340
adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən,
bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən,
insanın razı və narazı olmasını, sevinc və kədərini,
narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun
sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də
səsində əks olunur.
Hər Ģeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun
tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini
tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi
sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə
tamamilə baĢqa cür nəfəs alır.
Ġnsanın hansı hissləri keçirməsi qan dövranında daha
aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda
üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
Ġnsanın nə kimi hisslər keçirməsi əsasən onun
mimikasında və intonasiyasında daha aydın əks olunur.
Bunlarla yanaĢı, insanın keçirdiyi hissləri, onun
bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da baĢa
düĢmək mümkündür. Adətən, balet tamaĢaları zamanı artist bir
kəlmə söz iĢlətmədən bədəninin ifadəli hərəkətləri ilə keçirdiyi
müvafiq hissləri təzahür etdirir.
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz
ifadəsini tapa bilir. Ġnsan müəyyən hadisəyə münasibətini nit-
qinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə?
sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə mimi-
ka, pantomimika, jestlər, intonasiya, kinesika və proksimika
qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir.
Hisslərin əsas keyfiyyətləri. Psixoloji tədqiqatlar
göstərmiĢdir ki, insanın öz hisslərinin obyektinə necə
yanaĢması, indiki anda ona necə münasibət bəsləməsi bu hissin
keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan hisslərin
özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu
keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə
aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas
341
keyfiyyətləri Ģəxsiyyətin obyektə emosional münasibətinin
zəruri və özünəməxsus əlamətidir.
Hər Ģeydən əvvəl, insanın gerçək aləmdəki cisim və
hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla
iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın
tələbatlarını ödəyirsə, bu zaman müsbət, baĢqa sözlə stenik
hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr insanın
tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baĢ verir. Psixolo-
ji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaĢı olaraq daha
iki keyfiyyətini aĢkara çıxarmıĢdır. Beləki hissi törədən
obyektə Ģəxsiyyətin müsbət və mənfi münasibətindən baĢqa
ikili münasibət və
qeyri-müəyyən bələdləşmə münasibətinin də
olduğu müəyyən edilmiĢdir. Ġkili və yaxud ambivalent hissdə
razılıq və narazılıq təkcə birləĢmir, onların biri o birinə keçir,
hər iki hiss yanaĢı yaĢanılır. Bu cür ambivalent hissə qısqanclıq
hissini misal göstərmək olar. Beləki qısqanclıq zamanı adamda
məhəbbət və nifrət hissi özünəməxsus Ģəkildə birləĢə bilir.
Ambivalent hissə baĢqa bir misalı da göstərmək olar.
Məsələn, isti günəĢ altında səhra yolunu keçən bir insan susuz-
luqdan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su
gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq
içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi
keçirir. Bununla yanaĢı gölməçədə olan sudan bataqlıq tamı
gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də narazılıq
hissi yarada bilir.
Ġnsanın
öz
hisslərinin
obyektlərinə
emosional
münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir.
Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni za-
manda bəzi obyektlərə qarĢı yaranmıĢ davamlı hisslərdə
müĢahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi
hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baĢ ve-
rir.
IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları
342
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti
təĢkil edir. BaĢqa psixi proseslər kimi, emosional halların və
hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə
bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması
vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə,
hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baĢ
verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə
tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqaniz-
min ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi
orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona
görə də hər hansı hissin baĢ verməsi müvafiq üzvlərdə
müəyyən dəyiĢikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn:
tənəffüs ahəngi dəyiĢir, ürək döyüntüsü ya artır, ya da azalır,
nəbz vurma dəyiĢir, göz bəbəyi geniĢlənir, tüklər biz-biz olur,
tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki,
qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəĢf
etmiĢdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indi-
katorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını
ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.
Hisslərin əmələ gəlməsində dinamik stereotipin
yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat
tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən
rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin
rabitələrdə hər hansı dəyiĢikliyin baĢ verməsi mövcud
rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq,
narazılıq, sevinc, heyrət, Ģübhə, maraq, qəzəb və s. kimi
hisslərin əmələ gəlməsi ilə nəticələnir.
Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və
ya pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fiziolo-
ji əsasını təĢkil edir. Hiss və emosiyaların əmələ gəlməsində və
cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır.
Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yarat-
maq olar.
Beləliklə beyin qabığında və qabıqaltı sahədə baĢ verən