Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə108/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   104   105   106   107   108   109   110   111   ...   197

 

 

 



359 

 

davranıĢ  və  fəaliyyətini  idarə  etmək  qabiliyyətində,  qarĢısına 



qoyduğu  məqsədə  nail  olmaq  iĢində  rast  gəldiyi  maneə  və 

çətinlikləri  aradan  qaldırmaqda  ifadə  edilir.  Ġradə  -  xüsusi 

fəaliyyət  forması  kimi  insandan  öz  davranıĢını  qarĢısına 

qoyduğu  məqsədə  müvafiq  olaraq  tənzim  etməyi,  onunla 

rəqabətə  girən  baĢqa  arzu  və  istəkləri  ləngitməyi,  boğmağı 

tələb edir. 

Ġradi  iĢi  mahiyyətinə  görə,  həm  də  ixtiyari  iĢ  kimi  də 

səciyyələndirmək  olar.  Çünki,  hər  bir  iradi  iĢ,  baĢqa  ixtiyari 

iĢlər  kimi  qarĢıya  məqsədin  qoyulması  ilə  baĢlayır  və  onun 

yerinə  yetirilməsi  ilə  nəticələnir.  Məsələn:  eyni  otaqda  qalan 

tələbədən  A  –  çoxdan  yatıb,  B  –  isə  yuxusu  gəlsə  də  oturub 

sabahkı  seminar  məĢğələsinə  hazırlaĢır.  Bu  misallarda  hər  iki 

tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər 

cür  sadə  iĢi  iradi  iĢ  kimi  səciyyələndirmək  olmaz.  Yerinə 

yetirilən iĢ o zaman, iradi iĢ adlandırıla bilər ki, orada müəyyən 

iradi səy tələb olunsun. 

Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub se-

minara  hazırlaĢması,  iradi  səy  hesabına  yerinə  yetirilmiĢdir. 

Ona  görə  də,  bu  cür  iĢ  iradi  iĢ  kimi  səciyyələndirilir  və  ikiqat 

ixtiyari adlandırılır.  

Beləliklə,  iĢin  həm  motivasiya  tərzinə,  həm  də  icra 

mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi 

olmasının  göstəricisidir.  Beləliklə  iradi  iĢ  mürəkkəb  xarakter 

daĢımaqla,  ixtiyari  iĢin  xüsusi  formasıdır.  Ġradi  iĢin  motivi 

insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur. 

İradi işin funksiyaları. Ġradə Ģəxsiyyəti xarakterizə edən 

ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə ye-

tirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. 

Ġnsanın  qarĢısına  qoyduğu  məqsədə  nail  olmaq  üçün 

çalıĢması,  bu  yönümdə  mübarizə  aparması,  qarĢısına  çıxan 

maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə 

bağlı  olmayan  iĢlər  görməsi,  dünyagörüĢünə,  əqidəsinə,  inam 

və  idealına  uyğun  gəlməyən  fəaliyyətdən  imtina  etməsi 




 

 

 



360 

 

təhriketmə  və  ləngitmə  funksiyaları  vasitəsilə  gerçəkləĢir.  Bu 



funksiyalar  bir-birilə  qarĢılıqlı  surətdə  əlaqədardır.  Ġradə 

Ģəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli ola-

raq  iradə  insanı  yalnız  fəallığa  təhrik  etmir,  həm  də  lazım 

gəldikdə onun fəallığını ləngidir. 

Ġradə baĢqa psixi hadisələr kimi, inikasın bir formasıdır. 

Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada 

əks  olunur.  Ġradə  özündə  Ģüurun  3  mühüm  xassəsini 

birləĢdirmiĢdir: idrak, münasibət və hiss. 

Ġnsan  fəaliyyətinin  məzmununa,  onun  səmərəliliyinə 

müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. 

Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, 

həm  də  onun  motivlərinin  gücləndirilməsinə  Ģərait  yaradır. 

Fəaliyyət  motivlərinin  aktuallaĢdırılması,  Ģəxsiyyətin  xəyali 

motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir. 

Xəyali  motivlərin  formalaĢması,  Ģəxsiyyətin  inkiĢaf 

səviyyəsindən  asılıdır.  Bir  halda  tələbə  gözünün  qabağına 

gətirir  ki,  o  beynəlxalq  əhəmiyyətli  konfransda,  xarici 

qonaqların  çıxıĢlarını  səlist  və  düzgün  qaydada  iĢtirakçılara 

tərcümə  edir,  təĢkilat  komitəsi  tərəfindən  təĢəkkürnamə  alır. 

Tədbirdən  sonra,  məĢhur  bir  Ģirkətin  prezidenti  ona 

yaxınlaĢaraq  onların  Ģirkətində  tərcüməçi  iĢləməyi  təklif  edir. 

BaĢqa  halda  isə,  o,  gözlərinin  qarĢısında  rəfiqələrinin  məĢhur 

estrada  müğənnisinin  konsertində  iĢtirak  etmələrini,  ondan  so-

nra Ģəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır. 

Bütün  bunlar  xəyali  situasiya  kimi  fəaliyyətin  gediĢinə 

güclü  surətdə  təsir  göstərir,  onun  səmərəsini  birinci  halda 

artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi 

ilə,  insan  gördüyü  iĢə  daha  mühüm  məna  verməklə,  özünün 

iradi səyini gücləndirmiĢ olur. Deməli, iradə həm də təxəyyüllə 

də  bağlıdır.  Belə  ki,  insan  fəaliyyət  göstərəcəyi  Ģəraiti 

təxəyyüldə canlandırdıqda, görəcəyi iĢi daha yaxĢı icra edir. 

Təlim  prosesində,  eləcə  də,  tərbiyə  iĢində  müəllimlər, 

tərbiyəçilər eləcə də valideynlər uĢaqlarda görəcəkləri iĢlə bağlı 



 

 

 



361 

 

müsbət  xəyali  motivlər  yaratmaqla  onlara  psixoloji    cəhətdən 



kömək edə bilərlər. 

 

 



IV.14.2. Ġradi iĢin quruluĢu 

 

Ġnsanın  iradəsi  məhz  fəaliyyət  prosesində  təzahür  edir. 

Psixoloji  planda  iradi  iĢ  fəaliyyətin  strukturuna  daxil  edilir. 

Ümumi Ģəkildə iradi iĢi proses kimi təhlil etdikdə onun iki əsas 

mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud in-

tellektual mərhələ; 2. Ġcra və yaxud əsas iradi mərhələ. 

Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun 

əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar 

qəbulu  və  iĢin  planlaĢdırması  ilə  xarakterizə  olunur.  Qərarın 

qəbulu  yəni  iĢin  hansı  Ģəkildə  icra  edilməsi,  iradi  iĢin 

quruluĢunda  mühüm  mərhələdir.  Həqiqi  iradi  baĢlanğıc  iĢin 

məhz  hansı  Ģəkildə  icra  edilməsi  haqqında  qərarın  qəbul 

edilməsində təzahür edir. 

Zehni  mərhələ,  xüsusən  onun  motivlər  mübarizəsi  və 

qərar qəbulu mərhələsində təfəkkür aktivləĢdirilir. Ġradi iĢin bir 

elementi risk adlanır. Risk – o halda iĢə qoĢulur ki, fəaliyyətin 

nəticələrini proqnozlaĢdırmaq mümkün olmasın. Səmərəli risk, 

mahiyyətinə görə çox mühüm iradi keyfiyyət hesab olunur. 

Ġcra  mərhələsi  –  iradi  iĢin  psixoloji  məzmununu  açıb 

göstərən  mərhələ  hesab  olunur.  Zehni  mərhələ  iradi  iĢin  icra 

mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn 

nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aĢkar 

olur. 

Adətən öz strukturuna görə iradi iĢləri iki qrupa bölmək 



olar: sadə və mürəkkəb iradi iĢlər. 

Sadə  iradi  iĢ  qərar  qəbulu  və  onun  icrası  ilə  baĢa  çatır. 

Məsələn, əgər   dərsə hazırlaĢmağı qərara alır və dərhal stolun 

arxasında əyləĢərək hazırlaĢmağa baĢlayırsansa, bu cür iĢi sadə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə