Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə107/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   103   104   105   106   107   108   109   110   ...   197

 

 

 



355 

 

tərbiyəsi iĢinin mühüm tərəflərindəndir.                  



 

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar  

 

1.

 



Hisslər nəyə deyilir? 

2.

 



Hisslər duyğulardan nə ilə fərqlənir? 

3.

 



Hisslərin obyekti və subyekti nədən ibarətdir? 

4.

 



Hisslərlə emosiyaların oxĢarlıq və fərqini Ģərh 

edin. 


5.

 

Hisslər insanın idrak fəaliyyətində nə kimi rol 



oynayır? 

6.

 



Hisslərin xarici ifadəsi özünü nələrdə göstərir? 

7.

 



Hisslərin əsas keyfiyyətlərini xarakterizə edin. 

8.

 



Hisslərin fizioloji əsasları barədə danıĢın. 

9.

 



Hisslərin  hansı  funksiyaları  vardır?  Onları 

Ģərh edin. 

10.

 

 Hisslərin  keçirilmə  formaları  hansılardır? 



Onları Ģərh edin. 

11.


 

 Ali  hisslər  hansılardır?  Onların  hər  biri 

haqqında ayrılıqda danıĢın. 

 

Referat, məruzə və müstəqil tədqiqatlar üçün 

mövzular 

1.

 



Hiss və emosiyalar psixoloji problem kimi. 

2.

 



Hisslərin ekspresiyası. 

3.

 



Hisslərin  baĢqa  idrak  prosesləri  ilə  qarĢılıqlı 

təsiri. 


4.

 

Ali hisslər və onların insan Ģəxsiyyətinə təsiri. 



 

Ədəbiyyat 

 

1.

 



Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya 2-

ci nəĢri. - Bakı 2002. 

2.

 

Əlizadə  Ə.Ə.  Ġdrak  prosesləri  və  hisslər. 




 

 

 



356 

 

Psixopedaqoji məsələlər. – Bakı,2006, səh. 252-337. 



3.

 

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin 

psixoloji problemləri. Bakı 1998 

4.

 



Əliyev R.Ġ. Psixologiya. - Bakı 2003. 

5.

 



Ġzard K. Psixoloqiə emoüii. Moskva 2001. 

6.

 



Nemov R.S. Psixoloqiə. Kniqa 1. -  Moskva.,  

1898. 


7.

 

Qranovskaə  R.M.  Elementı  praktiçeskoy 

psixoloqii. - SPb. 1997. 

8.

 



Mayers  D. Psixoloqiə – Minsk, 2001, s. 530-

563 


     9. Reykovskiy Ə.  Gksperimentalğnaə psixoloqiə 

gmoüii. – M., 1979. 

     10. Selğe Q. Stress bez distressa Moskva 1979 

 

               




 

 

 



357 

 

                    



14-cü FƏSĠL 

ĠRADƏ 

 

Qısa xülasə 

 

İradə  haqqında  anlayış.  Ġradi  iĢ.  Ġradi  iĢ  ixtiyari  iĢin  xüsusi 

növü kimi. Ġradə qarĢıya qoyulmuĢ məqsədə nail olmaq üçün subyek-

tin  öz  fəaliyyət  və  davranıĢı  zamanı  rast  gəldiyi  çətinlikləri  aradan 

qaldırma prosesi kimi. Daxili və xarici maneələr və  iradi iĢ zamanı 

onların aradan qaldırılması. Ġradi iĢin funksiyaları.  



İradi  işin  quruluşu.  Sadə  və  mürəkkəb  iradi  iĢ.  Ġradi  iĢin 

mərhələləri.  



Şəxsiyyətin  iradi  keyfiyyətləri.  Ġlkin  iradi  keyfiyyətlər:  iradi 

güc,  təkidlilik.  Ġkinci  və  ya  törəmə  iradi  keyfiyyətlər:  qətiyyətlilik, 

cəsarət,  özünü  ələ  almaq,  inam.  Üçüncü  iradi  keyfiyyətlər: 

məsuliyyətlilik, intizamlılıq, iĢgüzarlıq, təĢəbbüskarlıq.  



İradi qüsurlar: təqlidçilik, təlqinə qapılmaq, qorxaqlıq, neqa-

tivizm, tərslik. 

 

IV.14.1. Ġradə haqqında anlayıĢ 

 

Ġnsan  öz  həyat  və  fəaliyyəti  zamanı  müxtəlif  hərəkət  və 

iĢləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ix-

tiyari Ģəkildə baĢ verir.  

Qeyri-ixtiyari  hərəkətlər  düĢünülmüĢ,  Ģüurlu  Ģəkildə 

deyil,  ya  tamamilə  dərk  olunmayan  və  ya  bir  o  qədər  də  dərk 

edilməyən təhriklərin təsiri altında baĢ verir. Bu cür hərəkətlər 

adətən  impulsiv  xarakter  daĢıyır.  Onların  dəqiq  planı  olmur. 

Psixologiyada 

qeyri-ixtiyari 

hərəkətlərə  insanın  qorxu, 

çaĢqınlıq,  heyrət,  affekt  halında  olan  və  s.  hərəkətləri  aid 

edirlər. 

Ġxtiyari  hərəkətlər  isə  məqsədlə  bağlı,  məqsədəyönəlmiĢ 

hərəkətlərdir.  Bu  cür  hərəkətləri  yerinə  yetirərkən  insan  öz 

məqsədini  həyata  keçirmək  üçün  lazım  olan  əməliyyatları 



 

 

 



358 

 

əvvəlcədən  təsəvvür  edir.  Bu  cür  hərəkətlər  iradi  xarakter 



daĢıyır.  Bu  zaman  insan  qarĢısına  çıxan  maneələri  aradan 

qaldırmalı olur.  



Qarşıya  qoyulmuş məqsədə  nail  olmaq  üçün  subyektin 

öz  fəaliyyəti  və  davranışı  zamanı  rast  gəldiyi  çətinlikləri, 

maneələri aradan qaldırma prosesinə iradə deyilir. 

Ġradi iĢ zamanı insan iki cür maneələri aradan qaldırmalı 

olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr. 

Daxili  maneə  insanın  qarĢısına  qoyduğu  məqsədə  nail 

olmasını  çətinləĢdirən  istək  və  meyllərindən  ibarət  ola  bilər. 

Məsələn,  Ģagird  sabah  müəllimə  cavab  vermək  üçün 

hazırlaĢmağa  baĢlayır.  Elə  bu  vaxt  televizorda  onun  çoxdan 

baxmaq  arzusunda  olduğu  bir  filmi  nümayiĢ  etdirəcəklərini 

eĢidir. Bu zaman o, öz istəyini boğaraq qonĢu otağa keçib dərsə 

hazırlaĢırsa daxili maneəni aradan qaldırmıĢ olur.  

Xarici maneə isə insanın qarĢısına qoyduğu məqsədə nail 

olmasını çətinləĢdirən obyektiv, onun istəyindən asılı olmayan 

maneədir.  Məsələn,  Ģagird  sabahkı  dərsə  hazırlaĢmaq 

məqsədini  qarĢısına  qoyur.  Bu  zaman  iĢıqlar  sönür.  ġagird  öz 

məqsədinə çatmaq üçün  yaxınlıqda  yaĢayan əmisigilə gedərək 

dərsi  hazırlayırsa  xarici  maneəni  aradan  qaldıraraq  öz 

məqsədinə nail olur. 

Mətin  iradəli  adamlar  qarĢılarına  qoyduqları  məqsədə 

nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.  

Ġradə – ali psixi funksiya kimi, insanın həyatı prosesində 

formalaĢır.  Ġnsan  fəallığının  xüsusi  forması  olan  iradə 

mürəkkəb  psixi  proses  kimi  vasitəli  xarakter  daĢıyır  və  ilk 

növbədə nitqin köməyi ilə təĢəkkül tapır.  

Ġradənin  fizioloji  mexanizmi  baĢ-beyin  yarımkürələri 

qabığının fəaliyyəti ilə əlaqədardır. Ġ.P.Pavlovun nəzəriyyəsinə 

görə,  insanın  iradəsi  söz  qıcıqlandırıcıları  ilə  bağlıdır.  Ġnsanın 

iradi  davranıĢının  fizioloji  əsası  birinci  siqnal  sistemi  ilə 

qarĢılıqlı  təsirdə  olan  ikinci  siqnal  sistemidir.  Ġradə  – 

psixikanın  tənzimedici  vəzifəsidir.  Bu  vəzifə  insanın  öz 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə