Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə106/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   102   103   104   105   106   107   108   109   ...   197

 

 

 



352 

 

bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir. 



Ġnsanın münasibəti onun Ģüuru ilə tənzim olunur. Odur ki, gənc 

nəslin tərbiyəsi iĢində əxlaqi Ģüurun inkiĢaf etdirilməsi ön pla-

na  çəkilməlidir.  Çünki,  özünüdərketmənin  kökləri  Ģüurla, 

əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik Ģüuru 

da  bir  qayda  olaraq  əxlaqi  Ģüura  söykənir  və  onunla  qarĢılıqlı 

əlaqədə daha səmərəli inkiĢaf edir.  



İntellektual  (zehni)  hisslər  –  insanın  zehni  (idrak) 

fəaliyyəti  ilə  əlaqəli  Ģəkildə  əmələ  gəlir.  Bu  cür  hisslər  insanı 

ətraf  aləmin  sirlərinə,  özünün  eləcə  də  baĢqasının  rəftar  və 

davranıĢının  səbəbini  daha  dərindən  dərk  etməyə  sövq  edir. 



Maraq, inamsəbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yeni-

lik və s. intellektual hisslər hesab olunur.  

Beləliklə  intellektual  hisslər  insanın  idrak  fəaliyyəti  ilə 



əlaqədar  olan,  onu  ətraf  aləmi  daha  dərindən  və  ətraflı  dərk 

etməyə  yönəldən  mürəkkəb  hisslərdir.  Təlim  prosesində  elmi 

axtarıĢlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına  

insan  fəaliyyəti  daha  da  səmərəli  olur.  Zehni  hisslərin  təsiri 

nəticəsində  insan  ətraf  aləmin  sirlərinə,  həll  etməli  olduğu 

problemlərin  mahiyyətinə  daha  yaxĢı  nüfuz  edir  və  onu  həll 

edir.  Ümumən  insanın  idrak  fəaliyyətinin  səmərəliliyi,  baĢqa 

psixi hadisələrlə yanaĢı həm də zehni hisslərlə Ģərtlənir.  

Azərbaycan  xalqın  müqtədir  oğlu,  fəlsəfi-romantik 

Ģerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər 

Ģeyə Ģübhə ilə yanaĢ! – Budur həqiqətin meyarı» fəlsəfi kredo-

su ilə səsləĢir: 

                ġübhədir hər həqiqətin anası, 

ġübhədir əhli – hikmətin babası, 

                 ġübhə artarsa həm yəqin artar, 

                 Mərifət nuri Ģübhədən parlar. 

   Səhvinizdən ta ki doğsun Ģübhələr, 

    Həp seçilsin haqqü batil, xeyrü Ģər. 

Ġdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət 

təĢkil  etməsi  –  müasir  təlim  nəzəriyyəsi  üçün  fundamental 



 

 

 



353 

 

əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim 



prosesində  Ģagirdin  idrak  fəaliyyətini,  onun  intellektual 

hisslərini (Ģübhə, inam, təəccüb, heyrət və s.) fəallaĢdırmaq yo-

lu  ilə  gücləndirməlidir.  Bu  cür  fəallıq  nəticə  etibarı  ilə 

təfəkkürün,  ağlın  inkiĢafına  xidmət  edəcəkdir.  Yeni  pedaqoji 

təfəkkür,  təhsilin  humanistləĢdirilməsi,  humanitarlaĢdırılması, 

interaktiv  təlim  metodlarının  geniĢ  vüsət  aldığı  bir  Ģəraitdə, 

Ģagird  təfəkkürünün  emosional  cəhətdən,  zehni  hisslərin 

köməyi  ilə  fəallaĢdırılması  müasir  dərsə  verilən  əsas  psixope-

daqoji  tələbdir.  Təfəkkür  ilə  hisslərin  sinxron  surətdə  inkiĢaf 

etdirilməsi  Ģəxsiyyətin  yetiĢdirilməsinin  ana  xəttini  təĢkil 

etməlidir. 

Estetik hisslər. Ġnsanın estetik hisslərinin obyektini ətraf 

aləmin  cisim  və  hadisələri,  təbiət  gözəllikləri,  insan 

yaradıcılığının bədii məhsulları, musiqi, baĢqa adamların, eləcə 

də Ģəxsin özünün rəftar və davranıĢı ola bilər. Füsünkar təbiət 

mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi 

və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ic-

timai təcrübəni mənimsəməklə yiyələnmiĢdir. Ġnsan üçün ən bi-

rinci estetik zövq mənbəi elə insanın özüdür.         

Psixoterapiyada  məhz  insanın  estetik  hisslərinə  təsir 

göstərməklə  onun  psixi  sağlamlığını  bərpa  etməyə,  müalicəyə 

çalıĢırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturap-

sixoterapiyada 

musiqi, 

incəsənət 

əsərləri 

və 


təbiət 

gözəlliklərindən  müalicə  vasitəsi  kimi  istifadə  olunur.  Deməli 

estetik  hisslər  insan  Ģəxsiyyətinin  həm  mənəvi,  həm  də  psixi 

sağlamlığının əsas Ģərtini təĢkil edir. Vaxtılə Aristotel incəsənət 

əsərlərinin  qavranılmasının  insanın  psixoloji  və  fizioloji 

vəziyyətinə müsbət təsirini qeyd etmiĢ və bu halı «təmizlənmə» 

(katarsis) adlandırmıĢdır. 

Estetik  hisslər  insan  psixikasına  stenik  təsir  göstərməklə 

orqanizmin  funksiyasını  aktivləĢdirir,  bədəni  gümrah  edir. 

Yumor, satira, təbəssüm, gülüĢ, həzz, heyran, həsəd və s. este-

tik  hisslər hesab olunur. Ġnsan hisslərin  köməyi  ilə  ətrafda baĢ 



 

 

 



354 

 

verən  hadisələrə  münasibətini  bildirir,  baĢqaları  ilə  qarĢılıqlı 



münasibətini  tənzimləyir,  həm  də  özünün  psixoloji 

sağlamlığını  təmin  etməyə  cəhd  göstərir.  Ġnsanın  estetik 

hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüĢü və 

yaĢadığı sosial mühit də təsir göstərir. 



Praksis  hisslər  –  insanın  öz  fəaliyyətinə  bəslədiyi  emo-

sional  münasibəti  ilə  bağlıdır.  Fəaliyyət  prosesi  insanda  həm 

müsbət,  həm  də  mənfi  emosional  reaksiya  əmələ  gətirir. 

Fəaliyyət  prosesində,  sərf  edilmiĢ  sayda  yaranan  razılıq  və  ya 

narazılıq  duyğusu  praksis  hisslər  adlanır.  Ġnsan  fəaliyyətinin 

hər  bir  forması  praksis  hisslərin  obyekti  ola  bilər.  Hər  hansı 

fəaliyyət  prosesində  qarĢıya  çıxan  maneələri  aradan 

qaldırdıqca,  iĢin  uğurla  yerinə  yetirilməsindən  alınan  razılıq 

hissi  praksis  hisslərə  aiddir.  Dərs  zamanı  qarĢılıqlı  əlaqənin 

yaranması,  izah  olunan  məsələnin  Ģagirdlər  tərəfindən  aydın 

baĢa  düĢüldüyünü  gördükdə,  eləcə  də  pedaqoji  refleksiyaya 

müraciət  edərkən  keçirilən  dərsdə  məqsədə  nail  olunması  ilə 

bağlı  müəllimin  keçirdiyi  hisslər  praksis  hisslər  hesab  olunur. 

Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir. 



Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı ola-

raq işin  gedişinə və nəticəsinə  bəslənən münasibətlə bağlı baş 

qaldıran  hisslər  praksis  hisslər  adlanır.  Fəaliyyətin,  iĢin 

mənimsənilmə  səviyyəsindən  asılı  olaraq,  praksis  hisslər  bəzi 

hallarda  iĢin  gediĢi  ilə  bağlı,  bəzi  hallarda  isə  fəaliyyətin 

nəticəsi  ilə  bağlı  olur.  Çətin  tapĢırığın,  məsələnin  düzgün 

həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi prak-

sis  hiss  kimi  xarakterizə  olunur.  Yaxud  da  problemin  həlli  ilə 

bağlı  uğursuz  axtarıĢlardan  yaranan  həyəcan,  gərginlik, 

məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir. 

Beləliklə,  insanın  Ģəxsiyyət  kimi  psixoloji  portretinin 

mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuĢ 

halda  deyil  vəhdətdə  təzahür  edir.  Odur  ki,  insanın  mənəvi 

aləmini,  idrak  fəaliyyətini  və  Ģəxsiyyətini  təzahür  etdirən  ali 

hisslərin  tərbiyə  edilməsi  və  inkiĢaf  etdirilməsi  gənc  nəslin 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə