Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə103/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   99   100   101   102   103   104   105   106   ...   197

 

 

 



343 

 

sinir  prosesləri,  hiss  və  emosiyaların  fizioloji  əsası  hesab  olu-



nur. 

Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi 

haqqında  müxtəlif  nəzəriyyələr  mövcud  olmuĢdur.  Bunlardan 

Ceyms-Lange,  Kannon-Bard  nəzəriyyələrini  və  S.ġixterin 

konsepsiyasını qeyd etmək olar. 

Ġnsanın emosional və hiss halına simpatik və parasimpa-

tik sinir sistemi nəzarət edir. 

DalaĢarkən  və  ya  qorxuya  düĢüb  qaçarkən  simpatik  sis-

tem  insan  orqanizmində  müəyyən  dəyiĢikliklər  etməklə  (mə-

sələn:  qan  təzyiqi  artır,  qanın  laxtalanma  dərəcəsi  yüksəlir, 

tərləmə artır və s.) onu düĢdüyü vəziyyətə hazırlayır və enerji 

dolu  qanı  bütün  hüceyrələrə  göndərir.  Belə  bir  təhlükəli 

vəziyyət  aradan  qalxdıqdan  sonra  parasimpatik  sistem  öz 

funksiyasına  baĢlayır  və  insanın  fizioloji  durumunu 

normalaĢdırır. 

Adi  vəziyyətdə  müəyyən  duyğu  və  emosiyaların, 

təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müĢayəti 

ilə yaĢayırıq. Ġnsan oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan, 

vuruĢmadan salamat çıxmasına  bu iki sistem  yardım etmiĢdir. 

Deməli, 


emosiyalar 

orqanizmin 

düĢdüyü 

vəziyyətə 

uyğunlaĢmasını  təmin  etməklə,  insan  həyatının  davam 

etməsində önəmli rol oynayır.  

Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, 

tənzimetmə  və    kommunikativ  funksiya.  Bu  funksiyalar  ümu-

milikdə  insanın  ətraf  aləmi  düzgün  əks  etdirməsinə  və  ona 

uyğunlaĢmasına  xidmət  göstərir.  Biz  emosiyaların  köməyi  ilə 

nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional du-

rumunu baĢa düĢür və ona uyğun Ģəkildə ünsiyyət qururuq.  

Hiss və emosiyaların xarici təzahürlərinə əsasən müxtəlif 

mədəniyyətə  malik  olan,  dilini  bilmədiyimiz  hər  hansı  xalqın 

nümayəndəsinin  emosional  halını,  Ģad,  kədərli,  qəzəbli 

olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən 

edə bilərik. 




 

 

 



344 

 

Hisslər  insanın  idrak  obyektinə  bəslənən  subyektiv 



münasibətlə bağlıdır.  

Siqnal  funksiyasının  köməyi  ilə  biz  ətraf  aləmdə  baĢ 

verən  hadisələrin  hansının  həyatımız  üçün  faydalı  və  ya 

təhlükəli  olduğunu  dərk  edirik.  Bundan  sonra  davranıĢ  və 

rəftarımızda  həmin  cəhətləri  nəzərə  alaraq  fəaliyyətimizdə 

müəyyən dəyiĢikliklər edirik. 

Ġkincisi,  hisslər  insanın  hərəkət  və  fəaliyyətinin  motivi 

kimi  çıxıĢ  edərək  onları  müəyyən  istiqamətə  yönəldə  bilir.  Bu 

hisslərin  tənzim  etmə  funksiyası  ilə  bağlıdır.    Məsələn:  hər 

hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali 

məktəbdə  oxumağa  təhrik  edir.  Dilə  olan  həvəs  insanı  həmin 

xalqın  tarixindən,  mədəniyyətindən  bəhs  edən  kitablar 

oxumağa, filmlərə tamaĢa etməyə və musiqisinə qulaq asmağa 

vadar edir. 

Hisslərin  kommunikativ  funksiyası  onunla  ifadə  olunur 

ki,  insanın  keçirdiyi  hisslər  onun  mimikasında,  səsində, 

tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspres-

siyası,  qarĢı  tərəf  üçün  informasiya  mənbəyinə  çevrilir. 

Beləliklə,  həmin  kommunikativ  funksiya  Ģəxsiyyətlərarası 

qarĢılıqlı  münasibətlərin  tənzimlənməsinə  xidmət  göstərir. 

Məsələn: kədəri ekspressiya etməklə insan qarĢı tərəfə özünün 

pis,  çətin  vəziyyətdə  olduğunu  bildirir.  Bu  hal  onun  köməyə 

ehtiyacı olduğu haqqında baĢqasına məlumat verir. Bundan so-

nra biz həmin  adama kömək etmək  istəyir,  onun  dərdinə Ģərik 

olur və təsəlli veririk. 

Amerikan  psixoloqu  K.Ġzard  qeyd  olunan  funksiyalarla 

yanaĢı emosiyaların motivasiya və sosializasiya funksiyalarının 

olduğunu da qeyd etmiĢdir. Məsələn: qorxu hissi insanı kömək 

axtarmağa  məcbur  edir.  Güclü  yanğın  təhlükəsi  qonĢularda 

qorxu  hissi  yaradır.  Bu  da  onların  birləĢməsinə  və  mütəĢəkkil 

formada  qorxu  mənbəyinə  qarĢı  mübarizə  aparmalarına  səbəb 

olur.  Bu  qorxunun  yaratdığı  sosializasiyadır.  Hər  bir 

emosiyanın  özünə  məxsus  sosializasiya  funksiyası  var.  Ġkrah 



 

 

 



345 

 

emosiyası  olmasaydı,  insanların  gigiyenik  qaydalara  əməl 



etməsi,  estetik  tələbatları  ödəməyə  ehtiyac  qalmazdı.  Bu 

mənada  fərdin  sosiallaĢması  prosesi  hiss  və  emosiyanın 

hesabına həyata keçirilir. 

Ümumiyyətlə hiss və emosiyaların yerinə yetirdiyi funk-

siyalar  bir-birilə  vəhdət  təĢkil  edir.  Psixoloji  araĢdırmalarda 

aĢağıdakı fundamental emosiyalar müəyyən olunmuĢ və təsvir 

edilmiĢdir (K. Ġzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb, 

nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab. 



IV.13.4. Hisslərin keçirilməsi formaları 

 

Hisslər  yaranma  sürətinə,  qüvvəsinə  və  davamlılığına 

görə  müxtəlif  Ģəkildə  keçirilə  bilir.  Bu  baxımdan  hisslərin 

aĢağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, 



affektlər, gərginlik, frustrasiya. 

Əhvallar.  Əhval  tədricən  yaranan,  orta  qüvvəyə  malik 

olan,  xeyli  müddət  davam  edən  emosional  haldır.  Səhər 

eĢitdiyimiz xoĢ bir xəbər bütün gün gümrah, Ģən əhval-ruhiyyə 

keçirməyimizə  səbəb  ola  bilər.  Bu  baxımdan  əhval  xeyli 

müddət  insanın  davranıĢına  və  psixi  proseslərinə  təsir  edən 

ümumi  emosional  haldır.  Ġnsanda  yaranan  əhvallar  müsbət  və 

ya  mənfi  xarakter  daĢıya  bilər.  Məsələn,  müsbət  xarakter 

daĢıyan gümrah, Ģən, iĢgüzar əhval xeyli müddət, bəzən bir və 

ya  bir  neçə  gün  davam  etməklə  insanın  fəaliyətinə  də  öz 

müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz iĢini 

ruh  yüksəkliyi,  inamla  yerinə  yetirir.  Mənfi  əhval-ruhiyyə  isə  

insanın  fəaliyyətinə  ləngidici  təsir  göstərir.  Bir  çox  hallarda 

əhvalın yaranması və dəyiĢməsi böyük emosional təəssürat ya-

radan,  bəzi  hissləri  canlandıran,  digərlərini  zəiflədən  müxtəlif 

həyat  hadisələrindən  ibarət  ola  bilər.  Ona  görə  də  birinci 

növbədə  məktəblilərdə  pis  əhvalın  yaranmasına  təsir  edən 

mənbələrin aĢkara çıxarılması, imkan daxilində onların aradan 

qaldırılması,  məktəbliyə  nəzakətli  yanaĢmaq  lazım  gəlir.  Bu 

prosesdə  Ģagirdin  fərdi-psixoloji  xüsusiyyətlərinin  nəzərə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə