslər haqqında anlayıĢ 

 

Ġnsan ətraf aləmdə baĢ verən hadisələri yalnız duyub qa-

vramaqla,  yadda  saxlamaqla  kifayətlənmir.  O,  həm  də  dərk 

etdiklərinə  müəyyən  münasibət  göstərir.  Ona  görə  də  insan 

idrak  prosesləri  vasitəsilə  ətraf  aləmi  öz  beynində  əks  etdirir, 

hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. 

Deməli,  hisslər  insanın  münasibəti  ilə  bağlıdır.  Münasibət  isə 

Ģüurla  bağlı  olan  psixi  faktdır.  Cisim  və  hadisələrə  bəslənilən 

münasibətlərin  beyində  əks  etdirilməsindən  ibarət  olan  psixi 

fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.  




 

 

 



336 

 

Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, 



başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir 

və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.  

Ġnsanın  hissləri  idrak  obyektinə  bəslənən  subyektiv 

münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daĢıyır 

və  o,  Ģəxsin  bilik  və  təcrübəsindən,  cins,  yaĢ,  fərdi 

xüsusiyyətlərindən, eləcə də düĢdüyü konkret vəziyyətdən asılı 

olur.  Hisslərin  obyekti  ətrafdakı  cisim  və  hadisələr,  baĢqa 

adamlar,  onun  subyekti  isə  Ģəxsiyyətin  özüdür.  BaĢqa  sözlə, 

insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müva-

fiq Ģəkildə ifadə olunmuĢ emosional təəssürat əmələ gətirən ci-

sim və hadisələr hisslərin obyekti hesab olunur. 

Dilimizdə  «hiss»  termini  müxtəlif  mənalarda  iĢlədilir. 

Adətən,  «hiss»  dedikdə,  duyma,  qavramaq,  hiss  etmək,  dərk 

etmək  anlamı  baĢa  düĢülür.  Cəmiyyət  və  təbiət  hadisələrinə 

münasibət  bildirmək  istədikdə  də  bir  elmi  termin  kimi  «hiss» 

terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə 

mənasında  istifadə  etdiyimiz  «hiss»  anlayıĢı  ilə  münasibətləri 

ifadə  edən  «hiss»  anlayıĢını  bir-birindən  fərqləndirmək 

lazımdır.  

«Hiss»  termini  ilə  «emosiya»  termini  arasında  da  həm 

oxĢar, həm də fərqli cəhətlər var. 



Emosiya 

(latınca 

«emoverre»  həyəcan  keçirmək 

deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə 

əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və 

xarici  təsirlərinin  bioloji  əhəmiyyətini  müəyyənləĢdirmək 

təlabatı  ilə  bağlıdır.  Hiss  və  emosiyalar  həm  də  insan 

davranıĢını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar 

tələbatların  təzahürünün  subyektiv  forması  kimi  çıxıĢ  edir. 

Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə yalnız 

insana  xas  olan  psixi  keyfiyyətdir.  Hisslər  insan  cəmiyyətinin 

inkiĢafı prosesində formalaĢmıĢdır. Ona görə də hisslər ictimai 

səciyyə  daĢıyır.  Hisslər  insanın  cisim  və  hadisələrə,  insanlara 

bəslədiyi  münasibətin  mahiyyətini,  emosiyalar  isə  bu 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə