Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə105/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   101   102   103   104   105   106   107   108   ...   197

 

 

 



349 

 

qavrayarkən  və  qiymətləndirərkən  emosional  qiymətləndirmə 



ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər 

hər Ģeydə qərəz axtarırlar və tapırlar. 

Frustrasiyanın  müxtəlif  formaları  var.  Onlardan  biri  so-

sial  frustrasiyadır.  Sosial  frustrasiya  yalnız  ayrıca  götürülmüĢ 

bir  Ģəxsdə  deyil,  həm  də  ayrı-ayrı  qrup  və  zümrələrdə,  hətta 

xalqın  böyük  əksəriyyətində  özünü  biruzə  verən  psixoloji 

vəziyyətdir. Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı Ģəkildə 

meydana  gəlir.  Lakin,  burada  ən  əsas  Ģəxsiyyət  amilidir.  Yəni 

baĢ  verən  səbəblər,  maneə  və  əngəllərə  insanın  münasibəti 

necədir? Ġstər azərbayan dilli, istərsə də əcnəbi dilli mənbələrdə 

frustrasiyanın  mərkəzində  əsasən  gecikmə,  ləngimə,  sosial  və 

ya  etnik qadağanın,  konfliktin  və  s.  səbəblərin  dayandığı  qeyd 

olunur.  ġəxsiyyətdaxili  konfliktlər  frustrasiyanın  daha  tez 

təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt 

müəyyən edilmiĢdir. 

1.Arzu olunan – arzu olunan tipli konflikt – Ġnsanın istə-

diyi  iki  arzudan  birini  seçmək  zəruriyyəti  qarĢısında  qalması. 

Məsələn:  həm  erkən  yatıb  yaxĢı  dincəlmək,  həm  də 

televiziyadakı gecə proqramına tamaĢa etmək istəyi ilə bağlı.  

2.Ġnsanın istəmədiyi iki, lakin birini seçmək məcburiyyəti 

qarĢısında qaldığı zaman düĢdüyü konflikt Ģərait. Məsələn, bir 

tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli baxıĢlarını 

qəbul  edərək  onunla  bir  evdə  yaĢamaq,  digər  tərəfdən  sevmə-

diyin 3 uĢağı olan dul kiĢiyə ərə getmək məcburiyyəti. 

3.Bu  tip  konflikt  arzu  etdiyiniz,  gerçəkləĢdirmək  istədi-

yiniz  müəyyən  hərəkət  qorxu,  ağrı  ilə  nəticələnən  və  ya 

müĢayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə iĢtirak 

edən Ģəxsin bir tərəfdən spirtli içki içmək, Ģənlənmək istəməsi, 

digər tərəfdən isə içkili halda maĢınla evə qaytmaq üçün uzun 

yol  qət  edəcəyini  və  bu  zaman  qəzaya  düĢməsindən  ehtiyat 

etməsi buna misaldır. 

Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. 

Frustrasiya həm də insanın özünü reallaĢdıra bilməməsi, özünü 




 

 

 



350 

 

aktuallaĢdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır 



və  inkiĢaf  edir.  Çox  vaxt  belə  hallar  insanın  öz  peĢəsindən, 

onun  məzmunundan  və nəticəsindən  razı  qalmadıqda    daha  da 

inkiĢaf  edir.  Belə  olan  halda  insan  həyatda  heç  bir  iz 

qoymadığını, öz həyat enerjisini boĢ-boĢuna sərf etdiyini, hal-

buki daha yaxĢı və mənalı yaĢamağın mümkün olduğunu etiraf 

edir.  Belələri  ömrünün  qalan  hissəsində  psixoloji  müdafiə 

vasitəsi kimi Ģəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, 

ailə  qayğısının  çoxluğunu  və  baĢqa  bir  bəhanə  gətirərək 

özlərindən baĢqa hamını və hər Ģeyi günahlandırırlar. 

Beləliklə,  frustrasiya  haləti  neqativ  emosional  vəziyyət 

kimi insanların davranıĢ və rəftarına mənfi təsir edir. 

 

IV.13.5. Ali hisslər 

 

Ali  hisslər  bütünlüklə  sosial  amillərin  təsiri  ilə  Ģərtlənir 



və inkiĢaf edir. Ġnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, 

eləcə  də  Ģəxsiyyəti  onun  keçirdiyi  mürəkkəb  (ali)  hissləri  ilə 

təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və 

cəmiyyətdəki  əxlaq  normalarına,  qanunlara,  baĢqa  insanlara, 

millətlərə,  eləcə  də  təbiət  və  insan  gözəlliklərinə,  bir  sözlə 

gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təĢkil 

edir.    Ġnsanların  davranıĢı,  qruplar  arasındakı  qarĢılıqlı 

münasibətlər,  insan  mədəniyyətinin  məhsulları,  incəsənət 

əsərləri,  cəmiyyətin  idarə  olunması  və  birgəyaĢayıĢ  qayda-

qanunları,  dərk  olunması  vacib  olan  problemlər  və  s.  həmiĢə 

insanlarda  müəyyən  hisslər  doğurur.  Belə  hisslər  ali  hisslər 

kimi  səciyyələndirilir.  Ali  hisslərin  məzmunu  Ģəxsiyyətin 

inkiĢaf səviyyəsindən, dünyagörüĢündən, bilik və bacarığından, 

əqidə  və  inamından  asılı  olduğu  üçün  subyektiv  xarakter 

daĢıyır.  

Yönəldiyi  sosial  idrak  obyektindən  asılı  olaraq  ali 

hisslərin  4  növü  fərqləndirilir:  əxlaqi,  intellektual,  estetik  və 



 

 

 



351 

 

praksis hisslər.  



Ali  hisslər  –  Ģəxsiyyətin  formalaĢması  prosesində, 

mürəkkəb  sosial  tələbatların  ödənilməsi  ilə  bağlı  əmələ  gəlir, 

məsələn, vətənpərvərlik, inam, dostluq və s. 

Sadə  (ibtidai)  hisslər  –  isə  bütün  canlı  orqanizmlərin,  o 

cümlədən,  insanların  üzvi  tələbatlarının  təmin  olunması  ilə 

əlaqədar olaraq baĢ qaldırır. 



Əxlaqi hissləri həm də mənəvi, dünyagörüĢü hissləri də 

adlandırırlar.  Əxlaqi  hisslərin  obyekti  ayrı-ayrı  adamlar,  kiçik 

qruplar,  kollektivlər,  dövlət,  idarə  və  təĢkilatlar,  ictimai 

hadisələr,  insan  münasibətləri,  mövcud  qanunlar,  qaydalar  və 

insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, 

müəyyən  cəmiyyət  daxilində  qəbul  olunmuĢ  əxlaq  normaları 

əsasında  sosial  gerçəkliyin  hadisələrinin  qavranılması  zamanı 

insanın  keçirdiyi  hisslərdir.  Ġnsanın  əxlaqi  hissləri,  müvafiq 

əxlaq normalarına bəslədiyi  subyektiv münasibətlə bağlı olur. 

Əxlaqi  hisslər  sosial    mahiyyət  kəsb  etdiyi  üçün  əsasən 

ailə,  məktəb  və  digər  sosial  institutlarda  həyata  keçirilən 

tərbiyə iĢləri ilə sıx bağlıdır. 

Ġnam,  dostluq,  yoldaĢlıq,  xeyirxahlıq,  məhəbbət, 

insanpərvərlik,  vətənpərvərlik,  borc,  həya  və  məsuliyyət  hissi, 

vətəndaĢlıq,  humanizm  və  s.  əxlaqi  hisslərə  misal  ola  bilər. 

Bəzən  də  elə  olur  ki,  insan  mövcud  olan  əxlaq  normalarına 

uyğun  olaraq  hərəkət  etmir.  Bu  ilk  növbədə  həmin  Ģəxsin  öz 

mənafeyini hər Ģeydən üstün tutmasından irəli gəlir. Belə olan 

halda  həmin  Ģəxs  müvafiq  normalara  müsbət  münasibət 

bəsləmədiyi üçün, mənfi hisslər keçirir. DüĢmənçilik, paxıllıq, 

fərdiyyətçilik,  məsuliyyətsizlik,  həyasızlıq,  vicdansızlıq,  na-

muzsuzluq və s. bu cür hisslərdir. 

Bəzən  də  elə  olur  ki,  insan  öz  hərəkətinin,  rəftarının 

cəmiyyətdəki  müvafiq  normalara  uyğun  olmadığını,  düzgün 

hərəkət etmədiyini sonradan baĢa düĢür. Bu zaman əmələ gələn 

iztirab,  xəcalət,  təəssüf,  peĢmançılıq,  rüsvayçılıq  da  əxlaqi 

hisslər hesab olunur. Deməli əxlaqi hisslər qavrayıĢ obyektinə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə